İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.05K photos
247 videos
629 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇬🇪 Tbilisi şəhərində piyada keçidinin birində nişanlanmanı "klas-klas" oyunu formasında ediblər.

Şəhəri bir az canlandırmaq və maraqlı etmək üçün hərdən belə həllər tətbiq edirlər.

Biz isə heç olmasa silinmiş "zebra"larının vaxtında rənglənməsini istəyirik 🙂

#Tbilisi
Amsterdam deyil, Tbilisidir. 🇬🇪

İnfrastrukdur yaradıqca, onun istifadəçiləri də peyd olunacaq. 10 il bundan əvvəl Gürcüstanda belə bir mənzərə təsəvvür etmək olmazdı.

🚲 Amma şəhər meriyası kütləvi velosiped zolaqları salmağa başladı və velosiped istifadə edən vətəndaşların sayı artmağa başladı. Bu gün Bakının da belə islahatlara çox böyük ehtiyacı var.

Foto: Viktor Tsilosani

#Tbilisi #velosipedzolaqları
🇬🇪 Tbilisi şəhərində küçənin transformasiyası.

Lazımsız dərəcədə enli sovet tipli küçədə təhlükəsizlik adacıqları yaradıldı, avtobus və velosiped zolaqları təşkil olundu.

#Tbilisi #əvvəlsonra
🇬🇪 Tbilisidə yeraltı zibil qabları.

Əvvəllər belə nümunələri yalnız İsveçdən gətirirdim (ətraflı video bu vqloda qısa versiyası burada), indi isə uzaq ölkə yox, qonşu Gürcüstanda böyük addımlarla irəli gedir.

Foto: Bayram Axundov.

#Tbilisi #təmizlik
🚍 Avtobus sürücüsü də yaxşı maaşa layiqdir.

🇬🇪 Tbilisidə yeni açılan avtobus sürücüsü vakansiya üçün 3000 lariyə qədər məvacib təklif edirlər. Bu, 2000 manata yaxın pul edir.

İzləyicimiz arasında avtobus sürücüləri varsa, şərhlərdə Bakıda təklif edilən maaşı yazın, müqayisə edək. Şəxsi mesajda da yaza bilərsiniz, anonim qala bilər, istəsəniz.

#Tbilisi #ictimainəqliyyat
🇬🇪 Tbilisi şəhərində avtobus zolaqları.

Qonşu ölkənin paytaxtında ictimai nəqliyyat tıxacda dayanmır. Çünki avtobus zolaqlarına daim işləkdir. Heç kim zolağa girmir (cəriməsi 63 AZN).

Bunun sayəsində buradakı məlumat lövhələri üzərindən sən dəqiq bilirsən sənin marşrutun neçə dəqiqədən sonra gələcək.

🔹 İctimai nəqliyyatı cəlbedici etmək üçün ən vacib amillərdən biri də budur.

#Tbilisi #avtobuszolağı
Avtobus zolağına velosipedlərin daxil olmasını icazə verilsin bizdə də?

🇬🇪 Tiflisdə cəhd etdilər.

#avtobuszolağı #velosipedzolaqları #Tbilisi
⬆️ Bura Kövkəb Səfərəliyeva küçəsidir və hər gün burada 5 avtobus marşrutu tıxacda ilişib qalır.

🚍 Orta hesablamalara görə bu 40.000 insan edir (gün ərzində).

🔸 Bu küçədə mütləq avtobus zolağı olmalıdır. Baxmayaraq ki, küçədə cəmi 2 hərəkət zolağı var, Tbilisi və digər şəhərlərin təcrübəsi göstərdi ki, ictimai nəqliyyata hətta dar küçələrdə prioritet vermək lazımdır

🔹 Əks halda ictimai nəqliyyat gecikəcək, basabas olacaq və cəlbedici olmayacaq. İnsanlar yenə də özlərini şəxsi maşınlara və taksilərə üz tutacaqlar, tıxaclar daha da bərbad olacaq.

#ictimainəqliyyat
🇬🇪 Tbilisi sürətlə transformasiya etməyə davam edir.

Burada iki zolaqdan birini avtobuslara verirlər, yeraltı piyada keçidlərini isə “zebra”larla əvəz edirlər.

Bugünki ətraflı reportajda Tiflis şəhərinin urbanistik islahatlarına yaxından baxırıq:

➡️ https://youtu.be/K8iri3EvNHk

🔹 Tbilisidən daha bir vloq olacaq növbəti həftədə. Kanala dəstək olan sadiq izləyicilərimiz onu daha öncədən görə biləcək.

Həmçinin Patronlar bu və digər videoların daha geniş versiyalarını izləyə bilir.

#vloq #Tbilisi
🚍🇬🇪 İctimai nəqliyyat islahatından danışsaq, yenə də Tiflisi misal gətirməli olacam.

Burada 6 zolaqları prospekti "daraldaraq", maşınlar üçün cəmi 2 zolaq saxladılar. Qalanı verdilər ictimai nəqliyyata, velosiped yollarına və piyadalara. Bəli, tıxaclarla düzgün mübarizə üsulu məhz budur.

Bəs bu cür sərt qərarlar necə verildi, ictimaiyyətin reaksiyası necə oldu və Bakı nə etməlidir? Bu suallara həmçinin vloqun qonağı, Tbilisidən nəqliyyat mütəxəssisi ilə söhbət etdik.

Yeni videoda Tbilisinin ictimai nəqliyyatına baxırıq və özümüz üçün nəticələr çıxarırıq.

➡️ https://youtu.be/xIASZ0aqST0

❗️ Dostlar, kanala dəstək olanların sayı, təəssüf ki, uzun müddətdir artmır. Xatırladım ki, vloqların çəkilişi və bu cür maarifləndirmə işlərinin aparılması maddi dəstək tələb edir. Patreon-da sizə uyğun olan məbləğdə bizə daimi şəkildə dəstək göstərsiniz belə, videoların davamlı olmasında böyük bir tövhəniz olacaq. Digər üsuallar burada.

#vloq #Tbilisi
🚇🇬🇪 Metrodan danışarkən, Tiflisdən də xəbər var.

Dövlət büdcəsindən Tbilisi metrosunda 475 milyon avro ayrıldı ki, şəhər meriyası qatarları yeniləsin.

Son videoda artıq sizə göstərmişdim ki, Tbilisidə köhnə, SSRİ vaxtından qalan köhnə qatarlar hərəkət edir (81-717). Kosmetik təmirdən keçsə də, qatarlar heç bir müasir standartlara cavab vermir. Nə kondisionerləri var, səs səviyyəsi çox yüksəkdir, vaqonlar arası keçid yoxdur, bir sözlə Bakıda da belələrini hələ də görürük.

🔹 Əksər post-sovet ölkələri (Azərbaycan daxil olmaqla) qatarları Rusiyadan alır. Lakin Gürcüstanın siyasətini nəzərə alaraq, düşünürəm ki, qonşularımız bu səfər ruslara üz tutmayacaq. Misal üçün, 🇰🇿 Almatı şəhəri "Hyundai" şirkətindən metro qatarları alıblar (sağ fotoda). Tiflis də bu yol ilə gedə bilər. Və yaxud 🇪🇺 Avropadan danışıqlar apara bilər. Hələ dəqiq məlumat verilmir.

🔹 Gürcüstanın sosial mediyasında şərhlər oxudum ki, vətəndaşlar daha çox xətlərin və stansiyaların inkişafına yatırım etməsini tələb edir. Sözlərində həqiqət var, lakin unutmayaq ki, bu şəhər eyni zamanda yerüstü nəqliyyatını sürətlə inkişaf etdirir, avtobuslar demək olar ki, metro kimi fasiləsiz və cədvəl üzrə işləyir.

Odur ki, vəziyyət Bakıdakı kimi kritik deyil, baxmayaraq ki, bizdə də metroya güclü investisiyalara ehtiyac var.

#Tbilisi #metro
🇬🇪🇪🇺 Gürcüstana Avropa Birliyinə namizəd statusu verildi.

Tarixi hadisə ilə qonşularımızı təbrik edirəm.

🔹 Bu gün bütün Cənubi Qafqaz üçün yaxşı xəbərdir.

#Tbilisi
🇬🇪 Tbilisiyə tramvaylar qayıtsaydı.

Süni intellekt Bakı ilə yanaşı qonşu Tiflisə də bu müasir nəqliyyat növünün qayıtmasını yaraşdırır.

🔸 Tiflisdə tramvay sistemi 2006-cı ildə sökülmüşdür.

#Tbilisi #tramvay