AzadlıqRadiosu
8.91K subscribers
1.52K photos
543 videos
3.24K links
Azadlıq Radiosunun Telegram kanalına xoş gəlmisiniz. Hər gün senzurasız azad, dəqiq və tərəfsiz xəbər və araşdırmaları oxumaq üçün kanalımıza abunə olun.

Youtube kanalımızı izləmək üçün: https://www.youtube.com/AzadlıqRadiosu
Download Telegram
C.Hacıyevin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna bildirib ki, sentyabrın əvvəlindən qardaşı ilə nə görüşə bilir, nə də telefonla danışır: «Səkkiz ay 13 Saylı Cəzaçəkmə Müəssisəsində görüşməyə qoymadılar. Fevralın 8-də beş ay olacaq ki, Kürdəxanı təcridxanasında görüşə bilmirik. Heç kimə qarşı belə davranmırlar. Nə olub? Cahangirdən nə istəyirlər, bilmirəm».



https://www.azadliq.org/a/əminə-hacıyeva-bilmirəm-cahangirdən-nə-istəyirlər-/29736053.html
Amma iqtisdaçı Qubad İbadoğlu düşünür ki, sərəncamla əhalinin təkcə gəlirləri yox, həm də xərcləri artır. Onun fikrincə, bu sərəncamdan 600 min nəfər udacaqsa, 2,5 milyon nəfər də uduzacaq. Qazananlar daha çox minimum əmək haqqı ilə elm, səhiyyə, sosial təminat, mədəniyyət və digər sahələrdə çalışanlardır. Bəs, uduzanlar kimlər olacaq?

https://www.azadliq.org/a/emekhaqqi-artimi-vergi-artimi/29763968.html?fbclid=IwAR3RdQLZzKXW-GOhacq65M1W16UqbEj01dHULRvNPxFEUhWgBhnj9d9P54U
Fevralın 10-da XIX əsrdə Rusiya ilə İran arasında “Türkmənçay” müqaviləsinin imzalanmasından 191 il ötdü. Bu müqavilə Azərbaycanda “iki xalqın parçalanması, ona məxsus torpaqların işğalı” kimi dəyərləndirilir.

Amma bu müqavilə haqqında fərqli düşünənlər də az deyil. Məsələn, sosial şəbəkələrdə “xalqın bəxti gətirən gün” deyənlər də tapılır. Onların bununla bağlı öz arqumentləri var.

https://www.azadliq.org/a/turkmencay-muqavilesi-olmasaydı/29764053.html?fbclid=IwAR1WVn64slYcE8egmoGuoM0_OZuBnTasHbr8Ay21F86ynV9Qc-GNQ_BVrCI
2 manata qədər olan siqaretlərin hər qutusunda 20 qəpik, 2 manatdan baha olan siqaretlərin qutusunda isə 30 qəpik artım olduğu bildirilir.

https://www.azadliq.org/a/29776199.html
Dəyişən nədir? Hakimiyyət başçısını yerli telekanala müsahibə verməyə, xalq arasına daha çox çıxmağa, daha çox ünsiyyətdə olmağa vadar edən, bəzi qadağaları götürməsinə, məsələn, kinorejissor, yazıçı, Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyovun ölkəyə gəlişinə razılıq verilməsinə səbəb nədir? Bunlar islahatın başlanğıcı sayıla bilərmi?

AzadlıqRadiosunun suallarını siyasi şərhçi Rauf Mirqədirov cavablandırır:

https://www.azadliq.org/a/prezidenti-xalq-arasına-çıxmağa-vadar-edən-nədir-/29778696.html
Milli Məclisin fevralın 19-da keçirilən iclasında «Əmanətlərin tam sığortalanması haqqında» Qanuna təklif olunan dəyişiklik qəbul edilib. Dəyişikliyə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.

https://www.youtube.com/watch?v=2KabthLGdfE
https://www.azadliq.org/a/i̇qtisadçı-prezidentin-kredit-qərarını-şərh-edir/29795797.html

«Problemli kreditlər tam olaraq dövlət tərəfindən ödənilməyəcək. Vətəndaş devalvasiyaya qədər olan məzənnə ilə borcunu ödəməyə məcbur olacaq. Amma devalvasiya nəticəsində dəymiş ziyanı dövlət ödəyəcək», – REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli prezidentin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fevralın 28-də imzaladığı fərmanı şərh edərkən söyləyir.
KREDİT BORCUNUZA GÖRƏ ÖDƏNİŞİ HESABLAYIN

Vaxtı keçmiş kreditlərə dair prezidentin imzaladığı fərmanda 10 min dollara qədər olan borclara görə problemin həlli nəzərdə tutulur. Bu fərmanda nəzərdə tutulan mexanizmlə borcunuzun məbləği və silinəcək hissəni özünüz hesablaya bilərsiniz:

https://www.azadliq.org/a/kalkulyator-kredit-borc/29798114.html
https://www.youtube.com/watch?v=-Ps2WP6QFTc

Amnesty International insan haqları təşkilatı bildirir ki, bu, iki “son dərəcə ədalətsiz” məhkəmədən sonra insan haqları vəkilinin toplam cəzasını 38 ilə çatdırır və “hiddət doğuran” hərəkətdir.
https://www.azadliq.org/a/etibar-məmmədov-bu-əli-i̇nsanovun-hüququdur-/29831868.html

Qərbi Azərbaycandan olan, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov keçmiş səhiyyə nazirinin siyasətə qayıtması haqda nə düşünür? Ona siyasi dəstək verməyə hazırdırmı? E.Məmmədov AzadlıqRadiosuna xaricdə olduğunu söyləsə də, qısaca bəzi sualları cavablandırıb. Azadlıq Radiosunun veb saytına daxil olmaq üçün: radioaz.info
https://www.youtube.com/watch?v=s4P6PQy6yFM

Martın 26-da səhər saatlarında Bakının Nizami rayonu ərazisində yanğın baş verib. Yanğın paytaxtın «8-ci kilometr» adlanan ərazisindəki «Diqlas» ticarət mərkəzində qeydə alınıb.
Siyasi şərhçilər Azərbaycanda konkret bələdiyyə seçkilərinə marağın olmamasını sözügedən yerli özünüidarəetmə qurumunun səlahiyyətlərinin məhdudluğu ilə bağlayırlar.

https://www.azadliq.org/a/azərbaycanda-türkiyədəki-seçkilərə-marağın-səbəbi-nədir/29854746.html
Azərbaycan mediası aprelin 4-də Bakıdakı 162 saylı məktəbdə VIII sinif şagirdlərindən birinin intihara cəhdi barədə xəbərlərə diqqət çəkib. Yayılan bilgilərə görə, həmin şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. O, daha sonra 1 saylı Klinik Xəstəxanaya yerləşdirilsə də, aprelin 6-da, günorta saatlarında yaşamını itirib.

https://www.azadliq.org/a/bir-məktəblinin-intiharı-/29867600.html