İnsan yönümlü şəhərlər ️
3.06K subscribers
2.03K photos
245 videos
625 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇬🇧 Dünyanın ən qədim metrostansiyası.

Şəhər tarixinə, ictimai məkanların tarixi identikliyinə hörmət nümunəsi.

Gördüyünüz kimi, müxtəlif rəngbərəng plastik panellərdən istifadə etməsək belə, metrostansiyalarımızı yaxşı vəziyyətdə qoruyub saxlaya bilərik.

©️ Bayram Axundov.

📍 Baker Street, London.

#metro #London #tarixifoto
Media is too big
VIEW IN TELEGRAM
🇬🇧 Londonda avtomobil axının sakitləşdirilməsi.

Həqiqətən, bundan daha effektiv üsul tapmaq çətindir. Hər kəs öz doğma avtomobilini cızmağa ehtiyat edir. 🙂

Əminəm ki, bizim sürücülərə belə bir şey göstərsən, deyəcəklər, "başları gedib, bu nə absurddur". Lakin məhs belə bir kəsişmədə piyadanı vurmaq ehtimalı demək olar ki sıfıra bərabərdir.

İnsan həyatından vacib nə ola bilər?

#təhlükəsizlik #London
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tıxaclar dünyanın istənilən böyük şəhərində müşahidə olunur.

Əsas odur ki, sizdə alternativlər olsun.

🇬🇧 London. Tıxac və velosiped yolu.

#velosipedzolaqları #london