İnsan yönümlü şəhərlər ️
3.06K subscribers
2.04K photos
245 videos
625 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
❗️ İlin ilk faciəvi qəzasının videosunu paylaşmıram, yəgin ki başqa səhifələrdə görmüsünüz.

Çox uzun da şərh etməyəcəm. Yalnız "Vision Zero"-nun əsas şuarını xatırladacam:

İnsanlar səhv edə bilər, heç kim ideal deyil. Amma yollar elə layihələndirilməlidir ki, kimsə səhv edəndə bu onu həyat bahasına başa gəlməsin.

İnsan yönümlü şəhər - ilk növbədə təhlükəsiz bir şəhərdir.

⚠️ "Vision Zero" nədir və o bizi necə xilas edə bilər? Azərbaycan dilinə tərcümə etdiyim bu videonu izləməyə tövsiyə edirəm.

#visionzero #təhlükəsizlik #qəzalar
⚠️ Bu videoya yazılan şərhləri oxuyun sonra isə "Bizdə niyə bu qədər adam qəzalarda ölür" sualına özünüz cavab tapacaqsınız.

Bir məxluq qaydaları kobud pozaraq ətrafda olan insanların həyatını riskə atır, avtoxuliqanlıq edir, şərhlərdə isə yalnız tək-tük izləyici bu hərəkətləri qınayır.

Qalanların hamısı "Qaqa zor edir, halaldır", "Bacarana can qurban", "Kayfla sürüş" kimi şərhlərdir.

Bu isə o deməkdir, bu şərhləri yazanlar sabah özləri belə hərəkət edəcək, bizi, sizi və yaxınlarınızı bədbəxt edə bilərlər.

❗️ Amma eyni zamanda unutmasınlar ki, həmin bədbəxtçilikdən onların özləri də sığortalanmayıblar.

Allah hər birimizi belə sürücülərdən qorusun.

#qəzalar
📊 Təsəvvür edin hər il Azərbaycanda 8 sərnişin təyyarəsi qəzaya uğrayır. Belə olsaydı, uçuşlar çoxdan qadağa olunardı.

Amma qol qəzalarına dair statistika məhs belə görünür.

Dəhşətli bir rəqəmlərdir. Son 4 ildə 3000 mindən çox insan yollarımızda həyatını itirib. Tək keçən il 834 nəfər həyatını itirib.

Yol qurbanları arasında ən böyük rəqəm hələ də piyadaların payına düşür. Təəccüblü deyil, çünki bu gün ölkəmizdə ən aşağı prioritetdə olan məhs onlardır.

Bir qədər yaxşı tendensiya Bakıda müşahidə olunur, o da güman ki ondan irəli gəlir ki, son illər Bakıda nizamlanan piyada keçidləri, yol ayrıcıları, təhlükəsiz adacıqlar kimi yeniliklər tətbiq edirlər.

Digər ölkələr ilə müqayisədə isə vəziyyət hələ də acınacaqlıdır. Hər 100 min avtomobilə düşən ölənlərin sayı həm digər Avropa ölkələrindən və hətta çox emosional sürücüləri olan Türkiyəyə nisbətən qat-qat böyükdür.

❗️ 2019-2023-cü illər üçün hazırlanan dövlət proqramına əsasən yol qurbanların sayı 5 il ərzində 30% azalmalı idi, amma görünür ki bu məqsəddən hələ çox uzağıq.

#qəzalar #statistika #infoqrafika
❗️ Yol hərəkəti təhlükəsizliyində çox ciddi islahatlar aparılmalıdır.

Bakı-Salyan yolunda bu gün baş verən qəzada 4 (!) nəfər həlak olub. Onların arasında 2020-ci il təvəllüdlü körpə də var.

Bu faciədir.

#qəzalar
💬 Son günlər və son aylar ölkə yollarında qəzaların, buna uyğun olaraq ölən və yaralananların sayı artır. Bəzi insanlar sadəlövhcəsinə düşünürlər ki, sadəcə sürücü, piyada və digər hərəkət iştirakçılarının maarifləndirilməsi, təbliğat və təşviqat yolu ilə bunun qarşısı alına bilər. Təəssüf ki, belə deyil…

Sistem xarakterli işlər görülməlidir. Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır. Proqramda əsas istiqamətlər var: sürücü hazırlığı və sürücülük vəsiqəsi alma işini təkmilləşdirmək; avtomobillərin texniki vəziyyətini yaxşılaşdırmaq; yol infrastrukturunu, hərəkətin təşkilini təkmilləşdirmək, ictimai nəqliyyatı inkişaf etdirmək və s.

Sistem xarakterli işlər elmi tədqiqat səviyyəsində təhlillər istəyir. Ötən şənbə və bazar günləri ölkə yollarındakı qəzalarda 16 ölüm qeydə alındı. Bu vəziyyətin (sadəcə ayrıca hadisələrin yox) səbəbləri araşdırılmlıdır. Araşdırma parametrləri çoxdur. Məsələn, hansı avtomobillər qəzaya düşdü və onların texniki vəziyyəti necə idi? Minik avtomobilləri ilə orta günlük yürüş məsafəsi nə dərəcədə artdı? İctimai nəqliyyatda hansı dəyişikliklər oldu? Qəza iştirakçıları hansı sürücülərdir, onların peşəkarlığı nə səviyyədədir? Qəzalar hansı yollarda baş verdi, bu yolların hansı özəlliyi var? Və s.

Belə elementar araşdırmalar və onların nəticələrinə uyğun real tədbirlər olmasa, heç nə dəyişə bilməz.

Təbliğat və təşviqata da böyük ehtyac var. Hətta onun da mahiyyətini və hədəflərini yeniləmək lazımdır. Əsas hədəf cəmiyyətdə TƏHLÜKƏSİZ DAVRANIŞ mədəniyyətini formalaşdırmaq olmalıdır.

Başlıca hədəflərdən biri ictimai nəqliyyatın inkişafı olmalıdır. Bərbad ictimai nəqliyyat olan yerdə yol hərəkəti təhlükəsizliyi olmur.

- Nəqliyyat eksperti Ərşad Hüseynov. Çox düz sözlərdir.

#qəzalar #təhlükəsizlik
⚠️ Uşaqların həyatlarını xilas edən etirazlar.

🇳🇱 Bu gün Sizə Niderland tarixindəki bir dönüş nöqtəsi haqqında danışmaq istəyirəm.

Keçən əsrin ortalarında burada, digər Avropa ölkələrində olduğu kimi, avtomobillərin sayı kəskin artmağa başladı. Küçələrdən tramvayları yığışdırıb, onların yerində geniş və sürətli yollar salınırdı (tanışdırmı?).

Təbii ki, avtomobilləşmə qəzaların sayına da təsir etdi. Belə ki, 1971-ci ildə Niderland yollarında 3300 nəfər həyatını itirmişdi, onların 400-dən çoxu uşaq idi.

Qəzəblənən ictimaiyyət "Uşaqları öldürməyi dayandırın" (Stop de Kindermoord) kampaniyasına start verdi. Minlərlə insan etirazlara çıxdı.

Dövlət məcbur olub tədbirlərə keçdi. Şəhərlər yeni, daha təhlükəsiz konsepsiya haqqında düşünməyə başladı. Məhs bu addımlar nəticədə İsveçdə qəbul olunan "Vision Zero" proqramının əsasında durdu.

Son 40 il ərzində Niderlanda yol qurbanların sayı 5 dəfədən çox azalaraq, 3300-dən təxmini 600-ə düşüb. Bu gün bu ölkənin küçələri dünyanın ən təhlükəsiz sırasındadır.

🔸 Xatırladım ki, Niderland əhalisi təxmini 18 milyon təşkil edir. Azərbaycanda isə 10 milyon əhaliyə hər il 800-dən çox yol qurbanı düşür. Avtomobil sayına görə götürsək, fərq daha çox nəzərə çırpır.

#təhlükəsizlik #qəzalar #visionzero
❗️ Bu gecə bloger Nicat Şakirli (Nikosayağı) ağır qəzaya düşüb. Avtomobili Heydər Əliyev prospektində TIR-a çırpılıb.

Nəticədə sərnişin dünyasını dəyişib, özünün isə qolunun amputasiya edilməsi deyilir.

Qəzanın təfərrütları hələ bilinmir, amma Nicatın ən azı çəkdiyi videolarda bir dəfə də olsun təhlükəsiz kəmərindən istifadə etməsini görməmişəm.

Yüksək sürət də rol oynayıb güman ki, avtomobilin vəziyyətindən bu görünür. Amma nəyə görə sə, kəmər bağlamaq bizdə hələ də sanki söyüş kimi qəbul olunur. Niyə öz həyatı ilə belə oynasan? 1 milyonluq izləyicisi olan səhifədən əksinə təbliğat kimi istifadə edib kəmər taxmaqla kifayət qədər insanlara təsir edib örnək ola bilərsən.

Başqa dərd isə şəhər daxilindəki yolların maqistral kimi olmasıdır. Küçə və prospektlər özü belə dizayn edilməlidir ki, istəsən belə oradan 100 ilə bilməyəsən. H.Əliyev prospekti bunun tam əksidir.

Qəzada həlak olan sərnişinə Allah rəhmət eləsin, Nicata isə şəfa diləyirəm.

#qəzalar
❗️ 8 noyabr prospekti daha bir piyadanın canını aldı.

Az qala 24/7 bu haqda danışılır bu səhifədə, amma yenə də problemin kökünü başqa yerdə görürük.

🚷 Biz deyəndəki, yeraltı və yerüstü piyada keçidləri ləğv edilməlidir, bu prospektdə normal eynisəviyyəli keçidləri təşkil olunmalıdır, bizə şərhlərdə yazırlar: "Nə danışırsınız, yerüstü keçid yaxşıdır! Təhlükəsizdir! Sadəcə piyadalar məsuliyyətsizdir!".

🔸 Nə qədər ki, biz piyadaları günahlandıracağıq, nə qədər ki "keçiddən istifadə etmirlər, məsuliyyətsiz piyadalar" nəzər nöqtəsindən çıxış edəcəyik, bir o qədər də vəziyyət düzəlməyəcək.

#qəzalar #8noyabrprospekti
Daha iki uşaq təhlükəli yollarımızın qurbanı oldu.

Zaqatalada sürücülük vəsiqəsi olmayan bir şəxs küçədə gəzən 3 məktəblini vurub, onların ikisi hadisə yerində dünyasını dəyişib.

Yaxşı, sürücü məsuliyyətsiz bir axmaqdır, amma bu küçədə təhlükəsiz gəzmək üçün şərait varmı? Xeyr, fotolarda hər şey aydın görsənir. Bakının bir çox küçələrində olduğu kimi, regionlarda səkilərlə vəziyyət acınacaqlıdır. İnsanlar yolun ortası ilə gəzir, hər gün həyatlarını təhlükə altına atır. Regionlardan vloqları çəkərkən dəfələrlə bunu göstərmişik.

Bu qəzada sürücünün günahı olduqca böyükdür, əlbətdə, onu məsuliyyətə cəlb edəcəklər. Amma əgər biz istəyiriksə küçələrdə insanlarımız ölməsin biz qəzadan sonra kimisə cəzalandırmaq deyil (axmaq və məsuliyyətsiz sürücülər dünyanın hər yerində var), qəzaların qarşısını almaq üçün tədbirlərə fokuslanmalıyıq. "Vision Zero" konsepsiyası var, hər şey orada aydın izah olunub, amma bizdə tətbiq etmək istəmirlər.

🔸 Görəsən daha nə qədər soydaşlarımız ölməlidir ki, biz nəhayət bunu başa düşək? Yollardakı soyqırım nə vaxta qədər davam edəcək?

#qəzalar #visionzero

⚡️ Bu da ilk qəza.

“Crescent Mall”-un açılışından sonra Neftçilər prospektində yaranan təhlükəli vəziyyəti sizə yazıb göstərmişdim.

Bir ay keçməmiş burada iki nəfəri maşın vurdu.

🔸 Düşünürəm ki, hadisədən sonra burada iki tədbirdən biri görüləcək - ya ərazi məhəccərənəcək və piyadalar yeraltı keçidlərə qovulacaq (avtomobil yönümlü qərar), ya da burada rahat eynisəviyyəli nizamlanan keçid təşkil olunacaq.

🔸 Görülən tədbirdən asılı olaraq biz də biləcəyik, şəhər siyasətində prioritetlər dəyişir yoxsa yox.

#qəzalar
⚡️ Sumqayıt istiqamətində gedən iki avtobus toqquşub, ölən və yaralan var.

Təhlükəsizliyi təmin edə bilməyən ictimai nəqliyyatla heç vaxt dayanıqlı mobillik qurmaq mümkün olmayacaq.

Səbəblər hələ açıqlanmayıb, lakin dəqiq demək olar ki, bu cür qəzalar ictimai nəqliyyatın reputasiyasına çox böyük zərbədir.

#qəzalar