Əxlaq Məktəbi
2.37K subscribers
2.19K photos
18 videos
21 files
4.62K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
Həya iki cürdür.

📝 Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

"İki cür həya var: Ağlın (müdrikliyin) həyası və anlaqsızlığın (idraksızlığın) həyası; ağlın həyası elmdən, anlaqsızlığın həyası isə nadanlıqdandır".

📚 Tuhəful-uqul 43-cü səhifə 75-ci hədis

1⃣ Ağılın həyası odur ki, insan ağlın və şüurun hökmü əsasında həya etsin; günahla qarşılaşdığı zaman həya etməsi kimi.

💎 Və ya hörməti vacib olanların qarşısında həya etməsi kimi.

👉 Bu həya elmdir, yəni elmdən qaynaqlanan davranışdır.

2⃣ Cahilliyin həyası isə soruşmaqdan, öyrənməkdən və ya ibadət etməkdən və bu kimi şeylərdən həya etməsi və utanmasıdır;👇

👉 məsələn, elə adamlar var ki bəzi yerlərdə namaz qılmağa xəcalət çəkir və utanırlar, hətta namazın qəzaya getməsinə icazə verirlər...

🟨 Bu həya mənfi həyadır və nadanlıqdan, cəhalətdən əmələ gələn bir davranışdır.

t.me/axlaq
12👍4👏2😢1
15👍4👏2
🌎 Gündəlik məşğuliyyətlərə qərq olmaq — həyatın mənasından qafil qalmağın səbəbidir.

🌐 Həyatımızın anları gündəlik işlərlə o qədər dolur ki, bizə düşünmək üçün fürsət vermir;
bir hadisə gəlir, insanın zehnini məşğul edir,
o hadisə hələ silinməmiş başqa bir hadisə ona qoşulur.
Nəticədə insan hər an baş verən bu gündəlik hadisələr vasitəsilə sanki bombardman olunur.

📲 Ətrafımızda baş verən müxtəlif hadisələr bir tərəfdən, sosial şəbəkələrdə gördüyümüz və eşitdiyimiz xəbərlər, hadisələr başqa bir tərəfdən bizim vaxtımızı, enerjimizi, səbrimizi əlimizdən alır.

Bu hadisələr insanın gününü bir cür, gecəsini başqa cür zəbt edir.
Günlər dolduqca həftələr dolur; həftələr dolduqca aylar bu hadisələrin təsiri altına düşür. Aylar keçdikcə illər də onların təsiri altına girir. İllər də bu şəkildə ötüb keçəndə ömür tamam olur.

Və... İnsan hələ ömrün, həyatın mənasını, fəlsəfəsini və “niyə yaşadığını” dərk etməmiş halda onunla vidalaşır.

🪐 Sonra insan yeni bir aləmə daxil olur; bu aləmdə baxıb görür ki, bəzi insanlar dünyadakı bu qısa ömürdə elə yüksək məqamlara çatıblar ki, bizim yer üzündən teleskopla uzaq ulduzlara və qalaktikalara baxdığımız kimi, onların məqamları da bizdən o qədər uzaqdır.

🔆 İnsan orada anlayır ki, “ömür” adlı necə böyük bir xəzinəni əldən verib.

⚠️ Lakin orada peşmançılığın artıq faydası yoxdur; çünki ora artıq əməl və dəyişiklik yeri deyil. İnsan yalnız nəticələrlə üz-üzə qalır və heç nəyi dəyişə bilmir.

O zaman insan özündən soruşur:
“Bu ömür necə keçdi?
Mən indi düşündüyüm və gördüyüm bu həqiqətləri niyə əvvəl düşünmədim?”
Neçə-neçə insanların həyatdan düzgün istifadə etdiklərini, əxlaq və mərifətlərini çoxaltdığını gördüyüm halda bəs mən niyə bu barədə heç düşünmədim?👇

👉 Özü özünə cavab verir: “Çünki dünyadakı hadisələr, faydasız adamlar, lazımsız videolar, telefon, planşet... səni doldurmuşdu və sənə boşluq qoymurdu; sən düşünmək üçün fürsət tapmadın — daha doğrusu, özünə, düşünmək üçün heç bir fürsət ayırmadın.”

@axlaq
11👍3👏2😢1💯1
🌍 Dünya imtahan diyarıdır.

📖 Qurani-kərim Ali-İmran surəsinin 186-cı ayəsində buyurur:

لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا ۚ وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ

"Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli və narahatedici sözlər eşidəcəksiniz. Əgər səbir edib təqvalı olsanız, əlbəttə, bu, məqsədə müvafiq dəyərli işlərdəndir."

1⃣ Dünya imtahan səhnəsidir. İstər-istəməz dünya imtahanları və keşməkeşləri ilə üzləşdiyiniz üçün ona müqavimət göstərməyə və bütün bu çətinliklərə sinə gərməyə hazır olmalısız. Allah-taala bu ayədə müsəlmanlara bütün çətinliklərə hazır olmaları haqqında xəbərdarlıq edir.
İnsan ən çox mal-dövlət və canla sınağa çəkilir.

2⃣ Düşmənlərdən narahatedici sözlər eşitmənin müsəlmanlara bir imtahan olduğu ayənin əvvəlində qeyd edilib. Amma ayədə bir daha bu məsələyə qayıdılması mövzunun olduqca əhəmiyyətli olduğunu çatdırır. Çünki ruhiyyəsi zəif və həssas olan insanların dil yarası və məzəmmətə səbir etməsi çətindir. Şərəfli insanlar heç vaxt digərlərindən minnət və böhtan qəbul etmirlər.

3⃣ Can və malla bağlı təhlükələri qəbul etməkdən əlavə, özümüzü zəhərli sözlər dinləməyə də hazırlamalıyıq.
Təhqir və həcv eşitmək, düşməndən əziyyət görmək sınaq vasitələrindən biridir.
Müqəddəs məqsədlərə çatmaq üçün bütün növ çətinliklərə dözmək lazımdır. Mala, cana, şəxsiyyətə dəyən zərbələr bu qəbildəndir.
Dinsizlərdən acı söz gözləmək müsəlmanların hazırlıq səbəblərindəndir.

4⃣ Bəzi insanlar həyatın çətinliklərinə sinə gərsələr də, bir növ Allaha etiraz edərək naşükürlük edirlər.
Amma möminlər onlardan fərqli olaraq hər zaman səbir edərək təqvada daha qəti olurlar. Odur ki, onlar nə qədər çətinliklərlə üzləşsələr və müqavimət göstərsələr də, heç vaxt naşükürlük və şikayət etmirlər.

5⃣ Səbir və təqva qoşa halda, yəni birlikdə uğur və müvəffəqiyyət rəmzidir. Təqvasız sabitqədəmlik inadkar adamlarda da müşahidə olunur.
Səbir və təqva hər biri o biri üçün şərtdir.

t.me/axlaq
10👏2👍1
🔰 Elm və biliyin zərurəti.

🕋 Allah-taalanın tövhid məqamına sarı nurani yolçuluqda və kamala doğru atılan addımlarda — düşüncə, zikr və şükürdən sonra — davamlılıq və inkişaf yalnız o zaman əldə olunur ki, insan elm və biliklə bəzənsin.

📓 Əgər elm və agahlıq köməyə gəlməzsə, əvvəlki üç addım da kamilləşməz və ciddi nəticə verməz.

💬 “Elm” sözünün lüğəvi mənası aydın və sadədir. Lüğət alimləri onu “cəhalətin ziddi” kimi izah edir; yəni bilmək və agah olmaq deməkdir.
Bu səbəbdən lüğətlər bu söz üzərində çox dayanmırlar, çünki mənası aydın mənalardan sayılır.

📝 Lakin terminoloji baxımdan "elm" geniş məna daşıyır və alimlər onun tərifi barədə müxtəlif fikirlər irəli sürmüşlər.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

إِنَّ الْعِلْمَ حَیَاةُ الْقُلُوبِ مِنَ الْجَهْلِ وَ ضِیَاءُ الْأَبْصَارِ مِنَ الظُّلْمَةِ وَ قُوَّةُ الْأَبْدَانِ مِنَ الضَّعْفِ یَبْلُغُ بِالْعَبْدِ مَنَازِلَ الْأَخْیَارِ وَ مَجَالِسَ الْأَبْرَارِ وَ الدَّرَجَاتِ الْعُلَى فِی الدُّنْیَا وَ الْآخِرَةِ

"Həqiqətən, elm qəlblərin cəhalətdən dirilməsi, gözlərin zülmətdən işıqlanması və bədənlərin zəiflikdən güc tapmasıdır. Elm insanı salehlərin məqamına, əbrarın (xeyirli insanların) məclisinə, eləcə də dünya və axirətdə uca dərəcələrə çatdırar."

💠 Hikmət sahibləri deyirlər: Elm — əşyaların surətlərinin insanın ağlı və zehni aləmində əks olunmasıdır. Kəlam alimləri isə elmi, əşyaları bir-birindən ayırmağa səbəb olan bir sifət kimi izah edirlər.

Elm barədə Qurani-kərim ayələrini araşdırmadan əvvəl qeyd etmək lazımdır ki, cəhalət və mərifətsizlik keçmişdən bu günə qədər insan həyatının ən böyük bəlalarından biri olmuşdur. O, sanki iti caynaqlı bir varlıq kimi insanı öz girdabına çəkir.

🌍 Tarix boyu insanların süqutunun, azğınlığının və zəifliklərinin əsas səbəbi cəhalət və mərifətsizlik olmuşdur. Hətta insanın günahlarının kökündə də çox vaxt cahillik dayanır. Elm və cəhalət bir-birinə qarşı — nur və zülmət kimidir.

🔰 Qurani-kərimdən belə nəticə çıxır ki, ilahi peyğəmbərlərin əsas vəzifəsi insanları cahillik və qəflətdən oyatmaq, onları elm və agahlıq səviyyəsinə çatdırmaq və cəhalətdən tam mənada xilas etmək olmuşdur.
Qurani-kərim bildirir ki, insanın yaradılışının əsas məqsədi ibadətdir:

📖 Qurani-kərim Zariyat surəsinin 56-cı ayəsində buyurur:

وَ مَا خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِیَعْبُدُونِ

"Mən cinləri və insanları ancaq Mənə bəndəlik etmələri üçün yaratdım."

📝 Qurani-kərimi təfsir edən alimlər bu məsələdə Məsumların (ə) izahlarına əsaslanaraq bildirirlər ki, bu ibadətin mənası mərifət, yəni Allahı tanımaqdır.
Deməli, yaradılışın son hədəfi də məhz mərifətdir.

🔰 Qurani-kərimdə başqa ayələrdə isə bildirilir ki, Allah-taala göyləri və yeri insanların bilməsi və elmini artırması üçün yaratmışdır:

لِتَعْلَمُوا

👉 Yəni yaradılış aləmi insanın elm və agahlıq əldə etməsi üçün bir vasitədir.

💎 Daha incə məqam isə budur ki, insan yaranan kimi Allahla ilk əlaqəsi təlim və öyrənmə üzərindən qurulur. İlk insan birbaşa Allah tərəfindən öyrədilmişdir:

وَ عَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا

"Allah Adəmə bütün adları (yaradılışın sirlərini) öyrətdi."

Beləliklə, ilk insan — ilk şagird, Allah-taala isə ilk müəllim olur. İnsan bütün həqiqətləri öyrənir və sonra bu elm sınağa çəkilir. Adəm bu imtahandan uğurla çıxır və mələklər onun elm məqamına hörmət olaraq səcdə edirlər.
Başqa bir ayədə isə təlim Allahın ümumi rəhmətinin ən böyük təzahürü kimi təqdim olunur:

الرَّحْمَنُ عَلَّمَ الْقُرْآنَ

"Rəhman olan Allah Quranı öyrətdi."

🟢 Beləliklə, təlim — ilahi rəhmətin ilk təzahürüdür.

🔰 Digər ayələrdə, xüsusilə “Ələq” surəsində, bir təlim sisteminin bütün əsas ünsürləri — elm, müəllim, şagird və qələm — zikr edilir və bunlar cəhalətin aradan qaldırılması və nurani elmə çatmağın vasitələri kimi təqdim olunur.

@axlaq
12👍3👏1
16👏4👍2😢1
🔰 Qurani-kərimdə möminlərin elmli olmasının zərurəti və mömin alimlərin dəyəri.

1⃣ Mömin alimlərin Allah qorxusu.

📖 Qurani-kərim Fatir surəsinin 28-ci ayəsində buyurur:

إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ

"Allahdan öz bəndələri içərisində ancaq (momin) alimlər qorxar."

2⃣ Mömin alimlərin məqamı mələklərlə eynidir.

شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لَا إِلَٰهَ إِلَّا هُوَ

"Allah ədalətə əsaslanaraq Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər)."

3⃣ Elm və cəhalət bərabər deyil.

📖 Qurani-kərim Zumər surəsinin 9-cu ayəsində buyurur:

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ

"De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsl ağıl sahibləri ibrət götürərlər."

4⃣ Qurani-kərimin Allah-taala tərəfindən nazil olan ilk ayəsi oxumaq barədədir.

📖 Qurani-kərim Ələq surəsinin 1-ci ayəsində buyurur:

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ

"Oxu! (Bütün məxluqatı) yaradan Rəbbinin adı ilə"

5⃣ Allah-taala qələmə and içir.

ن وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ

"Nun (ərəd əlifbası hərfidir). And olsun qələmə və (Allah rizasına) yazılanlara."

6⃣ Elm əhlinin başqalarından üstünlüyü.

📖 Qurani-kərim Mücadilə surəsinin 11-ci ayəsində buyurur :

يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ

"Təki Allah sizdən iman gətirənlərin (möminlərin) dərəcəsini yüksəltsin və elm verilmiş kəsləri (mömin alimləri) isə (əzəmətli və çox dəyərli) dərəcələrə ucaltsın."

7⃣ Elm öyrətmək Peyğəmbərlərin (ə) peyğəmbərliyə seçilmələrinin hədəfidir.

📖 Qurani-kərim Ali-İmran surəsinin 164-cü ayəsində buyurur:

لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ

"Şübhəsiz, Allah möminlərə (mələklərdən və cinlərdən deyil) özlərindən olan, Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və hikməti (əqli maarifi) öyrədən bir peyğəmbər göndərməklə çox böyük nemət bəxş etdi."

t.me/axlaq
11👍3👏2
🔰 Elmin xüsusiyyətləri.

📖 Qurani-kərimdə elmin yerini araşdırmazdan əvvəl iki mühüm məqamı qeyd etmək lazımdır:

🟢 Birincisi, Qurani-kərimdə elm elə bir həqiqətdir ki, insanın Allaha doğru şüurlu hərəkətinin mahiyyətini təşkil edir.

📖 Qurani-kərim Muhəmməd (s) surəsinin 19-cu ayəsində buyurur:

فَاعْلَمْ أَنَّهُ لاَ إِلَهَ إِلَّا اللَّهُ

"Bil ki, Allahdan başqa heç bir məbud yoxdur."

Bu o deməkdir ki, tövhid mərifətinin təməli elmdir və insan yalnız elm əsasında tövhid yoluna qədəm qoyaraq dəyərli nəticələrə çata bilər.

🔵 İkincisi isə budur ki, alimlər arasında elmin tərifi və sahələrinin müəyyənləşdirilməsində müşahidə olunan çoxsaylı fərqliliklərin səbəbi, elmin məqsəd və dairəsinin dəqiq müəyyən edilməməsidir. Bu pərakəndəlik hətta termin və ifadələrdə də özünü göstərir.

💠 Lakin ilahi kəlamda belə qarışıqlıqlara yer yoxdur.

🔰 Qurani-kərimdə elm yalnız insanı Allaha doğru yönəldən bir yol və hərəkət kimi təqdim olunur. Qurani-kərimə görə, bu gün bizə sıx şəkildə təqdim olunan hər bir məlumat və bilik “elm” adlandırılmır.

🕋 Qurandakı elm o elmdir ki, insanı Allaha, varlıq məqsədinə və yaradılış həqiqətinə yaxınlaşdırır.

🟡 Təəssüf ki, bəzən Qurandakı elm anlayışı da mənəvi təhrifə məruz qalır. Qurana görə elm hökmranlıq vasitəsi deyil və özünü göstərmək üçün istifadə olunan bir alət də deyil.

@axlaq
8👍2👏2
11👍4👏3
17👍5👏3
Əhli-beytin (ə) məhəbbətini nə ilə müqayisə edirsən?

💎 Yunus ibn Əbdürrəhman deyir: bir gün İmam Sadiq əleyhissalamın hüzuruna getdim, istəyirdim elə bir söz deyim ki, İmam (ə) çox sevinsin və mən öz məqamımı, imanımı ona göstərim.
İmam Sadiqin (ə) hüzuruna gedib dedim: “Ey ağa! Mənim sizə olan vilayətim və Allahın mənə sizin haqqınızı tanıtdığı bu mərifət, bütün dünya ilə müqayisədə mənə daha əzizdir.”

👉 Yəni: Əgər bu məhəbbəti və mərifəti tərəzinin bir gözünə, bütün dünyanı isə digər gözünə qoysaq, Allaha and olsun ki, mən bunu daha çox sevirəm.
👉 Yəni əgər desələr ki, bu dünyanı əldə etmək üçün Əhli-beytin vilayətindən əl çəkməlisən, mən deyərəm: hamısını məndən alın, amma Əhli-beytin vilayətini məndən almayın.

🟢 Bu çox böyük sözdür. Mən özüm belə bir sözü deməyə cürət etmirəm. Amma o, İmamın (ə) hüzurunda belə deyir ki, mən sizin məhəbbətinizə bu qədər dəyər verirəm. Sizcə İmam ona nə cavab verdi?

🔵 Mən bu hədisin sonunu oxumamışdan əvvəl elə zənn edirdim ki, İmam buyurar: “Bərəkəllah! Afərin! Nə xoş halına!” Siz nə gözləyərdiniz?

⚠️ Amma belə demədi. Deyir: bu sözləri deyəndə İmam (ə) qaşlarını çatdı və buyurdu: “Bu nə sözdür?! Sən nəyi nə ilə müqayisə edirsən?!”
Yəni: çox yersiz bir müqayisə etdin!

Yunus deyir: -Mən təəccübləndim. Gözləyirdim ki, İmam Sadiq əleyhissalam məni tərifləsin, amma belə buyurdu: "bu müqayisə tamamilə yersizdir!" Bu dünya və içindəkilərdən sənə nə çatır?!”

“مَا الدُّنْيَا وَ مَا فِيهَا هَلْ هِيَ إِلاَّ سَدُّ فَوْرَةٍ أَوْ سَتْرُ عَوْرَةٍ

"Bu dünya və içindəkilər sənin üçün nədir ki?! Axı bu, yalnız bir aclığı doyurmaq və bir bədəni örtməkdən ibarətdir! Bu, dünyadır. Bunu bizim məhəbbətimizlə müqayisə edirsən?!

وَ أَنْتَ لَكَ بِمَحَبَّتِنَا الْحَيَاةُ الدَّائِمَةُ

"Bizim məhəbbətimizlə sən əbədi həyat qazana bilərsən!"

🌐 Yəni, bir qarın doyurmaq və bir bədəni örtmək kimi şeyləri bizim məhəbbətimizlə müqayisə edirsən?! Bizim məhəbbətimiz səni sonsuz səadətə çatdırır!
Sonsuz səadət – elə bir həqiqətdir ki, onun üçün zaman təyin etmək mümkün deyil:

هُمْ فِيهَا خَالِدُونَ
خَالِدِينَ فِيهَا أَبَدًا

🕋 İmam Cəfər Sadiq əleyhissalam bu sözlərlə ona anlatmaq istəyirdi ki, sənə verilən bu məhəbbət və mərifət, bütün dünyadan min qat artıq dəyərlidir. Çünki bu məhəbbətlə sən sonsuz səadət əldə edə bilərsən.
Sonsuzluq hansı ölçü ilə müqayisə oluna bilər?! Hətta orta məktəb şagirdləri də bilir ki, ən böyük ədəd belə sonsuzluqla müqayisə edilə bilməz.
#Əllamə_Misbah_Yəzdi

@axlaq
12👍4👏1
23👍2👏2
Atan sənə fəda olsun!

🔰 “Atası ona fəda olsun” kəlməsi tarixdə, yalnız iki xanıma söylənilmişdir, onların birincisi sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) qızı Fatimə əleyhasalama dəfələrlə və müxtəlif hadisələr buyurmasıdır; nümunə olaraq o hadisələrin birini xatırlayaq:

1⃣ “Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih canının parası dediyi qızı üçün təzə toy paltarı almışdı. Xanım o paltarı geyərək toyda əyləşmişdi. Axşam vaxtı qapıya bir yoxsul qadın gəldi və dedi: "Ey Peyğəmbərin şərəfli qızı, paltarım cırılıb. Artıq paltarın vasa mənə paltar ver. Xanım Fatimə əleyhasalam evə daxil oldu. Əynindəki təzə toy paltarını gətirib həmin o qadına verdi, özü isə ev paltarını geyindi. Bir azdan Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih qızı Fatimə əleyhasalamı Əmirəlmöminin Əli əleyhissalamın evinə aparmaq üçün evə gəldi. Qızını köhnə paltarda görüb buyurdu: Qızım, sənə aldığım təzə paltar bəs hanı?! Həzrət Fatimə əleyhasalam buyurdu: Atacan, təzə paltarımı qapıya gələn və paltara ehtiyacı olan yoxsul qadına verdim. Allahın Rəsulu (s) qızını qucaqlayaraq buyurdu: -Atan sənə fəda olsun.”

2⃣ İkinci isə imam Musa Kazım əleyhissalamın öz qızı Fatimə Məsuməyə (ə) söylədiyi “atan sənə fəda olsun” sözüdür.

📚 Bildiyiniz kimi xanım Fatimə Məsumə (ə) yüksək elmi məqama malik olduğu üçün öz zamanının əhalisinin suallarına və dinlə bağlı şübhələrinə kamil və tutarlı cavablar vermişdir. Tarixi sənədlərdə oxuyuruq:

🌎 “Uzaq bir şəhərdən bir dəstə elm əhli və ziyarətçi imam Musa Kazım əleyhissalam ülə görüşüb özlərinin və ondandan bu barədə xahiş etmiş insanların suallarını o həzrətdən soruşmaq üçün Mədinə şəhərinə gəlmişdilər. Onlar həmin sualları vərəqlərə yazmışdılar ki, cavabları da həmin vərəqlərə qeyd edilsin. Həmin vaxt imam Musa Kazım əleyhissalam səfərdə olduğundan suallar yazılmış vərəqləri o həzrətin azyaşlı qızı Fatiməyə verdilər. Səhəri gün yenidən İmamın (ə) evinə baş çəkdilər ki, əgər o həzrət səfərdən qayıdıbsa suallarının cavabını alsınlar, ancaq İmamın (ə) hələ səfərdə olduğunu bildikdə sullarını istədilər və “gələn dəfə gələndə görüşüb suallarımıza cavab alarıq” dedilər. Onlar xanım Fatimə Məsumənin (ə) onların suallarını cavablandırdıqlarını gördükdə sevindilər, çoxlu təşəkkür və minnətdarlıq edərək Mədinə şəhərinindən çıxaraq öz şəhərlərinə sarı yala düşdülər. Yolda imam Musa Kazım əleyhissalam ilə rastlaşdılar və sual vərəqləri ilə əlaqədar başlarına gələn macəranı o həzrətə danışdılar. İmam Musa Kazım əleyhissalam o sualların qızı Fatimə Məsumə tərəfindən yazılan cavablarını nəzərdən keçirib buyurdu: “Atası ona fəda olsun”.

🕋 Sonda qeyd edək ki, həzrət Muhəmmədin (s) və imam Musa Kazımın (ə) hər birinin öz qızı Fatiməyə “atası ona fəda olsun” söyləmələri o iki xanımın (hər ikisinə Allahın salamı olsun) uca İlahi məqamlara sahib olduqlarının göstəricisidir. “Atası ona fəda olsun” sözü insanın həmin şəxsə olan sevgi və məhəbbətinin şiddətinin və sonsuzluğunun təzahürüdür.

t.me/axlaq
15👏2👍1
21👍3👏2
💠 Yaxşı əməli qoruyub saxlamaq onu etməkdən daha vacib və çətindir.

📖 Qurani-kərim Ənam surəsinin 160-cı ayəsində buyurur:

مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

"Kim bizim dərgahımıza yaxşı əməl ilə gələrsə, həmin şəxs üçün on qat əvəz vardır."

Hər bir əməl iki mərhələdən ibarətdir:

1️⃣ İlk növbədə insan yaxşılıq və yaxşı əməl etməyə müvəffəq olmalıdır.
Bu işin özü çətindir, çünki "insanlar və cinlərdən olan şeytanlar"ın süzgəcindən keçməlidir.

2️⃣ İkinci addım isə odur ki, gördüyü bu yaxşı işin və saleh əməlin özünü və nəticəsini qoruyub saxlaya bilsin. Bu isə çox çətindir, odur ki, insandan mərdlik, qəhrəmanlıq, şücaət, yüksək əzmkarlıq və möhkəm iradə istəyir.

🌐 Bir çox insanlar yaxşı işlər görmək qabiliyyətinə malikdirlər, lakin həmin xeyir və yaxşı əməllərin özünü və nəticələrini saxlamaq qabiliyyəti yoxdur.

@axlaq
13👍1👏1😢1
🔲 Təkəbbürlük, lovğalıq və öyünməyin 3 əsas səbəbi.

1⃣ Təkəbbürlük, lovğalıq, yersiz qürrələnmək və fəxr etməyin əsas səbəblərindən biri Allah-taalanın sonda cəza və mükafat verəcəyi günə, habelə ölümdən sonrakı həyata qarşı inamsızlıq, cəhl və nadanlıqdır.

2⃣ Təkəbbürlük və lovğalıqları digər səbəbi isə insanın özünə və ilkin yaradılışına qarşı nadan olması, yəni necə yaranması barəsində düşünməməsi, bunu unutmasıdır.

🌎 Aydın məsələdir ki, keçmişini unudan hər bir kəs gələcəyinə qarşı da etinasız, süst və laqeyd olacaqdır.

📖 Buna görə də Qurani-kərim insanın özünə qayıtması, qürurunun sınması, Allahın nemətləri qarşısında dikbaşlıq etməməsi üçün keçmiş qövmlərin başlarına gələnləri özündə qissə şəklində əks etdirir, onların əhvalatlarını bugünkü nəsillərə çatdırır.

🔰 Qurani-kərimin söylədiklərinə əsasən, daha qüdrətli, qüvvətli, sərvətli və eyni zamanda təkəbbürlü şəxslər əksər hallarda adi bir vasitə ilə dünyadan köçmüşlər. O cümlədən ildırım, zəlzələ, sel, külək, yağış, torpaq, kiçik quşlar və bu kimi sadə vasitələrlə dünyadan köçmüş, sarayları və dəbdəbəli mülkləri xarabalığa çevrilmişdir.

3⃣ İnsanların yersiz qürur nümayiş etdirmələrinin, təkəbbürlük göstərmələrinin və lovğalıqlarının üçüncü əsas səbəbi onların ruhi və psixi sıxıntılarının olması, xüsusilə də onların acizlikləridir.

🌐 Həyatda heç vaxt sözü dinlənməyən, şəxsiyyətcə aşağılanan, özünü dəyərsiz bilən və aciz insanlar bunu pərdələmək üçün başqalarının yanında daim təkəbbürlük göstərir və lovğalıq edir, təkəbbürlə yeriyir və olduğundan böyük danışaraq özündə olmayan xüsusiyyətlərlə öyünür.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

مَا مِنْ رَجُل تَكَبَّرَ أَوْ تَحَبَّرَ إِلَّا لِذِلَّةٍ وَجَدَهَا فِي نَفْسِهِ

"İnsan öz daxilində zillət (alçaqlıq, çatışmazlıq) hiss etməyincə onda təkəbbür və öyünmək xüsusiyyəti baş qaldırmaz."

📚 Əl-kafi 2-ci cild 236-cı səhifə, babul-kibr, hədis-17

👉 Yəni insan özünü daxilən zəif və alçaq hiss etdikdə, bu acizlik və çatışmazlığı başqalarına yuxarıdan aşağı baxmaqla, daha doğrusu, təkəbbürlə ört-basdır etməyə çalışır. Demək, təkəbbür əslində daxili zəifliyin bir təzahürüdür.

@axlaq
16👍1👏1
🔰 Elm ilə hidayətin qarşılıqlı əlaqəsi.

📖 Bu barədə Qurani-kərim Məryəm surəsinin 43-cü ayəsində buyurur:

یَا أَبَتِ إِنِّی قَدْ جَاءَنِی مِنَ الْعِلْمِ مَا لَمْ یَأْتِكَ فَاتَّبِعْنِی أَهْدِكَ صِرَاطاً سَوِیّاً

"Ey ata! Mənə səndə olmayan bir elm gəlmişdir. Mənə tabe ol ki, səni düz yola hidayət edim."

Burada Həzrət İbrahim (ə) atalığı (himayəçisi) Azərə deyir: - Ey ata! Mən elmin elə bir mərtəbəsinə çatmışam ki, sən ora çatmamısan. Mənimlə gəl ki, öyrəndiyim elmin bərəkəti ilə səni ən doğru yola yönəldim.

📓 Qeyd etmək lazımdır ki, əgər kamillik zirvəsinə çatmış bir alim öz elmi məqamından danışırsa, dərhal ona təkəbbür damğası vurmaq olmaz. O, insanları özünə deyil, sahib olduğu elmə dəvət edir.

👉 Bu, şəxsin üstünlüyü deyil, şəxsiyyətin üstünlüyüdür.
O, özünü üstün göstərmək istəmir, əksinə, çatdığı üstün həqiqətə başqalarını yönəltmək istəyir.

👉 Bu, özünü tərifləmək də deyil.

💫 Elm insana güc və qüvvət verir.

🔆 Həqiqi elm və mərifətin bəhrəsində insan siratəl-müstəqimi görür, o yolu gedir və başqalarına da həmin düz yolu göstərə bilir.

@axlaq
14👍1👏1
22👏3👍1
🕋 Tövbənin qəbul olma şərtləri.

📖 Qurani-kərim Nisa surəsinin 17-ci ayəsində buyurur:

إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِنْ قَرِيبٍ فَأُولَٰئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ

"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir!"

🔰 Ayənin mövzusundan da aydın olduğu kimi, burada "cəhl" (cahillik, nadanlıq) sözündən məqsəd nəfsi istəklərin tüğyan etməsi, insanın ağıl və düşüncəsinə, o cümlədən imanına böyük təsir edərək onları təsir altına alması və sonda onlara qalib gələrək istədiyini həyata keçirməsidir.

🟢 Şübhəsiz ki, mömin insan bütün əməllərini ağıl və imanına söykənərək yerinə yetirir. Amma nəfs qalib gəldikdə, insan həyatında əsas təsirdən ibarət olan bu iki nemət (ağıl və iman) öz səlahiyyətlərini məcburiyyət qarşısında nəfsə verir. Belə olanda insanda istənilən günah və itaətsizliyin baş verməsi mümkündür.

🔴 Xülasə, elm təsirdən düşdükdə cəhl onun yerinə hökmranlıq edəcəkdir.

⚫️ Amma tam yuxarıdakı izahın əksinə olarsa, yəni insan cahillik səbəbindən deyil, məhz düşünülmüş şəkildə, Allahın qanunlarına tabe olmaqdan boyun qaçırmaq, Onun əmrlərinə tabe olmamaq və inadkarlıqla Allaha qarşı düşmənçiliyi səbəbindən günah edərsə, bu artıq küfrün əlaməti sayılacaq və həmin şəxsin günahlarının tövbəsi qəbul olmayacaqdır.

📝 "Əbu Həmzə Somali" duasında İmam Səccad (ə) Allaha xitab edərək buyurur:

"İlahi, Sənə qarşı günah edərkən Allahlığını əsla inkar etmədim, əmrinə qarşı etinasızlıq etmədim, günaha, Sənin cəzana tuş gəlmək, əzab vədini inkar etmək niyyəti ilə yol vermədim. Xəta etdim, pisliklərə əmr edən nəfs, haqqı mənə anlaşılmaz etdi, ehtiras mənə üstün gəldi".

📚 Biharul-ənvar 95-ci cild 88-ci səhifə

📕 Ayənin orijinalında "qərib” sözündən məqsəd tövbənin gecikmədən və tez bir zamanda yerinə yetirilməsidir. Çünki tövbənin əsas mənası bundan ibarətdir ki, günahın bütün mənfi təsirlərini günahkar bəndənin ruhundan təmizləsin və şəxsin ruhunda ondan zərrə qədər əlamət də olsa saxlamasın. Bu isə yalnız günahın baş verməsindən dərhal sonra mümkündür.

💡 Günahın təsirində məst olmuş insan birdən diksinərək kimin qarşısında günah etdiyinin fərqində olsun və dərhal peşmanlıq və hüznlə Allah qapısına dönərək tövbə etsin.

🥼 Paltara düşən ləkə qurumamış, dərhal təmizlənərsə, daha rahat aradan getdiyi kimi, günahın da tövbəsini kecikdirmədən yerinə yetirmək lazımdır.

🟡 Əgər gecikdisə, həmin peşmanlıq artıq ikinci dərəcəli olur. Belə olan halda, tövbə vasitəsilə günahın bütün çirkabının insanın ruhundan təmizlənməsi müşkül məsələdir. Ümumiyyətlə, bütün günahların hətta buzlaşmış olsa belə, əriyərək aradan getməsinin yeganə səbəbi günahkar bəndənin tam vücudu ilə peşman olaraq, bir daha o günaha qayıtmamaq şərti ilə etdiyi tövbəsidir.

💠 Deməli, əsl kamil tövbə daha tez yerinə yetirilən tövbədir.

t.me/axlaq
9👍1👏1
Zəhmətkeş insanın ruzisinin çoxalması və bərəkətli olmasının 8 yolu.

1⃣ Qənaət və mötədillik.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Qənaət özü ilə izzət gətirən tükənməyən bir xəzinəsidir."

2⃣ Allahan başqasına ümid etməmək.

📝 Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

"Allaha ümid bağlayan şəxsin həyat ehtiyaclarını Allah təmin edər və təsəvvür etmədiyi yerdən ona ruzi verər."

3⃣ Qurani-kərimin surələrini oxumaq.

📕 Ruzinin çoxalması və bərəkətli olması üçün hədislərdə bir çox surələri davamlı olaraq oxumaq tövsiyə edilib, o cümlədən: Fatihə, Vaqiə, Mülk, Leyl, Zariyat, Ənam və sair.

4⃣ Ailə ilə xoş keçinmək və ailə üzvlərinə davamlı yaxşılıq etmək.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

"Ailəsinə daim yaxşılıq və ehsan edən şəxsin ruzisi bol olar."

5⃣ İnfaq və sədəqə.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Ruzinin gəlməyini sədəqə verməklə gerçəkləşdirin."

6⃣ Namazları, xüsusilə də sübh namazını həmişə vaxtında qılmaq.

📝 Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

"Namazlarını həmişə vaxtında qılan bəndəyə mən üç şeyi zəmanət verirəm:
1. Maddi və mənəvi narahatlıqların aradan getməsi.
2. Ölüm anında rahatlıq.
3. Cəhənnəm odundan xilas olmaq."

7⃣ İşə səhər tezdən başlamaq.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Səhər tezdən işə gedən adamın ruzisi bol və bərəkətli olar."

8⃣ İşini yaxşı bacarmaq, işinin sirlərinə bələd olmaq, davamlı səy göstərmək.

💎 Ruzinin çoxalması və bərəkətli olmasında ən mühüm məsələlərdən biri işlədiyin işi yaxşı bilmək, hümmətli olmaq və davamlı səy etməkdir.
İnsan işini yaxşı bilməsə, çalışqan, zəhmətkeş, səbirli və təmkinli olmasa nə qədər surə, dua və zikr oxusa da ruzisini artıra bilməyəcək.

t.me/axlaq
11👍3👏1