This media is not supported in your browser
VIEW IN TELEGRAM
❓ “Nəyinə lazımdır?”
Rusiyanın siyasətindən kanal aparan Maksim Kats yaxşı bir misal gətirib.
❓ Nəyə görə əksər post-sovet ölkələrində insanlar passivdir və ancaq öz evinin içini düşünür? Niyə bizim mənzilimiz saray ola bilər, amma məhlənin pis gündə olması bizim vecimizə deyil?
🛑 Çünki bu ölkələr hər şeyə məcbur edən Sovet İttifaqının davamını yaşayırlar.
🔹 İnsanlar nəhayət bu sistemdən qurtulub öz həyatını yaşamaq istəyirlər. Və ətrafdakılara da deyirlər, “nə işin var, nəyə lazımdır, başıvı sal aşağı həyatını yaşa”. Bu mənə çox tanışdır 🙂
➡️ Tam videosu burada.
🔹 M. Kats keçmişdə urbanistika haqqında çox yazıb və videolar çəkib, bu mövzuda kitabların müəllifidir. Ukraynada müharibə başlayandan sonra daha çox siyasətə fokuslanıb.

💯18❤4🕊1
📊 Yenə evdə qaldınız?
Maraqlıdır ki, bugünki seçkidə iştirak etmək təbliğatı demək olar ki heç aparılmadı. Fevral ayında MSK-dən gündə 2-3 dəfə “Seçkiyə gəlin!” SMS-ləri hər birimiz yaxşı xatırlayır.
Bu səfər nəyinki SMS, küçələrdə bir dənə də olsun çağırış plakatına rast gəlmədim (xüsusi ayrılmış lövhələr xaric).
Nəticə də bəllidir - seçki məntəqəsinə gəldim və məndən başqa cəmi bir nəfər adam var idi. Müqayisə üçün fevralda hardasa 40 dəqiqə növbədə gözlədim.
Bu mövzunu keçən dəfə qaldıranda, üstümə cumdular ki, “onsuzda mənim/sənin səsin heç nəyi həll etmir”. Amma seçkiyə getmək tək səs vermək deyil. Bu həm də dövlətə bir mesajdır ki, “mən bir vətəndaş olaraq bu ölkədəki proseslərdən kənarda qalmaq istəmirəm”. Artıq bülletendə kimi qeyd edəksiniz, hamıya qarşı yazacaqsınız və nəticə necə olacaq — tam başqa bir mövzudur.
Amma təəssüf, sorğular göstərir ki, vətəndaşlarımız əksəriyyəti yenə də evdə oturub çay içməyi üstün tutacaq.

👏22😢3
🚊 Tramvay olan şəhərlərin ayrıca ab-havası var.
🇩🇪 Berlin zatən rahat, əlçatan, yaxşı ictimai nəqliyyatı olan insan yönümlü bir şəhərdir.
Lakin tramvaya heç də Berlinin hər küçəsində rast gəlmərsiniz. O, daha çox Şərqi Berlində hərəkət edir (Qərbi Berlin keçən əsrdə daha çox metro və yerüstü qatar hərəkətini inkişaf etdirirdi).
Və o ki tramvay olan kvartallara çıxırsan və ab-hava sanki tamamlanmış olur.
Sakit, səssiz, minib-düşməyi rahat, salonundan şəhəri kəşf etmək imkanı olan ikinci belə nəqliyyat yoxdur. Tramvayın Bakıya qayıtması şəhəri inanılmaz dərəcədə dəyişə bilər.
Təəssüf ki, hava-su kimi bizə lazım olan bu ictimai nəqliyyatı hələ ki xaricə gedəndə həsrətlə baxa bilirik.

❤11👏3😱1
🇵🇱 Varşavada qısamüddətli səfərdə oldum.
⠀
☑️ Şəhər gözləntilərimi üstələdi. Vaxtilə SSRİ-yə ən yaxın ölkə olduğu hiss olunsada — Stalin və Xruşov memarlığı, şəhərsalma prinsipləri və s. — son 30 ildəki irəlləyiş göz qabağındadır. Qərb standartlarının tətbiqi, infrastrukturun inkişafı, urbanistik islahatlar — əsas kanal üçün çoxlu material gətirmişəm (bəzilərini artıq stories-də paylaşdım).
⠀
🇦🇿 Buradakı Azərbaycanlıların sayı da Avropa ölkələri arasında bəlkə də rekord səviyyədədir. Varşavada yaşayan kanalın 3 patronu var, onlarla da görüşdüm, maraqlı söhbətimiz oldu. Əlavə olaraq ticarət mərkəzində bir həmyerlimiz yaxınlaşıb “səhifənizi izləyirəm” demişdir. Bir neçə dəfə şəhərdə gəzərkən Azərbaycan dilini eşitdim.
⠀
🤳 Cəmi 2 günüm olsa da, çalışdım ətraflı vloq çəkim, və elə vloqun qonağı da həmyerlimiz oldu 🙂.

❤14👏2😱1