İnsan yönümlü şəhərlər ️
2.84K subscribers
1.73K photos
211 videos
551 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Bakı şəhərin mərkəzində tarixi küçələrin vaxtında düzgün təmir edilməməsinin nəticəsi.

🔸 Səkilər çox yerdə yoxdur.
🔸 Parkinq yerlərin özbaşına təşkili və zəbt edilməsi.
🔸 Piyadalar məcburdur yolun ortası ilə hərəkət etməyə.

Buranı ortaq küçə etməklə müasir və hər kəs üçün rahat yer etmək olardı. Bu küçələr haqqında vaxtında bloqda yazmışdım.

#səkilər
Koroğlu Rəhimov küçəsində səkidə parkinq təşkil edib hələ qabağına şlaqbaum da qoyublar.

Xəstədilər, dəlidirlər, nədirlər?! 🤦‍♂️

#səkilər
🇦🇿 Mingəçevir şəhərinin geniş səkiləri.

Həm də görünür ki, burada çoxlu yaşıllıq var, ağaclar təbii olaraq buranın havasını sərinlərdirir.

#Mingəçevir #səkilər #regionlar
8-ci mikrorayonun kontrastları.

Maraqlıdır ki, Bakı mikrorayonların ətrafında küçələr, səkilər və nəqliyyat infrastrukturu heç də ürəkaçan olmasa da, burada yaşıl və həyat dolu həyətlərə rast gəlmək olar.

🔹 Buradan da vloq çəkdik. Patreon-da bizi dəstək göstərən izləycilər, daha tez izləyə bilər.

#səkilər
🇦🇿 Əziz Bakı, ümid edirəm səkiləri daraldan, piyadaların yollarını kəsən və şəhərə eybəcərlikdən başqa heçnə gətirməyən bu cür köşklərdən sən bir gün qurtulacaqsan.

Küçə ticarət olmalıdır, lakin insanlara naratlıq gətirəcək və şəhərin simasını pozan formada yox.

📍 Səməd Vurğun bağı.

#səkilər #köşklər
📍 Bu şəkil Bakını çox yaxşı təsvir edir.

- İnsan daşimalarını yaxşılaşdırmaq üçün tələb olunan avtobus zolağında ətlik heyvan daşıyan avtomobil durur. Bu da şəhərin prioritetləri.
- İcitimai məkanın zəbt edilməsi. Səkidə kartof satışı bir yana, amma səkidə iribuynuzlu heyvanın kəsilməsi artıq hər şeyi deyir.

Bu o deməkdir ki, şəhərdə heç bir formal qayda işləmir. Müəyyən şərtlərlə kim nə istəsə edə bilər. Deməli lazımi nəticə verən təsisatlar mövcud deyil.

*Prius da öz yerində :)

©️ Facebook / Transport for Baku

#səkilər #avtobuszolağı
Əvvəl və sonra.

Səkilərin və ağacların bu cür məhv edilməsi Gədəbəydəki baş verən özbaşınalıqdan heçnə ilə fərqlənmir.

📍 Masazır qəsəbəsi.

#səkilər #ağaclar
🇦🇿 Lənkəranda sıravi bir səki. Regionlarda, təəssüf ki, belə hallara addım başı rast gəlinir.

Piyadaların hərəkəti ümumiyyətlə nəzərdə tutulmur.

#səkilər #Lənkəran #regionlar
❗️ Bu köşklərlə özbaşınalıq artıq pik səviyyəsinə çatıb.

Səkinin 100%-ni zəbt edirlər, piyadaları yolun qırağı ilə hərəkət etməyə məcbur edirlər.

#səkilər #köşklər
Bakıda səkilərin oğurlanması davam edir.

📍 Haqverdiyev küçəsi, Yasamal

#səkilər
Tomsk şəhərində küçələrin birində sakinlər hərəkət etmək üçün boya ilə belə bir səki çəkdilər.

Sürücülər də bu səkiyə riayət edir, üzərinə çıxmır.

#səkilər
❗️Səkinin 90%-i zəbt olunub.

Görəsən, nə vaxt dövlət qurumları oyanıb bununla nəisə etmək fikirindədirlər? Bu şəhərin yiyəsi var, yoxsa yox?

📍 Bakı, Xəqani Rüstəmov küçəsi.

#səkilər #köşklər
🚷 Piyadalar üçün heç uyğunlaşdırılmamış bir şəhərdə, "səki" anlayaşına hörmət qoyulmayan Bakı şəhərində piyadadan hansısa intizam gözləyirik?

Ümumiyyətlə, bu cür videoları çəkib paylaşmağın məqsədi nədir? Piyadaları "qoyun" adlandırmaq üçün daha bir səbəb? Belə piyada davranışını elə biz özümüz yetişdirmişik.

Piyadaları ömür boyu məcbur etmişik maşın yoluna çıxsın. İndi isə onları qınayırsınız? Belə videolar paylaşmaqlar siz heç bir problemi həll etmiş olmursunuz.

Bəsdirin, Vallah ayıbdır.

#səkilər
🇨🇳 İzləyicimiz Çindən fotolar göndərib.

Bura Çinin texnoloji mərkəzi sayılan Şenjen şəhəridir. Geniş səkilər, velosiped və əlillər üçün yaradılan şəraitə fikir verin.

Bir qədər bura Asiyanın qiqantizmi gözə çırpır, amma ümumi olaraq burada küçədə hər kəs üçün nəzərdə tutulan məkanın olduğunu başa düşürlər.

📸 Maraqı fotolarınızı bizə şərhlər bölməsində göndərə bilərsiniz.

#Çin #səkilər
Salamzadə küçəsində səkilərin vəziyyətini izləyici çəkib göndərib.

Hər hansı bir avtomobil yolu bu vəziyyətdə olsaydı bu mövzu gündəm olardı. Amma piyadaları taleyi heç kimi maraqlandırmır.

#səkilər #izləyicilərdən