QURAN VE SUNNE
1.68K subscribers
238 photos
29 videos
22 files
2.98K links
✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Abdulaziz Sələfidir



Quran və Sünnə işığında səhih faydalar
Bütün paylaşımları linklə birlikdə götürə və paylaşa bilərsiniz.
💎Whatsapp https://whatsapp.com/channel/0029VaiS2kRHFxOw593Wt417
Download Telegram
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Maddi imkanı olan hər bir kimsəyə lazımdır ki, oruclu kimsələrə iftar versin. Bu istər məscidlərdə olsun, istərsə də digər məkanlarda. Çünki, "kim orucluya iftar verərsə oruc tutan kimsənin qazanacağı savab qədər həmin kimsə də savab qazanır". Əgər insan oruc tutan qardaşlarına iftar verərsə, oruc tutanların savabı qədər həmin kimsə də savab qazanar. Bunun üçün də uca Allah kimi varlı etmişdirsə çalışsın bu fürsəti əldən verməsin ki, hətta çoxlu savablara nail olsun.


("Sual fis-siyəm", 48)

TELEGRAM: t.me/Quranvesunne
İbn Racəb (Allah ona rəhmət etsin) demişdir:

Bilin ki, artıq sizin bu (ramazan) ayınız azalır. Elə isə əməllərinizi artırın.

("Lətaiful Məarif" 262)

TELEGRAM: t.me/Quranvesunne
Şinqiti (Allah ona rəhmət etsin) demişdir:

Əgər imanın zəifləsə və ibadətlərində düşkünlük görsən bu duaya sarıl:

اللهم ﻻ تجعلني شقيّاً وﻻ محروما

Allahummə lə təc'alnii şəqiyyən va ləə məhrumən.

(Allahım məni bədbəxt və məhrum etmə)

Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

-Oruc tutana lazımdır ki, Quran tilavətini və onu tədəbbür etməyi (ayələrin üzərində düşünməyi) artırsın. Eləcə də nafilə namazları, sədəqələri, zikrləri, istiğfarları və həmçinin gecə və gündüz Allaha yaxınlaşmaq üçün edilən digər əməllərini artırsın. Bütün bu əməlləri də Allahdan çoxlu savab istəyərək və səmaların və yerin Xaliqinin razılığını qazanmaq üçün etsin.

("Məcmu'u Fətəva", 15/46.)

🌸 t.me/Quranvesunne
🌷ONLAR HAMISI RAMAZANDA MÖMİNDƏ CƏM OLUNUR

Əli ibn Əbi Talib radıyallahu anhu Peyğəmbər salləllahu aleyhi və səlləm'in belə buyurduğunu rəvayət edir:

-Cənnətdə içərisindən çöl tərəfi, çöl tərəfindən də içərisi görünən otaqlar vardır.

Bu zaman bir nəfər ayağa qalxaraq belə dedi: "O otaqlar kimlər üçündür, ey Allahın Elçisi?" Peyğəmbər salləllahu aleyhi va səlləm belə buyurdu:

-Onlar, xoş söz söyləyən, yemək yedirən, oruc tutan və insanlar yatdığı zaman namaz qılan kəslər üçündür.

("Sahih Tirmizi", 1984. Şeyx Albani hədisin "həsən" olduğunu bildirmişdir.)

Hafiz ibn Racəb (Allah ona rəhmət etsin) demişdir:

-Bu xüsusiyyətlərin hər birisi Ramazan ayında mömində bir arada cəm olur:

• Oruc;
• Qiyam;
• Sədəqə;
• Xoş söz. Bu da oruc tutanı boş danışıqlardan və pis sözlər danışmaqdan uzaq tutur
.

Oruc, namaz, sədəqə öz sahibini Allah azzə və cəllə'yə yaxınlaşdıran vəsilələrdir. Necə ki, sələflərdən bəziləri belə demişdir:

-Namaz sahibini yolun yarısına qədər aparır. Oruc sahibini Cənnətin qapısına çatdırır. Sədəqə isə öz sahibin əlindən tutaraq onu o qapıdan içəri daxil edir.

("Lətaiful-Məarif", 1/167.)

📮 Gün ərzində müxtəlif faydaların birbaşa telefonunuza gəlməsi üçün:
https://telegram.me/Quranvesunne
Şeyx AbdurRazzəq Əl-Bədr (Allah onu qorusun) belə buyurur:

Quran oxuduğun zaman məqsədin nə vaxt surəni bitirməyin olmasın. Lakin məqsədin onu oxuduğun zaman nə vaxt onunla hidayət olacağın, nə vaxt quranla faydalanacağın, nə vaxt quran əhlindən olacağın olsun.


(Şeyxin dərsindən bir hissə)

TELEGRAM: t.me/Quranvesunne
🌱 İNSANLARIN ƏN ABİDİ KİMDİR, BİLİRSƏNMİ?

Səid bin Cubeyr (Allah ona rəhmət etsin) deyildi:

"İnsanların ən abidi kimdir?" Buyurdu:

"O elə bir kəsdir ki, günah edib və hər dəfə günahını xatırladıqda saleh əməllərini az görər və Rəbbinin qarşısında özünü zəlil hiss edər
.

("Əl-Bidəyə Vən-Nihəyə", 9/99.)

TELEGRAM: t.me/Quranvesunne
Şeyx AbdurRazzəq Əl-Bədr (Allah onu qorusun) belə buyurur:

Ataların üzərinə düşən məsələlərdən biri də övladlarının məktəblərdə və ya başqa yerlərdə kimlərlə yoldaşlıq edib, kimlərlə oturub-durmasına nəzər yetirmək və bu məsələdə onlara diqqət göstərmələridir.


("Aşru Rakəiz fi Tərbiyyətil-Əbnəi", 28)

TELEGRAM: t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Allaha dua etdiyiniz zaman duada əzmkar olun.

("Sahihul-Buxari", 7464)

Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) demişdir:

Duada əzmkar olmağın mənası haqqında deyilmişdir: Duaya cavab veriləcəyi barədə Allah haqqında hüsnü zənndə olmaqdır.

("Fəthul-Bəri", 13/451)

TELEGRAM: t.me/Quranvesunne
İbn Racəb (Allah ona rəhmət etsin) demişdir:

Bilin ki, artıq sizin bu (ramazan) ayınız azalır. Elə isə əməllərinizi artırın.

("Lətaiful Məarif" 262)

TELEGRAM: t.me/Quranvesunne
🍀HƏQİQİ ORUC TUTAN KİMDİR?

Şeyx Muhəmməd Əli Fərkusi (Allah onu qorusun) belə demişdir:

Həqiqi oruc tutan kəs o kəsdir ki, onun,

🔹 batini (daxili) yemək-içməkdən,
🔹 əzaları günahlardan,
🔹 dili pis və çirkin söz danışmaqdan,
🔹 qulaqları səmərəsiz, boş danışıqlar eşitməkdən;
🔹 ayıb yeri əxlaqsızlıqdan,
🔹gözləri isə harama baxmaqdan oruc tutmuşdur.


📙("Mizəh Şəhru-Ramədan", səh.47.)

📮 Gündəlik faydalar üçün: t.me/Quranvesunne 🌸
BU ON GÜNDƏN QAFİL OLMA VƏ ÖVLADLARINI DA QAFİL ETMƏ.

Şeyx Saleh əl-Fəuzan (Allah onu qorusun) demişdir:

-Bir çox insanlar öz övladları barəsində qəflət içərisindədirlər və onları küçələrdə gəzməyə buraxırlar. Onlar bu gecələri oyun-əyləncə, bədxərclik içərisində keçirirlər. Bu mübarək gecələrə ehtiram göstərmirlər və nə də bu gecələrin onların nəfslərində bir uca dərəcəsi olmur. Bu, övladlara düzgün tərbiyə verməməkdir. Bu, aşkar məhrumiyyət və açıq-aydın xüsrandır (ziyandır) ki, bu gecələr gəlib yetişir və bitir, insanların bir çoxu isə ondan qəflət içərisində üz döndərirlər. Nə onlara əhəmiyyət vermir, nə də onlardan faydalanmırlar.

Gecəni bütünlüklə yaxud da onun böyük hissəsini oyaq qalaraq faydasız, və ya çox az fayda əldə edərək keçirirlər. Hansı ki, bu az faydanı (nəinki son on gündə) başqa vaxtlarda da (oyaq qalaraq) qazanmaq olur. Namaz vaxtı gəlib çatdıqda isə onlar yuxuya gedir və özləri üçün böyük xeyirləri əldən vermiş olurlar. Bəlkə də onlar ömürlərinin son ilini yaşayırlar, amma bunu bilmirlər.

Beləliklə də, həm özlərinin, həm ailələrinin, həm də övladlarının üzərinə ağır yük yükləyir, onların pis aqibəti barədə isə heç düşünmürlər.


("Məcəlisu Şəhru Ramədan", 240)

📮Gün ərzində müxtəlif faydaların birbaşa telefonunuza gəlməsi üçün:
https://telegram.me/Quranvesunne
Aprel ayı üçün Bakı vaxtı ilə namaz təqvimi. TELEGRAM: t.me/Quranvesunne
HӘMİN KӘS QӘDR GECӘSİNӘ YETİŞMİŞ OLAR...

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

-Kim Ramazanın son on gününün hər birisində namaz, Quran tilavəti, dua və digər əməllərdə çalışarsa, o kəs şübhəsiz Qədr gecəsinə yetişər və Allahın o gecə ilə bağlı vəd verdiyi (fəzilətlərə) nail olmuş olar.


("Məcmu'u Fətəva", 15/423)

🌸 t.me/Quranvesunne
Şeyxulisləm ibn Teymiyə (Allah ona rəhmət etsin) demişdir:

Qədr gecəsinə son yeddi gündə daha çox rast gəlinir. Lakin bu son yeddi gündən də daha çox iyirmi yeddinci gecəyə təsadüf edir. Necə ki, Ubey ibn Kəab radıyallahu anhu and içərək demişdir ki o, (qədr gecəsi) iyirmi yeddinci gecədədir.

("Məcmua Fətəva" 25/284)

TELEGRAM: t.me/Quranvesunne
Bu gecə 27-ci gecədir. Çalışaq itaətlərimizi artıraq. Uca Allah hər birimizi qədr gecəsini ibadətdə, itaətdə keçirməyə müvəffəq etsin

TELEGRAM: t.me/Quranvesunne
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

-Bizə vacibdir ki, övladlarımıza kiçik yaşlarından sağ əl ilə yeməyi, sağ əl ilə içməyi və eləcə də sağ əl ilə görüşməyi, sol əl ilə görüşməməyi öyrədək. Əgər o, sənə görüşmək üçün sol əlini uzadarsa, onunla görüşmə. Çünki bu, sünnəyə ziddir.


("Şərh Riyadus-Salihin", 4/173)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Əssələmu aleykum və rahmətullahi və bərakətuh! Dəyərli müsəlmanlar Saudiyya Ərəbistanında ay görünmədi. Sabah inşəallah ramazan ayınının 30-cu günüdür.

TELEGRAM: t.me/Quranvesunne
Bişr əl-Həfi (Allah ona rəhmət etsin) demişdir:

Allahın haqqını yalnız ramazanda tanıyan qövm necədə pis bir qövmdür. Həqiqətən saleh kimsə (təkcə ramazanda deyil) bütün il boyu Allaha ibadət etməyə çalışan kimsədir.

("Lətaiful-Məarif", 222)

TELEGRAM: t.me/Quranvesunne
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Bayram təkbirlərinin vaxtı ramazanın sonuncu günü gün batandan sonra başlayıb, imam bayram namazına gələnə kimi davam edir.

("Fətəva", 16/256)

TELEGRAM: t.me/Quranvesunne