🇷🇴 Buxarest məni çox təəccübləndirdi. Və bu səfər xoş kontekstdə deyil.
⠀
Bura gəlməzdən öncə zatən nəisə ciddi urbanistik nümunələrini gözləmirdim. Aşağı-yuxarı Sofiya kimi bir paytaxt olduğunu düşünürdüm — nisbətən kasıb və sosializm dövründən sonra özünə təzə-təzə gələn Avropa Birliyinin inkişafda olan bir dövləti.
⠀
Lakin Avropa Birliyinə daxil olan paytaxtında avtobusun insanları yolun hərəkət hissəsinə düşürdülməsini heç təsəvvür etməzdim. Üstəgəl qarın gətirdiyi fəsadlar hər şeyi x10 etdi.
⠀
Səkilər təmizlənsə də, onları buz bağlayır, velozolaqlara diqqət yox kimidir. Səkilər geniş olsa da, onlar maşınlarla zəbt olunub, xüsusilə də mərkəzdən uzaq rayonlarda.
⠀
Təbii ki, Bakıdan yaxşı olan məqamlar var. Tramvay şəbəkəsi, 64 metrostansiya, brutto müqavilə sayəsində güzəştli biletlər və s. Amma bunlar hamısı AB-yə daxil olmayan Serbiyanın paytaxtı Belqradda var. Urbanistik cəhətdən bəzi məsələlər hətta bizdən və Tiflisdən geridə qalır.
⠀
Binalarda başdan-ayağa reklam, dizayn-kod yoxdur, nişanlarda kütləvi vandalizm halları, daşan zibil qutuları… Qobşu Budapeştdə qətiyyən belə şey yoxdur (ən azı bu miqyasda).
⠀
Çəkilişi bitəndən sonra axşamüstü gəldim tarixi mərkəzi küçələrə, dedim burada bir az ab-havalı bir yer olar. Lakin buralar da heç Bratislavanın vaybını vermədi. İnsanlar az, turist yox, tarix özü də çox az hiss olunur.
⠀
Yaxşı xəbər də var. Urbanistləri burada sevirlər. Ən azı onların şərəfinə restoran açılırsa, deməli bu da subliminal bir təbliğat olacaq və yaxşı bir şəhərə doğru gedəcəklər 🙂

Bağışlayın bu vaxt narahat edirəm, amma paylaşmaya bilməzdim.
🇷🇴 Rumıniyada 1 Gbit/s (1000 Mbit) sürətlə ev internetinə 33 lei ödəmək lazımdır. Bizim pul ilə təxmin 11 manat edir. Testlərdə hətta 1,2 Gpbs göstərir (fast.com saytından skrinşot).
🇦🇿 Müqayisə üçün Bakıda 25 manata on dəfə daha aşağı sürət alırıq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇺🇦 Ukrayna müharibəsindən təsirli kadrlar.
⠀
🇭🇺 24 fevral 2023-cü il tarixində Budapeştdə idim. O vaxt bu şəhərdən vloq çəkəndə bir küçə sərgisində rast gəldim — “Yenilməzliyin 365 günü” — müharibənin bir illiyinə həsr olunmuşdur.
⠀
💔 Sərgidə çox ürəkdağlayan fotolar nümayiş olunurdu. Uşaqlarla olan fotolar xüsusilə pis təsir etdi.
⠀
🚀 Bir fotoda isə Xarkova gecə vaxtı uçan raketlər kadra alınmışdır. Yüzəyüz ölüm gətirən silah…gecə vaxtı…milyonluq şəhərin üzərində…
⠀
🔴 Müharibə bir dəhşətdir. Üç il keçib, hər gün yüzlərlər can aparır, lakin bu münaqişə artıq fon xəbərlərə çevrilib. ABŞ-ın yeni hakimiyyəti indi Ukraynanın özünü günahlandırır, yardım pulların isə yeyintiyə çevrildiyi iddia olunur… Heç bir proqnozum və buna dair analitikam yoxdur, amma “maraqlı” bir zamanda yaşadığımızı dəqiq bilirəm.
⠀
📸 Fotoların orijinallarını və sərgidən digər şəkilləri internetdə tapmadım, ona görə həmin vloqdan kəsilmiş skrinləri paylaşıram.

🇭🇺 Budapeştin “xəzinəsinə” daha bir plyus.
✈️ BUD hava limanında təhlükəsizliyi keçərək noutbuk çantadan çıxarmaq artıq ehtiyac yoxdur.
Yeni nəsil X-RAY sistemləri artıq bu rutin prosedurdan sərnişinləri azad edir.
⚠️ Xatırladım ki, dünyanın əksər hava limanlarında əl baqajında noutbuk və ya planşet daşıyırsınızsa, onu mütləq çantadan çıxarıb, qoşub, təhlükəsizlik əməkdaşına göstərməlisiniz.

🎙️ Söhbətgah verilişinin qonağı oldum.
⠀
Bu səfər Tural və Əli ilə əks mövqe üzərində dialoq qurduq. Belə “radikal” islahatlar lazımdırmı? Velozolaqlar və avtobus zolaqları salınması önəmli idi mi?
⠀
Ümumiyyətlə şəhərdə urbanistikanın dedikləri necə və niyə tətbiq etməliyik? Tıxac probleminin həlli nədən keçir?
⠀
https://youtu.be/Y93NbcHsmHI?si=t033ue9N9w2WzsxJ
⠀
Qeyd: Podkast keçən ilin sonu, hələ dövlət proqramı qəbul olunandan öncə çəkilmişdir. Ona görə bəzi qaranlıq məsələlərə artıq aydınlıq gətirilib.

YouTube
İnsanyönümlü şəhər, avtobus zolaqları, tıxaclar və həlli | Söhbətgah
Bu dəfə #Söhbətgah-da İnsanyönümlü şəhərlər səhifəsinin yaradıcısı Anar Əliyevlə tıxaclardan, velosiped və avtobus zolaqlarından, AYNA-dan, DYP-dən şəhərdə yaranmış tıxac problemi və onun həllindən danışdıq.
Siz də kanala abunə olub faydalı məzmunu paylaşaraq…

💭 Heyterlər haqqında.
⠀
🔹 Son zamanlar mənə və layihəyə neqativ və “hate” ünvanlayan post və şərhlərə rast gəldim. Xüsusilə səhifədəki dünənki paylaşımdan sonra, bəziləri dirənib ki, bəs "bu AYNA-dan sifarişli postdur ki, gəl problemləri cəmiyyətin üzərinə yıxaq".
1️⃣ Birincisi, və ən əsası. 7 ildir ki, səhifəni aktiv şəkildə idarə edirəm, bir dənə də olsun nə dövlət qurumu nə HEÇ BİR kənar şəxs məni post yazmağa məcbur etməyib, bundan sonra bu belə davam edəcək. Hətta İnstagram-da 2-3 dəfə paylaşılan reklam postlarının mətnlərini, videoların ssenarisini özüm yazmışam. Bu postlar dövlət qurumların fəaliyyətinə heç bir aidiyyatı yoxdur.
2️⃣ İkincisi, mən bilmirəm bunu başqa necə cür qəbul etmək olar, amma hər ehtimala qarşı cümlənin ifadəsini açıqlayıram.
"cəmiyyət olaraq dəyişməyilik" —- biz qəbul etməliyik ki, hər kəsin avtomobildən istifadə etməsi fiziki olaraq real deyil. Axının bir qismini ALTERNATİVLƏR YARATMAQLA ictimai nəqliyyata cəlb etməliyik. Bunu da vurğulasamda, yenə də bunu başqa cür yozub, günahı guya sürücülərdə görürəm ki qəbul edirlər.
🔹 Və nəhayət, bir personaj da var, dəfələrlə Facebook səhifəsində məni səhv çıxarmağa çalışır. Söhbətgah podkastına Turala Facebook-da şərh yazıb ki, bu "bloger-urbanistlər" reklam etməyə dəyməz. Turalın sualına deyir ki, ümumiyyətlə ölkədə urbanist yoxdur və... yaxşı urbanistikanı [DİQQƏT] Cənubi Koreyadan və Çindən öyrənmək lazımdır 🙂. Avropa isə "sidiklənmişdir". Əlbəttə ki, buna da cavab yazmağa ehtiyac görmürəm. Biz hələ Bayram Axundov ilə podkastda müzakirə etmişdik ki, niyə 20-30 milyon əhalisi olan Asiya şəhərlərini Bakıya müqayisə etmək olmaz (taymkod: 19:53).
🚘 Lakin bir nüans var, Samir bəy avtomobillərin satışı ilə məşğuldur. Sizcə, bu insan avtomobil istifadəsinin azalmasının marağında olmalıdır? Ritorik sualdır.
🔹 Odur ki, səhifə və kanal böyüdükcə, belə "hater"-lər artacaq. Dözərik bir təhər. Minlərlə xoş söz yazan və illərdir dəstək verən izləyicilər üçün kontentin yaradılmasına fokuslanmaq daha səmərəli olar.

💰 Büdcə varsa, hər şeyi çox gözəl edə bilirik. Kinematoqraf da bunun yaxşı nümunəsidir.
🎬 “Tağıyev” filmini izlədim — çox xoş bir təəssürat bağışladı. Rejissura, aktyor oyunu, montaj, səs — tam yeni bir səviyyə.
🔹 Filmin büdcəsini rəqəmlərlə bilmirəm, dəqiq yaxşı yatırım olunub. Və bir nümunədir ki, əgər maliyyə dəstəyi varsa, keyfiyyətli iş ortaya qoymaq mümkündür. 10-15 il əvvəl o ucuz (hər mənada) komediyaları görəndə utanırdım ki, budur müstəqil Azərbaycanda çəkilən “kino”?
🔹 Və bu təkcə kinoya aid deyil – istənilən sahə normal büdcə ayrıldıqda inkişaf edir. Əsas məsələ isə kino üzərində demək olar ki 100% azərbaycanlılar çalışıb (titrlərdən belə başa düşdüm). Deməli bacarırıq.
☑️ Filmi isə izləməmisiniz, hər kəsə tövsiyə edirəm.

Anar Əliyevin bloqu
Bu gün tanınmış urbanist Arkadiy Gerşmanla görüşdük. «Город для людей» kanalının müəllifinə Bakıda baş verən islahatlar haqqında danışdım. Gerşman ilk dəfə Bakıya 2020-ci ildə gəlmişdir, o vaxtdan bəri dəyişiklikləri çox müsbət qarşıladı. Onun məqaləsinin…
Fevral ayında Bakını ziyarət edən urbanist Arkadiy Gerşman şəhərimizdən geniş vloqu paylaşıb.
Həm hazırda Bakıda gedən islahatları göstərib (velo və avtobus zolaqları), həm Sovetskinin sökülməsindən danışıb, həm də Qara Qarayev prospektində gəzişərək şəhər mühitin vacibliyindən danışıb.
Vağzal Meydanının transformasiyasına həsr olunmuş süjetdə qısa şərh verdim. Dilqəm İsmayılov, Abdul Hüseynov və Bayram Axundov isə Bakının tarixi məhəllərindən və tarixi binalarından danışdı.
➡️ https://youtu.be/douV0B9L7y0?si=q9mfcZ7jV05rETAQ

Баку теряет себя: как амбиции и деньги уничтожают город. Урбанистический абсурд столицы Азербайджана
Ролики по теме
Почему СССР застроили панельками? Мифы и история хрущёвок и сталинок: https://youtu.be/3ZUfbuEruJ8
Урбанистический прорыв в самом древнем городе России — Дербенте: https://youtu.be/p225xOcd_E8
Как дорожная революция и автогиганты уничтожили…

🧠 Süni intellekt.
Son vaxtlar axşam saatlarımı süni intellektlə söhbətlərə həsr edirəm.
O, günbəgün qorxulu şəkildə inkişaf edir. Artıq o sadəcə emoji dolu SMM-postlar, şəkil və videoların generasiyası ilə məhdudlaşmır. Dərin analitika, böyük həcmli mətnlərlə işləmək qabiliyyəti və Azərbaycan dilində 90% hallarda düzgün işləmə bacarığı var. Foto və video səviyyəsi isə son bir il ərzində tamamilə yeni bir mərhələyə keçib.
Artıq kanalda da bir neçə dəfə süni intellektlə hazırlanmış paylaşımlar görmüsünüz. Hər gün çalışıram fərqli eksperimentlər aparım. Yəqin ki, urbanistikadan sonra bu mənim ikinci əsas araşdırma mövzum olacaq.
Kanala qayıdaraq, ChatGPT-yə 2024-cü ildən bəri paylaşılan postları analiz etməyi tapşırdım. O, postların sayını, mövzularını, statistikasını və sonda analitik xülasəsini təqdim etdi. Nəticəni şərh bölməsində PDF şəklində əlavə edirəm (mətnə heç bir müdaxilə olunmayıb).
Populist ifadə olan "Süni intellekt gələcəkdə insanları işsiz qoyacaq" fikrini təkrarlamayacam, amma bəzi peşələr artıq risk altında olması bəllidir (məsələn, tərcümə xidmətləri). Bununla belə, yaxın gələcəkdə ən aktual mütəxəssislər düzgün "prompt"lar yaza bilənlər olacaq. Süni intellektlə düzgün ünsiyyət qurmaq, ona dəqiq texniki tapşırıqlar vermək hələ ki çox önəmlidir. Bunu öyrənin. Əgər mənimlə birlikdə öyrənmək istəyirsinizsə, ❤️ qoyun — bu mövzunu araşdırdıqca sizinlə də paylaşacağam.

💡Süni intellektlə yaxından tanış olmaq və kreativ materiallar hazırlamaq üçün sizə lazım olan bir nömrəli vasitəçi — bu Telegram-bot olacaq.
⠀
❇️ İstər foto, istər videolar hazırlamaq üçün özündə əsas neyroşəbəkələri cəmləşdirib (son trend olan Google VEO3 daxil olmaqla). Abunəlik sistemidir, əlavə olaraq hər generasiya üçün müxtəlif sayda tokenlər nəzərdə tutulub.
⠀
☑️ Bir çoxlarını artıq sınaqdan keçirmişəm (biri elə bu gün səhifədə paylaşdığım). Yaxın günlərdə hər bir Sİ nə işə faydalı olduğunu paylaşacam.
➡️ Hələlik isə qeydiyyatdan keçib və ilk eksperimentlərinizə başlayın.
❗️Yaxın 5 ildə Sİ işləmək qabiliyyəti əsas bacarıqlardan biri kimi tələb olunacaq.