APA
25.5K subscribers
24.4K photos
4.67K videos
12 files
59.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıb

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə Qəzzadakı vəziyyət müzakirə olunub.
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb

apa.az
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb

apa.az
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.
Almaniya Kansleri Olaf Şolts və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində danışıqlar aparacaqlar.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Hebenstreit bildirib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇫🇷Naməlum şəxs Parisdə İran konsulluğunda özünü partladacağını bildirib

Onun hələ də binanın içərisində olduğu və əlindəki partlayıcını işə salacağı ilə təhdid etdiyi qeyd edilib.

Hadisədən sonra bina mühasirəyə alınıb və ərazidəki metro stansiyası sərnişinlər üçün bağlanıb.
Ermənistan-Azərbaycan delimitasiya komissiyasının iclası keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə edilib

APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib.
APA
Ermənistan-Azərbaycan delimitasiya komissiyasının iclası keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə edilib APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib.
İclasda müəyyənləşdirilib ki, sərhəd xəttinin ayrı-ayrı hissələri Azərbaycanın Bağanıs Ayrım Ermənistanın Bağanis kəndləri, Azərbaycanın Aşağı Əskipara Ermənistanın Voskepar, Azərbaycanın Xeyrimli Ermənistanın Kirants və Azərbaycanın Qızılhacılı və Ermənistanın Berkaber kəndləri arasından keçəcəklər, xətlərin müəyyənləşdirilməsi SSRİ-nin son illərində mövcud olan dövlətlərarası sərhədlərə uyğun olaraq həyata keçiriləcək.
APA
Ermənistan-Azərbaycan delimitasiya komissiyasının iclası keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə edilib APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib.
APA xəbər verir ki, görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

• Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

• Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

• Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

• Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

• Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

• Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanacaq
APA pinned « Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb apa.az»
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" platformasında bildirib.

"Çoxdan gözlənilən tarixi hadisə:

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - XİN rəsmisi qeyd edib.
🔹 Vətən müharibəsində əldə edilən Zəfər, 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatı ilə Xankəndi və ətraf ərazilərin işğaldan azad edilərək, ölkənin suverenliyinin tam bərpa olunması, Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına başlanılmasının ardından qeyri-anklav 4 kəndin qaytarılması İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir.

🔹 Bu gün əldə olunmuş razılıq Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində atılan ilk addımdır. Bu addımın məhz Qazaxdan başlaması isə heç də təsadüfi deyil. Delitimasiya prosesinə sərhədin məhz bu nöqtəsindən start verilməsi Azərbaycanın təkidi ilə mümkün olub.

APA Analytics 👉 apa.az
🇮🇹🇦🇿Ceyhun Bayramov İtaliyanın həssas zamanda ədalətli mövqe sərgilədiyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

👉apa.az
G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına zərər vurur

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan icmasının bəyanatında vurğulanıb.

apa.az
🇪🇺Toivo Klaar: Bugün Ermənistan və Azərbaycan sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər var. Aİ danışıqlar prosesini, hərtərəfli və dayanıqlı həll hədəfini tam dəstəkləyir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Rusiyada iranlı və ermənistanlı MMA döyüşçülərinin yarışında kütləvi dava baş verib

apa.az