QURAN VE SUNNE
1.67K subscribers
241 photos
29 videos
22 files
3.01K links
✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Abdulaziz Sələfidir



Quran və Sünnə işığında səhih faydalar
Bütün paylaşımları linklə birlikdə götürə və paylaşa bilərsiniz.
💎Whatsapp https://whatsapp.com/channel/0029VaiS2kRHFxOw593Wt417
Download Telegram
Əssələmu aleykum və rahmətullahi və bərakətuh!

Dəyərli müsəlmanlar Saudiyya Ərəbistanında ay göründü sabah 11 mart ramazanın birinci günüdür.


TELEGRAM: t.me/Quranvesunne
RAMAZAN AYI

Zuhri (Allah ona rəhmət etsin) Ramazan ayı daxil olduğu zaman belə deyərdi:

-Həqiqətən də o, Quran tilavət etmək və yemək yedirmək ayıdır.

("Lətaiful-Məarif", 1/183)

TELEGRAM: t.me/Quranvesunne
Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

-Oruc tutana lazımdır ki, Quran tilavətini və onu tədəbbür etməyi (ayələrin üzərində düşünməyi) artırsın. Eləcə də nafilə namazları, sədəqələri, zikrləri, istiğfarları və həmçinin gecə və gündüz Allaha yaxınlaşmaq üçün edilən digər əməllərini artırsın. Bütün bu əməlləri də Allahdan çoxlu savab istəyərək və səmaların və yerin Xaliqinin razılığını qazanmaq üçün etsin
.

("Məcmu'ul-Fətəva", 15/46.)

TELEGRAM: t.me/Quranvesunne
🌙 RAMAZAN AYINA AİD FƏTVALAR #1

🔷UNUDARAQ YEYƏN VƏ YA İÇƏN KƏSİN ORUCUNUN HÖKMÜ🔷

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

-Oruc tutmuş bir kəs unudaraq yeyər və ya içərsə, onun orucu səhihdir (düzgündür) və onun üzərinə düşən orucunu açmaması və tamamlamasıdır. İstər bu oruc fərz orucu olsun, istərsə də nafilə. Buna dəlil Peyğəmbər salləllahu aleyhi va səlləm'in bu hədisidir: "Kim oruclu ikən unudaraq yeyər və ya içərsə, orucunu tamamlasın. Çünki onu Allah yedirmiş və içirmişdir."
(Sahih-Muslim", 1155)

("Nurun aləd-Dərb", 13468)

TELEGRAM: t.me/Quranvesunne
İhtilam (yuxuda qüslun pozulması) və oruc.

Bəzi insanlar yuxu əsnasında ihtilam olub səhərə qüslsuz oyanır və zənn edirlər ki, onların orucu səhih deyil. Bu xətadır.

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

İhtilam orucu batil etmir. Çünki bu oruc tutanın ixtiyarı səbəbi ilə baş vermir. İnsan (yuxudan oyanarkən) paltarında məni görərsə cənabətdən qüsl aldığı kimi qüsl alır. İnsana vacibdir ki, günəş çıxmazdan əvvəl qüslü tezləşdirsin ki, sübh namazını vaxtında qıla bilsin.


("Nurun aləd-Dərb", 516)

TELEGRAM: t.me/Quranvesunne
🌹VALİDEYNLƏRİNƏ YAXŞILIQ ETMƏK ÜÇÜN GÖZƏL FÜRSƏT.

Şeyx Muhəmməd bin Salih əl-Useymin (Allah ona rəhmət etsin) belə demişdir:

-Sənin təravih və ya təhəccüd namazında valideynin üçün dua etməyin, onun üçün on dəvə kəsməyindən daha çox fəzilətlidir.

("Liqau Bəbil-Məftuh", 115.)

TELEGRAM: t.me/Quranvesunne
ÇALIŞAQ BU DUANI ƏZBƏRLƏYƏK

Allahummə inni əuzu bikə min zəvali ni'mətik va təhavvuli aafiyətik va fucəəti niqmətik va cəmi'i səxatik

Allahım nemətinin getməsindən, afiyətin bəlaya çevrilməsindən, qəfil gələn bəladan və bütün qəzəbindən sənə sığınıram.

🌸 t.me/Quranvesunne
İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Bir insan üçün ən pis şey onun dinin fəzilətlərindən, faydalı elmlərdən və saleh əməllərdən qafil olmasıdır.

(Miftəhu Dəris Sə'ədəh 1/177)

TELEGRAM: t.me/Quranvesunne
💎QƏNİMƏT GÜNLƏRİNDƏN İSTİFADƏ ET.

Şeyx Əhməd ən-Nəcmi (rahiməhullah) belə demişdir:


-Müsəlman gərək, Ramazan ayının günlərindən istifadə etsin, bu günləri özünə qənimət bilsin. Həqiqətən də bu ayın günləri qənimət günləridir. Bu ayda əzəmətli fəzilətlər və böyük əcrlər vardır. Bunlar- orucun əcri, qiyamın əcri, sədəqənin əcri, elm öyrənməyin əcri, yaxşılığı əmr edib, pisliklərdən çəkindirməyin əcrləridir. Bu əməllərin hər birisi üçün qula bu ayda İKİQAT SAVAB yazılır.

("Fadlus-Siyəm", 46.)

Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
 (Başqa evdə) orucunu açan şəxsin ev əhli üçün etdiyi dua

184 - أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُوْنَ، وَأَكَلَ طَعَامَكُمُ اْلأَبْرَارُ، وَصَلَّتْ عَلَيْكُمُ الْمَلاَئِكَةُ
 
Əftəra indəkumus-saimunə və əkələ təaməkumul-əbraru və sallət aleyku­mul-məlaikətu
 
«Oruc tutanlar sizdə iftar açsın, yeməyi­nizi yaxşı adamlar yesin, mələklər də sizin üçün dua etsin!

 («Sünən Əbu Davud», 3/367; İbn Macə 1/556.) 

Gündəlik faydalar üçün: t.me/Quranvesunne
Peyğәmbәr sallallahu aleyhi vә sәllәm demişdir:

Oruc tutana iftar verәn kimsә, oruclunun savabı qәdәr savab qazanar. Oruclunun savabından isә heç bir şey әksilmәz.

(Nәsai rәvayәt etmişdir. Sәhihdir)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Diqqət!

Cümə günündə duaların qəbulu üçün iki an üst üstə düşür:

1. Cümənin son saatı edilən dua;
2. İftardan öncə edilən dua.

Özümüzü bu xeyirdən məhrum etməyək!


t.me/Quranvesunne
RİYADAN ÇƏKİN!

İbrahim ən-Nəxai (Allah ona rəhmət etsin) quran oxuduğu zaman yanına kimsə daxil olsaydı quranı örtərdi.

("Məcmu'u Rasəil ibn Racəb", 1/87)

TELEGRAM: t.me/Quranvesunne
Şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun) belə buyurur:

Vallahi hətta sən dünyanın ən zəngin insanı olsan belə qiyamət günü sənə dünyadan Allah üçün xərclədiyindən başqa heç bir şey fayda verməyəcək.


("Haqq surəsinin təfsiri")

TELEGRAM: t.me/Quranvesunne
Aişə radıyallahu anhə ramazan ayında günün əvvəlində mushafdan quranı oxuyar, gün çıxdığı zaman isə yatardı.

("Lətaiful-Məarif", 1/171)

TELEGRAM: t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Dua etməkdə acizlik göstərməyin. Həqiqətən də, dua ilə birlikdə olan kimsə heç vaxt həlak olmaz.

("Səhih ibn Hibban" 871)

Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/Quranvesunne
Forwarded from Məxmum Qəlb (Cavid Şükürzadə)
İmam İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

"Həqiqi oruc tutan o kəsdir ki, onun bədən üzvləri günahlardan; dili yalandan, çirkin sözdən, iftiradan; qarnı yemək içməkdən və övrət yeri də yaxınlıq etməkdən uzaqdır".

📚 əl-Vabil əs-Sayyib 1/27

https://t.me/makhmuumqalb
1.Ramazan
2.Ramazan
3.Ramazan
4.Ramazan
5.Ramazan
6.Ramazan

7.Ramazan🌙

Əgər yaxşılıq etdinsə artır!
Əgər (saleh əməllərini) azaltdınsa qayıt!
Uca Allahın bu ayəsini xatırla:
(Oruc) sayı müəyyən olan günlərdir. (Bəqərə surəsi 184)

TELEGRAM: t.me/Quranvesunne