APA
25K subscribers
23.5K photos
4.49K videos
12 files
58.3K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
APA
🇬🇪⚡️Gürcüstan parlamenti “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul edib apa.az
🇬🇪🇺🇦Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan Baş naziri İrakli Kobaxidzeni “ukraynalaşdırma” ifadəsindən istifadə etdiyinə görə tənqid edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, XİN-in məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, Ukraynanın adının təhqiramiz kontekstdə istifadəsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur.

Bəyanatda Kiyevin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə nəzərdən keçirilməsi ilə əlaqədar olaraq Gürcüstanda daxili siyasi vəziyyətin ağırlaşmasından narahatlıq keçirdiyi qeyd olunub.

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu qanun layihəsinin əleyhinə yönəldiyini iddia etdiyi “ukraynalaşma” təhlükəsi ilə bağlı şərhləri narahatlıq doğurur.

Ölkəmizin adının belə təhqiramiz kontekstdə çəkilməsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur. Gürcüstan üçün real təhdid "ruslaşma"dır, mifik “ukraynalaşma” deyil”, - bəyanatda qeyd olunub.
Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Volodimir Zelenskiyə sui-qəsd cəhdinə dair təklif irəli sürən agent ifşa olunub”, - məlumatda deyilir.

Ukrayna Təhlükəsizlik Xidməti-nin məlumatına görə, onun planı Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, Rusiyaya ötürmək olub. Bildirilib ki, güya burada Ukrayna liderinin ölkəyə səfəri zamanı ona sui-qəsd planı cızılıb.
APA
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə AFAD məlumat yayıb.
🇹🇷Türkiyənin Tokat vilayətində baş verən zəlzələ nəticəsində bir nəfər xəsarət alıb, evlərə ziyan dəyib.

APA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər görüb, iki məscidin minarələri dağılıb.
Muxtar Babayev ABŞ-nin keçmiş dövlət katibi ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

apa.az
İran İsrailin hücumuna məruz qalıb

APA xəbər verir ki, bu barədə “ABC” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
🇮🇷İranın dövlət televiziyası İsfahan vilayətinin hava məkanında bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib.

Məlumata görə, İsfahan şəhərində heç bir nüvə obyekti və ya nüvə obyektləri hədəfə alınmayıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🚨Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb
Xırdalanda tələbə intihar edib

21 yaşlı Ramil Nəsirovun meyiti kirayə yaşadığı mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. apa.az
Media is too big
VIEW IN TELEGRAM
Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin Xəzərdə birgə taktiki təlimi keçirilib
Zahid Oruc: Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir.

👉 apa.az
🇷🇺🇪🇺🇫🇮Von der Leyen: Putin indi Finlandiyaya fokuslanıb

APA xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş naziri Petteri Orpo ilə birgə Finlandiyanın Rusiya ilə sərhəd bölgəsi Lappeenrantada mətbuata açıqlaması zamanı deyib.

apa.az
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb

apa.az
Rusiya Azərbaycan vətəndaşı Şahin Abbasovu federal axtarışa verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, aprelin 17-də Moskvanın Krasnodar küçəsində parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov federal axtarışa verilib.
Siyavuş Novruzov: Uşaq məktəbə gedir ki, dərs oxusun, öyrənsin. Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gəlir? İndi istəyirlər ki, uşaqlar məktəbə getməsin, evdə otursun.

apa.az
🇫🇷🇦🇿Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

APA xəbər verir ki, bu barədə valideynlərə məktub göndərilib.

Məktəb Administrasiyasından APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, liseyin fəaliyyətini dayandırmasının səbəbi kommersiya problemləridir.
Tovuzda qadın ağır yanıq xəsarətləri alıb, saxlanılan var

APA-nın yerli bürosunun məlumatıma görə, rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.

apa.az