İmanı artırmaq üçün nə etmək lazımdır?
İmanın azalması problemi müsəlmanlar arasında geniş yayılmışdır və tez-tez bu cür şikayətlər edilir: "ibadəti həvəssiz edirəm", "günahdan əl çəkə bilmirəm", "dua edə bilmirəm" və s. Bu problem qəlblə bağlıdır, "qəlb" sözü isə ərəb dilində "təqallub" ("dəyişmə") sözündən götürülmüşdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qəlbin qəlb adlandırılmasının səbəbi çox dəyişkən olmasıdır (təqallub). Qəlbin məsəli ağaca ilişib qalmış quş lələyinin məsəli kimidir. Külək onu ora-bura çevirir". (Əhməd, 4/408).
Uca Allah qəlbi islah etməyin vacib olmasını vurğulayaraq buyurur: "O gün ki (Qiyamət günü), nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!" (əş-Şuəra, 88-89).
Bu səbəbdən mömin həmişə qəlbinə baxmalı, ona pis təsir edən və imanını zəiflədən səbəbləri bilməli və onlardan çəkinməli, imanını artıran əməllər etməlidir.
ARDI VAR...
Facebok:
facebook.com/www.zikr.az

Ardı ...
İmanı artırmaq üçün nə etmək lazımdır?
Zəif imanın əlamətləri
Günahlar etmək və onlardan əl çəkə bilməmək
İbadətləri həvəssiz yerinə yetirmək
Yaxşı əməlləri azaltmaq
Qəlbin sıxılması və depressiya
Müsibət və sınaqlara dözümsüzlük
Dünyaya çox bağlanmaq və sevmək
Quran ayələrinin təsir etməməsi
Dua edə bilməmək
və s.
İmanın zəifləməsinin səbəbləri
Möminlərin əhatəsindən uzaq olmaq
Günahkarların əhatəsində olmaq
Dini öyrənməmək
Vaxtının həddən artıq çoxunu dünya işlərinə sərf edərək Allahı yad etməkdən uzaqlaşmaq
Vaxtının həddən artıq çoxunu ailəyə sərf edərək Allahı yad etməyə az vaxt ayırmaq
Uzun ömür yaşayacağına ümid etmək
və s.
Sual-cavab:
http://zikr.az/node/add/sual-cavab?
Ardı var...

Ardı...
İmanı artırmaq üçün nə etmək lazımdır?
İmanı necə artırmaq olar?
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki: "Paltar köhnəldiyi kimi, iman da köhnəlir, köhnəlmiş paltarı yenisi ilə əvəz etdiyiniz kimi, imanınızı da təzələyin". (əl-Hakim, 5).
İman asiliklə (günahlarla) azalır, itaətlə artır. Bunun təsdiqi kimi, insanların açıq-saçıq geyindiyi, içki və digər günahlar işlənən məclisdə olarkən qəlbdəki imanla, qəbirstanlığa gedib ölümü yada salarkən imanı müqayisə etmək olar. İmanı artırmaq üçün səbəblərdən bəziləri bunlardır:
Quranı aramla, mənasını düşünərək oxumaq
Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər var. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran, 190-191).
Rəvayət edilir ki, bu ayələr nazil olduqda Allah Rəsulu (salləllahu aleyhi və səlləm) gecə namazında o qədər ağlamışdı ki, paltarı və yer yaş olmuşdu və buyurmuşdu: "Bu gecə mənə elə ayələr nazil oldu ki, onları oxuyub mənasını düşünməyənlərin vay halına!" (İbn Hibban).
O həmçinin demişdir: "Hud, Vaqiə, Mursəlat, ammə yətəsəəlun (ən-Nəbə), izə şşəmsu kuvvirat (ət-Təkvir) surələri saçlarımı vaxtından tez ağartdı". (ət-Tirmizi).
Bu hədislər Quran ayələrini oxuyarkən mənalarını düşünməyin vacib olduğuna dəlalət edir.

Allahı yaxşı tanımaq üçün Onun ad və sifətlərini öyrənmək
Günah etməyin səbəblərindən biri də Allahı yaxşı tanımayaraq ondan layiqincə qorxmamaqdır, Allahın əzəməti, güc və qüdrəti Quranda müxtəlif cür təsvir olunur: "Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın" (əl-Ənam, 59).
"Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır" (əz-Zumər, 67).
"Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım". O dedi: "Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən". Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: "Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!" (əl-Əraf, 143).
Dini öyrənmək
Uca Allah buyurur: "De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar". (əz-Zumər, 9).
Həqiqətən də, Allahın əmrlərini yaxşı bilən, qəbir əzabı, Qiyamətin dəhşəti, Cəhənnəm əzabı, Cənnətin gözəlliyindən xəbərdar olan, halal və haramları bilənlə dindən xəbəri olmayan cahilin imanı bir ola bilərmi? Dini öyrənmək üçün səhih mənbələrə əsaslanan dini kitablar oxumaq, buna vaxt olmadıqda isə çoxlu dini dərslərə qulaq asmaq lazımdır.
Möminlərin əhatəsində olmaq
Zikr məclislərində (Allah yad edilən məclislər) olmaq, möminlərlə oturub-durmaq, məscidə getmək və digər əməllər imanın artmasının səbəblərindəndir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın əli camaatla bərabərdir. Kim camaatdan ayrılarsa şeytan onu əhatə edər. Qurdun sürüdən ayrılan qoyunu qapıb qaçdığı kimi, şeytan onu qapıb qaçar". (İmam Əhməd).

Yaxşı əməlləri çoxaltmaq
Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr (radıyəllahu anhu): "Mən" – deyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yenə soruşdu: "Hansı biriniz bu gün cənazəni təqib edib?" Əbu Bəkr (Allah ondan razı olsun): "Mən" – deyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yedizdirib?" Əbu Bəkr (Allah ondan razı olsun): "Mən" – deyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yenə soruşdu: "Hansı biriniz bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr (Allah ondan razı olsun): "Mən" – deyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar". (Muslim).
Bu sual qəflətən verilmişdi, Əbu Bəkr (Allah ondan razı olsun) bu suallara hazır deyildi. Bu hədis onun hər zaman yaxşı əməllər işləməyə necə can atmasını göstərir.
İbadətləri çoxaltmaq
Uca Allah öz mərhəməti ilə bizə Onun razılığını qazanmağımız üçün müxtəlif ibadətlər göstərmişdir. Fərz ibadətlərdən sonra (5 vaxt namaz, zəkat, Ramazan orucu və s.) hər kəs özünə rahat gələn ibadət növünü seçərək Allaha yaxınlaşmağa və imanını artırmağa çalışa bilər. Məsələn, sədəqə vermək, nafilə oruc tutmaq, zikr və dualar etmək, gecə namazı və s.
Ölümü tez-tez xatırlamaq
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın". (ət-Tirmizi).
"Sizə qəbrləri ziyarət etməyi qadağan etmişdim. İndi isə onları ziyarət edin. Həqiqətən də, qəlbləri ziyarət etmək qəlbi yumşaldır. Göz yaşı axıdır. Axirəti xatırladır". (əl-Hakim, 1/376).
"Xəstələri ziyarət edin, cənazələrə (cənazə namazlarına) qoşulun ki, sizə axirəti xatırlatsın". (İmam Əhməd, 3/48).
Allahı çox zikr etmək (xatırlamaq)
Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahı tez-tez yada salın!" (əl-Əhzəb, 41).
Şeytan insana günah işlər görməyi vəsvəsə edir, onu uzaqlaşdırmağın yolu isə Allahı zikr etməkdir. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).
Dünyanın dəyərsiz və müvəqqəti olduğunu bilmək
Uca Allah buyrur: "Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir". (Ali İmran, 185).
Özünü hesaba çəkmək
Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Həşr, 18).
Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: "Hesaba çəkilməzdən əvvəl özünüz özünüzü hesaba çəkin!..." (İbn Əbu əd-Dunyə, "Muhəsəbətu-n-Nəfsi", səh: 29-30; Əhməd ibn Hənbəl, "əz-Zuhd", səh: 120; Əbu Nueym, "əl-Hilyə", 1/52; Alləqahu İbn əl-Covzi, "Mənəqibu Umar radıyəllahu anhu", səh: 178; İbn Əbu Şeybə, "əl-Musannəf", 13/270; İbn əl-Mubərak "əz-Zuhd", səh: 103; Malik, "əl-Muvatta", 2/111; ət-Tirmizi, "əs-Sunən", 4/550; Əbu İshaq əl-Huveyni fi, "təxricihi liTəfsir İbn Kəsir", 1/478).
Allaha çox dua etmək
Qəlblər Allahın əlində olduğu üçün qəlbin islah olması üçün Allaha dua etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dua edərdi: "Allahım, sən qəlbləri dəyişdirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt!" (Muslim, 2654).
http://zikr.az/node/4149
Whatsapp:
https://chat.whatsapp.com/7lFvODwGRMs01evhqWuhgm

HƏCC
Həcc və ümrə etməyin fəziləti
Peyğəmbərimiz – ona və ailəsinə Allahın salavatı və salamı olsun - həcc və ümrə ibadətlərinin fəziləti haqqında demişdir: “Ümrə ziyarəti, növbəti ümrəyədək arada olan kiçik günahlar üçün kəffarədir. (Səhih əl-Buxari, 1773).
“Qəbul olunmuş həccin mükafatı isə ancaq Cənnətdir.”
Möminlərin anası Aişə demişdir: “Bir dəfə mən: “Ya Rəsulullah, biz cihadın ən fəzilətli əməl olduğunu güman edirik. Elə isə biz də cihadda iştirak edə bilərik?”– deyə soruşdum. Peyğəmbər dedi: “Xeyr! Siz qadınlar üçün ən fəzilətli cihad qəbul olunmuş həcdir!” (Səhih əl-Buxari, 1520).
Peyğəmbərdən soruşdular: “Hansı əməl ən yaxşı əməl sayılır?” Dedi: “Allaha və Onun elçisinə iman gətirmək.” Soruşdular: “Bəs sonra hansıdır?” Dedi: “Allah yolunda cihad etmək.” Yenə soruşdular: “Bəs sonra hansıdır?” Dedi: “Qəbul olunmuş həcc.” (Səhih əl-Buxari, 26).
“Kim Allah xatirinə həcc ziyarətini yerinə yetirərsə, bu əsnada qadını ilə yaxınlıq etməzsə və digər günahlardan çəkinərsə, dünyaya gəldiyi gündə olduğu kimi evinə qayıdar.” (Səhih əl-Buxari, 1521).
“Peyğəmbər Amr ibn əl-Asa belə demişdir: “Məgər bilmirsən ki, İslam özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, hicrət özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, həcc ziyarəti özündən əvvəlki günahları yox edir?!”
Zikr.az

Həcc və ümrə etmək kimə vacibdir?
Həcc və ümrə ibadətləri ağlı başında olan, həddi-büluğa çatmış, azad və onu yerinə yetirmək iqtidarında olan hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: “Müqəddəs Evi ziyarət etmək insanların - yoluna gücü çatan hər kəsin - Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.”(Ali-İmran, 97). Həmçinin Peyğəmbər belə buyurmuşdur: “İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Səhih əl-Buxari, 8)
http://zikr.az/node/43

Allahın "əl-Muhyi" və "əl-Mumit" adlarının mənası
əl-Muhyi sözü dirildən, həyat verən, əl-Mumit sözü isə öldürən deməkdir. Allahın əl-Muhyi adı Qurani-Kərimdə həm isim, həm də feil olaraq zikr edilir. Uca Allah buyurur:
"Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər. Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər. Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir" (ər-Rum, 48-50).
"Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir" (Fussilət, 39).
Allahın əl-Mumit adı isə Qurani-Kərimdə yalnız feil olaraq zikr edilir. Uca Allah buyurur:
"De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz" (əl-Əraf, 158).
Həmçinin, səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Kim səhər açıldıqda on dəfə: “Allahdan başqa həqiqi tanrı yoxdur, O təkdir və şəriki də yoxdur. Mülk Ona məxsusdur və həmd yalnız Onadır. O dirildir və öldürür və O, hər şeyə qadirdir!" - deyərsə, Allah bu zikrin hər birinə görə onun üçün on savab yazar, on günahını silər, on dərəcə yüksəldər və on qul azad etməyə bərabər mükafat verər. Bu sözlər günün əvvəlindən sonunadək onu qoruyan silahlı dəstə olar və bu əməl o gün edilən əməllərdən ən üstünü olar. Kim bunu axşam deyərsə, eyni savabı əldə edər“. (Musnəd İmam Əhməd, 23401, 23614).
əl-Muhyi və əl-Mumit olan Allah bütün canlıları yaradan və onlara həyat bəxş edəndir. O, iman gətirən bəndələrinin qəlblərini hidayət nuru ilə dirildir. İnsanları öldürən və Qiyamət günü yenidən dirildən də Odur. Uca Allah buyurur: "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız" (əl-Bəqərə, 28).

Əyyub peyğəmbərin imtahanı
Əyyub – əleyhis-salam - İsrail oğullarına göndərilən bir peyğəmbər idi. O, saflığı və mülayimliyi ilə seçilirdi. Uca Allah onu Qurani-Kərimdə zikr edir, gözəl əxlaqlı olmasına görə onu tərifləyir və onun düçar olduğu bəlaya səbir etdiyini xüsusi olaraq qeyd edir. Uca Allah buyurur: "Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı" (Sad, 44).
Əyyub peyğəmbər həm zəngin, həm də hörmətli bir insan idi. Uca Allah onu ailəsi, övladları və var-dövləti ilə sınağa çəkdi. Bundan başqa o, ağır xəstəliyə də düçar oldu. Deyilənə görə bu, cüzam xəstəliyi idi. Bu xəstəlik onun dili və qəlbi istisna olmaqla bütün bədənini bürüdü. O, insanlardan heç kəsin məruz qalmadığı çətin sınaqla üzləşdi. Buna baxmayaraq o, Allahın qəzavü-qədərinə razı qaldı, Allahı zikr və dua etməyə davam etdi.
Onun xəstəliyi o qədər uzun çəkdi ki, hətta yaxın adamları və dostları belə onu tərk etdilər. Belə olan halda o, Rəbbinə üz tutdu. Uca Allah Qurani-Kərimdə bu haqda belə buyurur:
"Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (əl-Ənbiya, 83).
Uca Allah da: "Biz ona dedik: "Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!" (Sad, 42) – deyə buyurur.
O bir dəfə ayağını yerə vurdu və oradan sərin bulaq qaynadı. Sonra ona: "Bu sudan iç və yuyun" – deyildi. O bunları yerinə yetirdikdə Allah ona şəfa verdi. Sonra Uca Allah onu ailəsinə qovuşdurdu, övladlarını və var-dövlətini artırdı, ona bol nemətlər bəxş etdi. Uca Allah Qurani-Kərimdə buyurur:
"Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik" (əl-Ənbiya, 84).
Rəvayət edilir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Əyyub çılpaq çimərkən onun üstünə qızıldan çəyirtkələr töküldü. Əyyub onları paltarının cibinə yığmağa başladı. Bu vaxt Rəbbi onu çağırıb: "Ey Əyyub! Məgər Mən səni bu gördüyündən də artığı ilə zəngin etmədimmi?" - deyə buyurdu. Əyyub: "Bəli, İzzətinə and olsun ki, elədir. Lakin mən hər zaman Sənin bərəkətinə möhtacam" – deyə cavab verdi." (əl-Buxari, 279).
Əyyub peyğəmbər xəstəliyə düçar olanda ailəsi ondan uzaqlaşdı. Xoş gündə olduğu kimi dar gündə də zövcəsi onun yanında qalmalı idi. Onu tərk etdiyinə görə o, zövcəsinə bərk qəzəbləndi və ona yüz çubuq vuracağına dair and içdi. Uca Allah Əyyub peyğəmbərə şəfa verdikdə o, andına sadiq qalaraq sözünün üstündə durmalı idi. Bu haqda Uca Allah belə buyurur: "Biz ona dedik: "Əlinə bir dəstə çubuq götürüb onunla vur və andını pozma". Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı"(Sad, 44).
Uca Allah bu işi onun üçün asanlaşdırdı və yüz çubuq vurmaq əvəzinə ona yüz çubuq götürüb bircə dəfə vurmağın kifayət etdiyini buyurdu. O da əmri yerinə yetirdi və andına sadiq qaldı.
Bu ayədə Uca Allah onu səbir edən və daima Allaha itaət edən gözəl bəndə olaraq vəsf edir. Çünki, o, ağır xəstəliyə, ailə və övlad itkisinə səbir edərək Allahın qəzavü-qədərinə razı qaldı, bununla yanaşı o, Allahı heç vaxt unutmadı və çətin anlarında hər zaman Ona sığındı.
Səbir etdiyinə görə Uca Allah onu bəlaya düçar olub səbir edənlərə ibrət, bədbəxt olanlara təskinlik və ağıl sahiblərinə nümunə olaraq göstərdi.
Link:
http://zikr.az/node/17157

Ramazan ayının orucu
Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". (əl-Bəqərə, 183).
Həmçinin buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar". (əl-Bəqərə, 185).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "İslam beş əsas üzərində qurulub: "Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi (salləllahu aleyhi və səlləm) olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq". (əl-Buxari, 8).

Ramazan orucunun fəzilətləri
Ramazan orucunun üstünlüklərindən biri bu ayda möminlərin günahlarının bağışlanmasıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar". (əl-Buxari, 38).
Bu ayda oruc tutan möminlərə Allah böyük mükafat hazırlamışdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kim Ramazan ayında oruc tutsa, sonra Şəvval ayının altı gününü də buna əlavə etsə, il boyu oruc tutmuş kimidir". (Muslim, 1164).
Bu ayda Peyğəmbərin (salləllahu aleyhi və alihi və səlləm) buyurduğu kimi Allahın mərhəmət qapıları açılır və şeytanlar zəncirlənir: "Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və cinlərin şər olanları zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açılmır...". (ət-Tirmizi, 682).
Bu mübarək ayda Qədr gecəsi vardır. Uca Allah buyurur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur!" (əl-Qadr, 1-5). O gecədə Uca Allaha ibadət etmək, yaxşı işlər görmək min ayda edilən əməllərdən daha xeyirlidir. Həmçinin, Qədr gecəsinin üstünlüyü, o gecəni ibadətlə keçirənin keçmiş günahlarının bağışlanmasıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar". (əl-Buxari, 35). Qədr gecəsi Ramazan ayının axır on gecəsinin tək gecələrindən biridir. Aişə (Allah ondan razı olsun) deyir: "Mən dedim: "Ey Allahın Elçisi, de görüm, hansı gecənin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "De: "Allahım, Sən Bağışlayan, Səxavətlisən və bağışlamağı sevirsən, məni bağışla! (Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə'fu-anni)". (ət-Tirmizi, 3513).

Kimlər oruc tutmalıdır?
Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Oruc tuta bilməyən qocalar və xroniki ağır xəstələr oruc tutmaqdan azad olunurlar. Lakin onlar fidyə verməli, yəni orucluğun hər bir gününün müqabilində bir yoxsula yemək verməlidirlər. Bir dəfəyə, yaxud ayrı-ayrı vaxtlarda 30 nəfəri yedizdirmək də olar. Hamilə və uşaq əmizdirən qadınlar, uşaqlarının sağlamlığına zərər dəyməsindən qorxduqda oruclarını kəsə bilərlər. Lakin gələn ilin Ramazan ayına qədər buraxdıqları günlərin orucunu tutmalıdırlar. Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər. Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: "Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185). Heyzli və nifaslı (aybaşı və doğuşdan sonrakı qanaxma halları keçirən) qadınlara oruc tutmaq qadağandır. Onlar qanaxma qurtardıqdan sonra oruc tutmalıdırlar.
Ramazan ayının əvvəlini və sonunu necə bilmək olar?
Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Ramazandan əvvəl oruc tutmayın, onun hilalını görməklə oruca başlayın, Şəvval ayının hilalını görməklə də orucunuzu bitirin. Əgər bulud hilalı görməyinizə mane olarsa, onda ayın günlərini otuz hesab edin” (ət-Tirmizi, 684). Həmçinin, buyurur: "Onu (təzə doğmuş ayı) gördükdə oruc tutun, onu gördükdə də iftar edin (orucu açın). Əgər onu görə bilməsəniz onda ayın günlərini otuzdan hesablayın". (Muslim, 1081). Bu hədisdən aydın olur ki, Ramazandan əvvəl gələn Şaban ayının 29-u hilalı görmək mümkün olmasa, onda həmin ayı 30 günə tamamlayıb ertəsi gün oruc tutmağa başlanılmalıdır. Həmçinin, bu üsulla Ramazan ayının sonu təyin edilir. Facebok:

Orucluğun əsasları
Səhər dan yeri söküləndən gün batana kimi yeməkdən, içməkdən və cinsi əlaqədə omaqdan çəkinmək. Uca Allah buyurur: "Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın". (əl-Bəqərə, 187). Bu ayədə ağ sap və qara sap dedikdə, gündüzün ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.
Niyyət etmək. Orucu Allah rizası üçün tutmaq. Uca Allah buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zəriyət, 56). Həmçinin, yəhudi və xristianlar haqqında buyurur: "Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!" (əl-Beyyinə, 5). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Həqiqətən bütün əməllər niyyətlərə bağlıdır. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır...". (əl-Buxari, 1). Niyyət sübh əzanından qabaq Ramazan ayı ərzində hər gecə edilməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sübh namazından öncə oruc tutmağa niyyət etməyənin orucu məqbul sayılmır". (Əbu Dəvud, 2437). Dinimizdə niyyəti dilə gətirmək çirkin bidətdir (dinə sonradan gətirilən yenilikdir). Çünki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu əmr etməmişdir.
Günahlardan çəkinmək. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur". (əl-Buxari, 1903). Həmçinin, o (salləllahu aleyhi və səlləm) belə demişdir: "Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy: "Mən oruc tutmuşam" - desin". (əl-Buxari 1904). Bu baxımdan oruc tutan qulağı, gözü, dili və bütün əzaları ilə oruc tutmalıdır.

Orucu kamilləşdirən əməllər
Dan yeri söküləndən qabaq yemək (səhur etmək).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Sahur yeməyi bərəkətdir, biriniz bir qurtum su ilə olsa belə onu tərk etməsin! Çünki Allah və Onun mələkləri səhur yeməyi yeyənlərə xeyir-dua edərlər". (Əhməd, 11101). Onun vaxtı gecə yarısından sübh namazına kimidir. Səhuru bu vaxta qədər uzatmaq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsidir.
Telegram:
https://telegram.me/zikr_az

İftar açmağa (gün batan kimi) tələsmək. İftara tələsmək Peyğəmbərin (salləllahu aleyhi və alihi və səlləm) sünnəsidir (adət-ənənəsidir). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Bunda yəhudi və xristianlara müxaliflik vardır, çünki onlar iftarlarını ulduzlar görünənə qədər yubadardılar". (əl-Buxari, Muslim). Həmçinin o (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanlar iftar açmağa tələsdikcə xeyir içində olacaqlar". (əl-Buxari, 1957). Ona görə də aydınlığın yox olmasını və ulduzların görünməsini gözləməmək, gün batan kimi iftar açmaq lazımdır.

Məğrib (günbatan) namazından qabaq iftar açmaq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz iftar etdikdə xurma ilə iftar etsin, çünki o bərəkətdir. Əgər xurma tapmazsa, su ilə iftar etsin, çünki o pakdır...". (ət-Tirmizi, 638).
Sual-cavab:
http://zikr.az/node/add/sual-cavab?
Məğrib (günbatan) namazından qabaq iftar açmaq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz iftar etdikdə xurma ilə iftar etsin, çünki o bərəkətdir. Əgər xurma tapmazsa, su ilə iftar etsin, çünki o pakdır...". (ət-Tirmizi, 638).
Sual-cavab:
http://zikr.az/node/add/sual-cavab?
Orucu kamilləşdirən əməllər
Oruclu ikən və iftar vaxtı Uca Allaha dua etmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Oruc tutanın, iftar açdığı vaxt etdiyi duası rədd olunmur". İftar vaxtı edilən dualar: "Susuzluq getdi, damarlar islandı və inşəAllah əcrimiz yazıldı! - Zəhəbəz-zaməu vabtəllətil-uruqu va səbətəl-əcru inşə-Allah". Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) iftar açanda bu duanı edərdi: "Allahım, hər şeyi əhatə edən mərhəmətinlə məni bağışlamağını diləyirəm! - Allahummə inni əsəlukə birahmətikə əlləti vasiət kullə şeyin ən-təğfirali".

WhatsApp.com
✅ "ZİKR.AZ" ✅
WhatsApp Group Invite
Orucu kamilləşdirən əməllər
İftar yeməyi vermək. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Oruc tutana iftar verən adam onun qədər savab qazanır, oruc tutanın da savabından heç bir şey əskilmir".
İnstagram:
https://instagram.com/zikr.az

Əliaçıqlıq etmək. İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) rəvayət edir: "Allahın Elçisi (salləllahu aleyhi və səlləm) insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail (Allah ona salamı olsun) ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail (aleyhis-sələm) Ramazan ayının hər gecəsində Peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, bu günlərdə Allahın Elçisi (salləllahu aleyhi və səlləm) xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı". (əl-Buxari, 6).

Qurani Kərimi oxumaq, zikr və istiğfar (Allahdan bağışlanma diləmək) etmək. Ramazan ayı Quran ayıdır. Müsəlmanlar bu ayın fəzilətindən yararlanaraq daha çox Quran oxumalı, Uca Allahı zikr etməli və Ondan bağışlanma diləməlidirlər.
Təravih namazları qılmaq. Təravih namazı yalnız Ramazan ayına xas olan, bu ayın hər gecəsi işa (axşam) namazından sonra, vitr namazından əvvəl qılınan 8 rükətli sünnət namazıdır. Bu namazları camaatla və ya təklikdə, məsciddə, yaxud evdə qılmaq olar.