Əxlaq və Mərifət
2.67K subscribers
1.89K photos
18 videos
21 files
4.26K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
📚 Hər bir kitabı oxumaq istəyəndə əvvəlcə bu suala cavab ver:

"Bu kitab mənim kamala çatmağımda vasitə ola bilərmi?"

"Hə" cavabını versən oxu,
"yox" cavabını versən həmin kitabı oxuma.

@axlaq
Yaxşı adın dəyəri.

📖 Qurani-kərim Şüəra surəsinin 84-cü ayəsində buyurur:

وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ

"Gələcək ümmətlər arasında mənə doğru danışan dil (və yaxşı ad) qismət elə!”

📖 Qurani-kərim, həmçinin, Məryəm surəsinin 50-ci ayəsində buyurur:

وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا

"Və onlara (gələcək ümmətlər arasında) yaxşı ad və yüksək məqam nəsib elədik."

✔️ Bu və buna bənzər yerlərdə ayənin ərəbcə orijinalında işlənən "lisan" sözü "insanın yada salınması; xatırlanması” mənası verir və onun "sidq" sözü ilə birlikdə işlənməsi "insanlar arasında yaxşı ad, xoş xatirələrlə yad edilmək" mənası ifadə edir.

🌍 Şübhəsiz, bu, formal xarakterli və sadə məsələ deyil. Onun fərd və cəmiyyətə böyük təsiri var.

1⃣ Birincisi, o, əbədi iftixardır, halbuki maddi sərvətlər ilk nəsil arasında bölüşdürülür və yox olub gedir.

2⃣ İkincisi, peyğəmbərlər və Allah övliyalarının adının yaşaması və xoşluqla yad edilməsi onlara salam-salavat göndərilməsinə,
adi insanların adının yaşaması və xoşluqla yad edilməsi isə Allahın bəndələrinin onlara rəhmət oxuyub bağışlanma diləmələrinə səbəb olur. Şübhəsiz, bunların hamısının insana böyük mənəvi təsiri var.

3⃣ Üçüncüsü, bu, insanların onlardan nümunə götürməsinə, onların yolunu davam etdirməsinə, cəmiyyətdə dəyərlərin dirçəldilməsinə, dəyərlərə zidd şeylərin məhv olmasına səbəb olur.

📕 Məşhur hədisdə deyildiyi kimi:

مَنْ سَنَّ سُنَّةً حَسَنَةً فَلَهُ أَجْرُ مَنْ عَمِلَ بِهَا إلى‌ یَوْمِ القِیَامَةِ

"Kim yaxşı ənənə qoyub getsə, Qiyamət gününə qədər onun üçün həmin ənənəyə əməl edənlərin savabı qədər savab yazılar."

📚 əl-Kafi 5-ci cild 9-cu səhifə

4⃣ Dördüncüsü, o, sonrakı nəsillərin hörmət, şan-şöhrət və şəxsiyyət qazanmasına səbəb olur. O qədər adi adamlar var ki, adı hər yerdə dillər əzbəri olan şəxsiyyətlərlə bağlılığı olduğu üçün hörmət sahibi olublar.

🔆 Bunlar yaxşı ad və xoş xatirələrlə yad edilməyin bəzi mənəvi fərdi və ictimai təsirləridir. Şübhəsiz, insan onun mənəvi təsirlərini nəzərə alaraq Allaha yaxınlaşmaq niyyəti ilə adının yaşamasına səbəb olan işlər görə bilər.

t.me/axlaq
Audio
Aqibətimiz necə olacaq?!
💠 Həqiqətən uğurlu insan olmaq istəyirsinizsə bu 8 xüsusiyyəti özünüzdə saxlayın:

1. Əməl əhli olun. (Qərar verirsinizsə, ona əməl edin, ona sadiq qalın.)

2. Səs-küysüz yaşayın və hər kiçik uğur və ya uğursuzluğa görə özünüzü incitməyin.

3. Həmişə yeni şeylər öyrənin.

4. Heç vaxt özünüzü sizdən beş addım geridə və ya öndə olan biri ilə müqayisə etməyin.

5. Elastik olun; yəni planın olsun, amma planının köləsi olma. İstənilən vaxt dəyişməyi bacar.

6. Həmişə optimist və nikbin olmağa çalışın.

7. Məqsədlərinizə çatmağınıza yol açan müdrik insanları və vəziyyətləri axtarın.

8. Sizi uğursuzluqla qorxudan adamlara etina etməyin.

@axlaq
Qələbə ilə səbirin bir-birinə bağlılığı.

🟢 Həqiqət budur ki, qələbə müxtəlif amillərdən asılıdır, səbir və əzmkarlıq onun ən mühümlərindəndir.

🔷 Bu iki şeyin bir-birinə bağlı olması o qədər aydın məsələdir ki, məşhur ədiblər lap qədim zamanlardan səbir ilə qələbənin adını daim bir-birinin yanında qeyd etmişlər.

🔰 Bu həqiqəti Qurani-kərim də aydın şəkildə bəyan edib və İslam ordusunun qələbə qazanmasının səbəbinin - hətta düşməndən say və təchizat baxımından qat-qat zəif olduğu vaxtlarda - səbir və əzmkarlıq olduğunu qeyd edib.

📖 Qurani-kərim Ənfal surəsinin 65-ci ayəsində buyurur:

إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ يَغْلِبُوا أَلْفًا

"Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar min nəfərə qalib gələrlər."

✔️ Buna görə də çox vaxt say və döyüş vasitələri baxımından bərabərsizliyin hökm sürdüyü və adətən güc nisbəti düşmənin xeyrinə olduğu müharibələrdə müsəlmanlar səbir və əzmkarlıq sayəsində düşmənə qalib gəliblər.

🕋 Bu səbir və əzmkarlıq onların Allaha imanından və məad etiqadından qaynaqlanıb.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

واستشعروا الصبر فإنه أدعى النصر

"Səbir və əzmkarlığı özünüzə şüar edin, çünki sizə hər şeydən çox o, qələbə gətirir."

📚 Nəhcül-bəlağə 26-cı xütbə

🔆 Odur ki səbirin çoxluğu insanın iradə, əzmkarlıq, müqavimət və mətanətinin çoxluğu deməkdir.

t.me/axlaq
🌐 Hər bir insanın kamil olmaq istedadı var.

💠 10-cu imam Əliyyən Nəqi əleyhissalamın anası SƏMANƏ adlı bir kənizdir.

Səmanə kəniz olmasına baxmayaraq o vaxtın ən imanlı, ən təqvalı və elmli qadını olmuşdur.

💠 İmam Əliyyən Nəqi əleyhissalamın anasının kəniz olması bu həqiqəti insanlara çatdırır ki, kamil və ali insanlar cəmiyyətin bütün təbəqələrindən ola bilərlər.👇

👉 Varlılardan da, kasıblardan da, yoxsullardan da, şəhərlilərdən də, kəndlilərdən də ... ali, dəyərli və kamil insanlar yetişə bilər, insanlığın ən uca həddinə yüksələ bilərlər.

💠 İmam Əliyyən Nəqi əleyhissalam öz anası Səmanə barədə belə buyurur:

"Anam Mənim haqqımı tanıyır, (bəsirətli olduğu üçün) imamşünasdır və (iman və saleh əməlinə görə) cənnət əhlindəndir. Şeytan ona yaxın düşə bilmir, heç bir zalım adam hiylə ilə onu aldada bilməz və onu hədəfindən yayındıra bilməz..."

t.me/axlaq
❤️ Haqqı qəbul etmək üçün hazırlıqlı qəlbə ehtiyac var.

Təsəvvür edin ki, bir əkinçi toxum əkməklə məşğuldur.

👉 Ola bilər səpilən toxumların bir hissəsi daşların üstünə düşsün və heç vaxt məhsul verməsin.

👉 Həmçinin ola bilər toxumların bir hissəsi daşın üstünü örtmüş nazik torpaq qatının üstünə düşsün. Bu halda toxum cücərəcək, amma kök atıb inkişaf etmək üçün münasib şərait olmadığı üçün tez bir zamanda quruyaraq məhv olacaq.

👉 Toxumların bir hissəsi isə dərinliyi olan torpağa səpilir, amma orada alaq otlar olur. Burada toxum cücərir, kök atır, amma alaq otlar həmin bitkinin gövdəsinə sarılaraq onu boğur.

👉 Bu toxumların arasında ən xoşbəxt toxum dərinliyi olan və heç bir alaq otunun olmadığı torpağa düşən toxumlardır. Çox keçmədən onlar cücərir, inkişaf edərək qol-budaq atır və böyüyb məhsul verir.

🕋 Peyğəmbərlərin və onların məsum canişinlərinin haqq sözləri də bu toxumlar kimidir.

👉 Bəzi qəlblər sərt daş kimidir və bu sözləri heç vaxt qəbul etmir.

👉 Müəyyən yumşaqlığı olan qəlblər onları müvəqqəti olaraq qəbul edir, amma sonra kənara atır.

👉 Bəzi qəlblər isə qəbul etmək hazırlığına malik olur, lakin nəfsin istəkləri və pis xasiyyətlər "tikan və alaqlar" kimi ona mənfi təsir göstərir və onun sonuna çıxır.

👉 Bu böyük ilahi şəxsiyyətlərin (onların hamısına Allahın salamı olsun) sözünü yalnız haqsevərlik və haqpərəstlik ruhunun hakim olduğu və qeyd edilən pis xüsusiyyətlərdən uzaq olan qəlblər qəbul edər, yetişdirər və məhsul verər.
O, möminlərin qəlbidir.

📖 Odur ki Qurani-kərim Zariyat surəsinin 55-ci ayəsində buyurur:

وَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِين


"Bəli, sən dayanmadan xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir".

@axlaq
🔆 Qədir-Xumda Əmirəlmöminin Əli əleyhissalamın xilafətinin elan edilməsinin kafirlərin ümidsizliyi və İslam dininin kamilliyi ilə nə əlaqəsi var?

📖 Qurani-kərim Maidə surəsinin 3-cü ayəsində buyurur:

الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ

"Bu gün kafirlər dininizdən (onu məhv edə bilməyəcəkləri üçün) ümidsiz olub əllərini üzdülər. Onlardan qorxmayın, Məndən (Mənə qarşı çıxmaqdan) qorxun!"

🕋 İslam dinini məhv etmək üçün kafirlərin böyük səylərinə baxmayaraq, onun izzəti və əzəməti gündən-günə artırdı. Onların son ümidləri Allahın Peyğəmbərinin(s) vəfatı ilə onların nəzərində fərd üzərində qurulan İslam dininin getdikcə unudulub məhv olacağı idi; xüsusən də onların fikrincə həzrət Muhəmmədin (s) yolunu davam etdirəcək oğlu olmadığından o həzrətin vəfatı ilə İslam günəşinin sönəcəyini gözləyirdilər.

🤝 Lakin Qədir-Xumda Əmirəlmöminin Əli əleyhissalamın birbaşa xilafətinin elan edilməsi ilə kafirlərin bu ümidi nəinki ümidsizlik və məyusluğa çevrildi, həm də hər kəs başa düşdü ki, İslam dininin də peyğəmbərdən sonrakı dövr üçün, hətta Qiyamət gününə qədərki dövr üçün planı var.

Məhz bu baxımdan İslam dini kamil dindir, və Allahın dinində heç bir kəm-kəsir, qüsur və çatışmazlıq yoxdur.

@axlaq
🕋 Yalnız Allaha güvənək!

📖 Qurani-kərim Məryəm surəsinin 81-ci ayəsində buyurur:

وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لِّيَكُونُوا لَهُمْ عِزّاً

"Və onlar üçün qüdrət və zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər."

💠 İnsanın fitrətində izzət və şərəf istəyi var. Amma o, hədəfi düz seçmir, həqiqi izzət mənbəyinə üz tutmur.

İzzət və hörməti başqa yerdə, başqa kəslərdə axtarır.

⭕️ Belə insanlar öz səhvlərini Qiyamət günündə başa düşəcəklər. Belə ki dünya həyatında arxalandıqları və özlərinə dayaq sandıqları kəslər bunun əleyhinə şahidlik edəcəklər.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

"Ayədə gələn "alihə (məbudlar)" kəlməsindən məqsəd o böyüklərdir ki, bəzi insanlar onlara itaət və yaltaqlıq etməklə izzət və hörmət qazanmaq istəyirlər.

t.me/axlaq
🕋 Həzrət Muhəmməd səllAllahu əleyhi və alih ilahi göstəriş olan Qədir-Xumu təbliğ etməyi təkcə öz vəzifəsi hesab edirdi?

🔆 Həzrət Muhəmməd (s) Qədir-Xumda söylədiyi məşhur xütbəsində hər bir müsəlmanı İmam Əlinin (ə) ilahi vilayətinin həqiqətinin təbliğində şərik bilirdi.

💠 O həzrət (s) Qədir-Xum xütbəsində açıq şəkildə buyurdu:

فَلْیُبَلِّغِ الْحاضِرُ الْغائِبَ وَالْوالِدُ الْوَلَدَ إِلى‏ یَوْمِ الْقِیامَةِ

“Bu xəbəri eşidən hər bir şəxs onu başqalarına, o cümlədən hər bir ata öz övladlarına çatdırmağa borcludur, bu çatdırılma Qiyamət gününə qədər davam etsin."

📚 Əl-Təhsin 585-ci səhifə

🌍 Deməli, Qiyamət gününə qədər Qədir-Xumda baş verənlərdən xəbəri olan hər bir müsəlman bu mühüm xəbəri başqalarına da çatdırmalıdır. Bu çatdırılma müxtəlif üsullarla, o cümlədən danışmaq, yazmaq, Qədir-Xum günündə bu münasibətlə ehsan, hədiyyə və Sədəqə verməklə... reallaşa bilər.

@axlaq
⭕️ Əliboş adam...

Yaxşı bir iş görsən, məsələn, ehtiyaclı möminə kömək etsən, amma sonra minnət qoymaqla, özünü göstərməklə, etdiyin yaxşılıqlara görə başa qaxınc etməklə... əslində, həmin yaxşı əməlləri məhv etmisən...🙅‍♂️

👉 Bu o deməkdir ki, sən bu dünyada etdiyin bütün yaxşılıqları elə burada tərk etdin və axirətin üçün, Qiyamət günü üçün heç bir şey göndərmədin.

👇

Çünki Qiyamət günü sənə deməyəcəklər ki, bu dünyada nə etmişdin?!

Əksinə, deyəcəklər:👇

👉 Özünlə nə gətirmisən?🤷‍♂️

📖 Qurani-kərim Ənam surəsinin 160-cı ayəsində buyurur:

مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

"Kim özü ilə yaxşılıq (saleh əməl) gətirsə, ona həmin işin on qat əvəzi verilər. Amma kim özü ilə pislik (pis iş, günah əməl) gətirsə, ona həmin pis işin misli qədər cəza verilər və onlara haqsızlıq edilməz."

📣 Deməli, yaxşı iş etmək kifayət etmir, həmin yaxşı əməlləri qorumaq və Qiyamətə aparmaq daha vacibdir.

@axlaq
🌍 Qohumlarla ünsiyyətdə olmağın bərəkətləri.

🔰 Quran ayələri və hədislərdə qohumlarla əlaqə saxlamaq Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirilən ilahi və insani vəzifə kimi qeyd edilib.

🟢 Lakin şübhəsiz, bu ilahi və insani vəzifənin yerinə yetirilməsinin çoxsayli zahiri bərəkətləri də var. Əsas məsələ insanın bu əlaqəni möhkəmləndirməsi və səhv işlərlə onun kəsilməsinə səbəbkar olmamasıdır.

💎 İnsan nemət və firavanlıq içində olanda qohumlarına kömək etməlidir ki, onlar da bəla və müsibət zamanı onu himayə etsinlər. Həqiqətən, həyatda bir çox çətinliklərə qalib gəlmək tək adamın işi deyil və o, kollektiv fəaliyyət və himayə tələb edir. Belə olan halda bir-birini qohum-əqrəbadan yaxşı kim tanıya bilər?!

Amma təəssüf ki, çoxları ǝli bir şeyə çatan kimi hər şeyi unudur, qohumlarından uzaqlaşır, yaman günün bu sərmayǝsini əldən çıxarır, çətin hadisələr qarşısındakı səngərini dağıdır.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

"Qohumlarla əlaqə qurmaq və qonşulara yaxşılıq etmək ev və diyarları abadlaşdırır, ömürləri uzadır".

📚 Biharul-ənvar 71-ci cild 120-ci səhifə

📝 İmam Məhəmməd Baqir əleyhissalam buyurur:

"Qohumlarla əlaqə insanın əməllərinə bərəkət verir, mallarını artırır, bəlaları aradan qaldırır, Qiyamət haqq-hesabını yüngülləşdirir, ölümü gecikdirir".

📚 Biharul-ənvar 71-ci cild 111-ci səhifə

🔴 Həmçinin əksinə, qohumlarla əlaqəni kəsmək insanın dünya həyatında acı hadisə, axirətdə isə ağır cəzalarla qarşılaşmaşı ilə nəticələnir.

📝 Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

"Cəbrail mənə xəbər verdi ki, Cənnətin ətri min illik məsafədən hiss olunur, amma üç dəstə onu hiss etməz: ata-anasının üzünə ağ olan şəxs, qohumlarla əlaqəsini kəsən şəxs və zina edən yaşlı adam".

📚 Biharul-ənvar 71-ci cild 95-ci səhifə

📕 Bu hədisin geniş mənası var və ondan belə məlum olur ki, qeyd edilən üç dəstə nəinki Cənnətə daxil olmayacaq, ona heç yaxınlaşmayacaq da.

Burada sual yarana bilər ki, "qohumlarla əlaqə" deyəndə nə nəzərdə tutulur?

✔️ Bu ifadədə məqsəd qohumlar arasında sevgi dolu əlaqənin qurulması, onların çətinlik zamanı bir-birinə kömək etməyə tələsməsi, bir-birindən xəbərsiz olmaması, bütün hallarda şəraitə uyğun hərəkət etməsidir.
"Qohumlarla əlaqə" hətta bəzən bir salam verməklə, bir quru zənglə həyata keçirilə bilər.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Qohumlarınızla hətta bir salamla olsa belə, əlaqədə olun".

📚 Biharul-ənvar 71-ci cild 126-cı səhifə

t.me/axlaq
🔆 Əhli-beyt əleyhimussalam Qədir-Xum bayramını qeyd ediblərmi?

💠 Qədir-Xum bayramı Əhli-beyt (ə) arasında da qeyd olunurdu.

Nümunə olaraq, bir hədisdə nəql edilir ki👇

👉 "İmam Rza əleyhissalam Qədir-Xum günü iftar məclisi təşkil edər, səhabələrinin ailələrinə hədiyyə olaraq paltar və yemək göndərərdi..."

📚 Əl-ədədul qaviyyə 167-ci səhifə

@axlaq
🌐 Qədir-Xum bütün müsəlmanların birlik və xoşbəxtlik amilidir.

🌍 Bu dünyada xoşbəxt olmaq bütün insanların ən böyük arzusudur.

💠 Peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) yer üzünə gəlişinin əsas məqsədi də insanları elm ilə maarifləndirmək və əxlaqlarını saflaşdırmaq ilə xoşbəxt bir cəmiyyət qurmaq olmuşdur.

📖 Qurani-kərim Bəqərə surəsinin 151-ci ayəsində buyurur:

كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِّنكُمْ يَتْلُواْ عَلَيْكُمْ ءَايَاتِنَا وَ يُزَكِّيكُمْ وَ يُعَلِّمُكُمُ الْكِتَابَ وَ الحْكْمَةَ وَ يُعَلِّمُكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ

“Həmçinin sizə ayələrimizi oxumaq, sizin (qəlbinizi) saflaşdırmaq, (İlahi) kitabı və hikməti öyrətmək, eləcədə bilmədikləriniz (lazımlı) şeylərin hamısını sizə öyrətmək üçün öz içinizdən (insan) Peyğəmbər göndərdik.”

💠 Peyğəmbərlər(onların hamısına Allahın salamı olsun) bəşəriyyətin mənəvi, əxlaqi və ictimai rəhbəri olmaqdan əlavə, həm də elmi rəhbərləridirlər.

🌐 Deməli, yer üzündə xoşbəxt cəmiyyətin olması bütün insanların arzusu və Peyğəmbərlərin(onların hamısına Allahın salamı olsun) gəlişinin məqsədidir.

Bu xoşbəxt cəmiyyət “Mədineyi-Fazilə” , yəni “insanlıq, əxlaq, bərabərlik və qardaşlıq üzərində qurulacaq bir cəmiyyət” adlanır.

🟩 Belə bir cəmiyyəti qurmaq üçün ən çox səy göstərən insanlar məhz İlahi peyğəmbərlər olmuşlar.

📕 Biz görürük ki, İslamdan əvvəlki mənbələrdə də “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) mövzusu geniş yayılmış, Aristotel, Platon və başqaları bu mövzunu ətraflı müzakirə etmişlər. Hərçənd onlar, eləcə də Qərb dünyası bu mövzunu utopiya (reallığı inandırıcı olmayan və mümkünsüz) sanmışlar.

Bir çox müsəlman alimləri də o cümlədən; Farabi, İbn Miskəveyh, İbn Sina, Əfzələddin Kaşani, Əbu Əli İsfəhani və başqaları “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) mövzusunda əsərlər və risalələr yazmışlar.

✔️ Onlara görə “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) yeddi sütuna malik bir cəmiyyət olacaqdır.

1⃣ Qanunda musavat və bərabərlik

2⃣ Əməldə və hökmdə ədalət

3⃣ Qarşılıqlı səmimi ehtiram

4⃣ Azadlıq və əmin-amanlıq

5⃣ Hegemonluq (fironluq və qudurganlıq) etməmək və heç kimin onun üzərində hegemonluq etməsinə razı olmamaq

6⃣ Rəhm, sülh, mehribanlıq və yumşaqlıqla müşayiət olunan rəftar və davranış (əxlaq)

7⃣ Elm və maarifi öyrənməyi və öyrəndiklərini öyrətməyi sevmək

Bu yeddi fəzilət və dəyəri əldə etmək üçün vəhdət və birlik lazımdır.

🕋 Vəhdət və birliyin baş verməsi üçün isə başlıca şərt ixtilaf və təfriqələrə son qoymaqdır. İxtilaflara son qoymaq üçün isə bircə amil mövcuddur, o da “Qədir-Xum”dur.

t.me/axlaq