AzadlıqRadiosu
9.06K subscribers
1.57K photos
582 videos
3.84K links
Azadlıq Radiosunun Telegram kanalına xoş gəlmisiniz. Hər gün senzurasız azad, dəqiq və tərəfsiz xəbər və araşdırmaları oxumaq üçün kanalımıza abunə olun.

Youtube kanalımızı izləmək üçün: https://www.youtube.com/AzadlıqRadiosu
Download Telegram
Bloger kitabxana işçiləri və aktyorların küçə təmizlədiyi videoya görə həbs olunub?

Youtube platformasında öz adına olan kanalda, eləcə də başqa online nəşrlərdə hökumətin siyasətini tənqid edən bloger Arzu Sayadoğlunun (Məmmədovun) məhkəməsi başlanıb. O, 7 aydan çoxdur həbsdədir və Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmədə açıqlanan ittiham aktından məlum olub ki, bloger Tovuz rayonu Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımovdan 6 min manat pul tələb etməkdə ittiham olunur. İddiaya görə, bu pul Mədəniyyət Mərkəzinin işçilərinə küçələrin təmizlətdirilməsi barədə videonun yayımlanmamasından ötrü istənilib.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan iyulun 25-də bildirib ki, hazırda Yerevan Bakının 10-cu təkliflər paketinə cavab təklifləri üzərində işləyir:

"Sülh müqaviləsinin qısa müddətdə imzalanması üçün Ermənistan Respublikası tərəfindən artıq bəyan edilmiş və təqdim olunmuş əsas təklifə uyğun olaraq Ermənistanın əks-təklifləri üzərində iş gedir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Bakı və Yerevan arasında sülh müqaviləsinə dair danışıqlar təklif paketlərinin mübadiləsi vasitəsi ilə artıq uzun müddətdir davam edir.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun iyulun 25-də yazır ki, Azərbaycan Ermənistanı iddia olunduğuna görə sərhəd boyunca “təxribatlara” görə genişmiqyaslı hərbi hərəkətlə hədələyib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “son günlərdə Ermənistan Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törədib”.

Məlumatda “təxribatların” konkret olaraq nədən ibarət olduğu açıqlanmır.
İyulun 25-də ABŞ prezidenti Co Bayden Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. ABŞ administrasiya rəsmilərinin dediyinə görə, görüşün əsas mövzusu Qəzzada atəşkəslə bağlı razılaşma, ABŞ və Aİ-nin terrorçu kimi tanıdığı HƏMAS radikal qruplaşmasının girovları azad etməsi barədə olub.

Netanyahu Baydenə İsrail dövlətinə "50 illik" dəstəyinə görə təşəkkür edib. İlk dəfə 1972-ci ildə Senata seçilən Bayden 50 ildən çoxdur siyasətdədir. O, noyabrın 5-də keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizəd olmaqdan imtina edərək vitse-prezident Kamala Harrisi dəstəkləyib.
Yeni rəy sorğuları ABŞ-nin vitse-prezidenti, 5 noyabr prezident seçkisində demokratların potensial namizədi Kamala Harrisin respublikaçı rəqibi Donald Trampla aralarındakı fərqi azaltdığını göstərir.

"Reuters" yazır ki, 81 yaşlı prezident Co Bayden seçki yarışından çəkiləndən Harris onun varisi kimi dərhal kampaniyaya başlayıb və bununla da durğun seçki marafonu silkələnib
İyulun 24-də Moskvada iki nəfərin yaralanması ilə nəticələnən avtomobil partlayışında şübhəli bilinən şəxs Türkiyədən Rusiyaya ekstradisiya olunub. Bunu Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk iyulun 26-da deyib.

Moskvanın şimalında baş vermiş partlayışda yaralılardan birinin yüksək rütbəli hərbi kəşfiyyat zabiti olduğu bildirilir. Ancaq hər iki qurbanın kimliyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

Partlayışı törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Serebryakov iyulun 24-də, partlayış baş verən gün Egey dənizi sahilindəki Bodrum kurortuna çatan kimi Türkiyə polisi tərəfindən saxlanılıb. Açıqlamanı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib.
Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı “təxribatlar törətməkdə” günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.

“ABŞ-in Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında... on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”, - bəyanatda vurğulanıb.
Rusiyadan Mərkəzi Asiya bankları vasitəsilə edilən ödənişlərin rədd edilməsi halları bir ayda 30 faiz artıb.

Bu məlumatı logistika şirkətlərinin təhlil və icmallarına istinadla RBK agentliyi yayıb.

Bununla yanaşı ödənişin keçirilməsi müddəti iki həftəyədək uzanıb. Söhbət Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan banklarından gedir.
Rusiyada Dövlət Dumasının üzvü Aleksandr Xinşteyn iyulun 25-də deyib ki, gələn həftənin sonunadək Rusiyada YouTube videolarının yüklənmə sürəti 70 faiz azaldılacaq. Telegram-da süni azaldılmanı "məcburi addım" adlandırıb, bu sosial platformanın "qanunu pozması və cəzasız qalması" ilə əlaqələndirib. Onun sözlərinə görə, bu tədbir yalnız videohostinqin desktop versiyasına aid olacaq, mobil versiyaya toxunmayacaq.

Xinşteyn YouTube-u anti-Rusiya hostinq siyasəti aparmaqda, mövqeyi Qərbin baxışından fərqlənən ictimai xadimlərin kanallarını silməkdə ittiham edib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, rəsmi Yerevan və rəsmi Tehran aralarında hər hansı hərbi razılaşmanın olmasına dair iddiaları rədd edirlər.

Azatutyunun məlumatına görə Londonda mənzillənən Iran International TV saytı iyulun 24-də Ermənistan və İran arasında 500 milyon dollarlıq hərbi-texniki müqavilənin imzalanmasına dair məlumat yayıb.

Saytın məlumatında bu da iddia olunur ki, bu müqavilənin çərçivəsində Tehran Yerevanı “Şahed 136”, “Şahed 129”, “Şahed 197” dronları, hava hücumundan müdafiə raket sistemləri və başqa hərbi texnika ilə təchiz etməlidir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın dondurulmuş aktivlərinin gəlirindən alınan 1.5 milyard avronun Ukraynaya veriləcəyini bəyan edib.

Onun sözlərinə görə bu vəsait Ukraynanın müdafiəsinə və bərpa olunmasına xərclənəcək.

"Kremlin pullarından Ukraynanı və bütün Avropanı həyat üçün daha təhlükəsiz etməkdən daha yaxşı rəmz və tətbiq ola bilməz”.
Rusiyada müdafiə nazirinin daha bir keçmiş müavini – ordu generalı Dmitri Bulqakov saxlanıb.

Rusiya İstintaq Komitəsindən bildirilər ki, o korrupsiya işi üzrə araşdırılır.

Məhkəmə keçmiş nazir müavini barədə həbs qətimkan tədbiri seçib. TASS agentliyinin məlumatına görə general Moskvadakı Butırka təcridxanasında saxlanır.
Bir neçə il öncə ABŞ-nin Azərbaycan hakimiyyəti ilə müzakirələrindən agah bir mənbə AzadlıqRadiosuna deyirdi ki, "sizin ölkənin rəhbərliyi tənqidi vecinə almır". Amma İlham Əliyevin forumda səsləndirdiyi bir fikir xarici medianın, beynəlxalq hüquq-müdafiə qurumlarının tənqidlərinin ölkənin hakim eşelonunda diqqətlə izlənildiyini göstərir.

AzadlıqRadiosundan "Həftəyə Baxış"
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın Konstitusiya Məhkəməsi keçmiş prezident Robert Koçaryana qarşı irəli sürülmüş çevriliş ittihamlarını konstitusiyaya zidd elan etdikdən üç il sonra, prokurorların vəsatəti ilə onun yenidən mühakiməyə cəlb olunmasına “yaşıl işıq” yandırıb.

Koçaryan, onun keçmiş administrasiya başçısı Armen Gevorkyan və təqaüddə olan iki ordu generalı 2008-ci il seçkisinin ardınca Yerevanda törədilmiş zorakılığa görə mühakimə edilirdilər.

Lakin Konstitusiya Məhkəməsi müttəhimlərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə irəli sürülmüş ittihamların konstitusiyaya zidd olduğunu elan etdikdən sonra, 2021-ci il aprelində rayon məhkəməsi onlara qarşı “konstitusiya quruluşunu devirmək” ittihamlarına xitam vermişdi.
Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə bundan öncəki iki məhkəmə iclasında foto və video görüntülər çəkməyə icazə verilsə də, artıq qadağan edilib. İyulun 26-da məhkəmədə çəkilişə qadağa qoyulduğu bildirilib. Siyasətçi də buna etiraz edib:

“Necə olur, (Prezident Administrasiyasının keçmiş başçısı) Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin məhkəməsindən canlı yayım verilirdi?! Ailəsinin bütün üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun hər məhkəməsində çəkiliş aparılır, televiziyalar yayımlanır. Mənim məhkəməmdə niyə icazə vermirsiniz? İfşa olunacağınızdan qorxursunuz?”