AzadlıqRadiosu
8.97K subscribers
1.54K photos
554 videos
3.34K links
Azadlıq Radiosunun Telegram kanalına xoş gəlmisiniz. Hər gün senzurasız azad, dəqiq və tərəfsiz xəbər və araşdırmaları oxumaq üçün kanalımıza abunə olun.

Youtube kanalımızı izləmək üçün: https://www.youtube.com/AzadlıqRadiosu
Download Telegram
Dünya bazarında neftin başı üzərindəki qara buludlar çəkilib. Neftin qiyməti sabitləşib. Bəs iqtisadiyyatı neftdən asılı dövlətlərdə niyə sabitlik yaranmır? İlin sonunadək inflyasiyanın 9%-ə çatacağı gözlənilir. Rəsmi məlumat isə əhalinin gəlirinin artdığını bildirir. Bəs əslində vəziyyət necədir?

https://www.youtube.com/watch?v=cVqU3Ltr-Z8
salam
Danimarkanın ən böyük bankı milyardlarla avronun Rusiya və keçmiş sovet ölkələri ərazisindən necə çıxarılmasına dair hesabat açıqlayacaq. Söhbət bankın Estoniyadakı filialı vasitəsilə çirkli pulyumadan gedir.

https://www.azadliq.org/a/29497641.html
Xəzər Rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov Mərdəkan qəsəbəsində yaşayan Eldar Mansurovu məhkəməyə verib. Səbəb isə vətəndaşın çoxlu it saxlamasıdır. İcra başçısının iddia ərizəsinə yaxın günlərdə Xəzər Rayon Məhkəməsində baxılacaq.

https://www.azadliq.org/a/i̇cra-başçısı-vətəndaşı-it-saxlamağa-görə-məhkəməyə-verib/29506911.html
10 manata səhərdən axşama biyan yığan qadınlar. Dərdləri açılıb. 10 manatın 10 dərdi varmış. İmişlidən Azadlıq Radiosunun reportajı. Sizcə, bu əməyin qarşılığı nə qədər olmalıdır?

https://www.youtube.com/watch?v=cWENUKvcqmQ
Son illər keçmiş nazirlər, yüksəkvəzifəli məmurlardan bəziləri ya Azərbaycan Milli Elmlər Akademiyasında yüksək vəzifələr tutur, ya da müxtəlif universitetlərdə, ali məktəblərdə dərs deyir, elmi araşdırma apardıqlarını bildirirlər.

https://www.azadliq.org/a/misir-mərdanov-ali-məktəbdə-dərs-demək-elə-sadə-məsələ-deyil-/29573119.html?fbclid=IwAR2pLlOQo0-803yBS1FDDY4mMsnx0ehKSTrZujh3-xWgz3ACRGM1OkGMSeI
Məsələn, bugünlərdə Ağcabədinin Hindarx kəndinə prezidentin səfəri zamanı ona bildirilib ki, bir pambıqçı ailəsi gündə evə 100 manat apara bilir. İlham Əliyev özü də pambığın 1 kq-nı 65 qəpikdən hesablayır:

“2016-cı ildə bu rəqəm 41 qəpik idi, sonra qaldırdıq 50 qəpiyə, bu il də qaldırmışıq 65 qəpiyə. Ona görə edirik ki, siz daha da çox pul qazanasız”.

Amma məsələn, İmişlidə pambıqçı Şəfiqə Mustafayeva deyir ki, onun gündəlik qazancı 8-9 manat olur:

https://www.azadliq.org/a/pambiqciliq-qazanc/29592071.html?fbclid=IwAR3A80OJSqshCE34Nxx0M9feMZ5SZ2tmV7SvpP1P29A-k2T5-Dh4DtmbjHI
Bu gün, dekabrın 3-də ötən ilin mayında vətənə xəyanətdə ittiham olunub həbs edilən hərbçilərin bəzilərinin ailə üzvləri Prezident Administrasiyasının qarşısına toplaşıblar.

Onların dediyinə görə, bəzilərinin övladları həbsdədir, bəzilərinki isə öldürülüb. Onlar iddia edirlər ki, övladları haqqında 2017-ci ildə açılan cinayət işi qurama olub. Valideynlər deyirlər ki, prezidentin köməkçisi Fuad Ələsgərovla görüşməkdən ötrü administrasiyanın qarşısına toplaşıblar. Ancaq Fuad Ələsgərov onları qəbul etməyib. Bu şikayətlərdə yer alan iddialara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

https://www.youtube.com/watch?v=szX8xtJZn5k&feature=youtu.be
Nikol Paşinian-ın “Mənimim addımım” alyansı seçkilərdə səslərin 70 faizini toplayaraq parlamentdə yerlərin çoxlunu ala bildi. Bəs, bu seçkilərin nəticəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir? Ermənistanın yeni hakimiyyəti azı 20 ildir davam edən münaqişə ilə bağlı danışıqları yeni müstəviyə çıxara biləcəkmi?

https://www.azadliq.org/a/pashinian-azerbaycan-qarabag/29648332.html