İnsan yönümlü şəhərlər ️
2.89K subscribers
1.85K photos
214 videos
573 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Baryerlər quraşdırıldı, amma xeyri olmadı.

🔸 Cərimə mexanizmi tətbiq olunmayana qədər belə olacaq, təəssüf ki.


#velosipedzolaqları
🇸🇰 Geniş velosiped zolağı, avtobus zolağı və cəmi bir zolaq avtomobillər üçün.

🇦🇿 Bakıda da edək, yoxsa 2040-ci ili gözləyək?

#Bratislava #avtobuszolaqları #velosipedzolaqları
Cəzasızlıq hökm sürənə qədər bu mənzərələrə hələ çox rast gəlinəcək.

Bu sürücülər gözəl bilirlər ki, qayda pozurlar. Lakin bir o qədər də əmindir ki, belə şeylərə görə bu gün Bakıda sənə cərimə yazılmayacaq.

#velosipedzolaqları
Velosiped zolağında dayananlara qarşı polis reyd keçirib.

🔸 Fotoları izləyici göndərib.

#velosipedzolaqları
🚲 Dənizkənarı bulvarda, köhnə bulvar kimi tanınan ərazidə, nəhayət velosiped yolları salındı.

🔹 Uzun illərdir bunu təklif edirdik, bu velozolaqlar salmaq üçün ən sadə ərazi idi əslində. İndiki variantda sadəcə boya ilə nişanlanıb, amma yaxşı olardı ki, zolağın xüsusi örtüyü olsun (səki daşında sürmək o qədər də rahat deyil), bu həm də piyadaları psixoloji olaraq bu yola daxil olmasından çəkindirəcək (ikinci şəkil bir misal kimi).

🔸 İndiki variantda konfliktlərin olması qaçılmazdır. Ümid edirəm, məsələ elə bu boya ilə bitməyəcək.

🔸 Həm də, bu veloyolların şəhər zolaqları ilə normal əlaqələndirilməsi olmalıdır. Bu necə olacaq bilinmir, çünki planlaşdırılan zolaqların xəritəsi ictimaiyyətə açıqlanmır.

#velosipedzolaqları #bakıbulvarı
🚲 Bakıda yeni velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişdiyi yerlər ciddi konflikt nöqtəsinə çevrilib.

Bunun həll yolları çoxdan icad olunub. Adətən küçələr yenidən qurulanda, velozolaqları dayanacaqların arxası ilə salırlar (8 noyabr prospektində belə olacaq, misal üçün), amma sonradan salınan velozolaqlar üçün çıxış yolu xüsusi platformalar ola bilər.

⬆️ Müxtəlif şəhərlərdən misallar fotolarda.

#velosipedzolaqları #dayanacaqlar
🚲 BNA-nın vaxtilə səkidə təşkil edilən velozolaqlar bir işə yaramır, amma hər yağışdan sonra qəşənq fotolar çəkmək olur. 🙂

#velosipedzolaqları
🚲 Velosiped zolaqları niyə ancaq şəhərin mərkəzində salınır?

"COP"-a qədər hansı küçələrdə velozolaq salınacaq, uzunluğu nə qədər təşkil edəcək? Bu zolaqlara daxil olan avtomobillərə cərimə yazılacaqmı? İnsanları bu zolaqlara necə cəlb edək?

💬 AYNA-nın təmsilçisi Tərlan Səfərov, velosipedçi və urbanist Arzu Süleymanovla Bakıda salınan yeni zolaqlarda velosipedlə gəzişdik, mövcud vəziyyət və bundan sonrakı planlar haqqında söhbət etdik.

➡️ https://youtu.be/0WCWXHxqLQI?si=fTGSoXr8bhE_j28p

💡 Bəyənsəniz, işimizə dəstək göstərə bilərsiniz. 🙏

#velosipedzolaqları #vloq
🌳 Və təbii ki, küçədəki ağaclar və yaratdıqları kölgələr tək piyada gəzmək deyil, velosiped sürmək üçün münbit şərait yaradır.

🇧🇬 Fotolarda Sofiya şəhəridir. 🚲 Burada velosiped sürərdiniz?

#velosipedzolaqları #ağaclar #Sofiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Velosiped zolaqları bu küçə və ərazilərdə olacaq.

💬 AYNA-nın təmsilçisi Tərlan Səfərovun son vloq üçün müsahibəsindən.

#velosipedzolaqları