🔄 Ukrayna dairəsi belə ola bilərdi, amma olmadı.
⠀
2021-ci ildə Bakı Nəqliyyat Agentliyi yaxşı bir təklif irəli sürmüşdü. Lazımsız dərəcədə geniş və konflikt nöqtələrlə dolu Ukrayna dairəsini turbo-dairəyə transformasiya etmək istəyirdi. Bu cür turbo-dairələrdə hərəkət zolaqları arasında münaqişələr minimuma endirilir, nəticədə ümumi axının sürəti artırılır.
⠀
Üzərindən iki il keçsə də, bu layihə reallaşmadı, güman ki ona görə ki digər aidiyyatı qurumlar buna razlıq vermədi. Artıq yol hərəkətinin təşkili səlahiyyəti AYNA-ya verilib, ümid edirəm, yeni qurum bu təşəbbüsü yenidən irəli sürər.
#AYNA

Görünür ki, AYNA agentliyi avtobusların prioritet hərəkət etməsi üzərinə ciddi düşüb, polis ilə birgə tədbirlərə başlayıblar.
Ümumi sistemin dayanıqlı olması üçün:
🔹 İntensiv marşrut keçən küçələrin hamısınıda avtobus zolağı çəkilməlidir
🔹 Ciddi nəzarət olmalıdır (kameralarla avtomatlaşdırılmış rejimdə)
🔹 Avtobusların sayı artırılmalıdır.
https://t.me/azerbaijantransport/2633

Telegram
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Paytaxt yollarında avtobusların fasiləsiz hərəkəti təmin edilir.
📢 Kommunikasiyanın vacibliyi — AYNA-nı niyə yıxıb-sürüyürlər?
⠀
🔸 Bütün dünyada urbanistik islahatlar hər zaman ağrılı keçir. Avtomobili olan hər bir vətəndaş yolun daraldılmasını, zolaqların velosiped və ictimai nəqliyyata ayrılmasını müsbət qəbul etmir (halbuki etməlidir, amma bu ayrı bir mövzudur).
⠀
🚙 Ümumiyyətlə sürücülərin lobbisi hər zaman güclü olur, Azərbaycanda vəzifəli şəxslər və deputatlar özləri də daha çox avtomobil ilə hərəkət etdiyinə görə sürücüləri hər zaman dəstəkləyir. Bu cür gərgin şəraitdə islahat aparmaq zatən çox çətindir.
💡 Ona görə vətəndaşlarla kommunikasiya qurmaq üçün güclü strategiya qurulmalıdır. Sosial şəbəkələrdə aktiv olmaq, postlara reaksiya vermək, monitorinqlər aparmaq, eyni zamanda ölkədəki inflüyenslərlə (vətəndaşların düşüncəsini formalaşdıran və böyük izləyici kütləsi olan məşhur insanlarla) əlaqə qurmaq lazımdır.
⠀
🔗 Bu gün İlkin Həsəninin paylaşımı AYNA-nın reputasiyasına kifayət qədər ciddi zərbədir. Mən hələ TikTok-da rastlaşdığım şərhləri demirəm. AYNA-nı orada "yıxıb-sürüyürlər", ləğvini tələb edirlər, ən pis söyüşlər istifadə olunur.
⠀
❓ Deyərsiniz ki, bəyəm AYNA hər şeyi düzgün edir? Səhvləri yoxdur? Əlbəttə ki, var. Mətbuat prospekti, Ağ Şəhər və bir sıra digər yerlərdən misallar gətirmək olar.
⠀
❌ Uzağa getməyək, elə bu gün gündəm olan Xocalı prospektində çəkilən avtobus və parkinq zolağını ayıran xətlənmə səhvdir. Gərək küçə boyu qırıq-qırıq xətlər olsun ki, parkinqə istənilən yerdən girib-çıxmaq mümkün olsun. Bunu mən bu yaxınlarda Varşavada gördüm, misal üçün.
⠀
🔸 Lakin söhbət indi konkret küçədən və zolaqdan getmir. İctimaiyyətlə söhbətlər aparılmalı, çoxlu videolar, eksizlər, təqdimatlar olmalıdır ki, ümumiyyətlə şəhərdə nə baş verir? Bu şəhərdə biz nə edirik? Şəhərin dayanıqlı mobillik planı varmı? Bizim vizyonumuz nədir? Vətəndaşlar öz fikrini kimə bildirsinlər?
⠀
❗️ Nə qədər ki, bunlar olmasa, sakinlərlə iş aparılmasa, müasir şəhərin təbliğatı rəsmi şəkildə təqdim olunmasa, bunun pozitiv gələcəyini mən görmürəm. Vaxtilə BNA-nın da yaxşı addımları və təşəbbüsləri var idi. Bu gün BNA haradadır - hər kəsə bəllidir.
#analitika #AYNA