Zikr.az
633 subscribers
12 photos
1 video
616 links
Bu kanal Allahı, İslamı və Peyğəmbəri olduğu kimi tanıdan sayt:www.zikr.az saytının rəsmi telegram kanalı.

http://zikr.az/node/add/sual-cavab?
Download Telegram
Peyğəmbərlərin sayı və onların göndərilməsi arasındakı müddət necə olub?

Bəzi rəvayətlərdə yer üzünə 124 min nəbi (peyğəmbər) və 313 rəsul (elçi) göndərilmişdir kimi xəbərlər verilsə də, bu barədə olan rəvayətlərin hamısı zəifdir. İslam alimləri demişdirlər ki, səhih hədislərə əsasən peyğəmbərlərin sayı ilə bağlı dəqiq bir rəqəm bildirilməmişdir. Bir çox peyğəmbələr olub ki, Uca Allah onlar barədə bizə heç bir məlumat verməyib: "Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik". (ən-Nisa, 163-164).

Peyğəmbərlərin göndərilməsini, onların arasında olan dövrü, neçə il yaşamasını, hansı peyğəmbərin hansı qövmə (camaata) gəlməsini isə Uca Allah Öz hikməti ilə təyin etmişdir. Uca Allah buyurur: "Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər". (Fatir, 24-25).

http://zikr.az/node/16721

http://facebook.com/www.zikr.az

#peyğəmbərlər #şəxslər
Məhəmməd peyğəmbərdən sonra peyğəmbər olacaqmı?

Muhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) peyğəmbərlərin (aleyhimis-sələm) sonuncusudur. Uca Allah buyurur: "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur". (əl-Əhzab, 40).

Peyğəmbər həmçinin özündən sonra yalançı rəsulların olacağını əvvəlcədən xəbər vermişdir: "Mənim ardıcıllarımın nəsilləri bütlərə ibadət etmək üçün çoxilahlılara qoşulmayana və mənim ardıcıllarım arasında özünə peyğəmbər deyən otuz yalançı gəlməyənə qədər Qiyamət qopmayacaq. Biləsiniz ki, həqiqətən mən sonuncu peyğəmbərəm və məndən sonra peyğəmbər olmayacaq". (ət-Tirmizi, 2219. ət-Tirmizi bu hədisə yaxşı və səhih demişdir).

Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əliyə (Allah ondan razı olsun) demişdir: "İstəmirsənmi ki, sənin nisbətin mənə Harunun Musaya olan nisbəti kimi olsun, bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq". (Səhih Muslim).
"İs­rail oğullarının arasında peyğəmbərlər siyasət yürüdürdülər və hər dəfə bir peyğəm­bər dünyasını dəyişdikdə, digəri ilə əvəz olunurdu. Məndən son­ra isə peyğəmbər olmayacaq, çoxlu xəlifələr olacaqdır" Səhabələr dedi­lər: "Bizə nə əmr edirsən, (ya rəsulullah)?" Dedi: "Ara­larından birinci seçilmiş olana beyət edərək onların haq­l­a­rını ödəyin. Uca Allah onları rəiyyətləri barədə sorğu-sual edəcəkdir". (Səhih əl-Buxari, 3455; Səhih Muslim, 1842).

http://zikr.az/node/7110

https://instagram.com/zikr.az

#peyğəmbər #şəxslər
Qurban ətini neçə yerə bölüb paylamaq lazımdır?

Qurban - bayram günü və təşriq günləri (bayram günündən sonra üç gün) kəsilir. İmkanı olan insanın qurban kəsməsi vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "İmkanı ola-ola qurban kəsməyən bizim namazgaha gəlməsin". (İbn Məcəh, 3123). 
Qurban - bayram namazından sonra kəsilməlidir. Çünki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim qurbanını bayram namazından öncə kəsibsə, onun yerinə birini də kəssin. Kim qurbanını kəsməyibsə, indi kəssin". (əl-Buxari, 5562).
Qurban yalnız inək, qoyun (keçi də qoyun fəslinə aiddir) və dəvədən olur. Uca Allah buyurur: "Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər". (əl-Həcc, 34).
Dəvə kəsmək üçün on nəfər, inək kəsmək üçün isə yeddi nəfər şərik ola bilər. Qoyun kəsməkdə şərik olmaq olmaz, onu ancaq bir nəfər özünün və ailəsinin adından kəsə bilər. 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd cür heyvan qurbanlığa yaramaz: Bir gözü açıq-aşkar kor olan, xəstəliyi aydın bilinən, axsaqlığı aşkar görünən və qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvan". (İbn Məcəh, 3144).
Yuxarıda qurbanlığa icazə verilən heyvanı "Bismilləh, Allahu Əkbər" (Allahın adı ilə, Allah ən Böyükdür) deyib kəsmək lazımdır. Heyvanın ətinin bir qismini ailəniz üçün, qalan hissəsini isə qurban kəsə bilməyən yoxsul insanlara paylaya bilərsiniz. Qurban ətini bölüşdürməkdə sərbəstsiniz və istənilən hissəsini pay verə bilərsiniz.    
http://zikr.az/node/2120

http://telegram.me/zikr_az

#qurban_bayramı
Ramazan və Qurban bayramı neçə gündür?

İslamlar alimləri demişlər ki, əslində Ramazan və Qurban bayramlarının şəriətdəki müddəti 1 gündür. Ancaq alimlərin dediklərinə görə yeyib-içmək, bayramlaşmaq baxımından Ramazan bayramını 3 gün, Qurban bayramını da təşriq (bayramdan sonrakı 3 gün. Qəməri təqvimilə Zil-Hiccə ayının 11, 12 və 13-ü) günləri ilə birlikdə 4 gün bayram kimi qeyd etməkdə bir qəbahət yoxdur. Çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ərafa günü, Qurban günü və ondan sonrakı təşriq günləri bizim bayramımızdır. Onlar yeyib içmək günləridir (yəni bayram günləri)". (ət-Tirmizi). İmam əş-Şövkani demişdir ki, bu hədis Qurban kəsilən gündən sonrakı təşriq günlərinin də bayram kimi qeyd edilməsinə dəlildir. (Bax: əl-Muntəqa şərh əl-Muvatta).
Uca Allah buyurur: "Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin...". (əl-Bəqərə, 203). İbn Abbas (Allah ondan razı olsun) ayədəki "Əyyami mə'dudat - sayı müəyyən olan günləri" Zil-Hiccənin ilk on günü və təşriq günləri deyə təfsir edilmişdir.

https://instagram.com/zikr.az

http://zikr.az/node/15599

#oruc
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

"Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisə, 116).

Ona görə də Uca Allahdan başqasına dua etməkdən çəkinmək lazımdır. Uca Allah buyurur: "Kim Allahla yanaşı başqa bir məbuda dua edirsə - bunun üçün onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!" (əl-Mu'minun, 117).
 
Bəziləri isə bu yerlərin Uca Allaha yaxınlaşmaq üçün vasitə olduğunu zənn edirlər. "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (əz-Zumər, 3).

Bəziləri isə həmin yerlərə gedib orada yalnız Uca Allaha dua edirlər, amma həmin yerlərdən duanın daha tez eşidildiyini düşünürlər. Uca Allah buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186).
"Biz ona şah damarından da yaxınıq". (Qaf, 16). 

http://zikr.az/node/3704

http://telegram.me/zikr_az

#xurafat
Aşura gününün orucu

Aşura – hicri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Aşura sözü ərəb dilində "onuncu" deməkdir. Aşura günündə oruc tutmaq bəyənilən əməllərdən sayılır. İbn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: “Bu nədir?”
On­lar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmən­lə­rin­dən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tut­muş­dur”.
Peyğəmbər buyurdu: “Mən Musaya (onun etdiyini davam etməyə) siz­dən daha haqlıyam”. Sonra o, həmin günü oruc tutdu və səhabə­lərinə də oruc tutmağı əmr etdi. (əl-Buxari, 2004).

Peyğəmbərdən Aşura gününün orucu barədə soruşduqda, o belə buyurmuşdur: “Keçmiş il üçün işlənmiş günahları yuyacaq!” (Muslim, 1162, 2804).

Allah Elçisi buyurmuşdur: “Ramazandan sonra ən fəzilətli oruc ayı Allahın Muhərrəm ayıdır. Fərz namazlarından sonra ən fəzilətli namaz da gecə namazıdır”. (Muslim, 1163, 1982).

Aşura gününün orucu Məhərrəm ayının 9-u və 10-u, və ya 10-u və 11-i, yaxud da ardıcıl olaraq 9-u, 10-u və 11-ci günləri tutulur.

http://zikr.az/node/11015

https://instagram.com/zikr.az
Quranın bəzi ayələrinin nəsx olunmasının (unutdurulmasının) hikməti nədir?

Uca Allah buyurur: "Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?" (əl-Bəqərə, 106). Təbii ki, Allahın hər bir işində hikmət olduğu kimi, bu məsələdə də hikmətlər vardır. Bu hikmətlərin bəziləri bizə bildirilmiş, bəziləri isə gizli qalmışdır. Məsələn, səhabələr buna hazır olmadıqları üçün, içki birdən birə yox, mərhələli şəkildə haram edilmişdir. İçki barəsində nazil olan ilk ayə budur: "Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: "İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür". (əl-Bəqərə, 219). 
Bir müddətdən sonra isə bu ayə nazil olur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın". (ən-Nisa, 43). 

Artıq səhabələr tam hazır olandan sonra isə bu ayə nazil olur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Maidə, 90).
Nəsx edilmiş (insanlara unutdurulmuş) ayələr müxtəlif cürdür:
Həm ayə, həm də hökmü nəsx edilmişdir. Məsələn, Aişə (Allah ondan razı olsun) əvvəllər Quranda 10 dəfə südəmmənin evlənməyi haram edən qohumluq əlaqəsi yaratması haqqında ayənin olduğunu, sonradan həm ayənin, həm də hökmünün unutdurulduğunu demişdir (Muslim, 1542)
Ayə nəsx edilmiş, hökmü isə qüvvədə qalmışdır. Məsələn, Ömər ibn Xəttab və Ubeyy ibn Kəb (Allah onlardan razı olsun) rəvayət etmişlər ki, evli zinakarın daşqalaq edilməsi ilə bağlı ayə unutdurulmuş, amma hökmü qalmışdır.
Ayə qalmış, amma hökmü nəsx edilmişdir. "Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir." (əl-Mücadilə, 12)  ayəsi aşağıdakı ayə nazil olandan sonra nəsx edilmiş, amma Quranda qalmışdır: "Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır." (əl-Mücadilə, 13).

http://zikr.az/node/8135

http://telegram.me/zikr_az

#quran
Naməlum mənbələrdən öyrəndiyim duaları edə bilərəmmi?

Dua ən əzəmətli ibadət olduğu üçün onun qəbul olunması üçün onu Allahın buyurduğu şəkildə etmək lazımdır. Ən gözəl və Uca Allahın ən çox qəbul etdiyi dualar Uca Allahın Quranda və Peyğəmbər vasitəsilə Səhih Hədislərdə bizə öyrətdiyi dualardır. Çalışın naməlum mənbələrdən götürülmüş duaları etməyin. Həmçinin İslam dininə zidd olmayan sözlərdən istifadə edərək istədiyiniz şəkildə dua edə bilərsiniz.

Bağışlanma diləmək və tövbə etmək

[Rabbi inni zaləmtu nəfsi fəğfir li]

“Ey Rəbbim! Mən özüm-özümə zülm etdim, məni bağışla!” (əl-Qasəs, 16). 

[Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi ilmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin]

“Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram” (Hud, 47)

[Lə iləhə illə əntə subhanəkə inni kuntu minəzzalimin]

Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur. Mən isə həqiqətən zalimlərdən olmuşam” (əl-Ənbiya, 87)

Zikr.az

http://telegram.me/zikr_az

#dua
Bağışlanma diləmək və tövbə etmək

[Rabbənə-ğfir lənə zunubənə və israfənə fi əmrinə və səbbit əqdamənə vənsurnə aləl-qaumil-kəfirin]
“Ey Rəbbimiz! Günahlarımıza və işlərimizdə həddimizi aşdığımıza görə bizi bağışla, qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Ali-İmran, 147)

[Rabbiğfir vərhəm və Əntə xayrur-rahimin]
“Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan” (əl-Muminun, 118)

[Rabbənə lə tuəxiznə in nəsiynə əu əxtanə, Rabbənə və lə təhmil aleynə isran kəmə haməltəhu aləlləzinə min qablinə, Rabbənə və lə tuhəmmilnə mə lə taqətə lənə bihi, vafu annə vəğfir lənə vərhəmnə, Əntə məulənə fənsurnə aləl-qaumil-kəfirin]

“Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əvf edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar Sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (əl-Bəqərə, 286)

http://facebook.com/www.zikr.az

#dua
Bağışlanma diləmək və tövbə etmək

[Rabbənəğ-fir lənə və li ixvaninəl-ləzinə səbəqunə bilimən və lə təc'al fi qulubinə ğıllən lil-ləzinə amənu. Rabbənə innəkə Raufur-Rahim]

“Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, Sən, həqiqətən, Şəfqətli və Mərhəmətlisən” (əl-Həşr, 10)

[Rabbənə ətmim lənə nuranə vəğfir lənə innəkə alə kulli şeyin qadir]

“Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə Qadirsən” (ət-Təhrim, 8) 

[Rabbiğ-firli xətiəti və cəhli və israfi fi əmri kullihi və mə Əntə ələmu bihi minni. Allahumməğfirli həzli və ciddi və xətaya və əmdi və kullu zalikə indi. Allahumməğ-firli mə qaddəmtu və mə əxxərtu və mə əsrərtu və mə ələntu, Əntəl-Muqəddimu və Əntəl-Muəxxiru və Əntə alə kulli şeyin qədir]

“Ya Rəbbim! Günahımı, cahilliyimi, etdiyim israfı və bilməyib etdiklərimi - yalnız Sən hər şeyi bilənsən - bağışla. Allahım, zarafatla, ciddi, bilməyərək və bilərəkdən etdiyim səhvlərə görə məni bağışla! Bunların hamısının məndə olması mümkündür!” (əl-Buxari, 6399).

http://facebook.com/www.zikr.az

#dua
Bağışlanma diləmək və tövbə etmək

[Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə'fu anni]

“Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla” (Səhih ət-Tirmizi, 3/ 184) 

[Rabbi-ğfirli və livalideyyə və limən dəxalə beytiyə muminən və lil-mumininə vəl-muminət və lə təzidiz-zaliminə illə təbara]

“Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır” (Nuh, 28)

[Rabbənə-ğfirli və livalideyyə və lil-mumininə yəumə yəqumul-hisəb]

“Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla” (İbrahim, 41)

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

#dua
Bağışlanma diləmək və tövbə etmək

[Rabbənə təqabbəl minnə, innəkə Əntəs-Səmiyul-Alim]

“Ey Rəbbimiz! (Bu xeyirli işi) məndən qəbul et, Sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən” (əl-Bəqərə, 127) 

[Və tub aleynə, innəkə Əntət-Təvvabu-Rahim]

“Tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul Edən və Mərhəmətlisən” (əl-Bəqərə,128)

[Rabbənə aleykə təvəkkəlnə və ileykə ənəbnə va ileykəl-masir]

“Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır” (əl-Mumtəhinə, 4)

http://zikr.az/node/9214

#dua
Nəyə görə İslamda cümə günü müqəddəs sayılır?

Cümə günü çox mübarək bir gündür. Allah Elçisi (salləllahu aleyhi və səlləm de­miş­dir: "Allah dərgahında ən fəzilətli gün Cümə günüdür". (Hədis səhihdir).

Həmçinin, o demişdir: "Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaqdır. Cin və insanlardan başqa elə bir canlı yoxdur ki, Cümə günü dan yeri ağarandan günəş çıxana qədər Qiyamətin qopmasına görə qorxu içində gözləməsinlər. Bu gündə elə bir saat vardır ki, müsəlman bir qul həmin saatda namaz qılarkən Allahdan dilədiyini Allah ona verər...". (Əbu Davud, 1048).

Cümə namazının vacib olması haqda isə Qurani Kərimdə Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cümə, 9).
 
http://zikr.az/node/2040

http://telegram.me/zikr_az

#cümə #namaz
Ruzi duası

[Allahummə inni əuzu bikə minəl-aczi vəl-kəsəli vəl-cubni vəl-buxli vəl-hərəmi vəl-qəsvəti vəlğəfləti vəl-ayləti vəz-zilləti vəl-məskənəti və əuzu bikə minəl-fəqri vəl-kufri vəl-fusuqi vəş-şiqaqi vən-nifaqi vəs-sum-əti vər-riyai və əuzu bikə minəs-saməmi vəl-bəkəmi vəl-cununi vəl-cuzəmi vəl-bərasi və seyyi-il-əsqami]

“Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan, sərtlikdən, qəflətdən, ehtiyacdan, rüsvayçılıqdan, miskinlikdən, kasıbçılıqdan, küfrdən, fasiqlikdən (asilikdən), ixtilafdan, nifaqdan, lovğalıqdan (təkəbbürlükdən), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinosluqdan və pis xəstəliklərdən Sənə sığınıram!” (Səhih əl-Cəmi, 1/ 407) 
 
[Allahummə inni əuzu bikə minəl-fəqri vəl-qilləti vəz-zilləti və əuzu bikə min ən əzlimə əu uzləmə]

“Allahım, kasıbçılıqdan, qıtlıqdan, rüsvayçılıqdan, zülm etməkdən va ya mənə zülm edilməsindən Sənə sığınıram!” (Səhih ən-Nəsəi, 3/ 1111). 
 
[Allahummə, inni əs-əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn]

“Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olan əməl istəyirəm!” (Səhih İbn Macə, 1/ 152) 
 
[Allahummə-ğfir li zənbi və vassi' li fi dəri və bərik li fima rəzaqtəni]

“Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və ruzimi bərəkətləndir!” (İmam Əhməd, 4/ 63)

[Rabbi inni limə ənzəltə ileyyə min xayrin fəqiyr]

“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam” (əl-Qasəs, 24)
 
http://telegram.me/zikr_az

#Ruzi_duası #dua
Övlad duası

[Rabbi həb li minəs-salihin]

“Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!” (əs-Saffat, 100)

[Rabbi həb li min lədunkə zurriyyətən tayyibə, innəkə səmiud-dua]

“Ey Rəbbim! Mənə də Öz tərəfindən bir övlad bəxş et! Sən həqiqətən, duaları Eşidənsən!” (Ali-İmran, 38)
 
[Rabbənə həb lənə min əzvacinə və zurriyyətinə qurratə əayunin vəc-alnə lil-muttəqinə imamə]

“Ey Rəbbimiz! Bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” (əl-Furqan, 74)

[Rabbic'al həzəl-bələdə əminən vəcnubni və bəniyyə ən nəbudəl-əsnam]

“Ey Rəbbim, bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et! Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!” (İbrahim, 35)

[Rabbi lə təzərni fərdən və əntə xayrul-varisin]

“Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan” (əl-Ənbiya, 89)

https://instagram.com/zikr.az

#dua
Şükr etmək haqqında

[Rabbi əvzini ən əşkura nimətəkəl-ləti ənamtə aleyyə və alə valideyyə və ən əmələ salihən tərdah və ədxilni birahmətikə fi ibadikəs-salihin]

“Ey Rəbbim! Mənə, mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Məni öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et!” (ən-Nəml, 19)

[Allahummə əınni alə zikrikə, və şukrikə, və husni ibadətikə]

“Allahım, Səni zikr etməyə, Sənə şükr və ibadət etməkdə mənə yardım et!” (əl-Hakim, 1/ 499)

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

#dua
Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir?

Uca Allah möminlərə Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat və salam gətirməyi buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzəb, 56). Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat dilədikdə ona Uca Allahdan xüsusi rəhmət diləmiş oluruq. Salam sözü isə salamatlıq deməkdir. Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat gətirərkən əli üzə çəkərək salavat gətirmək olmaz. Çünki bu, sonradan dinə gətirilən yenilikdir (bidətdir). Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adı çəkildikdə əli üzə sürtmədən "salləllahu aleyhi va alə əlihi va səlləm - Ona və ailəsinə Allahın salavatı və salamı olsun" demək kifayətdir. Salavat sadəcə dillə tələffüz olunur. Həmçinin, onu da qeyd etmək istəyirik ki, salavatın deyiliş formaları çoxdur. Say məsələsinə gəldikdə isə hədisdə belə deyilir: "Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətirsə, (Allahummə salli va səllim alə nə­biyyinə Muhəmməd) "Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!), Qiyamət günü şəfaətim ona çatar". (Sahihu-t-Tərğib və-t-Tər­hib, 1/273).
Ümumiyyətlə gün ərzində istənilən sayda Peyğəmbərə salavat göndərmək olar. Abdullah ibn Əbu Talhə atasından (Allah onlardan razı olsun) rəvayət edir: "Bir gün Allah Elçisi (salləllahu aleyhi və səlləm) sevinərək yanımıza gəldi. Biz dedik: "Biz sənin üzündə sevinc görürük". O buyurdu: "Həqiqətən, mələk yanıma gəlib dedi: "Ey Muhəm­məd! Rəbbin buyurur: "Sənə bir salavat göndərənə Mənim on sala­vat göndərəcəyim və sənə bir salam göndərənə də Mənim on salam göndərəcəyim səni məmnun edərmi?!" (ən-Nəsəi, 1266). 
Cümə günü isə çoxlu salavat demək daha yaxşıdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demiş­dir: "Hər Cümə günü mənə çox salavat deyin! Həqiqətən, hər Cümə günü ümmətimin salavatı mənə bildirilir. Kimin mənə dediyi salavatı daha çox olarsa, (Qiyamət günü) o, mənə daha yaxın mərtəbədə olacaq". (əl-Beyhəqi: "Sunənu-l-Kubra", 5791). 
Həmçinin, dua etdikdə salavat demək duanın qəbul olunmasına səbəbdir. İbn Məsud (Allah ondan razı olsun) deyir: "Namaz qılırdım. Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) də Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə idilər. Mən oturduqda Uca Allaha həmd-səna etməyə başladım, sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat gətirdim və sonra özüm üçün dua etdim. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "İstədiyini dilə, sənə veriləcək". (ət-Tirmizi, 593). 
 
http://zikr.az/node/1824

http://telegram.me/zikr_az

#dua #namaz #şəxslər
Fitnə və zülmə qarşı

[Rabbinsurni aləl-qaumil-mufsidin]

“Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!“ (əl-Ənkəbut, 30)

[Rabbənə lə təc'alnə fitnətən lilqaumiz-zalimin və nəccinə birahmətikə minəl-qaumil-kafirin]

“Ey Rəbbimiz! Bizi zalim tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə, və bizi Öz mərhəmətinlə kafirlərin əlindən qurtar!” (Yunus, 85-86)

[Rabbənə atinə min lədunkə rahmətən və həyyi lənə min əmrinə raşədə]

“Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!” (əl-Kəhf, 10)

http://zikr.az/node/9904

http://facebook.com/www.zikr.az

#dua
İslam və iman nədir?

Ömər ibn Xəttab demişdir: “Bir dəfə biz Peyğəmbərin yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!”
Peyğəmbər buyurdu: “İslam odur ki, Allahdan başqa ibadət haqqına malik heç bir tanrının olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən”.
Adam: “Doğru söylədin!”– dedi.
Biz ona təəccüb etdik, o həm soruşur, həm də təsdiq edirdi. Sonra o dedi: “Mənə iman haqqında xəbər ver”.
Peyğəmbər buyurdu: “İman odur ki, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən”.
Adam: “Doğru söylədin!”– dedi. Sonra soruşdu: “Mənə ehsan haqqında xəbər ver”.
Peyğəmbər buyurdu: “Ehsan odur ki, Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, bil ki, O səni görür”.
Adam soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver”.
Peyğəmbər buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”.
Adam soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver”.
Peyğəmbər buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən”.
Ömər dedi: “Sonra o çıxıb getdi. Mən bir müddət yerimdəcə donub qaldım. Sonra Peyğəmbər məndən soruşdu:
“Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?”
Mən: “Allah və Onun rəsulu daha yaxşı bilir!”– dedim.
Peyğəmbər buyurdu: “O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi”.

http://zikr.az/node/23

https://instagram.com/zikr.az

#islam_nədir