Zikr.az
600 subscribers
12 photos
1 video
617 links
Bu kanal Allahı, İslamı və Peyğəmbəri olduğu kimi tanıdan sayt:www.zikr.az saytının rəsmi telegram kanalı.

http://zikr.az/node/add/sual-cavab?
Download Telegram
Möminin və kafirin ölümü

      Bəra ibn Azib rəvayət edir ki, biz Peyğəmbər salləllahu aleyhi və səlləm ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edirdik. Allah Elçisi qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: “Qəbir əzabından Allaha sığının!” O bunu üç dəfə təkrar etdikdən sonra dedi: “Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, onun gözünün gördüyü son məsafədə oturub gözləyirlər.

Möminin ölümü 
      Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün çıx!” Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağ­zın­dan axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu gö­tür­dükdən sonra onu bir göz qırpımında mələk­lərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən gözəl ətirin qoxu­suna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu gözəl ruh kimin ruhu­dur?”- deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”- deyə bu bəndəni, camaatın onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edir və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, Allah buyurur: “Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu yerə qaytarın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və Qiyamət günü bir daha oradan dirildib çıxardacağam”. Mələklər onu bədəninə qay­tar­dıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”- deyə soruşurlar.
O: “Rəbbim Allahdır!”- deyə cavab verir.
Onlar: “Dinin nədir?”- deyə soruşurlar.
O: “Dinim İslam­dır!”- deyə cavab verir.
Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”- deyə soruşurlar.
O: “Bu, Allahın Elçisi salləllahu aleyhi və səlləm idi!”- deyə cavab verir.
Onlar: “Həyatda ikən sən nə öyrəndin?”- deyə soruşurlar.
O: “Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum”- deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: “Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!”
      Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yara­şıqlı paltarı olan və üst başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: “Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!” Mömin: “Sən kimsən? Sənin üzündən xeyir­xahlıq yağır!”- deyə soruşur. O da: “Mən sənin yaxşı əməlinəm!”- deyə cavab verir. Onda mömin dua edib deyir: “Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum”.

Daha ətraflı
http://zikr.az/node/1454

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

#cənnət #cəhənnəm #axirət #mələklər
👍7
Axirət günü nədir?

     Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Axirətə iman imanın altı əsasından biri hesab olunur. Uca Allah buyurur:
“Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir” (əl-Bəqərə, 177).
     Axirət gününə iman dedikdə ölümdən sonra Qiyamət gününədək olan qəbirdəki “bərzəx” həyatı, Qiyamət günü dirilərək Allahın hüzuruna toplanıb haqq-hesaba çəkilmə, Cənnət və Cəhənnəm nəzərdə tutulur. Bunların hamısı Axirətə iman məfhumuna daxildir.
     Axirət sözü axırıncı deməkdir. Axirət günü axırıncı gündür və o gündən sonra başqa bir gün olmayacaq.

Daha ətraflı
http://zikr.az/node/1253

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

#axirət #cənnət #cəhənnəm
👍6
Mübarək Ramazan ayını necə qarşılayaq?

Möhtərəm müsəlmanlar, hal-hazırda Şaban ayının son günlərindəyik. Qarşıdan mübarək Ramazan ayı gəlir. Uca Allah Ramazan ayını digər aylardan üstün etmişdir. Uca Allahın fəzlilətli ayları, günləri və yerləri bildirməsi qullarına olan rəhməti və lütfüdür. Bunda olan hikmət isə bu zamanlarda və məkanlarda savabların artırılmasıdır. Ramazan ayında Qurani Kərimin nazil olması və İslamın ərkanlarından biri olan oruc ibadətinin məhz bu ayda yerinə yetirilməsi onun fəzilətinə kifayət edir. Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar” (əl-Bəqərə, 185). 
İbn Abbas deyir: “Quran bir cümlə kimi Qədr gecəsi Lövhi-Məhfuzdan dünya səmasında yerləşən “Beytul-İzzə” adlanan evə nazil olub. Sonra Cəbrail onu 23 il ərzində oradan Peyğəmbərə  tədricən gətirmişdir”.

Daha ətraflı
https://zikr.az/node/24454

https://telegram.me/zikr_az

#Ramazan #quran
👍6
Ramazan ayının orucu

Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". (əl-Bəqərə, 183).
Həmçinin buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar". (əl-Bəqərə, 185).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "İslam beş əsas üzərində qurulub: "Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi (salləllahu aleyhi və səlləm) olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq". (əl-Buxari, 8).

https://telegram.me/zikr_az

#Ramazan #quran
👍2
Ramazan ayının orucu

Ramazan orucunun fəzilətləri

Ramazan orucunun üstünlüklərindən biri bu ayda möminlərin günahlarının bağışlanmasıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar". (əl-Buxari, 38).
Bu ayda oruc tutan möminlərə Allah böyük mükafat hazırlamışdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kim Ramazan ayında oruc tutsa, sonra Şəvval ayının altı gününü də buna əlavə etsə, il boyu oruc tutmuş kimidir". (Muslim, 1164).
Bu ayda Peyğəmbərin (salləllahu aleyhi və alihi və səlləm) buyurduğu kimi Allahın mərhəmət qapıları açılır və şeytanlar zəncirlənir: "Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və cinlərin şər olanları zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açılmır...". (ət-Tirmizi, 682).
Bu mübarək ayda Qədr gecəsi vardır. Uca Allah buyurur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur!" (əl-Qadr, 1-5). O gecədə Uca Allaha ibadət etmək, yaxşı işlər görmək min ayda edilən əməllərdən daha xeyirlidir. Həmçinin, Qədr gecəsinin üstünlüyü, o gecəni ibadətlə keçirənin keçmiş günahlarının bağışlanmasıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar". (əl-Buxari, 35). Qədr gecəsi Ramazan ayının axır on gecəsinin tək gecələrindən biridir. Aişə (Allah ondan razı olsun) deyir: "Mən dedim: "Ey Allahın Elçisi, de görüm, hansı gecənin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "De: "Allahım, Sən Bağışlayan, Səxavətlisən və bağışlamağı sevirsən, məni bağışla! (Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə'fu-anni)". (ət-Tirmizi, 3513).

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

#ramazan
👍4
Kimlər oruc tutmalıdır?

Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Oruc tuta bilməyən qocalar və xroniki ağır xəstələr oruc tutmaqdan azad olunurlar. Lakin onlar fidyə verməli, yəni orucluğun hər bir gününün müqabilində bir yoxsula yemək verməlidirlər. Bir dəfəyə, yaxud ayrı-ayrı vaxtlarda 30 nəfəri yedizdirmək də olar. Hamilə və uşaq əmizdirən qadınlar, uşaqlarının sağlamlığına zərər dəyməsindən qorxduqda oruclarını kəsə bilərlər. Lakin gələn ilin Ramazan ayına qədər buraxdıqları günlərin orucunu tutmalıdırlar. Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər. Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: "Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185). Heyzli və nifaslı (aybaşı və doğuşdan sonrakı qanaxma halları keçirən) qadınlara oruc tutmaq qadağandır. Onlar qanaxma qurtardıqdan sonra oruc tutmalıdırlar.

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

#Ramazan #oruc #zikraz
👍3
Oruc və niyyət haqqında

Bəzi insanlar niyyəti nəzir deməklə qarışdırırlar. Bir işə niyyət etmək onu etmək qərarına gəlmək deməkdir. Nəzir demək isə vəd verməkdir. Siz axşamdan oruc tutmağa niyyət edib səhəri oruc tuta bilmədikdə buna görə sizə günah yazılmır. Həmçinin, səhər oyandıqda artıq sübh namazının azanı verilibsə, səhur etmədən oruc tuta bilərsiniz. Orucunuz səhihdir. 

https://zikr.az/node/2073

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

#ramazan
👍5
°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
Allahı, İslamı və Peyğəmbəri olduğu kimi tanıdan sayt:

zikr.az

Facebok:
facebook.com/www.zikr.az
::::::::::::::::::::::::::::::::::::::::::::::::
Sual-cavab:
http://zikr.az/sual-cavab
::::::::::::::::::::::::::::::::::::::::::::::::
Telegram:
https://telegram.me/zikr_az
::::::::::::::::::::::::::::::::::::::::::::::::
İnstagram:
https://instagram.com/zikr.az
::::::::::::::::::::::::::::::::::::::::::::::::
Whatsapp:
 https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm
::::::::::::::::::::::::::::::::::::::::::::::::
👍4👎1
Ramazan ayının əvvəlini və sonunu necə bilmək olar?

Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Ramazandan əvvəl oruc tutmayın, onun hilalını görməklə oruca başlayın, Şəvval ayının hilalını görməklə də orucunuzu bitirin. Əgər bulud hilalı görməyinizə mane olarsa, onda ayın günlərini otuz hesab edin” (ət-Tirmizi, 684). Həmçinin, buyurur: "Onu (təzə doğmuş ayı) gördükdə oruc tutun, onu gördükdə də iftar edin (orucu açın). Əgər onu görə bilməsəniz onda ayın günlərini otuzdan hesablayın". (Muslim, 1081). Bu hədisdən aydın olur ki, Ramazandan əvvəl gələn Şaban ayının 29-u hilalı görmək mümkün olmasa, onda həmin ayı 30 günə tamamlayıb ertəsi gün oruc tutmağa başlanılmalıdır. Həmçinin, bu üsulla Ramazan ayının sonu təyin edilir.

http://facebook.com/www.zikr.az

#ramazan
👍3
Bağışlanma diləmək və tövbə etmək

[Rabbənə təqabbəl minnə, innəkə Əntəs-Səmiyul-Alim]

“Ey Rəbbimiz! (Bu xeyirli işi) məndən qəbul et, Sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən” (əl-Bəqərə, 127) 

[Və tub aleynə, innəkə Əntət-Təvvabu-Rahim]

“Tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul Edən və Mərhəmətlisən” (əl-Bəqərə,128)

[Rabbənə aleykə təvəkkəlnə və ileykə ənəbnə va ileykəl-masir]

“Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır” (əl-Mumtəhinə, 4)

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

http://zikr.az/node/9214

#dua
👍2
Ruzi duası

[Allahummə inni əuzu bikə minəl-aczi vəl-kəsəli vəl-cubni vəl-buxli vəl-hərəmi vəl-qəsvəti vəlğəfləti vəl-ayləti vəz-zilləti vəl-məskənəti və əuzu bikə minəl-fəqri vəl-kufri vəl-fusuqi vəş-şiqaqi vən-nifaqi vəs-sum-əti vər-riyai və əuzu bikə minəs-saməmi vəl-bəkəmi vəl-cununi vəl-cuzəmi vəl-bərasi və seyyi-il-əsqami]

“Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan, sərtlikdən, qəflətdən, ehtiyacdan, rüsvayçılıqdan, miskinlikdən, kasıbçılıqdan, küfrdən, fasiqlikdən (asilikdən), ixtilafdan, nifaqdan, lovğalıqdan (təkəbbürlükdən), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinosluqdan və pis xəstəliklərdən Sənə sığınıram!” (Səhih əl-Cəmi, 1/ 407) 
 
[Allahummə inni əuzu bikə minəl-fəqri vəl-qilləti vəz-zilləti və əuzu bikə min ən əzlimə əu uzləmə]

“Allahım, kasıbçılıqdan, qıtlıqdan, rüsvayçılıqdan, zülm etməkdən va ya mənə zülm edilməsindən Sənə sığınıram!” (Səhih ən-Nəsəi, 3/ 1111). 
 
[Allahummə, inni əs-əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn]

“Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olan əməl istəyirəm!” (Səhih İbn Macə, 1/ 152) 
 
[Allahummə-ğfir li zənbi və vassi' li fi dəri və bərik li fima rəzaqtəni]

“Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və ruzimi bərəkətləndir!” (İmam Əhməd, 4/ 63)

[Rabbi inni limə ənzəltə ileyyə min xayrin fəqiyr]

“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam” (əl-Qasəs, 24)
 
http://telegram.me/zikr_az

#Ruzi_duası  #dua
👍8
Övlad duası

[Rabbi həb li minəs-salihin]
“Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!” (əs-Saffat, 100)

[Rabbi həb li min lədunkə zurriyyətən tayyibə, innəkə səmiud-dua]
“Ey Rəbbim! Mənə də Öz tərəfindən bir övlad bəxş et! Sən həqiqətən, duaları Eşidənsən!” (Ali-İmran, 38)
 
[Rabbənə həb lənə min əzvacinə və zurriyyətinə qurratə əayunin vəc-alnə lil-muttəqinə imamə]
“Ey Rəbbimiz! Bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” (əl-Furqan, 74)

[Rabbic'al həzəl-bələdə əminən vəcnubni və bəniyyə ən nəbudəl-əsnam]
“Ey Rəbbim, bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et! Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!” (İbrahim, 35)

[Rabbi lə təzərni fərdən və əntə xayrul-varisin]
“Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan” (əl-Ənbiya, 89)

https://whatsapp.com/channel/0029VaD052i4tRrqhL3mIR2Q

#dua
👍8
Fitrə zəkatı

İbn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar»[2].
 
Fitrə zəkatını vermək kimə vacibdir?
Fitrə zəkatı, özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir azad müsəlmana vacibdir. Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq və müsəlman xidmətçilər bura daxildir.
İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə zəkatını himayənizdə olan hər bir kiçik və böyük, azad və kölələrin əvəzinə verməyi vacib etmişdir»[3].
 
Fitrə zəkatının çıxarılan miqdarı:
Hər insanın boynuna yarım saa (yəni, 1,3 kq) buğda, yaxud bir saa (2,6 kq) xurma, kişmiş, arpa, quru süd, yaxud yaşadığın ölkədə bu yeməklərin əvəzləyicisi sayılan düyü, qarğıdalı və s. bu kimi qida məhsulları çıxarılır.
Buğdanın yarım saa (1, 3 kq) çıxarılması haqqında dəlil Urva ibn əz-Zubeyrin hədisidir. Hədisdə deyilir:
«Əsma bint Əbu Bəkr Peyğəmbərin (S.A.V.) vaxtında, öz ailəsinin, azad və kölə xadimələri də daxil olmaqla, hərəsinin əvəzinə iki ovuc (1,3 kq) buğda, bir saa (2,6 kq) xurma çıxarardı. Onlar məhsulu ya saa ilə, yaxud uvuc ilə ölçürdülər»[4].
Amma buğdadan başqa digər məhsulların bir saa (2,6 kq) çıxarılmasının sübutu Əbu Səid əl-Xudrinin hədisidir. O deyir: «Biz fitrə zəkatını bir saa (2,6 kq) yemək, arpa, xurma, quru süd və ya kişmiş çıxarırdıq»[5].
Əksər fiqh alimləri məhsulun qiymətini çıxarmağı məqbul saymırlar. Yalnız Əbu Hənifə buna icazə vermişdir. Bu məlumatı Nəvəvi Müslimin şərhində (7/ 60) qeyd etmişdir.
Mən isə deyirəm ki, Əbu Hənifənin bu sözü (yəni, məhsulun qiymətinin çıxarılması) məqbul sayılmır. Çünki, Allah unutqan deyildir. Əgər fitrə zəkatının qiymətini çıxarmağa icazə olsaydı, bunu Allah və rəsulu buyurardı. Biz gərək şəriət dəlillərini təhrif etmədən, mənasını yozmadan, olduğu kimi qəbul edək.
 
Fitrə zəkatının çıxarılan vaxtı:
İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə zəkatını, camaat bayram namazına çıxmadan öncə verməyi əmr etmişdir»[6].
Fitrə zəkatını toplayanlar[7] bunu bir-iki gün əvvəlcədən edə bilərlər.
Nafi deyir ki, «İbn Ömər fitrə zəkatını, fitrə toplayanlara verərdi. Onlar bunu bir-iki gün öncədən edərdilər»[8].
Fitrə zəkatını səbəbsiz yerə vaxtından gecikdirmək haramdır.
İbn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar»[9].
 
Fitrə zəkatı kimlərə verilməlidir?
Fitrə zəkatı yalnız kasıblara verilməlidir. İbn Abbasın hədisində deyildiyi kimi Peyğəmbər (S.A.V.) demişdir: «... miskinlər üçün toxluq olsun deyə vacib etmişdir».
 
Könüllü sədəqə:
Könüllü sədəqəni, çox vermək müstəhəbdir. Uca Allah buyurur: «Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir, (buna layiq olanları) biləndir».
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Hər gün insanlar səhərə çıxdıqda iki mələk nazil olar. Onlardan biri deyər ki, Allahım sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım xəsislik edib sədəqə verməyənə xəsarət ver»[10].
Müsəlmanın sədəqəsinə ən layiq olan kimsə, onun ailəsi, qohum-əqrəbasıdır. Peyğəmbər (S.A.V.) demişdir: «Miskinlərə kömək etmək sədəqədir. Qohum-əqrəbaya kömək etmək isə iki savabdır. Həm sədəqə, həm də qohumluq əlaqələrini qorumaq»[11].
 
[1] Buxari: 3/ 367/ № 1503. Müslim: 2/ 677-679/ № 984, № 986. Tirmizi: 2/ 92-93/ № 670, № 672. Əbu Davud: 5/ 4-5/ № 1595, № 1596. Nəsai: 5/ 48. İbn Macə: 1/ 584/ № 1826. Lakin onun rəvayətində hədisin ikinci hissəsi qeyd edilməmişdir.
👍2
[2] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 1480. İbn Macə: 1/ 585/ № 1827. Əbu Davud: 5/ 3/ № 1594.
[3] Hədis səhihdir. əl-İrva: № 835. Darəqutni: 2/ 141/ № 12. Beyhəqi: 4/ 161.
[4] Təhavi: 2/ 43.
[5] Buxari: 3/ 371/ № 1506. Müslim: 2/ 678/ № 985. Tirmizi: 2/ 91/ № 668. Əbu Davud: 5/ 13/ № 1601. Nəsai: 5/ 51. İbn Macə: 1/ 585/ № 1829.
[6] Buxari: 3/ 367/ № 1503. Müslim: 2/ 677-679/ № 984, № 986. Tirmizi: 2/ 92-93/ № 670, № 672. Əbu Davud: 5/ 4-5/ № 1595, № 1596. Nəsai: 5/ 48. İbn Macə: 1/ 584/ № 1826. Lakin onun rəvayətində hədisin ikinci hissəsi qeyd edilməmişdir.
[7] Bura, xeyriyyə fondları və məscidlər aid edilir. Belə fondlar fitrəni bir-iki gün əvvəlcədən toplaya bilərlər ki, toplanan fitrəni kimə lazımdırsa ona çatdıra bilsinlər. (tərc.)
[8] Buxari: 3/ 375/ № 1511.
[9] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 1480. İbn Macə: 1/ 585/ № 1827. Əbu Davud: 5/ 3/ № 1594.
[10] Buxari: 3/ 304/ № 1442. Müslim: 2/ 700/ № 1010.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3858. Tirmizi: 2/ 84/ № 653.

https://zikr.az/node/5120

https://whatsapp.com/channel/0029VaD052i4tRrqhL3mIR2Q


#fitrə_zəkatı
👍4
Sual: 
Bayram namazi nece qilinir?


Cavab: 
Müsəlmanların iki bayramı vardır: Ramazan və Qurban bayramı. Bayram namazı camaatla qılınan iki rükətli namazdır. Birinci rükətdə ihram təkbirindən (namazda ilk açılış təkbirindən) sonra qiraətdən əvvəl 7- dəfə təkbir edilir ("Allahu Əkbər" deyilir). İkinci rükətdə isə 5-dəfə təkbir edilir və beləcə iki rükətli namaz kimi adi qaydada səsli qılınır. Namazdan sonra məscidin imamı camaata xütbə verir. 

http://zikr.az/node/2181

https://whatsapp.com/channel/0029VaD052i4tRrqhL3mIR2Q

#bayram_namaz
Ramazan bayramı təkbiri

▫️ “Allahu əkbər! Allahu əkbər! Allahu əkbər! Lə iləhə illə-Llahu! Allahu əkbər! Allahu əkbər! Allahu əkbər! Və li-Lləhi-l-həmd!”
الله أكبر الله أكبر الله أكبر لا إله إلا الله الله أكبر الله أكبر الله أكبر ولله الحمد

▫️ Allahu əkbər kəbira! Vəlhəmdu li-Lləhi kəsira! Va subhənə Allahi bukratən va əsılə!
الله أكبر كبيراً والحمد لله كثيراً وسبحان الله بكرة وأصيلاً

https://whatsapp.com/channel/0029VaD052i4tRrqhL3mIR2Q

zikr.az
👍6
Allahın təkliyinə, varlığına və kamil olmasına əqli dəlillər

Abdur-Rahmən əs-Sədi
 
 
 
 
Rahmən və Rahim olan Allahın adı ilə!
 
Allaha həmd olsun və Muhəmmədin üzərinə Allahın salamı olsun! Bu kitab Abdur-Rahmən əs-Səədinin ateistlərin şübhələrinə qarşı yazdığı “əl-Bərahinul-Aqliyyətu alə Vahdəniyyətir-Rabbi va Vucuhi Kəməlihi” – “Ağıl sahiblərinə Rəbbin təkliyinə və  Sifətlərinin Ucalığına aid dəlillər” adlı kiçik bir risalənin ixtisar olunmuş formasıdır. Allah bu risaləni insanlar üçün faydalı etsin!
 
Bu məsələ ən əzəmətli, ən böyük, ən vacib, ən faydalı və ən aydın məsələdir. Allah tərəfindən bütün peyğəm­bərlərə nazil olan kitablar və bütün peyğəmbərlər bu məsələ üzərində ittifaq etmişlər. Ümmətlərini dəvət edən peyğəmbərlər camaatlarına belə demişlər: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur” (əl-Əraf, 59). Onlar öz ümmətlərinə Allahın vəsfini xatırladır, Allahın onların üzərində olan nemətlərini və lütfünü yada salırdılar. Onlar da bunun səbəbilə Rəblərinə ibadət edir və Ona boyun əyirdilər. Əzəmətli Quran və Sünnə əvvəlindən axırına kimi bu məsələni bəyan edir, bu məsələyə aid növbənöv dəlillər qeyd edir və ayələri bu şeyləri açıqlamaq üçün sərf edir.
Bu mühazirədə məqsəd ancaq Kitab və Sünnədən olan dəlilləri qeyd etmək deyil. Belə ki Kitab və Sünnədə sayıb qurtara bilməyəcəyimiz qədər çoxlu dəlillər var. Onlar açıq və aydın dəlillərdir. Bunları elm adamları və sıravilər də bilir. Bu, məqsədə çatmaq üçün kifayət edir. Lakin biz bu risalədə Allahı tanımağa kömək edən əqli dəlillərə işarə etmək istəyirik. Bu dəlillər bəşəriyyətdə olan ağıllı insanları Allaha boyun əyməyə kömək edir. Bu şeyləri təkəbbürlülərdən, dini və ağlı tərk edəndən başqa heç kim tərk etməz. Möminə yeni dəlillərə ehtiyac yoxdur, lakin hər dəfə mömin həmin dəlilləri biləndə imanı güclənir və onun yəqinliyi artır. Nəticədə bu ən əzəmətli və ən böyük nemətə görə Allaha həmd edir. Ona görə də, bütün peyğəmbərlər öz ümmətlərinə demişlər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar?” (İbrahim, 10). Onlar ümmətlərinə belə bir düşündürücü sual vermişlər, çünki hər bir ağıllı insanın qəlbində Allahın Rəbb olması qərar tutmuşdur.
 
Allahın müvəffəqiyəti ilə deyirik;
Hadisələrin baş verməsində üç qisim əqli məsələ var. Bil ki, Allah sənə rəhm etsin, əgər sən yerə və göyə, orda olan növbənöv yaradılanların çoxluğuna, hər an yenilənən hadisələrə baxıb düzgün düşünsən, bilərsən ki, bu şeyləri üç qismə bölmək olar:
1. Yaradılmışların (öz-özünə yaranması) və baş verən hadisələrin öz-özünə baş verməsi mümkün deyil. Ağıl bunun batil olmasını deyir. Yəqin olaraq deyə bilərik ki, kim bu cür deyərsə, ağıllı olmaqdan çox dəliliyə yaxındır. Çünki hər ağlı olan bilir ki, heç bir şey - icad edən, hadisəni icra edən olmadan mövcud ola bilməz.
2. Məxluqat və bu hadisələrin öz-özünü yaratması. Həmçinin bu da ağıl ilə inkar olunur. Ağıl bunun batil olmasını gərəkdirir. Hər bir ağlı azan qəti şəkildə bilir ki, heç bir hadisə öz-özünə baş verə bilməz. Bu iki qismin ağıl və fitrət ilə batil olması üzə çıxır.
3. Məxluqat və hadisələri edənin bir yaradanı var. O da əzəmətli olan Allahdır. O, hər bir şeyin Rəbbidir və bütün işləri idarə edəndir. Ona görə Uca Allah bunu hər bir ağlı olana bildirmiş və işarə etmişdir: “Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar” (ət-Tur, 35-36). Hər bir məxluqun yaradanının olması, hər bir hadisəni və hər bir əsəri edənin olması vacibdir. Bu, ağlın tələb etdiyidir. Bütün ağlı olanlar bunda ittifaq etmişlər. Kim bu dəlillərdə şübhə etsə, artıq öz ağlına müxalif olmuş və zəlalətə düşmüşdür.
Allah sənə rəhm etsin! Bir özün üçün fikirləş! Yaradılışının əvvəlinə bax! Sən nütfədən, sonra laxtalanmış qandan, sonra isə ət parçasından yarandın. Beləliklə, sənin yaradılışın, zahiri və daxili əzaların  kamilləşdi.
👍1
Bunları görmək Rəbbin hər bir şeyə qadir olmasının, hər bir şeyi əhatə etməsinin və yaratdığı hər bir şeydə hikmətli olmasının əlaməti deyilmi?! Bütün yaradılmışlar həmin nütfəni növbənöv mərhələlərlə dəyişdirib, ana bətnində yerləşdirərək ona zahiri və daxili əzaları qoyub, onu belə bir tezliklə əzəmətli bir yaradılışda yetişdirə bilərlərmi? Onlar əzaları bü cür möhkəm quruluşla yaratmağa qadirdirlərmi? Buna görə də bu doğru baxış səni hər şeyə qadir olan Allahın əzəmətli olmasına, Ona əyilməyə, Onun kitablarını, elçilərini və Qiyamət gününü təsdiq etməyə gətirib çıxaracaq.
Allah səni qorusun! Allahdan başqa heç kəsin elm kamil sahibi olmadığını, yerin və göylərin yaradılışını, onların arasında olan aləmləri düşün! Yerin və göylərin necə gözəl və nizamlı şəkildə yaradıldığını düşün! Müxtəlifliyə fikir ver. Bunlar səni kamil olan Rəbbin yaradan olmasına və təkliyinə inanmağa gətirib çıxarmırmı?
Allah bu əqli dəlili bu sözü ilə çatdırmışdır: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir” (ər-Rum, 25); “Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz” (Fatir, 41).
Ey qardaşım, bu dövran edən dünyanı, onun üzərində bir-birini əvəz edən gecə və gündüzü, vaxtın fəsillərə bölünüb qulların xeyri üçün nizamlanmasını düşün! Bu faydaları sayıb qurtarmaq mümkün deyil. Bunlar təsadüfənmi, bir yaradıcı olmadanmı baş verib? Yoxsa bunları hər şeyi gözəl şəkildə idarə edənmi yaradıb?
Allah buyurur: “Bu hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır” (ən-Nəml, 77).
Allah səni doğru yola yönəltsin! Bax gör, Uca Allah yaratdığı hər məxluqa layiqli yerini vermiş, sonra onun yaşaması və mənfəəti üçün lazım olan zəruri şeyləri öyrətmiş, hətta kiçik məxluqlara da bu şeyləri vermişdir. Onların ruzisini onlar üçün asanlaşdırmış və necə qəbul etməyi onlara öyrətmişdir. Kim bu ümumi məsələlərə baxsa və hər məxluqun mənfəət əldə etməsi üçün çalışmasını görsə, bilər ki, bunu Allah onlara ilham edib. Bu, Allahın böyük bir qayğısının işarəsidir. O, hər şeyin Rəbbi, Xaliqi və ruzi verənidir. O, yaratdıqlarını öyrətmiş və onlara zərəri özlərindən dəf etməsi qabiliyyətini vermişdir. Bu, açıq-aşkar şəkildə Allahın təkliyinə və kamil olmasına işarədir. Uca Allah bu sözü ilə bəyan edir ki: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” (Taha, 50). Növbənöv heyvanların Allahın öyrətməsi ilə xeyri əldə etməyə, şəri dəf etməyə, müstəqil həyata qədər balalarının qayğısına qalmaları heyvanların özü-özünə yaradılma­larındandır, yoxsa bu Allahın rəhmətinin, elminin və hikmətinin geniş olmasındandır?!

https://whatsapp.com/channel/0029VaD052i4tRrqhL3mIR2Q
👍5
Peyğəmbəri ﷺ səmimi-qəlbdən sevməyin altı əlaməti

Peyğəmbəri ﷺ sevməyin də səmimiliyini göstərən əlamətlər vardır. Kimin bu əlamətlərdən nəsibi nə qədər çox olarsa, onun Peyğəmbərə ﷺ olan məhəbbəti də o qədər böyük olar. Bu əlamətlərdən altısını qeyd edək:

1) Peyğəmbərin ﷺ sünnəsinə tabe olmaq və onun yolunu tutmaq.

2) Peyğəmbəri  çox xatırlamaq və görməyi arzulamaq.

3) Qurani-Kərimi öyrənmək, ona əməl etmək və onun buyurduğu əxlaqi keyfiyyətlərə yiyələnmək.

4) Peyğəmbəri  sevənləri sevmək, onun düşmənlərinə isə nifrət etmək.

5) Peyğəmbəri  Uca Allahın ona verdiyi məqamdan üstün etməklə həddi aşmaqdan və ifrata varmaqdan çəkinmək.

6) Bidətlərdən çəkinmək və nəfsi istəklərə uymaqdan uzaq durmaq.

Daha ətraflı
https://zikr.az/node/24791

http://telegram.me/zikr_az