Anar Əliyevin bloqu
429 subscribers
121 photos
4 videos
35 links
Bloger-urbanist, “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi.

Bu kanalda şəxsi fikirlər və məsləhətləri paylaşıram.

Layihənin əsas kanalı: @city4people_az
Download Telegram
“Obyektlər” və urbanistika.

🇩🇪 Berlində olarkən vloqda danışmadığım bir məsələ var. Bakılı olaraq öyrəşmişik ki, ən azı canlı küçələrdə hər 50-100 metrdən kiçik də olsa qabağımıza bir market çıxsın və gecə saatlarına qədər işləsin.

🔹 Amma Avropada, xüsusilə də Berlində fikir verdim ki, canlı küçədə ən yaxın market tapmaq hərdən bir çağırışa çevrilir. Yadıma gəlir ki, 20 dəqiqə bir market axtarırdım ki, girim su alım. Bizimki kimi hər yerdə səkiləri zəbt edən köşk-supermarketlər yoxdur axı. Həmçinin Avropada nadir hallarda axşam 9-dan sonra çalışan market, aptek, kafe ya restoran taparsınız (həftəsonu xaric).

🔹 İkinci fikir verdiyim və urbanistika cəhətindən önəmli məsələ isə obyektlərinin yerləşməsi küçədəki piyada/velo və avtomobil hərəkətinə uyğun olmasıdır. Yəni küçədə avtomobil parkinqi məhduddursa, həmin küçədə böyük supermarket və yaxud baqaja yükləniləsi ağır əşyaların satışını görməzsiniz (adətən piyadalara uyğun kiçik ekspres-marketlər filan olacaq).

☑️ Beləliklə küçəyə axın düzgün nizamlanır, sahibkarlar isə “vaxsey, velosiped zolağı alverimi öldürdü” kimi şüvənlik salmır.

❗️ Bu isə bir daha onu sübut edir ki, şəhər vahid canlı orqanizm kimi yaşamalıdır, hər şey koordinasiyalı şəkildə görülməlidir. Bu isə Bakıda yalnız vahid şəhər bələdiyyəsi olandan sonra mümkün olacaq.
👏157😱1
Həqiqətən, ağlasığmaz bir ölüm.

Bir gün evdən çıxasan, və öz avtomobilində, Bakıda yağışın suyunda boğulasan. Bu cür fəsadlarla yağış şəhərə ilk dəfə yağmır, amma onun ölümə gətirib çıxarması şəxsən mənim yadımda deyil.

Sabunçu tunelində bu gün iki nəfərin ölümü hər kəs üçün dərs olmalıdır. Əlbəttə ki, hər hansı bir tədbirlər görüləcək (“toydan sonra nağara”), nasoslar və lüklar qoyulacaq, bəlkə də kimsə cəzalandırılacaq. Amma o da qısa müddətli olacaq və tezliklə unudulacaq, çünki bu cür yağışlar istisna haldır, və dövlət qurumların əlində hər zaman “normadan artıq yağıntı”, “başqa ölkələrdə də elədir” kimi arqumentlər olacaq.

Mən öz ölkəmin dünyada biabır etməsinə hər zaman əleyhinə olmuşam, daxili problemləri özümüz qəbul edib, özüm də həll etməliyik. Lakin bir dəqiqəlik təsəvvür edin, bu cür fors-major üzümüzə gələn COP29 zamanı olsaydı, Azərbaycana minlərlə gələn jurnalistlər bunu necə yayımlayardı?

Bu günə gələndə isə, düşünürəm və təəssüf edirəm ki, bundan sonra bu cür yağışlar oxşar fəsadlara gətirib çıxaracaq. Çünki Bakıda yağış kanalizasiya sistemi yoxdur, hətta yeni küçələrdə bu normal təşkil edilmir (sıfırdan yenidənqurulan 8 noyabr prospektinə salam), qurumlararası koordinasiya yoxdur və s.

İnsan tələfatı isə artıq qırmızı xətdir, və bu cür fəlakətlərə hazırlıq işlərini görmək üçün ciddi əsasdır. Allah rəhmət eləsin.
😢295👏2
Azad düşüncə və Avropadakı maaşlar...

Çox hayp tutmaq istəmirəm, yəgin Heydər Əliyev Mərkəzinin önündə keçirilən sərgidəki "lüt abidə" söhbətini eşitmisiniz. Yenə "ana-bacı", "mentalitet", "avropa əxlaqsızlığı" dillərə düşüb. Təbii ki, hər kəs fikir bildirməyə sərbəstir, amma ortada riyakarlıqdan başqa bir şey yoxdur.

Dəqiq bir korrelasiya var — ilk seks təcrübəsini kənddə uzunqulaq ilə yaşayan, əsl sevgi nədir bilməyən, amma küçədə dar paltara keçən qızları baxışla "deşən" (bəzən də söz atan), valideynləri onun üçün seçdiyi qız ilə evlənən və sonradan o qızı evdə döyən və təhqir edən — "lüt heykələ" mütləq pis baxacaq.

Çünki onun özü özünə verilə biləcək azadlıqlar yoxdur. Necə deyərlər, pişiyin əli ətə çatmayanda, deyir, ət iylənib.

Bu, həmin insanlardır ki, səhifədə "ana-bacı velosiped sürməyəcək" tipli şərhlər yazır (həqiqətən yazan olub, uydurmuram).

Və xüsusilə çoxsaylı videolar arasında bu postu fərqləndirmək istəyirəm. Adam deyir ki, "bizə Avropanın iqtisadiyyatını və maaşlarını gətirin, mədəniyyətini yox".

Avropada insanların rifahı və maaşı elə ona görə yüksəkdir ki, insanlar özlərinə qapanmır, müxtəlif ideyalar ortaya çıxarır, kritik düşüncəyə malik olur. Yalnız bu cür mühitdə daha çox rəqabət, daha çox texnoloji proqres, daha çox istedadların ortaya çıxmasına şərait yaranır. Bu olmasa ciddi inkişafdan və avropa maaşlarından söz gedə bilməz.
👏3411💩2😱1
🚲 Bu gün Parisdən Bakıya “COP29-BikeRide” velosiped yürüşünün iştirakçıları ilə görüşdük.

🗺️ 6000 km-dən çox qət edən, 11 ölkənin sərhədini keçənlərin arasında Niderlandın Utrext şəhərindən gələn də olub.

Bakının velosiped infrastrukturu haqqında rəylərini bölüşməyə xahiş etdim. İlk sual o idi ki, niyə velozolaqlar küçənin yalnız bir tərəfindədir? Bu məsələni ki, mən dəfələrlə səhifədə işıqlandırmışam.

🔄 “28 May” meydanını və Xəqani bağının transformasiyanı da göstərdim. Dedim, baxın biz də Niderlanddan geri qalmırıq.)

🎤 Eyni zamanda, onların səyahəti haqqında vloq üçün də danışdım, Bakının nəhayət bu sahədə düzgün vizyonun formalaşmasını qeyd etdim. Ümid edirəm, yalançı çıxmaram və COP-dan sonra urbanistik islahatlar davam edər.
23👏8
🚲 “Caspian Plaza”dan Xətai metrosuna 19 dəqiqəyə velosipedlə çatdım.

Onun 5 dəqiqəsi Yusif Səfərov küçəsinin keçməsinə getdi. Bu küçədə svetofor fazaları çox ədalətsiz paylanılıb.

Cəfər Cabbarlı və Şixəli Qurbanov küçələri çıxmaq şərtilə, bütün səyahət velozolaqlarda baş verdi. Ən böyük “challenge” Qış Parkını keçməkdir. Burada bütün keçidlər yeraltıdır, şəhər mərkəzində bu vəziyyət qəbulolunmazdır.

Yol boyu N qədər velosipedçi və skuterlər istifadəçiləri (xanımlar daxil olmaqla) gördüm.

Bir sual, məndəki ssenaridə bundan yaxşı alternativ nə ola bilərdi?

🔹 Avtomobil ilə gedib küçələrdə əlavə tıxac yaradacaqdım, əlavə maşın üçün yer axtarmaq və parkinq ödəmək;
🔹 İctimai nəqliyyatda gedib əlavə vaxt itkisi və yer tutacaqdım;
🔹 Taksidə tıxacda ən azı 30 dəqiqə vaxt və əlavə 3-5 AZN.

Yoxsa daha tez və pulsuz (abunəliyim var) variantdan istifadə etmək?

Təbii ki, bu ssenari hər dəfə uyğun olmaya bilər, kimsə bəlkə gülüb yan keçər, amma bu sadəcə şəhərdə mobilliyin çeşidli olmasının önəmli olmasının bir misalıdır.
21👏5💯1
Bu insanlar qəhrəmandılar.

AZAL pilotlarının peşəkar olduqları heç bir halda şişirdirmiş bir mif deyil. Qətiyyən digər peşə sahiblərini dəyərsizləşdirmək kimi çıxmasın, lakin bu sahəni tanıyan kimi deyirəm.

Yəgin bilirsiniz ki, aviasiyada ən çətin hava şəraitlərindən biri küləkdir, qalxış və enişdə təyyarə üçün ən böyük maneə yaradan odur. Küləkli Bakıya xarici aviaşirkətlər eniş etməyə imtina edən zaman, bizim pilotlar bunu bacarırdı.

Bugünki faciənin araşdırması çox vaxt apara bilər, lakin əgər hazırda gəzən “vurma” versiyası təsdiqlənsə, və bu şəraitdə təyyarənin hələ bu qədər havada qalması və qəzadan sonra sərnişinlərin demək olar yarısının sağ çıxması onları əsl qəhrəman edir.

“Gərək suya enərdi” yazan “divan eskpertləri” yəgin fizikadan anlayışı yoxdur. Belə hündürlükdən yüksək sürətlə suya enməsi betona düşməyə bərabərdi.

Ekipaj hər şeyi düz etdi.

Allah rəhmət eləsin! 🙏
40😢6
🇺🇸 10 il əvvəl, Los Ancelesdə adi bir gün.

Bəli, fotolarda mənən. 🙂

🔹 ABŞ-da gördüyüm ilk ştat Kaliforniya və ilk şəhər Los Anceles olub. Burada təhsil alan dostumun yanına gəlmişdim.

🔹 Təyyarə enən kimi dərhal özümü bir filmdə hiss etdim. Ətrafda gördüyün küçələr, insanların davranışı, mağazalar və YDM-lər tipik Amerika kinolarında gördüyümüz və öyrəşdiyimizdən fərqlidir.

🛻 Küçələri insan yönümlü olmasa da, ABŞ ab-havasının öz ləzzəti var. Burada özünü yad hiss etmirsən, çünki bu ölkənin az qala yarısı miqrantlardır.

🚲 Dostum dərsdə olan zaman Los Ancelesi piyada və velosipedlə kəşf edirdim. “Hollywood” yazısının önündə də foto çəkdirməyə bilməzim 🎬

🔥 Bu gün Los Anceles güclü yanğın içindədir. Məşhur ulduzların villaları daxil olmaqla çəhərdə 10 mindən çox ev külə dönüb. Ümid edirəm, bu əfsanəvi şəhər yer üzündən silinməyəcək.

Bu arada YouTube kanalımda bu şəhərdə GoPro ilə çəkdiyim velosiped videoları qalır, onlara baxıb Los Anceles küçələrini kəşf edə bilərsiniz:

🔘 Video 1
🔘 Video 2
👏129😢1💯1
Bu gün çox stressli bir gün yaşadım.

Şübhə etdiyim kimi, kanala trollar vasitəsilə şikayətlərə görə (güman edirəm, lakin tam əmin deyiləm) kanal müvəqqəti olaraq bloklanmışdır, Google-a müraciətdən sonra bərpa olundu.

Blokda olan müddətdə illərin əziyyətini tam məhv edilməsinin şahidi oldum. Çünki bu illər ərzində YouTube-kanalın inkişafı üçün çox işlər görülüb.

Ümumiyyətlə, bu platforma üçün videolar hazırlamaq adi sosial şəbəkələr üçün post hazırlamaqdan qat-qat fərqlənir.

Video və səs keyfiyyətli çox önəmlidir. Çünki bu platformadan videolar tək telefonda izlənilmir, böyük TV-ekranlarda baxanlar da var;

İlk saniyələrdən video maraqlı deyilsə, sən izləyicini itirirsən;
Bu eyni zamanda YouTube-alqoritmlərinə deyir ki, "video maraqlı deyil, izlənilmir" və sənin videonu digərlərin qabağına çıxarmır;

Videonun eskiz şəkli diqqət cəlb etmirsə və o klik edilmirsə, bu da YouTube üçün bir siqnaldır;
Başlıqdan tutmuş yazılan təsvirə qədər hər detal videonun baxışlarına təsir edir.

YouTube-da çox böyük rəqabət var. Hər gün milyonlarla videolar platformaya yüklənir, müasir dövrdə sosial şəbəklər həddindən çox video-məzmun yaradır. Bu axında izləyicini cəlb etmək olduqca çətindir.

Hazırladığımız hər vloqun arxasında bir ideya, ssenari, 4-5 saat çəkiliş vaxtı (hərdən bu tam günü alır), daha sonra saatlarla montaj və sonrakı düzəlişlərdir tələb edir. Maliyyə xərclərini hələ qıraqda qoyuram.

Son 2 ildə 70-dən çox vloq YouTube-da paylaşılıb.

Maraqlısı odur ki, YouTube-kanalımda monetizasiya dondurulub (lap köhnə videolarda musiqi lisenziyalarına görə), paylaşılan videoların baxışlarından bir qəpik belə Google-dan qazanmamışam.

Lakin düşünürəm və hətta bunun şahidi olmuşuq ki, videolardan sonda həm insanlarda həm düşüncə dəyişir, həm də dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.

Kanalı və səhifəni izləyən və paylaşan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

Kanala maddi dəstək göstərən izləyicilərə isə böyük ÇOX SAĞOL demək istəyirəm ki, fəaliyyətimi davam etdirmək üçün əlavə bir stimul verirsiniz.

İnşallah, gücüm və resurslarım çərçivəsində fəaliyyətimi davam etdirəcəm.

Dəstək olmaq istəsəniz:
➡️ https://t.me/city4people_az/2589
31👏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İNSAN YÖNÜMLÜ ŞƏHƏRLƏR.

6 il əvvəl Facebook səhifəsi üçün ad fikirləşəndə urbanistika mövzusunda ən yaxşı kitablardan biri olan — Jan Gehlin “İnsan üçün şəhərlər” (Cities for people) adını qoyum.

Amma ürəyimə yatmadı. Ona görə dedim olsun “İnsan yönümlü şəhərlər” daha gözəl səslənir.

Səhifə məşhurlaşdıqca bu termin dillərə düşdü. İnternetdə, radioda, televiziyada.

Bugün isə ən yuxarı səviyyədə, prezidentin keçirdiyi müşavirədə səsləndirildi. Dramaya çevirmək istəmirəm, lakin özümü bu uğurun bir parçası kimi hiss edirəm.

🇦🇿 Azərbaycan urbanistika tarixində izimiz qaldı. Əsas odur ki həqiqətən belə şəhərdə yaşamaq bizə qismət olsun!
43👏18
Bu gün tanınmış urbanist Arkadiy Gerşmanla görüşdük.

«Город для людей» kanalının müəllifinə Bakıda baş verən islahatlar haqqında danışdım. Gerşman ilk dəfə Bakıya 2020-ci ildə gəlmişdir, o vaxtdan bəri dəyişiklikləri çox müsbət qarşıladı. Onun məqaləsinin tərcüməsini bizim vloqda da dərc etmişdim.

Xüsusilə bəyəndiyi layihə Vağzal Meydanının transformasiyası oldu. Təbii ki, öz vloqunu müstəqil şəkildə hazırlayacaq, öz fikirlərini YouTube-kanalında işıqlandıracaq.

Danışdığı kimi, mərkəzdən başqa şəhər kənarına, Qara Qarayev prospektinə də baş çəkib, orada nə çəkib və necə işıqlandıracaq, — özümə də maraqlıdır.

Amma ən azı Bakıda bu islahatlara start verilib, fəxrlə müsbət tendensiyadan danışmaq mümkün olub.

Söhbətimizdə bir neçə dəfə insanların reaksiyasından, davranışından danışdıq, qonağımız qeyd edib ki, bütün şəhərlər bundan keçib, hətta ən inkişaf etmiş şəhərlər keçmişdə səhvlər buraxıb, sakinlərin reaksiyası heç də hər dəfə birmənalı olmayıb, bu təbiidir. Yalnız heçnə etməyən səhv buraxmır.

Sonda söz verdim ki, bir neçə ildən sonra yenə səfər etsə, bundan çox fərq görəcək. Ümid edirəm, doğma Bakı məni yalançı çıxarmayacaq 🙂.
23👏8
🇷🇴 Buxarest məni çox təəccübləndirdi. Və bu səfər xoş kontekstdə deyil.

Bura gəlməzdən öncə zatən nəisə ciddi urbanistik nümunələrini gözləmirdim. Aşağı-yuxarı Sofiya kimi bir paytaxt olduğunu düşünürdüm — nisbətən kasıb və sosializm dövründən sonra özünə təzə-təzə gələn Avropa Birliyinin inkişafda olan bir dövləti.

Lakin Avropa Birliyinə daxil olan paytaxtında avtobusun insanları yolun hərəkət hissəsinə düşürdülməsini heç təsəvvür etməzdim. Üstəgəl qarın gətirdiyi fəsadlar hər şeyi x10 etdi.

Səkilər təmizlənsə də, onları buz bağlayır, velozolaqlara diqqət yox kimidir. Səkilər geniş olsa da, onlar maşınlarla zəbt olunub, xüsusilə də mərkəzdən uzaq rayonlarda.

Təbii ki, Bakıdan yaxşı olan məqamlar var. Tramvay şəbəkəsi, 64 metrostansiya, brutto müqavilə sayəsində güzəştli biletlər və s. Amma bunlar hamısı AB-yə daxil olmayan Serbiyanın paytaxtı Belqradda var. Urbanistik cəhətdən bəzi məsələlər hətta bizdən və Tiflisdən geridə qalır.

Binalarda başdan-ayağa reklam, dizayn-kod yoxdur, nişanlarda kütləvi vandalizm halları, daşan zibil qutuları… Qobşu Budapeştdə qətiyyən belə şey yoxdur (ən azı bu miqyasda).

Çəkilişi bitəndən sonra axşamüstü gəldim tarixi mərkəzi küçələrə, dedim burada bir az ab-havalı bir yer olar. Lakin buralar da heç Bratislavanın vaybını vermədi. İnsanlar az, turist yox, tarix özü də çox az hiss olunur.

Yaxşı xəbər də var. Urbanistləri burada sevirlər. Ən azı onların şərəfinə restoran açılırsa, deməli bu da subliminal bir təbliğat olacaq və yaxşı bir şəhərə doğru gedəcəklər 🙂
😱113