APA
25.2K subscribers
24K photos
4.57K videos
12 files
58.8K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
Akademik Nizami Cəfərovun adı YAP-ın deputatlığa namizəd siyahısına salınmayıb

APA xəbər verir ki, partiya onun yerinə 108 saylı Ağstafa seçki dairəsindən Kərimov Gülgün Kərim oğlunun namizədliyini verib.
Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov YAP-ın Zaqataladan deputatlığa namizədi olub.

APA xəbər verir ki, hakim partiya 112 saylı Zaqatala seçki dairəsindən Əsgərov Asif Yunis oğlunun namizədliyini irəli sürüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri Mehriban Vəliyeva hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olub.

APA xəbər verir ki, YAP-ın siyahısında onun namizədliyi 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən irəli sürülüb.
“Azərbaycan” qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqovun adı YAP-ın deputatlığa namizədlər siyahısında yer almayıb.

APA xəbər verir ki, 119 saylı Ağdam kənd seçki dairəsindən YAP-ın siyahısından Məmmədov İbrahim Raqif oğlunun namizədliyi irəli sürülüb.
Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Ətraflı: apa.az
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycanın da iştirak etdiyi "Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb
Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

👉apa.az
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağdamda avtomobil aşaraq yanıb, xəsarət alan var - Video

apa.az
Aİ Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib.

Vesti.az xəbər verir ki, o, bu vəzifədə 2017-ci il noyabrın 13-dən bu vəzifəni tutmuş Toivo Klaarı əvəz edəcək.

Yaxın vaxtlarda Maqdalena Qrononun namizədliyinin Aİ Şurası tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.
"Facebook" sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından özünü pis hiss etməsi, həkimlərə şikayəti və məcburi müalicə kursu ilə bağlı videomüraciət yayılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyi məlum videomüraciətin yalan olduğu barədə məlumat yayıb.

Bildirilib ki, məlum videomüraciət "deep-fake” texnologiyası ilə hazırlanıb. "Nəzərinizə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun olmayan və yalan məlumatı əks etdirən saxta məlumatdır”.
👉apa.az
Xaçmazda iki nəfəri öldürüb evi yandırmaqda ittiham olunan şəxsə ömürlük cəza verilib

Ətraflı: apa.az
Bəzi partiya sədrləri seçkiyə gedir, Hafiz Hacıyevlə Fəzail Ağamalı isə namizəd olmayacaq

Ətraflı: apa.az
🇦🇿🇷🇴Azərbaycan və Rumıniya XİN rəsmiləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

👉apa.az
🇺🇸🇷🇺“Rusiya onunla dialoqa girmək istəyən istənilən seçilmiş ABŞ lideri ilə işləyəcək.”

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının iclaslarında sədr kimi iştirakından sonra BMT-də keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya prezidenti Vladimir Putin bunu bir neçə dəfə deyib. Biz ABŞ-da xalq tərəfindən seçilən və bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında dialoqa hazır olan istənilən ABŞ lideri ilə işləməyə hazırıq.”, - deyə Lavrov bildirib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱🇷🇺İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

APA “TASS”a istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri Təhlükəsizlik Şurasının iclasında çıxışına başladığı zaman onlar Təhlükəsizlik Şurasının zalının qalereyasındakı yerlərindən ayağa qalxaraq "Girovları azad edin" – deyə qışqırmağa başlayıblar.
🇹🇷Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümünü qeyd etmək üçün Şimali Kiprə səfər edəcək
Azərbaycanın Paris-2024-dəki bayraqdarları müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu vəzifəni cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.
İdmançılarımızın Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək.
🇺🇸😷🦠Bayden COVID-19-a yoluxub