QURAN VE SUNNE
1.76K subscribers
244 photos
30 videos
22 files
3.1K links
✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Abdulaziz Sələfidir



Quran və Sünnə işığında səhih faydalar
Bütün paylaşımları linklə birlikdə götürə və paylaşa bilərsiniz.
💎Whatsapp https://whatsapp.com/channel/0029VaiS2kRHFxOw593Wt417
Download Telegram
Live stream finished (15 seconds)
İbn Qudəmə əl-Məqdisi (Allah ona rəhmət etsin) demişdir:

-Bil ki, insan üçün sevdiyi bir şeydən ayrılmaq çətin olur. Sən dünyanı sevsən, Allahla görüşməyi xoşlamayacaqsan və sənə ölüm gəldikdə isə sevdiyin şeydən ayrılaraq sevmədiyinə doğru getməli olacaqsan. İnsan bir şeyi nə qədər çox sevib ona bağlanarsa, ayrılıq zamanı bir o qədər əziyyət çəkər. Bu səbəbdən də sən Allahı sev, hansı ki, O, heç vaxt səndən ayrılmır (həm dünyada, həm də axirətdə səninlə olur). Səndən ayrılacaq dünyanı isə sevmə.


("Muxtasar Minhəcil-Qasidin" s.376)

TELEGRAM: t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Kim bu dünyada iki üzlü olarsa qiyamət günü onun oddan iki dili olacaqdır.

("Səhih ibn Hibban", 5756)

TELEGRAM: t.me/Quranvesunne
Bəzi sələflər demişlər: Valideyninin üzünə ağ olan elə birisini tapa bilməzsən ki, lovğa və bədbəxt olmasın. Sonra bu ayəni oxudu:

وَبَرَّۢا بِوَ ٰ⁠لِدَتِی وَلَمۡ یَجۡعَلۡنِی جَبَّارࣰا شَقِیࣰّا

Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. (Məryəm, 32)

(Təfsir ibn Kəsir, 5/229)

TELEGRAM: t.me/Quranvesunne
Dünyasını dəyişmiş yaxınlarınız üçün dua etməyi unutmayın!

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Ola bilər ki, (dünyasını dəyişmiş) bir insana qəbrdə əzab verilsin və sən onun əzabdan qorunması üçün dua edərsən, uca Allah əzabı həmin insandan qaldırar.

("Şərhul-Mumti", 5/384)

TELEGRAM: t.me/Quranvesunne
ƏZƏMƏTLİ QÜDSİ HƏDİS

Allah Azzə və Cəllə belə buyurur:

-Qulum bir pis əməl işləmək istəyərsə, onu edənə qədər o günahı ona yazmayın. Əgər onu edərsə, ona o əməlin yalnız mislini yazın. Əgər onu etməyi Mənim Rzam üçün tərk edərsə, ona bir həsənət (savab) yazın. Əgər qulum bir yaxşı iş görmək istəsə və lakin onu etməzsə ona bir həsənət yazın. Əgər o, həmin yaxşı əməli yerinə yetirərsə, ona on mislini yazın və bunu (həmin kəsin ixlasından, niyyətindən asılı olaraq-tərc.) ondan yeddi yüzə qədər yazın.


("Buxari" rəvayət etmişdir)

Paylaşaraq elmi yay və Allahın izni ilə daha çox insanın faydalanmasına vəsilə ol: t.me/Quranvesunne
🎁BU CÜMLƏNİ SEVDİKLƏRİNİZ ARASINDA YAYIN...

Şeyx Abdurrazzəq əl-Bədr (Allah onu qorusun) demişdir:


-Xoşbəxtlik Allahın Əlindədir və ona yalnız Allaha itaət etməklə nail olmaq olar.

Gəlin bu cümləni yaxşı-yaxşı əzbərləyək, onu övladlarımıza öyrədək və onu məktəblərimizdə, müsəlman qardaşlarımız və sevdiklərimiz arasında yayaq. Bu qısa cümlə uzun kəlamı əvəz edir
.

("Əsbəbus-Səadəh", səh.6)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
XEYİR ƏMƏLLƏRƏ NİYYƏT ETMƏYİN ÖNƏMİ

Şeyx Abdurrahmən bin Nasir əs-Sə'di (Allah ona rəhmət etsin) demişdir:


-Qula lazımdır ki, xeyir əməllərdən gücü çatdığı qədərini yerinə yetirsin və gücü çatmadığı xeyir əməllər üçün isə gücü çatacağı təqdirdə yerinə yetirəcəyinə niyyət etsin. Beləcə, ola bilsin ki, niyyətini həyata keçirmək üçün Allah həmin əməli onun üçün ASANLAŞDIRSIN.


("Təfsiru əl-Latiful-Mənnən", 60)

t.me/Quranvesunne
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🌱ANA VƏ ATAYA ÖLÜMLƏRİNDƏN SONRA EDİLƏCƏK YAXŞILIQLAR

Şeyx ibn Useymindən (Allah ona rəhmət etsin) soruşulur:

⁉️ SUAL: Dünyasını dəyişmiş atam üçün xeyir niyyəti ilə duadan başqa hansı əməllər edə bilərəm?

CAVAB: Sədəqə, istiğfar (onun üçün bağışlanma diləmək), qohumluq əlaqələrini qorumaq, onun dostlarına yaxşılıq etmək. Bütün bu əməllər onun üçün ölümündən sonra edilcək yaxşılıqlardır. Lakin onun üçün dua etmək və bağışlanma diləmək isə ən fəzilətli şeydir.

Müsəlman qardaşım, sənin üzərinə düşən odur ki, dünyasını dəyişmiş yaxınların üçün dua edəsən və öz nəfsin üçün saleh əməllər edəsən. Çünki həqiqətən də sənin özünün saleh əməllərə ehtiyacın vardır. Xeyir əməllər yazılmış səhifəndə bir həsənətinin belə olmasını təmənni (arzu) edəcəyin gün gəlib çatacaqdır.


("Fətəva Nurun aləd-Dərb", 360)

t.me/Quranvesunne
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Namazı tərk etmək alimlərinin ittifaqına görə oğurluq və zina etməkdən daha şərlidir.

("Cəmiul Məsəil" 4/142)

TELEGRAM: t.me/Quranvesunne
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin qadınlarına hicab əmr olunmuşdursa hansı ki, onlar iffətlərini daha çox qoruyan və fitnələrdən daha uzaq idilər. Onlardan başqalarının qorunmağa (hicab örtməyə) daha çox ehtiyacı vardır.


("Fətəva Nurun Aləd-Dərb", 11/111)

🌸🖇 t.me/Quranvesunne
İbn Abbas radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Cəbrayıl (aleyhissələm) mənə gəldi və dedi: Ey Muhəmməd! Həqiqətən də Allah azzə və cəllə içkini lənətlədi. Onu sıxanı da, sıxdıranı da, içəni də, daşıyanı da, ona daşınanı da, satanı da, alanı da, süzəni də, süzdürəni də lənətləmişdir.


("Sahihul-Cəmi", 72)

🌸🖇 t.me/Quranvesunne
Qeyd: Bu hədis içki satılan yerlərdə işləməyin Allahın lənətinə düçar olacaq dərəcədə təhlükəli olduğunu bildirir.
Peyğәmbәr sallallahu aleyhi vә sәllәm demişdir:

Bir kimsә daima Allahdan bağışlanma (әstәğfirullah) dilәmәyi çoxaldarsa, uca Allah ona hәr darlıqdan bir çıxış yolu, hәr üzüntüdәn bir qurtuluş yolu göstәrәr vә onun gözlәmәdiyi yerdәn ruzisini artırar.


("Әbu Davud", 26)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Forwarded from 📚 Muslim Book📚
Səhifəmizi paylaşaraq bizə dəstək ola bilərsiniz.

Heç bir yaxşılığı kiçik görməyin☺️
Əyər niyyət Allah üçün olarsa, Allah sübhənəhu və təalə etdiyiniz hər yaxşılığın qat-qat əvəzini verər🎀

Əlimizdə bəzi kitablar varki , onları satmaq üçün dəstəyinizə ehtiyacımız var.Linki Paylaşaraq satılmasına vəsilə olsanız bu işdə bizə çox böyük yardım etmiş olarsınız biiznilləh


https://t.me/kitabsatiwi

Kanal admini
Huzeyfə radıyallahu anhudan soruşulur ki, diri meyit kimdir?

Huzeyfə radıyallahu anhu belə demişdir: Pisliyi nə dili ilə, nə əli ilə, nədə ki qəlbi ilə inkar etmir.

("Şoubəl-İmən", 7184)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Dünyada olan ən şiddətli cəza uca Allahın sənin dilini onu zikr etməkdən tutub saxlamasıdır.

("Əlvəbilus-Sayyib", 42)

t.me/Quranvesunne
Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) belə buyurur:

Əgər bir kimsə ki, öz övladlarını pis tərbiyə ilə tərbiyələndiribsə həmin övladlar azğınlıq və əyri yolda olduqları müddətcə və onların hansısa günah, fasiqlik və asilik etdikləri təqdirdə həmin (valideynlərə) kimsəyə də o günahlar yazılır. Çünki həmin kimsə özü öz övladlarını bunlara alışdırmış və bu cür böyütmüşdür. Övladlarını kiçik yaşda ikən başlı başına buraxmış və onlarda böyüdükləri zaman zay övladlar olmuşlar.


("Minbər xütbələri", 4/110)

Kanala abunə olaraq digər faydalardan da faydalana bilərsiniz: t.me/Quranvesunne
KİÇİK ƏMƏL VƏ BÖYÜK ƏCR.

Muaz bin Ənəs radıyallahu anhu Peyğəmbər salləllahu aleyhi və səlləm'in belə buyurduğunu rəvayət edir:

Kim yemək yedikdən sonra:

"Əlhəmdulilləhil-ləzi ət'aməni həzə və razəqanihi min ğayri həulin minni va lə quvvəh" - Bu (yeməyi) mənə yedirdən və özüm heç bir güc sərf etmədən məni onunla ruziləndirən Allaha həmd olsun deyərsə
,

keçmiş və gələcək günahları bağışlanar.

("İbn Macə". Hədis həsəndir.)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
EVİNDƏ QURAN OXUMAĞI ÇOXALT!

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

Ev əhli nə qədər çox quran oxuyub Allahı zikr etsələr, həmin ev və onun sakinləri şeytanlardan bir o qədər qorunmuş olarlar. Amma o ev ki, nə qədər qəflət və onun səbəbləri olan musiqi, əyləncə və deqi-qodu içərisində olarsa, orada onları batil əməllərə sürükləyəcək şeytanlar daha çox olmuş olar
.

("Fəvaidul-ilmiyyəh minəd-durusil bəziyəh",142)

TELEGRAM: t.me/Quranvesunne