İnsan yönümlü şəhərlər ️
2.84K subscribers
1.73K photos
211 videos
552 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bizə çox yazırlar ki, gəlin Azərbaycanın regionlarını çəkin, buradakı vəziyyətini göstərin.

Və biz başladıq! 🇦🇿 İlk şəhərimiz Quba oldu.

Qubanı mən çox sevirəm, çox gözəl bir rayondur. Lakin şəhərin özündə vəziyyət məni çox təəssüfləndirdi.

Memar Dilqəm İsmayılov ilə buranı piyada gəzişdik, Qubadakı küçələrin, parkların, evlərin və tarixi abidələrinin vəziyyətdən ətraflı danışdıq.

https://youtu.be/NHrykV7ONcU

🔹 Əsas videoya düşməyən kadrları izləmək üçün İnsan yönümlü şəhərlər layihəsinin Patreon səhifəsinə qoşula bilərsiniz.
🔹 Birdəfəlik
ianə göndərməklə də bizim işimizə böyük dəstək göstərmiş olursunuz.

#vloq #Quba #regionlar
🇦🇿 Ağdaş şəhərinin urbanistik icmalı gəldi!

Regionlardakı vəziyyəti işıqlandırmağa davam edirik. Memar Dilqəm İsmayılov və urbanist Arzu Süleymanov ilə Ağdaşı piyada gəzib, sizin üçün yeni vloq hazırladıq. Yeni ətraflı videoda Ağdaşın küçələrinin, tarixi binalarının vəziyyətinə baxacağıq, və hətta ictimai nəqliyyatından istifadə edəcəyik. Maraqlı olacaq:

🔹 https://youtu.be/qS3HpOjGM1Q

Əməyimizdə dəyər vermək üçün və videoların hamıdan tez izləmək üçün isə bizə Patreon-da dəstək olmağınızı çağırırıq. Digər üsullar da var.

#vloq #Ağdaş #regionlar
🇦🇿 Mingəçevir şəhərinin geniş səkiləri.

Həm də görünür ki, burada çoxlu yaşıllıq var, ağaclar təbii olaraq buranın havasını sərinlərdirir.

#Mingəçevir #səkilər #regionlar
Ötən gecə dövlət qurumlarının məsuliyyətsizliyi nəticəsində Hövsan yolunda birdən birə 3 nəfər həlak olub. Hamısı da bir ailənin üzvləri (nənə, ana və uşaq). Səbəb - yolların işıqlandırmaması və sürücünün piyadaların vaxtında görməməsi.

Baxmayaraq ki, Azəravtoyol agentliyinə (AAYDA) hər il milyardlarla pul ayrılır, hələ də yolların işıqlandırılması böyük bir problem olaraq qalır.

O gün Mingəçevir şəhərindən Bakıya qayıdarkən fikir verdik ki, Respublika əhəmiyyətli "M2 Bakı-Qazax" magistralının əksər hissəsində işıqlandırma ya qoşulmur ya da ümumiyyətlə yoxdur. Heç uzağa getməyək, Bakı-Aeroport yolunda gecə saat 12-dən sonra işıqları söndürürlər.

İnsanların həyatları hesabına işıq pulunu qənaət edilir? Belə şey olar? Maraqlıdır ki, hətta 2019-cu ildə prezident bu məsələyə toxunsa da vəziyyət acınacaqlı olaraq qalır.

Təəssüf ki, dünən baş verən hadisədə günahı bədbəxt sürücünün üzərinə atacaqlar, halbuki məsuliyyət birbaşa olaraq yol infrastrukturuna cavabdeh olan qurumlarının üzərində. Bir çox ölkələrdə məhs cavabdeh qurumlara qarşı cinayət işi açılır bu cür hallarda.

Ən dəhşətli isə odur ki, belə hadisədən heç bir piyada və heç bir sürücü sığortalanmayıb.

#regionlar #təhlükəsizlik
Piyadalar üçün ən rahat şəhər nəhayət ki, tapıldı.

Bura Mingəçevirdir! 🇦🇿

Geniş (çox geniş) səkilər, səliqəli şəhərsalma və yaşıllıq ilə fərqlənən Azərbaycanın ən uğurlu şəhərlərin birinə yeni vloqda sizi tanış edəcəm.

https://youtu.be/SgQLjcfOrTM

🔹 İşimizə dəyər vermək üçün isə sizdən dəstək gözləyirik 🙏. Patronlar isə bütün vloqların daha geniş versiyaların və daha erkən izləyə bilirlər.

#vloq #Mingəçevir #regionlar
🇦🇿 Lənkəranda sıravi bir səki. Regionlarda, təəssüf ki, belə hallara addım başı rast gəlinir.

Piyadaların hərəkəti ümumiyyətlə nəzərdə tutulmur.

#səkilər #Lənkəran #regionlar
🇦🇿 Lənkərandan izləyicimiz varsa, növbəti vloqumuz məhs bu cənub şəhərinə həsr olunub.

Yeni videoda hər zaman olduğu kimi daha bir rayon mərkəzini məhs bir piyada olaraq təhlil edirik, buradakı mühiti necə yaxşı etmək olar, tarixini və arxitekturanı necə qorumalıyıq - hamısını əyani şəkildə göstəririk.

🔹 Əsas məqsədimiz - yaxşı şəhər mühiti nədir və onu necə təşkil etmək lazımdır (və necə lazım deyil) - bunların hamısını sizə sadə və maraqlı formada göstərməkdir, ümid edirəm sizə belə reportajlar maraqlı gəlir:

https://youtu.be/2F8X8p7G2As

📍 Milli urbanistikaya və bizim çəkdiyimiz vloqlara ən yaxşı dəstək isə patreon-a abunə olmaqla göstərə bilərsiniz.

#vloq #regionlar #Lənkəran
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bunları niyə istismara verməyiblər axı? Keçən səfər bunun videosunu çəkəndə bizə demişdilər ki az qalıb, açılış olacaq. Artıq neçə vaxtdır sahibsiz qalıb. Gözləyirlər ki, çürüsün buralar?

Yaxşı bir yenilikdir axı, xüsusilə yay aylarında insanlar regionlara çox gedib-gəlir, açın da buraları.

Video: Yol Adamı

#DayanDincəl #regionlar
🇦🇿 Lənkəranda ictimai nəqliyyatın vəziyyəti çox acınacaqlıdır.

Bu avtobusların ən azı 20-30 ili var. Təbii ki, heç bir komfortdan burada söz gedə bilməz. 2023-cü ildə Respublika tabeli bir şəhərdə ictimai nəqliyyat bu vəziyyətdə olmamalıdır. Belə şəraitdə insanlar imkan tapan kimi özlərinə gedib avtomobil olacaq. Avtomobil ətrafında qurulmuş şəhər isə heç vaxt insan yönümlü ola bilməz.

📍 Lənkəranda çəkilən vloqda həmçinin bazarda təşkil olunan avtobus dayancağındakı xaosu da göstərdim.

Foto: "Cənublu.az" səhifəsindən.

#ictimainəqliyyat #regionlar #Lənkəran
🇦🇿 Qubadan bizə yazırlar:

"Çox sağolsunlar heç olmasa bəzi yolları düzətdiblər, ancaq səkiləri unudublar deyəsən. Səkidən piyada keçidinə keçmək üçün gərək dağ aşasan".

Bu ilin aprel ayında Qubadan vloq çəkib, bu şəhərin nə dərəcədə piyadalar üçün əlverişsiz olmasını göstərmişdim. Bəzi yerlərdə ümumiyyətlə piyada hərəkət etmək üçün heç bir mühit yoxdur.

#Quba #regionlar #səkilər
Yaxşı mühitdən danışarkən biz bu prinsipi məkanlara da tətbiq edə bilərik. Lənkəranda olarkən "Tor" kofeşopa baş çəkdik. Regionlar üçün çox fərqli və unikal bir üslubda yaradılan "TOR" kofeşop öz birbaşa funksiyasından əlavə həmçinin gənclərin sosiallaşa biləcək bir məkana çeviriblər.

https://youtu.be/Wnx_mu-izZM?si=QkwMWIVlcabmawbj

🔹 P.S. Video reklam xarakterini daşımır, həqiqətən yaxşı bir sosial məkanın nümunəsidir.

#vloq #regionlar #Lənkəran
🇦🇿 Şəkiyə qısa səfərim oldu. Dedim sizin üçün bu şəhərin küçə infrastrukturunu göstərim.

Təəssüf ki, vəziyyət ürəkaçan deyil. Yenə də yol var, amma səki yox. Açıq və təhlükəli xəndəklər və dizayn-kodsuz tarixi binaların fasadları.

Daha çox foto və ətraflı şərhlər İnstagram stories-də.

#regionlar #Şəki
🇦🇿 Qubadan təhlükəli və təhlüləsiz küçənin nümunəsi.

Elə gələ bilər ki, bu iki tam fərqli bir məkandır, amma hər iki foto Qubanın Memar Əcəmi küçəsində çəkilib.

İdealdan uzaq olsa da, yaxşı küçədə biz səkinin mövcud olmasını görə bilərik, burada küçəyə kölgə gətirən ağaclara da rast gəlmək olar.

Amma küçənin digər bir hissəsində sadəcə maksimum dərəcədə asfaltlanmış ərazi, səkinin küçənin bir tərəfində demək olar ki olmaması, küçə sahəsinə çıxan ağacları isə bir əlin barmaqlarında saymaq olar.

Quba kimi kiçik şəhərlərdə ən çox şoka salan o faktdır ki, burada heç vaxt böyük avtomobil axını olmur və yaxın 50 ildə gözlənilmir də. Buna rəğmən burada lazımsız dərəcədə geniş yollar salınır.

Əvəzində burada əla bir mühit yaratmaq olar ki, insanlar buranın qəşənq havasından ləzzət ala-ala hərəkət etsin, velosiped sürsün, lakin bu dəyərlər belə çıxır ki bizim regionlara, təəssüf ki, hələ ki yad olaraq qalır.

🔹 Qubadan vloqumuz da olub, izləməyə dəvət edirəm.

#təhlükəsizlik #regionlar #Quba
🇦🇿 Lənkəranda tarixi binanı ticarət mərkəzinə çevirdilər.

Məncə, artıq şərhə ehtiyac yoxdur. Biz hələ Lənkəranda vloq çəkəndə qeyd etmişdik ki, buranın xüsusi ab-havasını qorumaq önəmlidir, bu şəhərin öz atmosferi var.

Ötən əsrin 50-ci illərində inşa edilən "Zabitlər Evi"nin bugünki görünüşü isə budur ⬆️

#Lənkəram #regionlar #arxitektura
🇦🇿 Tovuzdan izləyici yazır ki, küçələrdəki səkilər bu vəziyyətdədir.

Heç kim sirr üçün deyil ki, regionlarda piyadalar üçün şərait Bakıdan da pis vəziyyətdədir. Lakin sevindirici haldır ki, insanlar bu məsələyə də önəm verməyə başlayıb.

🔸 Səkilər ilə problemləri mütləq icra hakimiyyətinə bildirin və müraciətlər yazın. Bu, birbaşa olaraq onların məsuliyyət zonasıdır.

🔹 Elektron müraciəti buradan göndərmək olar: rih.gov.az

#regionlar #səkilər