İnsan yönümlü şəhərlər ️
3.03K subscribers
2.02K photos
240 videos
619 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇸🇪 İsveçin yollarında bilirsiniz niyə bizdən 5 dəfə daha az insan ölür? Piyada vurulma halları isə ümumiyyətlə müqayisə olunası deyil?

Bu fotolarda cavab tapacaqsınız. Fikir verin demək olar ki, hər bir yolayrıcında təhlükəsizlik adacığı var. Dönqələr özləri və küçə belə dizayn edilib ki, burada yüksək sürət üçün yer yoxdur.

Bax, nə vaxtsa biz küçələri belə layihələndirəndə, o zaman bizdə də statistika indiki kimi dəhşətli olmayacaq.

📍 Stokholm.

📱 Daha çox foto stories-də.

#visionzero #stokholm #təhlükəsizlik
Media is too big
VIEW IN TELEGRAM
Gecə vaxtı keçidlərin işıqlandırılması.

🇸🇪 Stokholmdan qısa video çəkdim sizin üçün.

#piyadakeçidləri #Stokholm
🇸🇪 🚇 Stokholm metrosu.

Qayalarda tikilən bu ictimai nəqliyyat 100 stansiya və 3 xətdən ibarətdir.

Göy və bəzi qırmızı xətlərinin stansiyarını isə yeraltı qalereyaya çeviriblər. Müxtəlif dizaynerlərin ixtiyarına veriləndən sonra, İsveç paytaxtın metrosu ayrıca gəzməli-görməli yerə çevrilib.

🔹 Bu maraqlı metrodan ayrıca reportaj olacaq. YouTube-kanalına abunə olmağı tövsiyə edirəm.

#metro #Stokholm
🇸🇪 Bu günü sizi dünyanın ən təhlükəsiz şəhərinə dəvət edirəm.

İsveçin əhalisi Azərbaycan qədər olsa da, bu ölkədə yol qəzalarında bizdən 4-5 dəfə daha az insan həlak olur. Amma burada siz yeraltı/yerüstü piyada keçidlərinə rast gəlməyəcəksiniz. Yolları isə bizdən dar olsa da, burada tıxaclar olmur.

💡 Bunun sirri nədir? "Vision Zero" proqramının vətəni olan Stokholm şəhərini gəzdim və əsl yol təhlülkəsizliyini göstərməyə çalışdım.

https://youtu.be/Thwd9B8dDFs

🔹 Qeyd edim ki, İsveçdən bir neçə reportaj buraxmaq planda var, siz isə görülən işlərə öz dəstəyinizi göstərə bilərsiniz: https://t.me/city4people_az/1114

#Stokholm #vloq
🚇 Bu metroda şəkil çəkdirmək olar. 📸

Ona görə yeni videoda sizə dünyanın ən qeyri-adi metrostansiyalarını göstərəcəm. Unikal dizayna malik və yeraltı rəsm qalereyasına bənzəyən 🇸🇪 Stokholm metrosunu gəzərək sizə eyni zamanda Bakı metrosunda çatışmayan məsələləri göstərdim.

https://youtu.be/8fkMmiSY_Oo

Videolar sizə maraqlı gəlirsə, sizin dəstəyinizə şad olaram: https://t.me/city4people_az/1114

#metro #Stokholm #vloq
🇸🇪 İsveçdə yaşayan həmyerlimiz sizə Stokholm nəqliyyatından, küçələrindən və yaşayışından danışacaq.

Yeni videonun qonağı Ramiz Babayevin maşını olsa da, o, daha çox ictimai nəqliyyatdan istifadə edir və piyada gəzir. Bu doğrudan da rahatdırmı?

Həmçinin Ramiz İsveçdə sürücülük vəsiqəsi alınması təcrübəsindən danışdı, hətta marketlərdəki qiymətləri və maaşları Bakı ilə müqayisə etdik.

https://youtu.be/JByy9hz9zHg

🔹 Bu cür videoları isə faydalı hesab edirsinizsə, dəstəyinizə şad olaram.

#Stokholm #vloq
🏡 İnsan yönümlü yaşayış massivi nə deməkdir soruşanda, bu videonu göstərə bilərsiniz.

🇸🇪 Stokholm sakinlərinin yaşadığı yeni rayonuna baxmağa sizi dəvət edirəm.

❗️ Bu cür videolar məhs ona görə vacibdir ki, insanlarımız görsün ki, əslində yaşayış massivi tək Yeni Yasamal kimi xaotik deyil, bax bu cür düşünülmüş və rahat ola bilər:

https://youtu.be/LCquYQYQaF8

🔹Yaxın həftələrdə isə artıq daha çox öz şəhərlərimizdən yeni reportajlar çıxacaq, Patreon-da dəstək olanlar videoları hər kəsdən tez görə biləcək.

#Vloqlar #Stokholm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚊 Yaşayış massivi üçün salınan tramvay.

🇸🇪 Bura Stokholm şəhəri, "Hammarby Sjöstad" yaşayış kvartalıdır. Yaşayış kvartalının mərkəz küçəsindən belə bir müasir tramvay hərəkət edir.

Bu gün Avropanın inkişaf etmiş şəhərlərində yaşayış massivlərini salarkən onun ictimai nəqliyyat cəhətindən əlçatanlığını ciddi düşünürlər. Əgər hansısa rayonda minlərlər yeni ailə yaşayırsa, bu insanların dayanıqlı, tıxaclardan asılı olmayaraq nəqliyyatı da olmalıdır.

🔹 İndi Siz buranı bizim yaşayış kvartalları ilə müqayisə edin. Misal üçün, Ağ Şəhərin küçələrinə belə tramvaylar çox yaraşar.

⬆️ Videoda gördüyünüz yaşayış massivinin ətraflı icmalını buradan izləyə bilərsiniz.

#yaşayışmassivləri #tramvay #stokholm