İnsan yönümlü şəhərlər ️
2.89K subscribers
1.85K photos
214 videos
573 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 İçərişəhəri biz itirə bilərik? Buranın hətta tarixi memarlıq abidələrini bizə niyə düzgün qoruya bilmirik?

Yeni vloqda Memar Dilqəm İsmayılovla İçərişəhərinin küçələrini gəzdik, buranın qədim binaları, məscidləri və küçələri haqqında danışdıq.

🔹 Əmin edirəm sizi, İçərişəhərin hələ belə icmalını görməmisiniz. Çox maraqlı alınıb, izləyə bilərsiniz:

https://youtu.be/iI5U1WXIgns

💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-a "Layihə sponsoru" dərəcəsinə abunə olub, siz də izləyə bilərsiniz.

#Vloq #içərişəhər
Qala divarların ətrafını parkinqə çeviriblər. 🤦‍♂️

Şirvanşahlar bilsəydi İçərişəhəri bu gün biz nəyə döndərmişik onu əsrlərə belə qorumazdılar.

#içərişəhər #parklanma
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İçərişəhər qoruğunun qala divarları parkinq kimi istifadə olunur. Bakı şəhərində parklanma xaosu bu gün pik həddinə çatıb.

Gələcək nəsillər bu cür videolara baxanda bizi çox söyəcəklər.


#parklanma #İçərişəhər
⬆️ Bəzi mənbələr yazır ki, İçərişəhərə avtomobillərin giriş məhdudlaşdıracaq. Yalnız sakinlər maşınla bura daxil ola biləcək (və ola bilər ofisi burada yerləşən).

🔸 Çox sərt səslənir, amma niyə də yox? Düzdür, burada küçələri vaxtilə daşla döşəyiblər və sürətlə hərəkətin qarşısını alıblar, lakin ortasa qalan səs kirliyidir və piyadaların sərbəst hərəkətinə maneə törətməsi.

🔸 Bəzi şəhərlərdə belə yerləri şənbə-bazar günlərində tam piyadalaşdırırlar, zənnimcə bundan başlamaq olar.

🔹 İçərişəhərdən vloqumuzu izləyin, onun inkişaf istiqamətindən də danışmışdıq.

#içərişəhər
🅿️ İçərişəhərin ətrafı parkinqə çevrilir.

İzləyicinin göndərdiyi bu foto qoruğa avtomobillərin girişi qadağan olunandan öncə göndərilib, güman ki, bundan sonra vəziyyət daha da pisləşəcək. Əraziyə daxil ola bilməyən maşınlar "necə gəldi" səkilərdə və qala divarlarında maşını saxlayacaq ki, küçə parklanmasına görə pul ödəməsin.

#içərişəhər