İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.06K photos
247 videos
630 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🏢 MİDA evlərini nəhayət ki ətraflı gəzdik və sizə göstərməyə hazırıq!

Sosial evlər kimi tanınan bu tip binalarda ev almaq üçün növbələr düzülür, hərrac zamanı qalmaqallar olur.

Bəs bu evlərdə mənzil almağa dəyərmi? Burada mühit və keyfiyyət varmı? Yeni vloqda buna cavab tapacaqsınız.

https://youtu.be/Lo18qORptWY

🔹 Əməyimizə dəyər vermək üçün bizə maddi dəstək göstərə bilərsiniz.

🔸 Patreona abunə olanlar isə videolarımızın daha geniş versiyasını izləyir.

#vloq #yaşayışmassivləri
🏘 Yaxşı yaşayış kompleksi- Minskdən nümunə.

🇧🇾 Bura Belarusun paytaxtındakı Pirs adlı kvartaldır. Əslində, yaxşı yaşayış mühiti məhs bu cür salınır.

20 mərtəbəli həyətsiz komplekslərdən fərqli olaraq, bu cür mühitdə yaxşı həyətlər təşkil etmək mümkündür, burada eyni zamanda qonşuluq siyasəti də yaranır.

Mən videobloqda bu məsələyə çox diqqət yetirirəm, sizə BerlindənStokholmdan belə yaşayış massivləri ətraflı göstərmişəm. Və eyni zamanda Bakıdakı Yeni YasamalMİDA ilə müqayisə etmişəm.

Bizim insanlar da bu cür mühitdə yaşamağa layiqdilər, ümid edirəm, bizim bina tikənlərdə bir gün bunu anlayacaq.

❗️ Vacib qeyd: Deyəcəksiniz ki, bizim tikinti şirkətləri acgözdür, onlar daha çox mərtəbə tikib kvadrat satmaq istəyirlər, amma sonuncu şəkildə illüstrativ formada göstərilir ki, eyni yaşayış sahəsini həm hündürmərtəbəli binada, həm də kvartal tipli şəhərsalmada elə eyni ərazidə təşkil etmək mümkündür.

#yaşayışmassivləri #Minsk
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚊 Yaşayış massivi üçün salınan tramvay.

🇸🇪 Bura Stokholm şəhəri, "Hammarby Sjöstad" yaşayış kvartalıdır. Yaşayış kvartalının mərkəz küçəsindən belə bir müasir tramvay hərəkət edir.

Bu gün Avropanın inkişaf etmiş şəhərlərində yaşayış massivlərini salarkən onun ictimai nəqliyyat cəhətindən əlçatanlığını ciddi düşünürlər. Əgər hansısa rayonda minlərlər yeni ailə yaşayırsa, bu insanların dayanıqlı, tıxaclardan asılı olmayaraq nəqliyyatı da olmalıdır.

🔹 İndi Siz buranı bizim yaşayış kvartalları ilə müqayisə edin. Misal üçün, Ağ Şəhərin küçələrinə belə tramvaylar çox yaraşar.

⬆️ Videoda gördüyünüz yaşayış massivinin ətraflı icmalını buradan izləyə bilərsiniz.

#yaşayışmassivləri #tramvay #stokholm
Media is too big
VIEW IN TELEGRAM
⬆️ Bu xəbər süjetinə diqqətlə baxın.

Burada baş verən proseslərə "gettoləşmə" deyilir. Bu haqda məqalə yazmışıq və Xırdalanın nümunəsində vloq çəkmişik.

🔸 Qısa olaraq nə baş verir? Bu cür binaları tikən MTK-lar evləri təhvil verəndən sonra heç bir infrastruktura yatırım etmirlər. Həyətlərə qulluq etmirlər, təhlükəsizliyə nəzarət aşağı olur. Cinayətlərin sayı artır. Nəticədə azca imkan tapan kimi buradan ailələr yavaş-yavaş köçür.

🔸 Sonda qalan ən aşağı sosial təbəqələr qalır və bura gettoya çevrilir. Bu proseslər dünyanın müxtəlif ölkələrində baş verib və verir, Azərbaycan da bu zəncirdə istisna olmayacaq.

❗️ Onu da qeyd edim ki, cəmiyyətimizdə bu gün artan aqressivlik, qeyri-adekvat davranış məhz bu cür insan yönümlü olmayan mühitdə yaşamaqdan formalaşır.

#yaşayışmassivləri