Əxlaq və Mərifət
2.67K subscribers
1.89K photos
18 videos
21 files
4.26K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
🌍 Zehnin aramlıq və rahatlığının 4 sadə qanunu.

1- Əgər bir şeyi sevirsinizsə, ondan həzz alın.

2- Əgər bir şeyi sevmirsinizsə, ondan uzaqlaşın.

3- Əgər bir şeyi sevmirsinizsə və ondan qaça bilmirsinizsə, onu dəyişdirin.

4- Əgər bir şeyi sevmirsinizsə və ondan qaça bilmirsinizsə və üstəlik nə də onu dəyişdirə bilmirsinizsə, baxış bucağınızı dəyişdirərək onu olduğu kimi qəbul edin.

@axlaq
🌀 Böyük insanların böyük arzuları olur.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

قَدْرُ الرَّجُلِ عَلَى قَدْرِ هِمَّتِه‏

"İnsanın qədir-qiyməti onun hümməti miqdarındadır."

🌐 Bu dünyada hər şeyin öz dəyər və qiyməti var, eləcə də həmin qiyməti təyin etmək üçün meyar və göztərici də mövcuddur.

İnsanların qiyməti nə ilə ölçülür? Bir nəfərin qiymətinin nə qədər olmasını haradan bilək?

🔷 Əgər hər hansı bir insanın dəyər və qiymətini bilmək istəyirsənsə, bax gör onun fikrizikri nədir və narahatçılığı nəyə görədir?!

🟢 İnsanlar nə qədər böyük olarlarsa onların təlaş və hümməti də bir o qədər böyük olur. Eləcə də kiçik insanların isə səy və təlaşları da kiçikdir.

☑️ Bir nəfərin fikrizikri ancaq qarnını doydurmaqdır, başqa birisinin fikrizikri üç mərtəbəli evə sahib olmaqdır, üçüncü şəxsin fikrizikri bəşəriyyətə nicat verməkdir.
Təbiidir ki, bu insanların hər birinin fərqli qiyməti vardır.

⭕️ Elə isə sən də öz qədir-qiymətini bil. Həyatda fikrizikrin, təlaşın və narahatçılığın nəyə görədirsə, sənin qiymətin də həmin şeydir.

t.me/axlaq
🕋 Allahın sevgilisi olmaq ancaq bəndəlik nəticəsində mümkündür.

💠 Allaha bəndəlik etməkdən çəkinən insan əslində "insanın kamilliyinə" gedən yolu özü üçün bağlamış olur; çünki insan kamilliyinə çatmaq ancaq bu yol ilə mümkündür.

🔆 Böyük ilahi rəhbərlər və Allahın dostlarının həyat tərzinə nəzər salsaq görərik ki, onların həyatının ayrılmaz prinsiplərindən biri də Allaha bəndəlikdir.

🌐 "Kəlimullah", "Xəlilullah" və "Həbibullah"məqamına çatmağın ləyaqətini tapanların hamısı yalnız bu yolu, yəni bəndəlik yolunu qət etməklə, ağır və çətin sınaqlardan keçərək o yüksək məqamlara çatmışlar.

Elə bir insan tapmaq olmaz ki, Allaha bəndəlik etmədən insanın çatmağı mümkün olan insani kamilliyə, yəni ilahi-qürbə çatsın.

@axlaq
Salam aleykum Dostlar!
Sabah Ərəfə günüdür. Çox böyük, əzəmətli və müqəddəs gündür.
Yaxşı olar ki, sabah İmam ZeynulAbidin əleyhissalamın Ərəfə duasını - elə Azərbaycan dilində- oxuyaq.
İmam ZeynulAbidin əleyhissalamdan nəql edilən Ərəfə duası "Səhifeyi-Səccadiyyə" kitabında 47-ci duadır.
@axlaq
📝 İmam Hüseyn əleyhissalam Ərəfə duasında buyurur:

اِلهی فَلا تُحْلِلْ عَلَیَّ غَضَبَکَ فَاِنْ لَمْ تَکُنْ غَضِبْتَ عَلَیَّ فَلا اُبالی سِواکَ

“İlahi, məni Öz qəzəbinə düçar etmə (mən yalnız Sənin əzabından qorxuram), əgər Sən mənə qəzəbli olmasan (Sənin qəzəbindən amanda olsam), onda mən başqalarının qəzəblərindən qorxmaram.”

🕋 “Allahın qəzəbi” kəlamının mənası:👇

🟥 Qəzəb insanlarda bir növ cismani və duyğu əhvalıdır ki, onun təsirləri adətən insanın üzündə və gözlərində aşkar olur. Bu halda insanın daxilində qan sıçrayışla bədənin yuxarısına tərəf qalxır. Bunun ardınca qan sürətlə damarlara yayılır və adətən damarlarda şişkinlik də yaranır. İnsan qəzəblənərkən onun rəngi adətən qırmızı və özü isə hirsli olur.

🟨 Əlbəttə, qəzəbin başqa növü də vardır ki, bu hal əsasən güclü, vəzifəli və qüdrətli insanların qarşısında durmuş adamlarda olur. Bu halda qəzəb adətən qorxu və təşviş ilə birlikdə olduğu üçün həmin insanın qanı onun dərisindən ürəyinə sarı sürətli hərəkətə başlayır, nəticədə qəzəblənmiş insanın rəngi saralır.

🔥 Xülasə, deyilənlərdən göründüyü kimi qəzəb insanın cismani əhvalının dəyişməsidir. Belə bir qəzəbin isə Allah-taalanın zatında olması mümkün deyil. Çünki Allahın zatı (varlığı) heç bir dəyişikliyə uğramır.

🕋 Allahın qəzəbi dedikdə məqsəd Onun cəzası və əzabıdır. O da insanın özünün etdiyi günahların nəticəsində baş verir. Çünki Allah-taala rəhm və mehribanlığın özüdür. İnsan bəzi hallarda günah və pis işlər edərək xətalara qərq olur ki, bununla da Allahın rəhm nuru ondan kəsilir.

⭕️ Burada “qəzəb” Allahın rəhm nurunun (günahkara qarşı) sönməsidir ki, bununla da pis işlər edən insan zülmət, qaranlıq, bəla və əzablara tuş gəlir.

💎 Dediklərimizin sübutu olaraq, yəni Allahın qəzəbindən məqsədin həmin cəza və əzabın olmasını təsdiqləyən iki hədisi nəql edirik. Bu iki hədis bir Quran ayəsinin şərhi ilə əlaqədar məsum rəhbərlərin mübarək dilindən söylənmişdir.

📖 Qurani-kərim Taha surəsinin 81-ci ayəsində buyurur:

وَ لا تَطْغَوْا فیهِ فَیَحِلَّ عَلَیْکُمْ غَضبی وَ مَنْ یَحْلِلْ عَلَیْهِ غَضَبی فَقَدْ هَویْ

“Onda həddi aşmayın, yoxsa Mənim qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt olar.”

✍🏼 Ravi deyir:
“İmam Məhəmməd Baqir əleyhissalamın hüzurunda idim, bu zaman Əmr ibn Ubeyd daxil olaraq dedi: Sizə fəda olum, “Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt olar” ayəsində qəzəb sözündən məqsəd nədir?
İmam Məhəmməd Baqir əleyhissalam buyurdu: Qəzəbdən məqsəd Allahın cəzası və əzabıdır. Allahın bir haldan başqa hala düşməsini güman edən insan həqiqətdə Allahı yaradılmışlara bənzətmişdir. Allahı heç nə təhrik etmir ki, Onu dəyişə bilə.”

📚 Tövhid (Şeyx Səduq) 164-cü səhifə

📝 Həmçinin İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Allahın “razılığı” Onun savab və mükafatı, “qəzəbi” isə Onun cəzası və əzabıdır. Bunlar Ona heç bir şeyin nüfuz etmədən, həyacana gəlmədən və Onun bir haldan başqa bir hala dəyişilməməsi ilə baş verir.”

📚 Tövhid (Şeyx Səduq) 165-ci səhifə

t.me/axlaq
🕋 Əxlaqın kamalı İlahi məhəbbətə bağlıdır.

📝 İmam Hüseynəleyhissalam "Ərəfə" duasında buyurur:

"Allahım, Səndən başqa şeyləri Öz övliyalarının qəlblərindən çıxardan yalnız Sənsən.
Onlar Səndən başqa heç kəsi sevmir, Səndən başqasına pənah aparmırlar.
Qorxulu hadisələr (hər tərəfdən) hücum edən zaman Sən onların həmdəmisən. Onlar üçün hasil olan mərifət də yalnız Sənin hidayətin nəticəsindədir.
Səni tapmayan şəxs nəyi tapacaqdır?
Səni tapan şəxs nəyi (məbud) itirmiş olacaqdır?
Bundan da böyük ziyankarlıq ola bilərmi ki, bir şəxs Sənin əvəzinə başqasını seçsin?!"

Hər bir halda, üns məqamına çatmağın əlamətlərindən biri insanın qəlbən aramlığı, xatircəmliyidir. Ümumiyyətlə, Allahın zikrindən başqa heç bir şey həyatın təlatümlü bəlaları arasında insanın qəlbinə aramlıq bağışlaya bilməz.

📖 Qurani-Kərim Rəd surəsinin 28-ci ayəsində buyurur:

الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

"O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır."

💠 İnsan nə qədər güclü imana malik olsa, onun qəlbi bir o qədər də artıq rahat, aramlı və xatircəm olacaqdır.

t.me/axlaq
Dua etməyin ədəbləri

🔷 Dua etmək insanın fitri və təbii ehtiyaclarındandır, hər bir insan istər çətinlik istərsə də rahatlıq zamanında varlıq aləminin sahibi olan Allah Taala ilə ünsiyyətdə olmaq, öz istək və arzularını Ondan istəməklə qəlbi-aramlıq və həyata ümidvarlıq ruhiyyəsini möhkəmləndirmiş olur.
Dua etməyin ədəbləri vardır. İlahi rəhbərlər duanın ədəblərinə riayət etmiş və bizlərə dua etməyin gözəl yollarını göstərmişlər.

1- Dəstəmazlı olmaq

2- Üzü qibləyə dayanmaq

3- Duanın əvvəlində “Bismillahir rəhmanir rəhim” demək

4- Allah Taalaya həmd və şükr etmək

5- Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat demək

6- Peyğəmbərləri, İmamları və Övliyanı şəfaətçi və vasitə qərar vermək

7- Öz günahlarını yada salaraq Allah qarşısında etiraf etmək və Allahdan bağışlanmaq istəmək

8- Təvazökarlıqla dua etmək

9- Dua edərkən əlləri göyə sarı qaldırmaq

10- Dua etməzdən əvvəl iki rəkət namaz qılmaq

11- Duanı kiçik sanmamaq

12- Öz istək və hacətinin Allah üçün kiçik və asan olduğunu bilmək

13- İstəkərində yüksək himmətli və ali hədəfli olmaq, Allahdan dəyərli və mühüm şeylər istəmək

14- Dəyərsiz və faydasız şeyləri istəməmək

15- Duada ümumiliyə riayət etmək, yəni tək özü üçün yox başqaları üçün də istəmək

16- Duanı gizlətmək, istəyini yaymamaq

17- Duanın qəbul edilməsi ilə bağlı Allaha hüsnü-zənn etmək, bütün varlığı ilə duanın qəbul olduğuna inanmaq, ümidvarlıq

18- Duada israr etmək, yəni istəyinin üstündə durmaq və davamlı istəmək

19- Ağlamaq, göz yaşları, hüznlü və yalvarlışla dua etmək

20- Dua edərkən istək və arzusunu dilə gətirmək

21- Duanı düzgün oxumaq, mənalarına diqqət etmək

22- Dua etməyi davamlılıq halına gətirmək; Kumeyl, Təvəssül, Nüdbə və sair dualar kimi

23- İctimai şəkildə də dua etmək, çünki adam nə qədər çox olarsa və “amin” deyən nə qədər çox olarsa dua o qədər təsirli olar.

24- Təsirli zamanlarda dua etmək, məsələn; Azan oxunan vaxt, Sübh namazı ilə günəş çıxan vaxt arasında, İftar vaxtı, Yağış yağarkən, Qədr gecəsində, Camaat namazında, Cümə günü günəşin batma anında, Cümə gecəsi, Ərəfə günü, Qurban bayramı, Ərbəin yürüşü zamanı və sair.

25- Təsirli məkanlarda dua etmək, məsələn; Kəbə evinin kənarında, Peyğəmbərin (s) və İmamların (ə) mübarək qəbirlərinin yanında, Məsciddə, Namazxanada, Ziyarətgahda, ata-ananın və möminlərin özlərinin, hətta qəbirlərinin kənarında və sair.

26- Hüzuri-qəlb ilə dua etmək

27- Oruc halda dua etmək

28- Allahın gözəl adlarını dilə gətirmək

29- Dua edərkən insanlardan ümidi kəsmək, yəni dua edərdən insanlardan kimin ona kömək edə biləcəyini təsəvvür etməmək

30- Barmağında əqiq və ya firuzə qaşlı üzük olduğu halda dua etmək

31- Dua etməzdən əvvəl sədəqə vermək

32- Qurani-kərimdə və səhih hədislərdə gələn duaları oxumaq

t.me/axlaq
Etiraf edək

🔰 Dostlar, bu hədisə diqqət edək👇

👉 Bəni-İsrail nəslində dindar bir kişi var idi, 40 il idi ki, ibadət edirdi. Günlərin birində bu şəxs bir qurban kəsdi, ancaq Allah-taala onun qurbanını qəbul etmədi.

فَقَالَ لِنَفْسِهِ مَا أُتِيتُ إِلاَّ مِنْك وَ مَا اَلذَّنْبُ إِلاَّ لَك

"Mömin kişi kəsdiyi qurbanın qəbul olmadığını görüb özünü danlayaraq dedi: Bunun səbəbkarı sənsən, bu, sənin günahının nəticəsidir."
Allah-taala ona belə bir vəhy etdi:

فَأَوْحَى اَللَّهُ تَعَالَى إِلَيْهِ ذَمُّكَ نَفْسَكَ أَفْضَلُ مِنْ عِبَادَتِكَ أَرْبَعِينَ سَنَة

"Sənin özünü danlamağın etdiyin 40 illik ibadətindən daha üstündür."

✳️ İrfan yolunun ilk mənzili "yəqzə", yəni oyaqlıq mənzilidir.

💢 Oyaqlıq, yəni cəhalət və ya qəflət yuxusundan oyanmaq, insanı birdən ayağa qaldırır və insan öz-özünə deyir: -Gör nə qədər işi xarab etmişəm.

⭕️ İnsan elə bir dərk və şüura çatır ki, deyir: "Mən özümə xəyanət etmişəm, Rəbbim ilə olan həya pərdəsini yırtmışam, mən Rəbbimə qarşı çıxmışam."

✳️ Bunu başa düşmək insanı o uca məqama çatdırır.

🔰 Kumeyl duasınında Allaha and verdikdən sonra deyirik:

اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَهْتِكُ الْعِصَمَ

"Allahım, mən, həya pərdələrini yırtmışam, məni bağışla."

💡 Dualarda gələn fövqəladə Oyaqlıq xəbərdarlıqları olmasaydı və biz özbaşına buraxılsaydıq günahlarımızın bağışlanması üçün Allaha nə deyəcəklərimizi bilməzdik. Dualar bizə yol göstərir.

💠 Məsumların (onların hamısına Allahın salamı olsun) duaları insana Allah-taala ilə danışmağı öyrədir, möcüzəvi sözləri bizim ağzımızda yerləşdirir ki, belə deyin.

📕 Xüsusilə də, Kumeyl, münacati xəmsə əşər, Əbu Həmzə Somali duası, münacati şəbaniyyə, səhifeyi-Səccadiyyə duaları və sair.

🕋 Gəlin, Allah-taala qarşısında günahlarımıza açıq-aşkar etiraf edək, deyək ki, İlahi, mən filan günahı etmişəm, məni bağışla, bir də etməyəcəm.

⚠️ Belə bir dua heç vaxt etməyək ki, "İlahi, əgər filan işdə günahım varsa, məni bağışla."

🕌 Allah qarşısında, günahlarımıza etiraf edək.

t.me/axlaq
Qurban nədir?

🕋 Dostlar, insanı Allah-taalaya yaxınlaşdıran hər bir əməl onun qurbanıdır, ona görə də sevimli Peyğəmbərimiz (s) namaz haqqında belə buyurur:

الصلاه قربان کل تقی

"Namaz hər bir təqvalı insanın qurbanıdır."
👉 Yəni namaz təqvalı insanı Allaha yaxınlaşdıran işdir.

🌐 Amma rəsmi qurban, həmin Qurban bayramı deyilən bayram günü, zilhiccə ayının onuncu günü kəsilən qurbandır.

📖 Qurani-kərim Həcc surəsinin 37-ci ayəsində Allah yolunda və Onun əmrinə itaət edərək qurban kəsən insanların qurban kəsmələri ilə bağlı xüsusi bir əmr verib buyurur:

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ

"Onların (kəsdiyiniz heyvanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır."

🕋 İslamın xəbərdarlığı budur ki, ət və qan Allaha çatmaz, əksinə, əgər sənin qurbanın halal və Allah üçün olsa, demək ki o qurbanın ruhu var və o da təqvadır, qurbanlığın ruhu və batini İlahi təqvadır, məhz onun sayəsində qurbanın həqiqəti Allaha çatar.

🕋 Deməli, qurban - istər heyvan kəsmək ola, istərsə də hər hansı bir iş- əvvəla halal olmalıdır, ikincisi insan bu işi ixlasla etməlidir və ən əsası olan üçüncüsü, həmin insan təqvalı olmalıdır.

💠 Çünki təqva həqiqi möminin canının vəsfidir, ruhunun xüsusiyyətidir.

💚 İnsanın canının və ruhunun paklığı onun təqvası qədırincədir.

t.me/axlaq
Həqiqi bayram.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram (şadlıq və şənlik) günüdür."

🌍 Dünyada olan bütün insanlar ilin hansısa bir gününü və yaxud günlərini bayram olaraq şən əhvali-ruhiyyə ilə keçirirlər.

🪐 Məsələn, yeni ilin başlanğıcı, fəsillərin dəyişməsi, baharın gəlişi və sair günləri bayram olaraq qeyd edirlər.

✍🏼 İmam Əli əleyhissalamın buyurduğu kəlamda isə insanın ilahi əmrlərə tabe olub günah etmədiyi gün bayram hesab olunur.

Əsl həqiqətdə belə bir gün İlahi əmrlərə itaət etmək bayramı hesab olunur.
Çünki Allah-taala dərgahında əməlləri qəbul olan kəslər şadlıq etməyə daha layiqdirlər.

🌐 Məhz bu məntiqə əsasən, insanın günah etmədiyi və ilahi əmrlərə itaət etdiyi hər bir gün onun üçün bayram hesab olunur.

🕋 İslam dinində Fitr və Qurban bayramından əlavə, hansısa əlamətdar günlərə aid olan başqa bayramlar da vardır:
Qədir-Xum bayramı (Həzrət Əlinin (ə) Allahın əmri ilə Həzrət Muhəmməd (s) tərəfindən xilafətə seçildiyi gün),
Həzrət Muhəmməd (s) və məsum imamların (ə) mövlud günləri, Məbəs bayramı (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə) təyin olunduğu gün) və s.

🔆 Möminlər o kəslərdir ki, bütün bayramlarda İlahi təqvaya əməl edir və heç bir günah iş görmürlər. Şadlıq onları günaha sövq etmir.

t.me/axlaq
Sadə yaşayışın yolu

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

وَالزُّهْدُ ثَرْوَةٌ

"Zahidlik sərvətdir".

💎 Bununla İmam Əli əleyhissalam demək istəyir ki, insanın sərvət toplamaqda əsas məqsədi ehtiyacsız olmaq istəyidir!

✔️ Qənaətcil zahid insanın da yaranmışlardan heç kimə ehtiyacı olmur.

🔴 Elə zəngin insanlar da var ki, çoxlu mal-dövlət sahibi olmalarına baxmayaraq kimlərəsə ehtiyaclıdırlar, gözləri həmişə acdır.

🟡 Zahidlik dünyanın bərbəzəyinə, mal-dövlətinə və şəhvani istəklərə etinasız yanaşmaqdır.

⭕️ Zahid olan insan o deyil ki, mal-dövləti olmasın.⬇️

🟩 Zahid odur ki, kifayət qədər mal-dövləti olsa belə, sərvətinə bağlı olmasın. Deyə bilərik ki, zahidlər zənginlərdən daha varlıdır.👇

👉 Çünki varlılar, bir tərəfdən, öz var-dövlətinin hesabatını aparmalı, digər tərəfdən, onun oğurlanmasının qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər.

🌐 Zahidlərin isə bunların heç birinə ehtiyacı yoxdur.

📝 Həzrət Muhəmmədin (s) bir kəlamında İmam Əliyə (ə) xitabən belə buyurdugunu görürük:

یَا عَلِیُّ إِنَّ اللَّهَ قَدْ زَیَّنَکَ بِزِینَة لَمْ یُزَیِّنِ الْعِبَادَ بِزِینَة أَحَبَّ إِلَى اللَّهِ مِنْهَا; زَیَّنَکَ بِالزُّهْدِ فِی الدُّنْیَا

"Ya Əli, Allah-taala səni elə bir zinətlə zinətləndirmisdir ki, bəndələrindən heç kimi ondan daha gözəl zinətlə zinətləndirməmişdir. Səni dünyaya qarşı rəğbətsiz olmaqla zinətləndirmişdir".

📚 Biharul-ənvar 39-cu cild 297-ci səhifə

🔆 Həqiqətən də, belədir. Çünki insan zahid olarsa, bu, onu digər əxlagi dəyərlərə də sahib çıxmağa sövq edəcək.

Buna görə də İmam Cəfər Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir:


جُعِلَ الْخَیْرُ کُلُّهُ فِی بَیْت وَجُعِلَ مِفْتَاحُهُ الزُّهْدَ فِی الدُّنْیَا... حَرَامٌ عَلَى قُلُوبِکُمْ أَنْ تَعْرِفَ حَلاَوَةَ الاِْیمَانِ حَتَّى تَزْهَدَ فِی الدُّنْیَا

"Bütün yaxşılıqlar bir evdə toplanmış, həmin evin də açarı dünyaya rəğbətsizlikdə yerləşdirilmişdir. Dünyada zahid olmayınca (dünyaya rəğbətsiz olmayınca) ibadətin şirinliyini dadmaq sizin qəlblərinizə haram edilmişdir."

📚 əl-Kafi 2-ci cild 128-ci səhifə

t.me/axlaq
🕋 Təqvalı insanın yolu.

💠 Seyri-süluk yolu, yəni kamillik yolu kamala doğru hərəkət edən şəxsin varlığından kənarda deyil. Başqa sözlə desək, bu yol dəniz, səhra və ya kosmos yolu kimi maddi bir yol deyil.

🟩 Burada yolu gedən şəxs ilə yolun özü eynidir, birdir, kamala doğru hərəkət edən təqvalı mömin öz daxilində, öz batinində yol gedir və hərəkət edir.

🪐 Kamala doğru hərəkət edən insan əslində elmsizlikdən elmə, əməl nadanlığından isə əməli hikmətə çatır;👇

👉 Təkəbbür və Eqoistlikdən qurtularaq təvazökarlığa
👉 Tamah və acgözlükdən qurtularaq qənaət və gözütoxluğa
👉 kin və paxıllıqdan qurtularaq təmizliyə, sədaqətə və mehribanlığa çatır.

❤️ Bütün bunlar insanın daxili məkanda baş verir.
Yəni: Kamala doğru hərəkət edən təqvalı mömin öz içində, öz daxilində seyr edir.

📖 Qurani-kərim Maidə surəsinin 105-ci ayəsi bu həqiqəti belə açıqlayır:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ

"Ey iman gətirənlər! Özünüzü qoruyun!"

🔰 Yəni: Özündən muğayat ol, diqqətin yalnız özündə olsun. Kamala gedən yolu kənarda axtarma, bu yol sənin daxilindədir, sən özün bu yolsan...

@axlaq
🕌 Tövbədən sonra bir daha günaha qayıtmamaq üçün 17 yol.

1- Qəflət və cəhaləti özündən uzaqlaşdırmaq, elm əldə etmək.

🔰 Bu barədə İslamın insana təqdim etdiyi birinci yol və üslub insanın əxlaqının yaxşılaşması, onun etiqadının və əməlnin saflaşmasına ən əsas təsiredici olan elm öyrənməkdir.
Elm beş əsas hissədən ibarətdir:
Allahı tanıma.
Özünü tanıma.
Varlıq aləmini tanıma.
Dini tanıma.
Həyatın nəticə və səbəbini tanıma.

⚫️ Elmin əksi isə cəhalət və nadanlıqdır. Qurani-Kərimi oxuyanda görürük ki, tarix boyu istər fərdi istərsə də ictimai şəkildə edilən günahların hamısının başlıca səbəbini Qurani-Kərim cəhalət və nadanlıqdan baş verdiyini deyir.
Deməli, günahlardan uzaq olmaq birinci növbədə yuxarıdakı beş hissəli elmi əldə etməkdir.

2- Saleh əməllər etmək və həqiqi bəndə olmaq üçün çalışmaq.

📝 İkinci mərhələ əməl mərhələsidir. Kağız və qələm götürün, bütün vacib əməllərin, həmçinin bütün haram və günahların adlarını qeyd edin. Özünüzü onlara riayət etməyə vadar eidn. Bütün vacibləri yerinə yetirin və bütün haramlardan çəkinin.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

اول الزهد التزهد

“Zahidliyin əvvəli özünü zahidliyə vurmaqdır.”

📚 Uyunul hikəm vəl-məvaiz 118-ci səhifə

Hədisin mənası budur ki, insan əvvəlcə özünü əməl etməyə məcbur etməlidir, təki tədriclə onun hikmətini dərk edə bilsin. Çünki əməl əhli olmadan hansısa əməli qəlbə sevdirmək mümkün deyil.

3- Günahın nəfsani şirinliyini halalın əqli, mənəvi və ruhi ləzzəti ilə əvəzləmək.

4- Günahın ziyanları və pis aqibəti barədə düşünmək.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

عجبت لمن يحتمي عن الطعام لمضرته ، ولا يحتمي من
من الذنب لمعرته

“Mən təəccüb edirəm o insana ki, cisminin sağlamlığına görə (ziyanlı) yeməklərdən çəkinir amma onu əzaba (cəhənnəmə) sürükləyən günahlardan necə də çəkinmir?!”

📚 Biharul ənvar 75-ci cild 159-cu səhifə

💎 Günahın ziyanları və pis aqibəti barədə düşünmək insanın qəlbindən günahın yalançı şirinliyini və ləzzətini çıxarır.

5- Həzrət Muhəmməd (s) və Əhli-beytlə (onların hamısına Allahın salamı olsun) dostluq etməyə çalışmaq.

❤️ Sevən şəxs əgər sevgisində doğruçu olarsa sevdiyi şəxsin xoşladığı əməlləri yerinə yetirməyə həvəsli olacaq və sevdiyi şəxsin xoşlamadığı əməllərdən çəkinməyə çalışacaq, təki öz məşüqunun sevgisini özünə cəlb edə bilsin.

🔆 Biz əgər Peyğəmbəri (s) və İmamları (ə) seviriksə, xüsusilə həzrət Mehdi Sahibəzzaman əleyhissalamın dostu olmaq istəyiriksə bütün günahlardan çəkinək və o həzrətin xoşladığı əməlləri edək.

6- Həqiqi möminlər ilə yoldaşlıq etmək.

🕋 İmanlı, təqvalı və əxlaqlı olan, günahlardan çəkinən insanlarla yoldaşlıq etmək insanın günah barədə fikirlərinə və rəftarına çox böyük təsir qoyur. Çalışın ki, əxlaqlı və təqvalı insanlarla dostluq edəsiniz. Beləliklə də günah əməllərin həqiqi çöhrəsini görəcəksiniz, günahın yalançı şirinliyindən tədriclə uzaqlaşacaqsınız.

t.me/axlaq
🕌 Tövbədən sonra bir daha günaha qayıtmamaq üçün 17 yol.

7- Əxlaq ustadlarının möizələrində və əxlaq dərslərində iştirak etmək.

🟥 Bir çox insanların günah etməlirinin və günahı sevmələrinin səbəbi həmin günahlar barədə məlumatlı olmamalarından irəli gəlir. Buna görə də əxlaq ustadlarının moizələrində və əxlaq dərslərində iştirak etmək, həmçinin Əxlaq alimlərinin əxlaq barədə məqalə və kitablarını mütaliə etməklə insan günahların qorxunc iç üzünü tanıyır və həyatın həqiqətlərini dərk edir...

8- Namazı əvvəl vaxtında və hüzuri-qəlb ilə qılmaq.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

لكل صلاة وقتان أول وآخر ، فأول الوقت أفضله ، وليس
لاحد أن يتخذ آخر الوقتين وقتا إلا من علة ، وإنما جعل آخر الوقت للمريض
والمعتل ولمن له عذر وأول الوقت رضوان الله ، وآخر الوقت عفو الله

“Hər bir namazın iki vaxtı, əvvəl və axır vaxtı vardır. Əvvəl vaxtı dəyərli və fəzilətlidir. Heç kim səbəbsiz olaraq namazı axır vaxtına saxlamasın. Namazı axır vaxtına ancaq xəstələr, əlacsızlar və üzürlü olanlar saxlaya bilərlər. Əvvəl vaxt Alların razılığı, axır vaxt isə Allahın əfvidir.”

📚 Müstədrəkul vəsail 3-cü cild 101-ci səhifə 3124-cü hədis

9- Qurani-Kərim ilə daha çox ünsiyyətdə olmaq.

📖 Qurani-Kərimi oxumaq, eləcə də əzbərləmək insanaın düşüncəsini və qəlbini nurlandırır, insana mənəviyyat bəxş edir. Qurani-Kərimin mənasını və şərhini mütaliə etmək, onun barəsində düşünmək, ümumiyyətlə Qurani-Kərimin maarifi ilə tanış olmaq insanın ruhi tərəqqisinə səbəb olur.

10- Təvəsül etmək.

🔆 Sevimli peyğəmbərimizə (s), xanım Fatimeyi Zəhraya (ə) və on iki İmama (ə) təvəsül etmək insanı İlahi mələkut aləmi ilə qovuşdurur, vacib və halalları insana sevdirir, günah və haramların təsirini insandan uzaqlaşdırır.

11- Həmişə dəstəmazlı olmaq.

🟨 İnsanın qəlbinə saflıq və nuranilik bəxş edən, həmçinin ganah və haram işləri insanın gözündən salan əməllərdən biri də həmişə dəstəmazlı olmaqdır. Dəstəmaz nəfsin şəhvət və qəzəb alovunu söndürən sudur.

12- Ölümü yada salmaq və Allah-taala ilə görüşə hazır olmaq.

🔲 Heç olmasa həftədə bir dəfə qəbiristanlığa gedin, möminlərin və şəhidlərin qəbirlərini ziyarət edin. Sizin də bir zaman öləcəyiniz və Allah-taala qarşısında əməllərinizlə bağlı sorğu-suala dayanacağınız barədə düşünün.
Hədislərdə ölümü xatırlamaq çox təkid edilmişdir. Ölümü xatırlamaqdan məqsəd qəbiri ya qəbiristanlığı düşünmək deyil, ölümü xatırlamaqdan məqsəd Allah-taala ilə görüşü xatırlamaqdır.

13- Günahkarlarla dostluqdan çəkinmək.

📖 Qurani-Kərim Nəcm surəsinin 29-cu ayəsində buyurur:

فاعرض عن من تولى عن ذكرنا و لم يرد الا الحيوه الدنيا

"Buna görə də Bizi yad etməkdən üz döndərən və yalnız bu dünya həyatını istəyən kəslərdən üz döndər".

14- Həmişə yaxşı və müsbət işlər barədə düşünmək.

15- Boş vaxtları faydalı yazılar və kitabları mütaliə etməklə doldurmaq.

16- Bacardıqca müstəhəb əməlləri etmək.

17- Allah-taala ilə münacat etmək, məsumlardan nəql edilmiş duaları oxumaq, həmçinin Peyğəmbərə (s) və Əhli-beytə çoxlu salavat demək.

@axlaq