QURAN VE SUNNE
1.68K subscribers
238 photos
29 videos
22 files
2.98K links
✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Abdulaziz Sələfidir



Quran və Sünnə işığında səhih faydalar
Bütün paylaşımları linklə birlikdə götürə və paylaşa bilərsiniz.
💎Whatsapp https://whatsapp.com/channel/0029VaiS2kRHFxOw593Wt417
Download Telegram
Təkbirin formalarından:

Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah. Vallahu əkbər, Allahu əkbər vəlilləhil-həmd.

Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah. Vallahu əkbər, Allahu əkbər vəlilləhil-həmd


🌸🖇 t.me/Quranvesunne
BAYRAM NAMAZINDAN SONRA UNUDULMUŞ SÜNNƏ.

Əbu Səid radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm bayram namazından əvvəl heç bir namaz qılmazdı. Lakin evə qayıtdığı zaman isə iki rükət namaz qılardı.


(İbn Macə; İbn Xuzeymə; Hakim.)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Əssələmu aleykum və rahmətullahi və bərakətuh.

تقبل الله منا ومنكم صالح الأعمال.

عيدكم مبارك

🌷 Hörmətli kanal üzvləri, bayramınız mübarək! Allah bizdən də, sizdən də saleh əməllərimizi qəbul etsin.🌷
🌹ŞƏVVAL AYINDA TUTULAN 6 GÜNLÜK ORUC HAQQINDA🌹

💫FƏZİLƏTİ:

Əbu Əyyub əl-Ənsari radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

-Kim ramazan orucunu tutar, sonra şəvval ayından da altı gün əlavə oruc tutarsa il boyu oruc tutmuş kimi savab qazanar.

("Sahih Muslim", 1164)

QEYD. Bu orucun hökmü - təkid olunmuş sünnələrdəndir, vacib deyil.

~✿❁✿~

💫ƏN ƏFZƏL VAXTI:

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

-Şəvval ayından altı gün oruc tutmağın ən əfzəl vaxtı bayramdan sonra başlayıb ard-arda tutmaqdır.

("Məcmua Fətəva", 20-20.)

QEYD. Ən əfzəl vaxtı bayramdan dərhal sonra başlayıb tutmaqdır. Lakin insan bu orucu Şəvval ayının əvvəlində və axırda və həmçinin ay ərzində fasilə ilə ara verərək də tuta bilər.

~✿❁✿~

💫RAMAZANDAN ORUC QƏZASI QALAN KİMSƏ ÜÇÜN ŞƏVVAL AYINDA ALTI GÜN ORUC TUTMASININ BİR İLLİK SAVABI HASİL OLURMU?

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

-İnsan Ramazan ayını kamil şəkildə oruc tutmadığı müddətcə Şəvval ayında tutduğu orucun (bir il oruc tutmuş kimi qazandığı) savabı hasil olmur.

("Məcmua Fətəva" 20/18)

QEYD. Buna görə də ilk öncə qəzaları tutub bitirmək, sonra isə Şəvval ayının orucunu tutmaq lazımdır.

~✿❁✿~

🌿Qoşul, faydalan, paylaş, xeyirə vəsilə ol.
https://t.me/Quranvesunne
İbn Mәsud radıyallahu anhu demişdir:

Kim Allahı sevdiyini bilmәk istәyirsә qoy nәfsini qurana yönәltsin. Әgәr quranı sevirsә Allahı da sevir. Çünki, hәqiqәtәn də, quran Allahın kәlamıdır
.

("Tәzkiyәtiun-Nufus", 1/39)

Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Həsənul-Basri (Allah ona rəhmət etsin) demişdir:

-Belə deyilmişdir: Kim qardaşının artıq tövbə etmiş olduğu bir günahını yayarsa, Allah onu həmin şeylə mübtəla edincəyə qədər ölməz.

("Feydul-Qadir", 6/183)

🌿 Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Şeyx Salih əl-Fəuzan ( Allah onu qorusun) belə buyurur:

-Bəzi sələflər belə demişlər: Elə insanlarla qarşılaşdım ki, Ramazanın daxil olması ilə onlar əməllərində heç bir şeyi artırmaz və yaxud da Ramazanın bitməsi ilə onların əməllərində heç bir şey azalmazdı. Çünki onlar bütün həyatları boyunca həm Ramazanda, həm də digər vaxtlarda ibadətlərində çalışardılar.

(Şeyxin cümə xütbəsindən. Tarix: 16/10/1434 h.)

🌿 Paylaşaraq elmi yay: t.me/Quranvesunne
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Köksün sıxıntı içərisində olmasının ən böyük səbəblərindən biri də, ‌Allah təalədən üz çevirməkdir. Həmçinin qəlbin ondan qeyrisinə bağlanması və onu yad etməkdən qəflətdə olub başqasını sevməkdir.


‌("Zədul-Məad", 2/23)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Kim mənim səhabələrimi söyərsə, Allahın, mələklərinin və bütün insanların lənəti onun üzərinə olsun.

("Sahihul-Cəmi",6285)

TELEGRAM: t.me/Quranvesunne
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Əgər ixlaslı deyilsənsə özünü yorma!

("Bədəiul-Fəvəid" 3/230)

TELEGRAM: t.me/Quranvesunne
Valideynin övladına edəcəyi mühüm dualardan biri
Muhəmməd Əmən Cəmi (Allah ona rəhmət etsin) demişdir:

Qəbiristanlığı ziyarət etməkdə məqsəd axirəti xatırlamaq, ölüyə dua etməkdir, orada namaz qılmaq və Quran oxumaq deyil
.

(Şərit Huququl-İnsəni fil-İsləm, 2)

TELEGRAM: t.me/Quranvesunne
Xeyirli insanlarla yoldaşlıq etmək.

Şeyx Abdurrahmən Sədi (Allah ona rəhmət etsin) demişdir:

"Allahın mömin qulunun üzərindəki ən əzəmətli nemətlərindən biri də onu xeyirli insanlarla yoldaşlığa müvəffəq etməsidir. Allah təalanın qulu üzərində olan ən böyük cəzalarından biri də onu şərli insanlarla yoldaşlığa müvəffəq etməsidir. Xeyirli insanlarla yoldaşlıq qulun ən yüksək dərəcəyə çatmasına səbəb olur. Şərli insanlarla yoldaşlıq isə qulu ən aşağı dərəcəyə çatdırar. Xeyirli insanlarla yoldaşlıq etmək qulun faydalı elm öyrməsini, gözəl əxlaqlara sahib olmasını və saleh əməllər işləməsini vacib edir. Şərli insanlarla yoldaşlıq etmək isə qulu bunların hamısından məhrum edir".


("Bəhcətu Qulubil-Əbrar", 1/157)

🌸🖇 t.me/Quranvesunne
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Uca Allahın nemətlərinə şükr etmək Ona qiyamda itaət etməklə (namaz qılmaqla, oruc tutmaqla və s, ibadətləri etməklə) olur. Mücərrəd olaraq (dil ilə) "Allaha şükürlər olsun" deməklə yox.


("Qamər surəsinin təfsiri", 275)

TELEGRAM: t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Qul yalnız Allahı zikr etməklə şeytandan qoruna bilər.

("Tirmizi, Səhihut-Tərğib", 1612)

t.me/Quranvesunne
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Lə haulə və lə quvvətə illə Billəh" sözünü (zikrini) çoxaldın. Həqiqətəndə o, cənnət xəzinələrindən bir xəzinədir.

("Sahihul-Cami")

🌿Paylaşaraq Allahın dininin yayılmasına yardımçı ol: t.me/Quranvesunne
Peyğəmbər salləllahu aleyhi və səlləm'ə daim salavat gətirmək müstəhəbdir. Cümə günü isə hansısa bir saatda xüsusiləşdirmədən (salavat gətirməyə) təşviq edilmişdir.

("Fətəva Lil-cənnətid-Dəimə", 24/162.)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
🌵QƏLBİN SƏRTLƏŞMƏSİNİN SƏBƏBLƏRİ VƏ ONU ARADAN QALDIRMAĞIN YOLLARI

Şeyx Muhəmməd bin Salih əl-Useymin (Allah ona rəhmət etsin) demişdir:

◾️-Qəlbin sərtləşməsinin səbəbləri bunlardır:

• Allah Azzə və Cəllə'dən üz döndərmək;
• Quran oxumaqdan uzaq olmaq;
• İnsanın dünya işlərinə başı qarışması;
• Əsas narahatlığın dünya işləri olması;
• Dini ilə, onun əmrləri ilə maraqlanmaması. (Çünki Allaha itaət, qəlbin yumuşaq, şəfqətli olmasını və Allaha tərəf yönəlməsini vacib edir.)


Qəlbin sərtliyinin şəfası isə bunlardır:

• Allaha yaxınlaşmaq;
• Allaha üz tutmaq, Ona yönəlmək;
• Onu zikr etməyi çoxaltmaq;
• Quran oxumağı çoxaltmaq;
• İtaətləri artırmaq (gücü çatan qədər).


("Fətəva Nurun aləd-Dərb", 12-ci cild, səh. 18-19)

Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
🌷MÜSƏLMAN QADINLAR ÜÇÜN DƏYƏRLİ TÖVSİYƏLƏR.

Şeyx Salih əl-Fəuzan (Allah onu qorusun) belə buyurur:


-Sizin üzərinizə düşən dininizi qorumaqdır. Sizin üzərinizə düşən əxlaqı qorumaqdır. Sizin üzərinizə düşən həya və ədəbi qorumaqdır. Sizin üzərinizə düşən çalışqanlıq və səy göstərməkdir. Sizin üzərinizə düşən saleh örnək olmaqdır.

Siz müsəlman qadınlarısınız, siz kafir qadınlar kimi deyilsiniz. O kafir qadınlar ki, onların Axirəti yoxdur və onlar üçün qarşıda Oddan başqa heç bir şey yoxdur.

Sizlər isə Cənnəti istəyirsiniz, xeyir istəyirsiniz və Qiyamət günü uğur qazanmaq istəyirsiniz. Buna da yalnız saleh əməllə və Allahın əmr etdiklərini yerinə yetirib, qadağalarından çəkinməklə çatmaq olar.


(Şeyxin "Əqidə və Dəvət" adlı mühazirəsindən, səh. 162)

TELEGRAM: t.me/Quranvesunne
Live stream started