Zikr.az
640 subscribers
12 photos
1 video
616 links
Bu kanal Allahı, İslamı və Peyğəmbəri olduğu kimi tanıdan sayt:www.zikr.az saytının rəsmi telegram kanalı.

http://zikr.az/node/add/sual-cavab?
Download Telegram
Ən böyük günah hansıdır?

Allaha şərik qoşmaq bizi yaradan, bizi və bütün kainati idarə edən Allaha atılan iftira və yalandir

Uca Allah buyurur:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar” (ən-Nisa, 48);
Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır” (əl-Ənam, 138);
Yalan sözlərlə Allaha iftira atan, yaxud Onun ayələrini təkzib edən kəsdən daha zalım kim olar?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar” (əl-Ənam, 21);
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə qapılır və ancaq yalan uydururlar” (Yunus, 66);
Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir” (Yunus, 36);
Alaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükr etmir” (Yunus, 60).

https://instagram.com/zikr.az

#Şirk_Allahın_bağışlamayacağı_ən_böyük_günah

#Şirk #böyük_günah
Özünüzü təlükəyə atmayın - əl-Bəqərə surəsi 195 - ci ayə

195. “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir”

Rəvayət edilir ki, Əsləm Əbu İmran  demişdir: “Biz Konstantinopolda 
idik. Misirə Uqbə ibn Amir, Şama isə Fədalə ibn Ubeyd rəhbərlik edirdi. 
Bir gün şəhərdən rumlulardan ibarət böyük bir dəstə çıxaraq cərgəyə düzüldü. Biz də onlara qarşı müsəlmanlardan ibarət böyük bir dəstəni cərgəyə düzdük. Müsəlmanlardan olan bir kişi rumluların cərgəsinə hücum edərək onların aralarına girdi. Sonra oradan üzü bizə tərəf çıxdı. İnsanlar qışqıraraq dedilər: “Subhən-Allah! Bu gənc öz əli ilə özünü təhlükəyə atdı”. Allah Elçisinin   səhabəsi Əbu Əyyub dedi: “Ey insanlar, siz bu ayəni bu cür yozursunuz?” Bu ayə biz ənsar topluluğu barədə nazil 
olmuşdur. Uca Allah öz dinini qüvvətləndirdikdə və onun köməkçiləri çoxaldıqda, biz öz aramızda Allah Elçisindən   gizlində bir-birimizə dedik: “Mal-dövlətimiz tələf olmuşdur. Əgər biz mal-dövlətimizin yanında qalıb onların qeydinə qalsaydıq, heç biri tələf olmazdı”. Uca Allah da Öz Kitabında bizim narahatlığımızı rədd edərək bu ayəni nazil etdi: “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın” (əl-Bəqərə, 195). Bu təhlükə bizə döyüşmək əmr olunduğu halda mal-dövlətimizin yanında qalıb ona baxmaq istəyi idi”. Əbu Əyyub Allah yolunda ölənə qədər döyüşməyə davam etdi”.

ən-Nəsəi “Sunənul-Kubra” 10962, 11029; əl-Beyhəqi “Sunənul-Kubra” 17704, 18383; əl-Hakim, 
3088. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 13.

Rəvayət edilir ki, Əsləm Əbu İmran ət-Tuciybi  demişdir: “Biz Rum 
torpaqlarında olarkən rumlular bizə qarşı böyük bir qoşun çıxardılar. Biz müsəlmanların sayı isə onlar qədər və ya onlardan da bir az artıq idi. 
Misirdən olan camaata Uqbə ibn Amir, digər camaata isə Fədalə ibn 
Ubeyd başçılıq edirdi. Bu vaxt müsəlmanlardan biri rumluların üzərinə hücum edib özünü qoşunun içərisinə atdı. Müsəlmanlar isə qışqırıb dedi: “Subhan-Allah! O öz əli ilə özünü təhlükəyə atdı!” Bunu eşidən Əbu Əyyub əl-Ənsari qalxıb dedi: “Ey insanlar! Siz bu ayəni beləmi izah edirsiniz? Halbuki, bu ayə biz ənsarlara aid nazil olmuşdur. Uca Allah İslam dinini izzətləndirən və bu dinin köməkçiləri çoxalan zaman, biz Peyğəmbərdən gizlin bir-birimizə dedik: “Doğrudan da var-dövlətimiz azalıb. Artıq Uca 
Allah İslam dinini izzətləndirib və bu dinin köməkçiləri də çoxalıb. Odur 
ki, var-dövlətimizi xərcləməyib saxlasaq və əskilmiş olanı bərpa etsək yaxşı olar”. Bu vaxt Uca Allah bizə cavab olaraq Öz Peyğəmbərinə bu ayəni nazil etdi: “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir”. (əl-Bəqərə, 195). Təhlükə isə var-dövləti xərcləməyib saxlamaqda, əskilmiş olanı bərpa eməkdə və Allah yolunda olan cihadı tərk etməkdə idi. Əbu Əyyub əl-Ənsari isə Rum torpağında dəfn olunana 
qədər Allah yolunda canı və malı ilə əzmkarlıq göstərdi”.

ət-Tirmizi, 2972, 3236; İbn Hibban, 4711; ət-Tayəlisi, 600; əl-Hakim, 2434. Hədis səhihdir. Bax: 
Səhihut-Tərğib vat-Tərhib, 1388.

Rəvayət edilir ki, Əsləm Əbu İmran  demişdir: “Biz Mədinədən 
Konstantinopola yürüşə çıxdıq. Qoşunun əmiri Abdur-Rahmən ibn Xalid ibn Valid idi. Rumlular kürəklərini şəhərin divarına söykəmişdilər. Bu zaman bir kişi düşmənin üzərinə atıldı və insanlar dedilər: “Boş buraxın, boş buraxın! Lə iləhə illəllah! Özünü öz əli ilə təhlükəyə atır!” Bu sözləri eşidən Əbu Əyyub dedi: “Bu ayə biz ənsarlar barəsində nazil olmuşdur. O vaxt ki, Allah öz Peyğəmbərinə   kömək etdi və İslamı izzətləndirdi, biz dedik: “Gəlin malımızın üzərində durub onu qoruyaq!” Uca Allah da bu ayəni nazil etdi: “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə 
özünüzü təhlükəyə atmayın”. (əl-Bəqərə, 195). Özünü öz əlinlə təhlükəyə atmaq, malımızın üzərində durub onu qorumağımız və Allah yolunda döyüşü tərk etməyimizdir”. Əbu İmran deyir ki, Əbu Əyyub Allah yolunda döyüşməyi axıra qədər tərk etmədi və sonda Konstantinopolda dəfn olundu”.
Əbu Davud, 2514. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 2512.

Rəvayət edilir ki, Əbu Cubeyra   demişdir: “Ənsarlar Allah yolunda çoxlu sədəqə verirdilər. Onlara qıtlıq üz verdikdə isə var-dövlətlərini xərcləməyib saxladılar və Uca Allah da bu ayəni nazil etdi: “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir”. (əl-Bəqərə, 195)”.2


ət-Tabərani “Mucəmul-Əvsat” 5671; İbn Qani “Mucəmus-Sahabə” 474; Əbu Nueym əl-
Əsbəhani “Məarifətus-Sahabə” 3453; İbn Əbu Asim “Cihad” 87. Şeyx Muqbil səhih olduğunu 
bildirmişdir.

Rəvayət edilir ki, ən-Nomən ibn Bəşir Allahın  bu sözü: “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”- haqqında demişdir: “Müsəlmanlardan biri günah edib belə deyərdi: “Allah məni bağışlamayacaq!” Uca Allah da bu ayəni nazil etdi: “…Öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir”. (əlBəqərə, 195)”.

ət-Tabərani “Mucəmul-Əvsat” 5672; əl-Vahidi “Əsbabun-Nuzul” səh. 34-35; əl-Beyhəqi “Sunənul-Kubra” 9/45. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.

https://t.me/ayelerin_nazil_olma_sebebleri
On iki rükət nafilənin fəziləti

Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim gündə on iki rükət namaz qılarsa, Cənnətdə onun üçün bir ev tikilər; dörd rükət Zöhrdən əvvəl, iki rükət Zöhrdən sonra, iki rükət Məğribdən sonra, iki rükət İşadan sonra və iki rükət də Sübh nama­zından əvvəl". (ət-Tirmizi, 415).

http://telegram.me/zikr_az

#namaz

Zikr.az
Türbəsi Beyləqanda yerləşən Cərcis adlı peyğəmbər həyatda mövcud olmuşdur?

Səhih tarixi mənbələrdə Beyləqanda türbəsinin olduğu iddia olunan şəxsin Cərcis adlı bir peyğəmbər olması barədə hər hansı bir məlumat bildirilməmişdir. Qurani-Kərimdə adları çəkilən 25 peyğəmbərin arasında da onun adı qeyd olunmur. Həmçinin, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə bir peyğəmbər barədə bizə məlumat verməmişdir. Bəzi mənbələr bu şəxsin İsa peyğəmbərdən (ona salam olsun!) sonra gəldiyini iddia edirlər, halbuki Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) İsa ilə onun arasında peyğəmbər olmadığını bildirmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dedi­yini eşitmişəm: "İnsanların Mər­yəm oğluna ən yaxın olanı mənəm. (Ümu­miy­yətlə) peyğəmbərlər ata bir, ana ayrı (yəni əqidələri bir, şəriət qayda-qanunları isə ayrı) övladlardır.

Daha ətraflı
http://zikr.az/node/17610

http://telegram.me/zikr_az

#xurafat
Peyğəmbərlərin sayı və onların göndərilməsi arasındakı müddət necə olub?

Bəzi rəvayətlərdə yer üzünə 124 min nəbi (peyğəmbər) və 313 rəsul (elçi) göndərilmişdir kimi xəbərlər verilsə də, bu barədə olan rəvayətlərin hamısı zəifdir. İslam alimləri demişdirlər ki, səhih hədislərə əsasən peyğəmbərlərin sayı ilə bağlı dəqiq bir rəqəm bildirilməmişdir. Bir çox peyğəmbələr olub ki, Uca Allah onlar barədə bizə heç bir məlumat verməyib: "Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik". (ən-Nisa, 163-164).

Peyğəmbərlərin göndərilməsini, onların arasında olan dövrü, neçə il yaşamasını, hansı peyğəmbərin hansı qövmə (camaata) gəlməsini isə Uca Allah Öz hikməti ilə təyin etmişdir. Uca Allah buyurur: "Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər". (Fatir, 24-25).

http://zikr.az/node/16721

http://facebook.com/www.zikr.az

#peyğəmbərlər #şəxslər
Məhəmməd peyğəmbərdən sonra peyğəmbər olacaqmı?

Muhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) peyğəmbərlərin (aleyhimis-sələm) sonuncusudur. Uca Allah buyurur: "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur". (əl-Əhzab, 40).

Peyğəmbər həmçinin özündən sonra yalançı rəsulların olacağını əvvəlcədən xəbər vermişdir: "Mənim ardıcıllarımın nəsilləri bütlərə ibadət etmək üçün çoxilahlılara qoşulmayana və mənim ardıcıllarım arasında özünə peyğəmbər deyən otuz yalançı gəlməyənə qədər Qiyamət qopmayacaq. Biləsiniz ki, həqiqətən mən sonuncu peyğəmbərəm və məndən sonra peyğəmbər olmayacaq". (ət-Tirmizi, 2219. ət-Tirmizi bu hədisə yaxşı və səhih demişdir).

Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əliyə (Allah ondan razı olsun) demişdir: "İstəmirsənmi ki, sənin nisbətin mənə Harunun Musaya olan nisbəti kimi olsun, bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq". (Səhih Muslim).
"İs­rail oğullarının arasında peyğəmbərlər siyasət yürüdürdülər və hər dəfə bir peyğəm­bər dünyasını dəyişdikdə, digəri ilə əvəz olunurdu. Məndən son­ra isə peyğəmbər olmayacaq, çoxlu xəlifələr olacaqdır" Səhabələr dedi­lər: "Bizə nə əmr edirsən, (ya rəsulullah)?" Dedi: "Ara­larından birinci seçilmiş olana beyət edərək onların haq­l­a­rını ödəyin. Uca Allah onları rəiyyətləri barədə sorğu-sual edəcəkdir". (Səhih əl-Buxari, 3455; Səhih Muslim, 1842).

http://zikr.az/node/7110

https://instagram.com/zikr.az

#peyğəmbər #şəxslər
Qurban ətini neçə yerə bölüb paylamaq lazımdır?

Qurban - bayram günü və təşriq günləri (bayram günündən sonra üç gün) kəsilir. İmkanı olan insanın qurban kəsməsi vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "İmkanı ola-ola qurban kəsməyən bizim namazgaha gəlməsin". (İbn Məcəh, 3123). 
Qurban - bayram namazından sonra kəsilməlidir. Çünki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim qurbanını bayram namazından öncə kəsibsə, onun yerinə birini də kəssin. Kim qurbanını kəsməyibsə, indi kəssin". (əl-Buxari, 5562).
Qurban yalnız inək, qoyun (keçi də qoyun fəslinə aiddir) və dəvədən olur. Uca Allah buyurur: "Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər". (əl-Həcc, 34).
Dəvə kəsmək üçün on nəfər, inək kəsmək üçün isə yeddi nəfər şərik ola bilər. Qoyun kəsməkdə şərik olmaq olmaz, onu ancaq bir nəfər özünün və ailəsinin adından kəsə bilər. 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd cür heyvan qurbanlığa yaramaz: Bir gözü açıq-aşkar kor olan, xəstəliyi aydın bilinən, axsaqlığı aşkar görünən və qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvan". (İbn Məcəh, 3144).
Yuxarıda qurbanlığa icazə verilən heyvanı "Bismilləh, Allahu Əkbər" (Allahın adı ilə, Allah ən Böyükdür) deyib kəsmək lazımdır. Heyvanın ətinin bir qismini ailəniz üçün, qalan hissəsini isə qurban kəsə bilməyən yoxsul insanlara paylaya bilərsiniz. Qurban ətini bölüşdürməkdə sərbəstsiniz və istənilən hissəsini pay verə bilərsiniz.    
http://zikr.az/node/2120

http://telegram.me/zikr_az

#qurban_bayramı
Ramazan və Qurban bayramı neçə gündür?

İslamlar alimləri demişlər ki, əslində Ramazan və Qurban bayramlarının şəriətdəki müddəti 1 gündür. Ancaq alimlərin dediklərinə görə yeyib-içmək, bayramlaşmaq baxımından Ramazan bayramını 3 gün, Qurban bayramını da təşriq (bayramdan sonrakı 3 gün. Qəməri təqvimilə Zil-Hiccə ayının 11, 12 və 13-ü) günləri ilə birlikdə 4 gün bayram kimi qeyd etməkdə bir qəbahət yoxdur. Çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ərafa günü, Qurban günü və ondan sonrakı təşriq günləri bizim bayramımızdır. Onlar yeyib içmək günləridir (yəni bayram günləri)". (ət-Tirmizi). İmam əş-Şövkani demişdir ki, bu hədis Qurban kəsilən gündən sonrakı təşriq günlərinin də bayram kimi qeyd edilməsinə dəlildir. (Bax: əl-Muntəqa şərh əl-Muvatta).
Uca Allah buyurur: "Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin...". (əl-Bəqərə, 203). İbn Abbas (Allah ondan razı olsun) ayədəki "Əyyami mə'dudat - sayı müəyyən olan günləri" Zil-Hiccənin ilk on günü və təşriq günləri deyə təfsir edilmişdir.

https://instagram.com/zikr.az

http://zikr.az/node/15599

#oruc
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

"Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisə, 116).

Ona görə də Uca Allahdan başqasına dua etməkdən çəkinmək lazımdır. Uca Allah buyurur: "Kim Allahla yanaşı başqa bir məbuda dua edirsə - bunun üçün onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!" (əl-Mu'minun, 117).
 
Bəziləri isə bu yerlərin Uca Allaha yaxınlaşmaq üçün vasitə olduğunu zənn edirlər. "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (əz-Zumər, 3).

Bəziləri isə həmin yerlərə gedib orada yalnız Uca Allaha dua edirlər, amma həmin yerlərdən duanın daha tez eşidildiyini düşünürlər. Uca Allah buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186).
"Biz ona şah damarından da yaxınıq". (Qaf, 16). 

http://zikr.az/node/3704

http://telegram.me/zikr_az

#xurafat
Aşura gününün orucu

Aşura – hicri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Aşura sözü ərəb dilində "onuncu" deməkdir. Aşura günündə oruc tutmaq bəyənilən əməllərdən sayılır. İbn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: “Bu nədir?”
On­lar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmən­lə­rin­dən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tut­muş­dur”.
Peyğəmbər buyurdu: “Mən Musaya (onun etdiyini davam etməyə) siz­dən daha haqlıyam”. Sonra o, həmin günü oruc tutdu və səhabə­lərinə də oruc tutmağı əmr etdi. (əl-Buxari, 2004).

Peyğəmbərdən Aşura gününün orucu barədə soruşduqda, o belə buyurmuşdur: “Keçmiş il üçün işlənmiş günahları yuyacaq!” (Muslim, 1162, 2804).

Allah Elçisi buyurmuşdur: “Ramazandan sonra ən fəzilətli oruc ayı Allahın Muhərrəm ayıdır. Fərz namazlarından sonra ən fəzilətli namaz da gecə namazıdır”. (Muslim, 1163, 1982).

Aşura gününün orucu Məhərrəm ayının 9-u və 10-u, və ya 10-u və 11-i, yaxud da ardıcıl olaraq 9-u, 10-u və 11-ci günləri tutulur.

http://zikr.az/node/11015

https://instagram.com/zikr.az
Quranın bəzi ayələrinin nəsx olunmasının (unutdurulmasının) hikməti nədir?

Uca Allah buyurur: "Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?" (əl-Bəqərə, 106). Təbii ki, Allahın hər bir işində hikmət olduğu kimi, bu məsələdə də hikmətlər vardır. Bu hikmətlərin bəziləri bizə bildirilmiş, bəziləri isə gizli qalmışdır. Məsələn, səhabələr buna hazır olmadıqları üçün, içki birdən birə yox, mərhələli şəkildə haram edilmişdir. İçki barəsində nazil olan ilk ayə budur: "Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: "İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür". (əl-Bəqərə, 219). 
Bir müddətdən sonra isə bu ayə nazil olur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın". (ən-Nisa, 43). 

Artıq səhabələr tam hazır olandan sonra isə bu ayə nazil olur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Maidə, 90).
Nəsx edilmiş (insanlara unutdurulmuş) ayələr müxtəlif cürdür:
Həm ayə, həm də hökmü nəsx edilmişdir. Məsələn, Aişə (Allah ondan razı olsun) əvvəllər Quranda 10 dəfə südəmmənin evlənməyi haram edən qohumluq əlaqəsi yaratması haqqında ayənin olduğunu, sonradan həm ayənin, həm də hökmünün unutdurulduğunu demişdir (Muslim, 1542)
Ayə nəsx edilmiş, hökmü isə qüvvədə qalmışdır. Məsələn, Ömər ibn Xəttab və Ubeyy ibn Kəb (Allah onlardan razı olsun) rəvayət etmişlər ki, evli zinakarın daşqalaq edilməsi ilə bağlı ayə unutdurulmuş, amma hökmü qalmışdır.
Ayə qalmış, amma hökmü nəsx edilmişdir. "Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir." (əl-Mücadilə, 12)  ayəsi aşağıdakı ayə nazil olandan sonra nəsx edilmiş, amma Quranda qalmışdır: "Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır." (əl-Mücadilə, 13).

http://zikr.az/node/8135

http://telegram.me/zikr_az

#quran
Naməlum mənbələrdən öyrəndiyim duaları edə bilərəmmi?

Dua ən əzəmətli ibadət olduğu üçün onun qəbul olunması üçün onu Allahın buyurduğu şəkildə etmək lazımdır. Ən gözəl və Uca Allahın ən çox qəbul etdiyi dualar Uca Allahın Quranda və Peyğəmbər vasitəsilə Səhih Hədislərdə bizə öyrətdiyi dualardır. Çalışın naməlum mənbələrdən götürülmüş duaları etməyin. Həmçinin İslam dininə zidd olmayan sözlərdən istifadə edərək istədiyiniz şəkildə dua edə bilərsiniz.

Bağışlanma diləmək və tövbə etmək

[Rabbi inni zaləmtu nəfsi fəğfir li]

“Ey Rəbbim! Mən özüm-özümə zülm etdim, məni bağışla!” (əl-Qasəs, 16). 

[Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi ilmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin]

“Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram” (Hud, 47)

[Lə iləhə illə əntə subhanəkə inni kuntu minəzzalimin]

Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur. Mən isə həqiqətən zalimlərdən olmuşam” (əl-Ənbiya, 87)

Zikr.az

http://telegram.me/zikr_az

#dua
Bağışlanma diləmək və tövbə etmək

[Rabbənə-ğfir lənə zunubənə və israfənə fi əmrinə və səbbit əqdamənə vənsurnə aləl-qaumil-kəfirin]
“Ey Rəbbimiz! Günahlarımıza və işlərimizdə həddimizi aşdığımıza görə bizi bağışla, qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Ali-İmran, 147)

[Rabbiğfir vərhəm və Əntə xayrur-rahimin]
“Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan” (əl-Muminun, 118)

[Rabbənə lə tuəxiznə in nəsiynə əu əxtanə, Rabbənə və lə təhmil aleynə isran kəmə haməltəhu aləlləzinə min qablinə, Rabbənə və lə tuhəmmilnə mə lə taqətə lənə bihi, vafu annə vəğfir lənə vərhəmnə, Əntə məulənə fənsurnə aləl-qaumil-kəfirin]

“Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əvf edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar Sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (əl-Bəqərə, 286)

http://facebook.com/www.zikr.az

#dua
Bağışlanma diləmək və tövbə etmək

[Rabbənəğ-fir lənə və li ixvaninəl-ləzinə səbəqunə bilimən və lə təc'al fi qulubinə ğıllən lil-ləzinə amənu. Rabbənə innəkə Raufur-Rahim]

“Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, Sən, həqiqətən, Şəfqətli və Mərhəmətlisən” (əl-Həşr, 10)

[Rabbənə ətmim lənə nuranə vəğfir lənə innəkə alə kulli şeyin qadir]

“Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə Qadirsən” (ət-Təhrim, 8) 

[Rabbiğ-firli xətiəti və cəhli və israfi fi əmri kullihi və mə Əntə ələmu bihi minni. Allahumməğfirli həzli və ciddi və xətaya və əmdi və kullu zalikə indi. Allahumməğ-firli mə qaddəmtu və mə əxxərtu və mə əsrərtu və mə ələntu, Əntəl-Muqəddimu və Əntəl-Muəxxiru və Əntə alə kulli şeyin qədir]

“Ya Rəbbim! Günahımı, cahilliyimi, etdiyim israfı və bilməyib etdiklərimi - yalnız Sən hər şeyi bilənsən - bağışla. Allahım, zarafatla, ciddi, bilməyərək və bilərəkdən etdiyim səhvlərə görə məni bağışla! Bunların hamısının məndə olması mümkündür!” (əl-Buxari, 6399).

http://facebook.com/www.zikr.az

#dua
Bağışlanma diləmək və tövbə etmək

[Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə'fu anni]

“Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla” (Səhih ət-Tirmizi, 3/ 184) 

[Rabbi-ğfirli və livalideyyə və limən dəxalə beytiyə muminən və lil-mumininə vəl-muminət və lə təzidiz-zaliminə illə təbara]

“Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır” (Nuh, 28)

[Rabbənə-ğfirli və livalideyyə və lil-mumininə yəumə yəqumul-hisəb]

“Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla” (İbrahim, 41)

https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

#dua
Bağışlanma diləmək və tövbə etmək

[Rabbənə təqabbəl minnə, innəkə Əntəs-Səmiyul-Alim]

“Ey Rəbbimiz! (Bu xeyirli işi) məndən qəbul et, Sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən” (əl-Bəqərə, 127) 

[Və tub aleynə, innəkə Əntət-Təvvabu-Rahim]

“Tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul Edən və Mərhəmətlisən” (əl-Bəqərə,128)

[Rabbənə aleykə təvəkkəlnə və ileykə ənəbnə va ileykəl-masir]

“Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır” (əl-Mumtəhinə, 4)

http://zikr.az/node/9214

#dua
Nəyə görə İslamda cümə günü müqəddəs sayılır?

Cümə günü çox mübarək bir gündür. Allah Elçisi (salləllahu aleyhi və səlləm de­miş­dir: "Allah dərgahında ən fəzilətli gün Cümə günüdür". (Hədis səhihdir).

Həmçinin, o demişdir: "Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaqdır. Cin və insanlardan başqa elə bir canlı yoxdur ki, Cümə günü dan yeri ağarandan günəş çıxana qədər Qiyamətin qopmasına görə qorxu içində gözləməsinlər. Bu gündə elə bir saat vardır ki, müsəlman bir qul həmin saatda namaz qılarkən Allahdan dilədiyini Allah ona verər...". (Əbu Davud, 1048).

Cümə namazının vacib olması haqda isə Qurani Kərimdə Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cümə, 9).
 
http://zikr.az/node/2040

http://telegram.me/zikr_az

#cümə #namaz
Ruzi duası

[Allahummə inni əuzu bikə minəl-aczi vəl-kəsəli vəl-cubni vəl-buxli vəl-hərəmi vəl-qəsvəti vəlğəfləti vəl-ayləti vəz-zilləti vəl-məskənəti və əuzu bikə minəl-fəqri vəl-kufri vəl-fusuqi vəş-şiqaqi vən-nifaqi vəs-sum-əti vər-riyai və əuzu bikə minəs-saməmi vəl-bəkəmi vəl-cununi vəl-cuzəmi vəl-bərasi və seyyi-il-əsqami]

“Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan, sərtlikdən, qəflətdən, ehtiyacdan, rüsvayçılıqdan, miskinlikdən, kasıbçılıqdan, küfrdən, fasiqlikdən (asilikdən), ixtilafdan, nifaqdan, lovğalıqdan (təkəbbürlükdən), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinosluqdan və pis xəstəliklərdən Sənə sığınıram!” (Səhih əl-Cəmi, 1/ 407) 
 
[Allahummə inni əuzu bikə minəl-fəqri vəl-qilləti vəz-zilləti və əuzu bikə min ən əzlimə əu uzləmə]

“Allahım, kasıbçılıqdan, qıtlıqdan, rüsvayçılıqdan, zülm etməkdən va ya mənə zülm edilməsindən Sənə sığınıram!” (Səhih ən-Nəsəi, 3/ 1111). 
 
[Allahummə, inni əs-əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn]

“Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olan əməl istəyirəm!” (Səhih İbn Macə, 1/ 152) 
 
[Allahummə-ğfir li zənbi və vassi' li fi dəri və bərik li fima rəzaqtəni]

“Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və ruzimi bərəkətləndir!” (İmam Əhməd, 4/ 63)

[Rabbi inni limə ənzəltə ileyyə min xayrin fəqiyr]

“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam” (əl-Qasəs, 24)
 
http://telegram.me/zikr_az

#Ruzi_duası #dua