İnsan yönümlü şəhərlər ️
2.96K subscribers
1.98K photos
230 videos
605 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚍 Yaxşı ictimai nəqliyyat tək avtobus və vaqonlar demək deyil.

Şəhər infrastrukturu da cəlbedici, rahat və əlçatan olmalıdır.

🇩🇪 Almaniyanın Vaysenfels şəhərindəki bu mübadilə mərkəzinə fikir verin. Bu cür səliqəli infrastrukturu görəndə adam özü avtobusdan istifadə etmək istəyir.

#ictimainəqliyyat #mübadiləmərkəzi
Ⓜ️🚎 Gənclik” metrosunun yanında avtobus habı yaradılıb.

Hələ ki işlər yalnız boya ilə görülüb, bu bir qədər xaotik hərəkət yaradacaq, amma burada pavilyonlar, fiziki təhlükəsizlk adacaqları yaradılsa, yaxşı nəqliyyat mübadilə mərkəzinə çevirmək olar.

🔹 Ərazidə ticarət mərkəzi, universitet, stadion, parklar yerləşir, həmçinin yaşıl dəhlizlərdən biri də buradan keçəcək.

#ictimainəqliyyat #mübadiləmərkəzi
🚌 Koroğlu metrostansiyasının yanında nəqliyyat mübadilə mərkəzinin inşası bitib.

🔹 Mərkəzin məhz burada yerləşməsi daha məntiqlidir, çünki qatar stansiyasına daha yaxındır. Beləliklə, bura avtobus, metro və qatar stansiyalarının birləşdirdiyi nəqliyyat habıdır.

🔹 Qısa zamanda inşa edilməsini nəzərə alaraq, sərnişinlər üçün pavilyondan əlavə digər şərait nəzərdə tutulmayıb. Xüsusilə ağac və süni kölgələrdən söhbət gedir. Ümid edirəm, gələcəkdə bunun üçün də vəsait və imkan tapılar.

🔹 BNA-nın vaxtında inşa edildiyi NMM yaxşı nümunədir, gəlin həmçinin digər ölkələrdəki mübadilə mərkəzlərinə baxaq.

#mübadiləmərkəzi