İnsan yönümlü şəhərlər ️
2.89K subscribers
1.87K photos
214 videos
575 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚠️👆 Şəkildəki xəbərin 9 yaşı var. ⠀

Bizi hələ 2014-cü ildə tıxaclardan qurtulmaq istəyirdilk. 10 ilə yaxın vaxt keçdi, vəziyyət isə daha da pisləşdi.⠀

🔹 Çünki o vaxtdan bəri bizim qurumlar "Maşınlar üçün necə şərait yaradaq?" sualına cavab axtarırdılar. Yolları genişləndirirdilər, piyadaları yerin üstünə və yerin altına qovurdular, səkiləri parkinqə çevirirdilər, ictimai nəqliyyata diqqət demək olar ki yox idi.⠀

BNA gəldi, dedi ictimai nəqliyyata prioritet verək, yeni avtobus zolaqları salaq, amma populist məmurlar və deputarlar bunu qınadı, polis inspektorları isə bu gün özləri avtomobilləri bu zolağa yönəldirlər.⠀

Bunların hamısının "bəhrəsini" indi pəncərəyə baxıb görə bilərsiniz 🚗🚗🚗. Bakı şəhəri həm tıxaclar boğulur, həm də yol təhlükəsizliyi problemi çox acınacaqlı vəziyyətdədir.⠀

🔹 İndi isə Nəqliyyat Nazirliyi (RİNN) deyir ki, biz şəhəri piyadayönümlü etməliyik, xarici mütəxəssislər dəvət etmişik.⠀

💬 Bu xarici mütəxəssislər sizə bilirsiniz nə deyəcək? Deyəcək ki, maşınlar üçün olan geniş prospektləri daraldın, orada ayrılmış zolaqlar çəkin, tramvayı qaytarın, velozolaqlar salın.⠀

❗️ Bunların hamısı düzgün təbliğ görməyən cəmiyyətdə çox ciddi narazıçılığa gətirəcək. Bütün dünyada, hətta ən inkişaf etmiş ölkələrdə, belə islahatlar xalq tərəfdən təzyiqlə qarşılaşıb.⠀

Bizim dövlət qurumlarına sualım odur ki, siz bu təyziqə hazırsınızmı? Urbanistik islahatlar böyük cürət tələb edir.⠀

🔹 Yaxın gələcəkdə baş verən proseslər mənə çox maraqlıdır. Və əlbəttə ki, bu səhifədə dayanmadan maarifləndirməni aparmağa davam edəcəm, xarici təcrübəni göstərəcəm ki, bizim cəmiyyətdə "həqiqətən yaxşı şəhər necə olmalıdır?" sualına düzgün cavab formalaşsın.⠀

🤝 Kanala daha çox dostlarınızın dəvət etməsi də bu islahatları yaxınlaşdıracaq.

#tıxac #analitika
⚠️ "BNA ləğv olundu!".

Bu cür mətnlərə mediada və sosial şəbəkədə yaxın günlərdə hələ çox rast gələcəksiniz.

Ondan başlayaq ki, BNA ləğv olunmayıb, AYNA ilə birləşdirilib. Sadəcə indi həmin əməkdaşlar həmin işi digər agentlik adından görəcəklər. Hər halda İcra Hakimiyyətinə veriləndə belə idi.

İndi isə vəziyyət təxmini olaraq ona qayıdır ki, yenə bütün nəqliyyat məsələlərini Nəqliyyat Nazirliyinin ətrafında yığmağa çalışırlar. Yeni "Nəqliyyat Şurası"nın yaradılması həmin məntiqə sıxır. Birmənalı olaraq məlumdur ki, hakimiyyət başa düşür ki, bu gün nəqliyyat sektorunda çox ciddi islahatlara ehtiyac var. İstər təhlükəsizlik, istər tıxac, istər ictimai nəqliyyat sahəsi - biz inkişaf etmiş ölkələrdən çox geridə qalmışıq. Qarabağda ağıllı kənd tikirik, amma Qafqazın ən böyük paytaxtı Bakının küçələrində vəziyyət günü-gündən pisləşir. Belə şey necə mümkündür?

👎 Hər kəs narazıdır - sürücüsü, piyadası, sərnişini və tıxacda qalan deputatı.

Dəfələrlə qeyd etmişəm ki, həllərin kökündə siyasi iradə və cürət durur. Son aylarda aparılan struktur islahatları, xaricdən mütəxəssislərin dəvəti həmin iradəyə işarə versə də, heç bir real urbanistik islahat qeyri-populyar və qeyri-intuitiv addımlar atmadan mümkün deyil.

🔹 Mən heç kimi, xüsusi ilə bu postu oxuyan həmin dövlət qurumlarının işçilərini ruhdan salmaq istəmirəm. Əksinə, sizdən xahiş edirəm ki, öz rəislərinizə və rəhbərlərinizə başa salın ki, bu yolu inkişaf etmiş dövlətlər hələ keçən əsrdə keçib. Vaxtilə Avropada avtomobil yollarını daraldan və yerində tramvayı bərpa edən məmurlar lənətlənirdilər. Bu gün isə onlara dua oxuyurlar.

Elə edin ki, bu gün tıxaclarda hər ay 30-35 saatını itirən insanlar sizə də sabah dua oxusunlar.

#analitika
​​🚕🚍 Tıxacda dayanan taksini seçərsiniz yoxsa sizi metro kimi şəhərin istənilən yerinə tıxacsız avtobusa?

🔹 Bu gün nazir Rəşad Nəbiyevin danışdığını oxumuş olarsınız, güman ki. Əksər xəbər saytları və populist səhifələr danışığından yalnız "taksinin qiyməti artacaq" ifadəsini çıxarıblar.

🔹Lakin o daha bir vacib mesajı bəyan edib: Avtobus zolaqların sayı artacaq və polis həmin zolaqlada digər maşınları buraxmayacaq, ictimai nəqliyyata üstünlük verilməlidir küçələrdə.

🔸 Bu çox ciddi bir bəyanatdır, çünki indiyə qədər, misal üçün, keçmiş BNA polisə belə göstəriş verə bilməzdi.

Düzdür, bunun nə dərəcədə real olması hələ dumanlı görsənir, lakin üfüqdə artıq işıq görsənir. Deyəsən, Nəqliyyat Nazirliyində Dayanaqlı Şəhər Mobillik Planını müzakirə edirlər, problemi kökündən həll etmək istəyirlər.

🔹 Mən dəfələrlə qeyd etmişəm ki, bu cür islahatlar üçün lazım olan ən böyük amil cürət və cəsarətdir. İnsanlar indi açıq şəkildə taksilərdə qiymət artımına dair sosial şəbəkələrdə narazılığını bildirir. Urbanistik islahatlar davam etsə sabah bundan da ciddi etirazlar olacaq.

🔸 Bütün inkişaf etmiş ölkələr bundan keçib. Bəs biz hazırıqmı?!

🔹 Bakılılara isə ünvanlanıb demək istəyirəm ki, əgər şəhərin hər yerinə avtobus zolaqları çəkilsə və onlar hər zaman boş qalsa, inanın ki şəhər daxilində əksər yerlərə siz uzağı 20 dəqiqəyə çata biləcəksiniz. Bu cür hallarda siz artıq tıxacda 1 saat vaxt itiməyə heç özünüz istəmərsiniz.

#analitika
🆘 BAKIYA NİYƏ PUL AYIRMIRLAR?

Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manatın ayrılması nəzərdə tutulur.

Və bu 1-illik büdcədir (tək 2024 üçün). Ötən üç il ərzində artıq 7 milyard dollar xərclənib.

İşğaldan azad olunmuş ərazilərin bərpası təbii ki, olduqca vacibdir və bu rəqəmlərin publik olması yaxşı haldır. Lakin niyə həmin ölkənin paytaxtı üçün ayrılan vəsait nisbətdə çox aşağıdır və ümumiyyətlə açıqlanmır? Açıq şəkildə açıqlanan rəqəm varsa, şərhdə yazın, mən tapmadım.

Metroya 50 milyon ayrılan kimi hamı təşvişə düşdü, qiymətləri qaldırmaq üçün bəhanə axtarırsınız dedilər.

⚠️ Bakı şəhərinin ictimai nəqliyyatı batır, avtobuslar ilişib tıxaclarda, yeni metrostansiyalar demək olar ki tikilmir, tramvay söhbəti illərdir kağızda qalıb (baş planla bir şkafda tozlanırlar).

Nə vaxt icra hakimiyyətlərinə müraciət edirsən, ağlayırlar ki pul yoxdur, vəsait ayrılmır.

❗️ Bakı şəhəri bu gün Azərbaycan iqtisadiyyatının əsas toplandığı yerdir, lokomotividir. Ən güclü insan resursları burada toplaşıb.

Nəticə isə nə? Burada yaşayan insanlar tıxaclarda “qocalır”, şəhərdə hərəkət etmək üçün normal alternativlər yoxdur.

🆘 Bakıya bu gün güclü investisiyalar və islahatlar lazımdır.

Bir izləyici vaxtilə zarafat olaraq belə şərh yazmışdır:

“Bakını qəsdən inkişaf etdirmirlər ki, camaatın Qarabağa köçməsini stimullaşdırsınlar…”

Bəlkə bu bir zarafat deyil və planlar həqiqətən elədir? Nə düşünürsünüz?

#analitika
🇦🇿Azərbaycan, 🇪🇺Avropa Birliyi, 🇳🇴Norveç və urbanistika.

📊 İki gün davam edən səsvermənin nəticəsəsinə əsasən, bizim vətəndaşların təxmini yarısı ölkəmizin Avropa Birliyinə üzv olmasını dəstəkləyər.

Bu böyük rəqəm deyil, ələxsus da onu nəzərə alsaq ki, kanalın auditoriyası savadlı, müasir düşüncəli və yeniliklə hazır olan insanlardır. Ölkə üzrə ümumi ortastatistik rəqəm fərqli olacaq.

🇬🇪 Gürcüstana AB-yə namizəd ölkə statusun verilməsi dünyada Cənubi Qafqazın birmənalı olaraq Avropa regionu kimi tanınmasına gətirib çıxaracaq.

🔹 Aydın məsələdir ki, Gürcüstan tam üzv olmaq üçün hələ böyük yol keçməlidir. Bu proses 3-5 bəlkə də 10 il çəkə bilər.

Lakin bu yol müxtəlif islahatlardan keçir. Bu islahatların ayrılmaz parçası şəhərləri daha təhlükəsiz və insan yönümlü etməkdir. Yeni standartların qəbulu, ictimai nəqliyyatın inkişafı, qəza risklərin minimuma endirilməsi - bu gün Tiflisin nümunəsində bunları artıq görmək olur.

🇦🇿 Bizim AB üzv olmaq kimi rəsmi niyyətimiz olmasa da, dünyanın ən yaxşı urbanistik təcrübəsini tətbiq etmək kimi məqsədimiz olmalıdır.

Bir gözəl ölkənin misalını gətirmək istəyirəm. 🇳🇴Norveç heç vaxt AB üzvü olmayıb, iki dəfə referendum keçirilib və insanlar üzvlüyə qarşı səs verib. Norveçdə bu gün Azərbaycandan 2 dəfə daha az insan yaşasa da, yol qəzalarında 7 (!) dəfə daha az insan həyatını itirir (ötən il müvafiq olaraq 834 və 116).

Norveçin küçələri rahat, insanyönümlü və təhlükəsizdir (fotoda), ümumiyyətlə Avropada yol təhlükəsizliyi cəhətindən ən inkişaf etmiş ölkələrdən biridir.

🔹Odur ki, bizə birbaşa üzvlük olmasa da, mütləq insan həyatının dəyəri kimi prioritetlər önə çıxarılmalıdır.

🔸 Siz necə düşünürsünüz?

#analitika
🚍 50 qəpiklik nəqliyyatdan nə gözləyək?

🔸 Pessimistik səslənsə də, hələ ki heçnə. Qiyməti bu gün qalxan gediş haqqı yenə də sərnişindaşımanın maya dəyərini ödəməyəcək. Ən yaxşı halda, bu 10 qəpik qalxan dizelin qiymətini bir qədər kompensasiya edəcək.

🔹 Lakin ictimai nəqliyyat stateji sahə olduğundan, buna bazar yanaşması qətiyyən tətbiq olunası deyil. Subsidiyalar burada mütləqdir.

🔹 Deyirlər ki, yaxın zamanda brutto müqaviləyə keçid gözlənilir. Bu halda, daha çevik qiymət siyasəti mümkün olacaq, daşıyıcılar da ziyanda qalmayacaq. Ən əsası isə, aylıq/illik tariflər və digər güzəştləri tətbiq etmək olar ki, daha çox insanı ictimai nəqliyyata cəlb etmək olsun.

🔹 Bu işlər parallel olaraq, avtobus parkının yenilənməsi, onların qrafik üzrə hərəkət edilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi isə parallel aparılmalıdır. Bunlar olmayana qədər, hər kəs uduzmuş olacaq.

💬 Səmimi deyin, son 6 ay ərzində şəxsi avtomobil və taksidən imtina edib avtobus və metroya keçən ətrafınızda neçə nəfər tanıyırsınız?

#ictimainəqliyyat #analitika
🚍 İctimai nəqliyyatının reputasiyası haqqında.

💬 Bu gün sosial şəbəkələrdə taksi xidmətlərinə dair iki şikayət rastıma gəlib. İnsanlar narazıdır ki, taksilərin qiyməti artıb, lakin əvəzində keyfiyyətli xidmət yoxdur (avtomobillər yenə də köhnə, kondisionerlər qoşulmur).

🚕 Çünki nə baş verdi? İnsanları kütləv taksi istifadəsindən çəkindirməyə başladılar, amma ictimai nəqliyyata heç olmasa şifahi olaraq cəlb etmək üçün demək olar ki, heçnə edilməyib, bircə qiymət qaldırılıb.

☑️ Bəli, avtobus zolaqlarının sayı artırıldı, bir az velosiped zolaqları salındı, lakin insanlara bu məlumat düzgün çatdırılırmı?

Misal üçün, aşağıdakı suallara kim cavab verəcək?
Yeni BUS zolaqların sayəsində hansı avtobuslarda gediş müddəti azaldı?
Bakının hansı nöqtələri arasında ictimai nəqliyyat və velosipedlə maşından daha tez çatmaq olar?
Yaxın zamanda marşrut şəbəkəsi necə dəyişəcək? Xəritə varmı?
Hansı yeniliklər gözlənilir?

Siyahını davam etmək olar. Təbii ki, yaxşı işlər görülür, lakin cəmiyyət məlumatsızdır. Bakı Nəqliyyat Agentliyinin layihələri az olsa da, səhvlər olsa da, BNA onları təqdim etmək bacarırdı.

🔸 Biz hazırda elə bir mərhələdəyik ki, bizdə ictimai nəqliyyat "kasıbın nəqliyyatı" reputasiyasına malikdir. Rəsmi təbliğat və maarifləndirməyə çox ehtiyac var.

🔸 Təbii ki, bu işlər parallel olaraq ictimai nəqliyyatın inkişafı ilə aparılmalıdır, bu istiqamətdə nə etmək lazımdır - daha detallı bu həftə ətraflı danışarıq.

#ictimainəqliyyat #analitika