Azad İran
4.37K subscribers
18.7K photos
12.5K videos
15 files
8.52K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhəd şəhərində azadlıqsevər gənclər etirazçıları əzmək üçün küçələrə yeridilən repressiv qüvvələrin maşınına özünümüdafiə məqsədilə əldəqayırma partlayıcı kapsullar atıblar✌️🔥

#İran #gənclər #özünümüdafiə
Bu səhər İranın Bane şəhərində dinc sakin olan qadın işə gedərkən SEPAH qüvvələri tərəfindən atəşə tutulub və yaralanıb🤬✌️

Nəticədə sözügedən şəxsin sol və sağ ayağında çox sayıda "qırma" var və sağ ayaq sümüyü sınıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran rejiminin öz narazı vətəndaşlarına qarşı döyüş silahlarından istifadə etməsinə dair sübut🤬🔥

Bu video görüntülər onu deməyə əsas verir ki azğınlaşmış molla rejimi heç bir beynəlxalq hüquqa sığmayacaq şəkildə dinc sakinlərə qarşı ən amansız metodlarla iriçaplı pulemyotlardan da istifadə etməklə kütləvi qırğın törədir.

Vaxt gələcək bu videolar beynəlxalq məhkəmə qarşısına çıxarılan rejim canilərinə qarşı sübut kimi istifadə ediləcək.
İran rejimi qaş düzəltdiyi yerdə göz çixarır!

Molla rejimi öz mənfur simasını nə qədər bərpa etməyə çalışsa da, artıq xalqın qəzəbinə tuş gəlib.

SEPAH-ın hərbi geyimli, qara maskalı, silahlı cani qüvvələri xalq arasında gül-çiçək, şirniyyat paylayır!

Birincisi, silahlı ordu birləşmələri şəhərin mərkəzində nə edir? Məgər ölkədə polis yoxdur?

Bütün dünyada silahlı qüvvələrin yeri şəhər mərkəzlərində və siyasi-inzibati strukturlarda deyil, kazarma və sərhədlərdədir.

İkincisi, qara maskanın, ov tüfənginin gül-çiçəklə, şirniyyatla nə işi var?! Xoruz quyruğuna inanmalıyıq, yoxsa Həzrət Abbasın andına?!

Bu, rejimin öldürmə və qorxutma siyasətini ört-basdır etmək üçün çıxılmaz cəhddir; Və necə deyərlər rejimin xınası artıq rəngsizləşib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Kermanşah şəhərində 17 yaşlı dinc etirazçı hökumət qüvvələrinin açdığı atəşlə bədəninə dəyən döyüş gülləsi nəticəsində ağır yaranıb😔😡🔥

کرمانشاه: یک معترض 17 ساله بر اثر شلیک گلوله نیروهای سرکوبگر به شدت مجروح شد
İran mollalardan repressiyalarda istifadə etməyə başlayıb

İranda etiraz aksiyalarının genişlənməsi radikal din xadimlərinin nümayişçilərə qarşı əməliyyatlara cəlb olunmasına səbəb olub.

Xalq nümayişlərinin davam etməsi və ölkənin əksər bölgələrində mollalara qarşı nifrətin çoxalması ilə eyni vaxtda din xadimləri kimi qələmə verilən axundlar silahlı qüvvələrlə birlikdə nümayişləri dağıtmaq işində fəal iştirak etməyə başlayıblar.

Bu, xüsusilə son vaxtlar ictimai yerlərdə axundların əmmamələrinin başlarından vurulub salınması və onların vətəndaşlar tərəfindən döyülmə hallarının artması ilə eyni vaxta təsadüf edir.

Mollaların etirazçılara qarşı sərt tədbirlərin həyata keçirilməsinə çağırış etmələrindən sonra gənc axundlardan repressiyalarda istifadə halları çoxalıb.
TƏCİLİ: Əli Xameneyinin bacısı qızı həbs edildi✌️🔥

İran İslam Respublikasının rəhbəri Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.

Siyasi fəalın qardaşı Mahmud Muradxani bu barədə tvit yazaraq bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsə atılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT Nazirliyi tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.

2018-ci ilin iyununda da o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilmişdi.

خواهرزاده علی خامنه‌ای، بازداشت شد
Rusiya İran dronlarının ehtiyatını tükəndirib

Həmin dronlarla Ukraynada endirilən zərbələr təxminən 17 noyabr 2022-ci ildən bəri ictimaiyyətə açıqlanmır.

Çox güman ki, ehtiyatları artırmaq üçün, tezliklə İrandan yeni dronlar sifariş edəcək./”AZfront”
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Divandərə şəhər sakinləri bu gün səhərdən mədəni itaətsizlik nümayişi etdirərək ticarət obyektlərini açmayıblar🔥

Hazırda ölkənin demək olar ki, bütün şəhərlərində eyni vəziyyət hökm sürür...
İranlı ekspertin anti-Azərbaycan təbliğatının ardı-arası kəsilmir

İran hökumətinə bağlı anti-Azərbaycan siyasi analitik ötən axşam şəxsi “Tvitter” hesabında yenidən hədyan səsləndirib:

“Bu gün Təbrizdən olan maraqlı bir taksi sürücüsü ilə həmsəfər oldum və o, Əliyevin Təbrizdə populyarlığı və hansı ölkənin hara ilhaq edilməli olduğu haqqında öz açıq fikrini bildirdi.

İranın düşmənləri haqqında çox açıq və +18 danışdığı üçün, mən elə bu bir ovuc samballı nümunə ilə kifayətlənirəm ki, milliyyətçi quldurlar da sussun”.
5 güneyli fəal 21 il həbs cəzasına məhkum edilib

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin İnqilab Məhkəməsi son etiraz aksiyalarında həbs edilən fəallar barədə hökm çıxarıb.

Məhkəmənin qərarına görə, Sarina Qərabət, Faizə Cavadi, Şiva Kiyanfər, Parsa Dəstmalçı və Soniya Sütudə adlı xanım fəallar ümumilikdə 21 il həbs cəzasına məhkum ediliblər.

Fəallar barəsində "İran hakimiyyətinə qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb.

پنج تن از بازداشت شدگان اعتراضات ارومیه مجموعا به ۲۱ سال زندان محکوم شدند
İranın keçmiş yüksək vəzifəli rəsmisi hakimiyyətə səsləndi: “Qatilsiniz, tezliklə cəzalandırılacaqsınız"

İran radioteleviziyasının sabiq sədri Məhəmməd Sərəfraz təhlükəsizlik qüvvələrinə ünvanladığı tvitində bunları yazıb: “Silahsız insanları, müdafiəsiz qadın və uşaqları öldürən dövlət məmurları və əmr verən komandirlər qatildir.

Onlar əməllərinin cəzasını həm bu dünyada, həm də ilahi ədalət məhkəməsində çəkəcəklər".
Azərbaycan DTX: “İran Azərbaycana qarşı fəal şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir”

“İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir”.

Bu fikirləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski deyib.

O, bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.
İran parlamentinin erməni deputatı: “Ermənistan və İranın maraqları heç vaxt bu qədər üst-üstə düşməyib🇮🇷🇦🇲

İranın anti-Azərbaycan mövqeyi ilə tanınan “Aran News” xəbər agentliyi yazır:

“Son vaxtlar Ermənistan-İran əlaqələrində yüksək səviyyəli qarşılıqlı səfərlər və təmaslar vacib əhəmiyyət daşıyır.

Noyabrın 22-də İrana səfər edən Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan tərəfindən qarşılanıb. Ekspertlər hesab edirlər ki, Ermənistanla İran arasında sıx təmasların olması indi iki ölkənin maraqlarının tam üst-üstə düşdüyü nadir məqamın yaranması ilə bağlıdır.

Əldə edilmiş bir sıra razılaşmaların fəal praktiki mərhələyə qədəm qoyması da önəmlidir. İran parlamentinin erməni üzvü Robert Begləryan Ermənistan-İran təmaslarının intensivləşməsini iki şərtin nəticəsi hesab edir. Birincisi o, razılaşmaların həyata keçirilməsinə əzmin olduğunu, sonra isə bütün bunların mövcud geosiyasi və regional reallıqlardan qaynaqlandığını iddia edir.👇👇👇👇
Azad İran
İran parlamentinin erməni deputatı: “Ermənistan və İranın maraqları heç vaxt bu qədər üst-üstə düşməyib🇮🇷🇦🇲 İranın anti-Azərbaycan mövqeyi ilə tanınan “Aran News” xəbər agentliyi yazır: “Son vaxtlar Ermənistan-İran əlaqələrində yüksək səviyyəli qarşılıqlı…
O deyib: “Xüsusilə ötən il İran Ermənistanla iqtisadiyyat və infrastruktur sahəsində əlaqələrini inkişaf etdirməyə və dərinləşdirməyə çalışıb və erməni tərəfindən də eyni istək və motivasiya müşahidə edilib”.

Ermənistanın İrandakı səfirliyinin ticarət attaşesi Vardan Kostanyanın sözlərinə görə, Ermənistan və İran iqtisadi əlaqələri bütün istiqamətlərdə dərinləşdirir, birgə istehsal müəssisələri yaratmağı düşünürlər, ticarət mübadiləsi istiqamətində iş aparılır. Ermənistan həm də İranın Avrasiya İqtisadi İttifaqı ölkələrinə körpüsü rolunu oynamağa çalışır, çünki quruma üzv ölkələr arasında İranla quru sərhədi olan yeganə dövlətdir.

Bəgləryaın fikrincə, tərəflər anlayırlar ki, bu gün geosiyasi baxımdan nisbətən mürəkkəb vəziyyət yaranıb, lakin o da aydındır ki, hər iki ölkənin maraqlarını irəli aparmaq üçün iradə lazımdır.

رابرت بگلریان، نماینده ایرانی-ارمنی مجلس ایران: “منافع ارمنستان و ایران هرگز تا این حد مطابق نبوده است”
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehran
Məhbusların ailələri bu gün səhər saat 07:00-dan Ərabi küçəsində yerləşən Evin zindanının görüş qapısına toplaşaraq aksiya keçirir

Onlar həbsxana rəhbərliyindən həbsdə olan yaxınları ilə görüşə icazə verilməsini tələb edirlər.

تهران
درب ملاقات زندان اوین واقع در خیابان اعرابی خانواده بازداشتی ها از ساعت ۷ صبح تجمع کردند
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Tehranın Piruzi küçəsində hakimiyyət əleyhinə etiraz nümayişləri yenidən qızışdı🔥

Etirazçılar avtomobil yolunu bağlayaraq “Qeyrətli iranlı, maşınını söndür” şüarı səsləndirirlər.

آغاز تظاهرات در خیابان پیروزی تهران
«ایرانی باغیرت ماشینتو خاموش کن»