lam şəriəti və riyaziyyat üzrə alimdir.
• İbn ən-Nəfis (1213-1288). O, tibb, şəriət, məntiq və ərəb filologiyası sahələri üzrə böyük alimdir. Onu öz dövründə elmlərin atası adlandırmışdılar. İbn ən-Nəfisin tibb sahəsində ən məşhur əsəri "əş-Şəmil fit-Tıbb" adlı kitabıdır. Bu kitab tibbin ensiklopediyası hesab olunur. O, həmçinin, kiçik qan dövranı nəzəriyyəsinin müəllifidir. Bu nəzəriyyə Qalen və İbn Sinanın o dövrdə yayılan görüşlərindən tamamilə fərqlənir və faktiki olaraq Vilyam Harvi və Migel Servetonun qan dövranı barədəki kəşflərinin əsasını qoyaraq onları neçə əsr qabaqlayırdı.
• Əmmar ibn Əli əl-Məusili ibn İsa əl-Kəxxal (10-cu əsr). O, oftalmologiya üzrə böyük qahirə alimidir. Onun ixtira etdiyi içərisi oyuq iynə vasitəsilə kataraktanı göz billurundan sormaq üsulu ilə çıxartma əməliyyatı böyük uğur qazanmış və "Əmmarın əməliyyatı" adını almışdı.
• İbn əl-Heysam (965-1039). O, dahi riyaziyyatçı, fizik, astronom və həkimdir. O, elmdə eksperimental (elmin təcrübə əsasında öyrənilməsi) metodunun banisi hesab edilir. İbn əl-Heysam Avropada Alhazen adı ilə tanınır. Onun əsərləri arasında "Kitab əl-Mənazir" (Optika kitabı) xüsusi yer tutur. İbn əl-Heysam gözün quruluşunu təhqiq etmiş, Platonun və Evklidin insanın görmə qabiliyyəti haqqında ideyalarının əsassız olduğunu sübut etmişdir. O, binokulyar (iki gözlə) görmə konsepsiyasını işləyib hazırlamış və birinci olaraq görmə fenomenini obyektlərdən gözə daxil olan işıq şüalarının göz billurunun içərisində təsvir yaratma prosesi kimi izah etmişdi. 1572-ci ildə "Optika kitabı" latın dilinə tərcümə edildi və İohan Kepler də bu tərcümə vasitəsilə optikanın problemləri ilə tanış oldu.
İbn əl-Heysam elmə hava kütləsi anlayışını gətirdi, havanın sıxlığını hündürlüklə əlaqələndirdi. Alimlər ondan sonra işığın sınma problemləri ilə məşğul olmağa başladılar.
• Əbu Bəkr Muhəmməd ibn Zəkəriyyə ər-Razi ( lat. Rhazes 865-925) - hərtərəfli biliyə malik olan iran alimi, kimyaçı və filosofdur. Onun tibb üzrə yazdığı "Kitab əl-Həvi" (Hər şeyi əhatə edən kitab) və 10 cildlik "Mənsura həsr olunan tibb kitabı" ən əsas əsərlərindən hesab olunur.
ər-Razi hər bir xəstə üçün xəstəlik tarixini tərtib etməyi və sınıqlarda ətraf əzaları hərəkətsiz hala gətirmək məqsədilə gips sarğısından istifadə etməyi tibb praktikasına daxil etmişdi. O, yaraların sarğısında pambığı və tikilişində ketqutu tətbiq edənlərin birincilərindən hesab olunur. O, boğaz boşluğundan yad cisimləri çıxartmaq üçün xüsusi alət icad etmişdi.
• Abdul-Lətif əl-Bağdadi (1162-1231) və Əbu əl-Qasim Xələf ibn Abbasəz-Zəhravi. Onlar stomatologiya üzrə iki görkəmli alimlərdir. Onlar diş müalicə praktikası və cərrahiyyə, cərahiyyə əməliyyatı alətləri və onların işlədilməsi qaydaları haqqında ilyustrasiyalı əsərlər üzrə bir sıra kitabların müəllifidirlər.
• Şərif əl-İdrisi (1100-1165). O, coğrafiyaçı alim, səyahətçi və dünya xəritələrinin məşhur tərtibatçısıdır. O, dünyanın yeddi qitəsi haqda olan nəzəriyyəni işləyib hazırlamış, naviqasıya cihazları ixtira etmişdi. O, Əndəlus, Fransa, İngiltərə, Şimali Afrika, Hicaz, Misir, Kiçik Asiya və Yunanıstanın şəhərlərini gəzib dolaşmışdı.
Bunlar, elm və texnikanın inkişafına əvəzsiz töhvə verən görkəmli müsəlman alimlər pleyadasının yalnız az bir hissəsinin adlarıdır. Onların bir çoxu unudulmuş, elmə verdikləri töhvələrə layiq olduğu qiymət verilməmiş və ya başqalarına nisbət edilmişdir.
Artur Qlen Leonard yazırdı: "Məgər özümüzü əvvəlki mədəniyyətlərə və sivilizasiyalara məlum olmayan zirvələrin fatehləri hesab edən bizlər, ərəblərin yüksək inkişafının, onların intelektual gücünün və sağlam baxış sistemlərinin təsirinin olmadığı təqdirdə Avropanın bu günədək cəhalətin qaranlığında qalacağı faktını qəbul etməli deyilikmi?"
Link:
http://zikr.az/node/13780
Facebok:
facebook.com/www.zikr.az
Sual-cavab:
http://zikr.az/node/add/sual-cavab?
Telegram:
https://telegram.me/zikr_az
İnstagram:
https://instagram.com/zikr.az

Cəhənnəm haqqında
Cəhənnəm Uca Allahın günahkar bəndələrini cəzalandıracağı yerdir. Allahı inkar edən və ya Ona şərik qoşanlar orada əbədi, müsəlman olub böyük günahlar edənlər isə orada günahları təmizlənənə qədər qalacaqlar. Uca Allah buyurur: “Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar”. (Taha, 74).
“Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir yardımçı tapa biləcəklər”. (əl-Əhzab, 64-65).
Hədislərin birində Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Cənnət və Cəhənnəmdən bəhs edərək buyurur: “...Uca Allah Cənnətə buyurdu: “Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm”. Sonra Cəhənnəmə buyurdu: “Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə əzab verərəm...”. (əl-Buxari, 4472, 4569, 4850).
Qurani-kərimdə və hədislərdə Cəhənnəmin vəsfləri bizə bildirilmişdir.
Cəhənnəmin böyüklüyü
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “O, gün Cəhənnəm gətriləcək. Cəhənnəmin yetmiş min yüyəni (tutacağı) olacaq. Hər bir yüyəndən yetmiş min mələk tutacaq. Mələklər (bu yüyənlərdən) tutub Cəhənnəmi çəkib gətirəcəklər”. (Muslim, 2184, 2842).
Uca Allah buyrurur: “Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq”. (ət-Tin, 4-5).
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Bir gün biz Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə idik. Birdən düşən bir şeyin səsi eşitdik. Bu zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Bunun nə olduğunu bilirsinizmi?” deyə buyurdu. Biz: “Doğrusu Allah və Elçisi bilər!” dedik. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Bu, yetmiş il əvvəl Cəhənnəmin içinə atılmış bir daşdır. İndiyə kimi Cəhənnəmin dibinə düşürdü. Nəhayət dibinə indi çatdı”. (Muslim, 2844, 5078, 7346).
Uca Allah buyurur: “Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur”. (əl-Hicr, 43-44).
Ubeyy ibn Kəb (Allah ondan razı olsun) deyir: “Cəhənnəmin yeddi qapısı vardır. Bunlardan biri Hərurilər (xəvariclər) üçündür”. (İmam Əhməd, 2/ 94).
Cəhənnəmin vadiləri və həbsxanaları
Uca Allah buyurur: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)”. (Məryəm, 59).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ğəyy - Cəhənnəmdə bir vadidir”.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Təkəbbürlülər Qiyamət günü insan qiyafəsində, həm də qarışqa boyda olduqları halda məhşərə toplanılacaqlar. Onları hər tərəfdən zillət bürüyəcək və onları Cəhənnəmdəki Buləs adlı zindana sürükləyəcəklər. Onları alovların alovu qaplayacaq və onlara Cəhənnəm əhlinin bədənindən axan irindən içirdəcəklər”. (əl-Buxari “Ədəbul-Mufrad” 557; ət-Tirmizi, 2492).
Cəhənnəmin uğultusu və qəzəbi
Uca Allah buyurur: “Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını (uğultusunu) eşidəcəklər”. (əl-Furqan, 12).
“Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla (uğultu ilə) qaynadığını eşidəcəklər”. Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: "Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?" Onlar deyəcəklər: "Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: "Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz"– demişdik. Onlar deyəcəklər: "Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!" Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!” (əl-Mulk 6-11).
Cənnət haqda uzun bir hədisi danışdıqdan sonra Kəb (Allah ondan razı olsun) dedi: “Canım əlində olan Allaha and olsun ki, həqiqət

ən də, Qiyamət günü Cəhənnəmin bir gurultusu var. Allaha yaxın olan elə bir mələk və göndərilmiş elə bir peyğəmbər olmayacaq ki, (bu gurultunun qorxusundan) dizi üstə yerə düşməsin, hətta Allahın sevimlisi İbrahim belə deyəcək: “Ey Rəbb! Ah canım, ah canım!”. (ət-Tabərani “Mucəmul-Kəbir” 9763).
Cəhənnəm əhlinə verilən cəza
“De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (əl-Kəhf, 29).
“Xeyr! Bu, alovu şölələnən Oddur – başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı”. (əl-Məaric, 15-18).
“Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir. Bununla, olanların bətnlərindəkiləri və dərisi əridiləcəkdir. Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara: "Dadın odun əzabını!"– deyiləcəkdir”. (əl-Həcc, 19-22).
“Cəhənnəm odu onların üzlərini yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar”. (əl-Muminun, 104).
“Onların dəriləri yanıb bişdikcə əzabı (həmişə) dadsınlar deyə o, dəriləri başqası ilə əvəz edəcəyik”. (ən-Nisa, 56).
“(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı”. (əl-Həqqa 30-32).
Cəhənnəmliklərin yeməyi və içməyi
Uca Allah buyurur: “Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir”. (İbrahim, 16-17).
«Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar. Qaynar sudan və irindən başqa». (ən-Nəbə 24-25).
“Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!” (əl-Kəhf, 29).
“Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar! Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?” (əl-Vaqiə 51-57).
Link:
http://zikr.az/node/13742

Facebook
Log in or sign up to view
See posts, photos and more on Facebook.
Qiyamət günü haqqında
[Allahummə hasibni hisəbən yəsiyra]
“Allahım, (Qiyamət günü) mənimlə çəkdiyin haqq-hesabı yüngül et!” (əl-Hakim, 1/ 255)
[Allahummə əhsin aqibətənə fil-umuri kullihə və əcirnə min xizyid-dunyə və əzabil-axirəti]
“Allahım! Bütün işlərdə aqibətimizi yaxşılaşdır, rüsvayçılıqdan və Axirət əzabından bizi qoru!” (İmam Əhməd, 4/ 181).
[Allahummə inni əs-əlukə minəl-xeyri kullihi acilihi və əcilihi mə alimtu minhu və mə ləm ə'ləm və əuzu bikə minəş-şərri kullihi acilihi və əcilihi mə alimtu minhu və mə ləm ə'ləm. Allahummə inni əs-əlukə min xeyri mə sə-ələkə abdukə və nəbiyyukə və əuzu bikə min şərri mə azə bihi abdukə və nəbiyyukə. Allahummə inni əs-əlukəlcənnətə və mə qarrəbə ileyhə min qaulin əu əməl və əuzu bikə minən-nari və mə qarrəbə ileyhə min qaulin əu əməl və əs-əlukə ən təc'alə kullə qadain qadaytəhu li xeyran]
“Allahım, bildiyim və bilmədiyim, tez və gec olan bütün xeyrləri Səndən istəyir və şərlərdən Sənə sığınıram. Allahım, qulun və peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) Səndən istədiklərini Səndən istəyir və sığındığı şərlərdən Sənə sığınıram. Allahım, Cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli Səndən istəyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz və əməldən Sənə sığınıram. Səndən mənim üçün yazdığın hər bir hökmün xeyrli olmasını istəyirəm” (Səhih İbn Macə, 2/ 327)
Link:
http://zikr.az/node/9912

Əxlaq haqqında
[Allahummə inni əuzu bikə min munkəratil-əxlaqi vəl-ə'mali vəl-əhvai]
“Allahım, pis əxlaq, əməl və fikirlərdən Sənə sığınıram!” (Səhih ət-Tirmizi, 3/ 184)
[Allahummə əhsəntə xalqi fə əhsin xuluqi]
“Allahım, yaradılışımı gözəl etdin, əxlaqımı da gözəlləşdir!” (İrva əl-Ğalil, 1/ 115)
Link:
http://zikr.az/node/9913

Allahın əs-Sittir adının mənası
əs-Sittir sözü örtən deməkdir. Allahın əs-Sittir adı Peyğəmbərin səhih hədisində zikr edilir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – bir kişinin açıq yerdə çimdiyini gördü. Bu səbəblə o, məscidin minbərinə qalxdı və Allahı həmd-səna ilə təriflədikdən sonra buyurdu: «Həqiqətən də, Uca Allah həlimdir, həyalıdır və örtəndir. O, həyalı olanları və eyibləri örtənləri sevir. Odur ki, sizlərdən bir kimsə (açıq yerdə) çimərkən övrət yerini örtsün.” (ən-Nəsai, 406).
əs-Sittir olan Allah qüsur və eyibləri örtəndir. O, bəndələrinin bir çox eyiblərini örtərək onları insanlar arasında rüsvay etmir.
Link:
http://zikr.az/node/13869

Sual:
Cin və şeytan nədir?
Cavab:
Cinlər insanlar kimi Allahın yaratdığı məxluqlardır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım." (əz-Zəriyət, 56).
Cinlər də insanlar kimi mömin və kafir olur və Qiyamət günü əməllərinə görə sorğu-sual olunacaqlar: "Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır. Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar". (əl-Cinn, 14-15)
Cinlərdən kafir olub Allaha üsyan edənlər şeytan adlanır. Uca Allah belə əməl edən insanları da şeytan adlandırmışdır: "Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər" (əl-Ənam, 112). "(O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!" (ən Nəs, 5-6).
Uca Allah Quranda bəzi yerlərdə Şeytan sözü ilə onların başçısı İblisi də adlandırmışdır. "Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu. Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız". Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır". (əl-Bəqərə, 34-36)
Link:
http://zikr.az/node/10332

Bizi doğru yola yönəlt! (əl-Fatihə surəsinin izahı)
əl-Fatihə (Kitabı açan) surəsinin təfsiri
1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
3. Mərhəmətli və Rəhmliyə,
4. Haqq-hesab gününün Hökmdarına!
5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi doğru yola yönəlt –
7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!
Bu surə Kitabın əvəlində gəldiyinə üçün ona “əl-Fatihə” (Kitabı açan) adı verilmişdir. Quranın ümumi mənalarını ifadə etdiyi üçün onun Ummul-Kitab (Kitabın əsası); Ummul-Quran (Quranın əsası); habelə Səb`ul-Məsəni (təkrarlanan yeddi ayə); əs-Salət (namaz); ər-Ruqyə (ovsun) adları da vardır. Bu surənin namazın əsaslarından sayılması onu başqa surələrdən fərqləndirir. Belə ki, qıldığı namazda əl-Fatihəni oxumayanın namazı qəbul olunmaz. Günümüzdə bəzi insanlar dinimizin buyurmadığı şeyləri dinə aid edirlər. Onlar xutbə verdikdə, duanı xətm etdikdə, dini mərasimlərdə əl-Fatihə surəsini oxuyurlar. Görürsən ki, mərasimi aparan dua edir, sonra yanında olanlara uca səslə deyir: “əl-Fatihə!” Yəni, onlara demək istəyir ki, siz də əl-Fatihə surəsini oxuyun. Bu, doğru deyildir, çünki, dini məsələlərdə Peyğəmbərimizin buyurmadığı bir əməli yerinə yetirmək qadağandır. Buna İslamda bidət deyilir. Peyğəmbər demişdir: “Kim bizim dinimizə aid olmayan bir şeyi icad edərsə, o, qəbul olunmayacaq.” Həmçinin demişdir: "...Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəmlikdir."
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Allahın adı ilə (Bismilləh) – yəni, Allahın hər bir adı ilə başlayıram deməkdir. Dinimiz bizə hər bir xeyir işi Allahın adı ilə başlamağı buyurur. Məsələn, evə daxil olduqda, yemək yedikdə, miniyə oturduqda və ümimiyyətlə hər bir xeyir işə başladıqda “Bismilləh” deyilir. Çünki, Allahın adı çəkilən hər bir işə Allahdan xeyir-bərəkət hasil olur. Allah - yalnız Uca Yaradana məxsus olan addır. Ondan başqa heç kəs bu adla çağırılmaz. Bu ad ibadət edilən tanrı mənasını ifadə edir və Onun bütün digər isimlərini özündə birləşdirir. Peyğəmbər demişdir: “Allahın yüzdən biri əskik - doxsan doqquz adı vardır. Kim onları sayarsa, Cənnətə girər.” ər-Rahmən (Mərhəmətli) və ər-Rahim (Rəhmli) sözlərinin hər ikisinin də mənası mərhəmətli deməkdir. Lakin ər-Rahmən ər-Rahimdən daha geniş mənaya sahibdir. Onun mərhəməti dünyada bütün məxluqatı əhatə edir, Axirətdə isə yalnız möminlərə məxsus ediləcək. Ona görə də “ər-Rahmən dünya və axirətdə Mərhəmət edən, ər-Rahim isə axirətdə Rəhm edəndir” deyilir.
Həmd olsun aləmlərin Rəbbi Allaha
Həmd olsun Allaha (əl-həmdu lilləh) – yəni, bütün təriflərə layiq olan yalnız Allahdır. Allahı həmd etmək Onu sevərək və təzim edərək kamil sifətləri ilə tərifləmək deməkdir. Çünki, sevgi və təzim ilə edilməyən tərif həmd sayılmaz. Görürsən ki, bəzi şairlər əmr sahiblərinin qarşısında dayanıb onları əzəmətli vəsflərlə mədh edir, halbuki, onlar bunu sevməyərək edirlər. Onlar bunun müqabilində alacaqları mal-dövləti sevir və ya bunu qorxudan edirlər. Lakin biz Rəbbimizi sevərək və təzim edərək həmd edirik. Rəbb - Yaradan, Sahib olan və İdarə edən deməkdir. Aləmlər – əlamət sözündən əmələ gəlmişdir. Allahdan qeyri nə varsa, hamısı aləmlərdir. Aləmlərə bu adın verilməsi onun Uca Yaradanın əlaməti olmasına görədir. Belə ki, hər bir yaradılışda onu Yaradana - Onun qüdrətinə, hikmətinə, mərhəmətinə və s. sifətlərinə dəlalət edən əlamətləri vardır.
Haqq-hesab gününün Hökmdarına!
Qiyamət günü insanların haqq-hesaba çəkiləcəyi gündür. Həm bu dünyada, həm də axirətdə əsil Hökmdar Allahdır. Bu ayədə söhbət təkcə o günün Hökmdarlığından getmir. O günü xüsusi qeyd etmək üçün belə deyilir. Çünki, insan Qiyamət günü heç nəyə sahib olmayacaq və Allahın izni olmadan heç nə danışmayacaq. Allah buyurur: “Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq” (ən-Nəbə, 38).

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik
İbadət Allahın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməkdir. Çünki, bu sifətlərə sahib olmayan abid sayılmaz. Allahın ən əzəmətli əmri yalnız Allaha ibadət etmək, ən böyük qadağası isə Ona şərik qoşmaqdan uzaq olmaqdır. Bəndə ibadətlərdə Allahın köməyinə möhtac olduğu üçün Uca Allah ibadəti qeyd etdikdən sonra “yalnız Səndən kömək diləyirik” buyurur. Əsil möminlər yalnız Allaha ibadət edir və yalnız Allahdan kömək diləyirlər. Əgər Allah kömək etməsə, heç kəs doğru yola gələ bilməz. Əsil möminlər Qiyamət günü belə deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər” (əl-Əraf, 43).
Bizi doğru yola yönəlt
Ayədəki “yol” sözü İslam dini deməkdir. Bu fikri həm ayə, həm də hədislə sübuta yetirmək olar: “De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”. De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm” (əl-Ənam, 161-163). Nəvvas ibn Səman rəvayət edir ki, Peyğəmbər dedi: “Allah doğru yola aid bir məsəl çəkdi; bu yolun hər tərəfində bir divar, həmin divarlarda açıq qapılar və bu qapıların üstündə sallanmış pərdələr vardır. Yolun başında dayanmış bir nəfər insanları çağırıb: “Ey insanlar!” Hamınız bu yolla gedin və firqələrə bölünməyin!”– deyir. Digər dəvətçi də yolun üstündə dayanıb nəzarət edir. Kimsə o qapılardan birini açmaq istəyəndə ona: “Vay sənin halına! O qapını açma. Əgər sən onu açsan, mütləq ora girəcəksən”– deyir. Burada yol – İslam dinidir; divarlar – Allahın qoyduğu hüdudlar və qayda-qanunlardır; açıq qapılar – Allahın haram buyurduqlarıdır; yolun başında dayanan çağırışçı – Allahın Kitabıdır və nəhayət, yolun üstündə duran nəzarətçi – Allahın hər bir müsəlmanın qəlbində təyin etdiyi nəsihətçidir” (Musnəd Əhməd; Səhih əl-Cami).
Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!
Allahın nemət bəxş etdiyi kəslər peyğəmbərlər, sidqi-ürəkdən inananlar, şəhidlər və əməlisalehlərdir. Başqa bir ayədə Uca Allah buyurur: “Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır” (ən-Nisa, 69). Qəzəbə uğramışlar və azmışlar isə yəhudi və xristianlardır.
Link:
http://zikr.az/node/28

Telegram
Zikr.az
Bu kanal Allahı, İslamı və Peyğəmbəri olduğu kimi tanıdan sayt:www.zikr.az saytının rəsmi telegram kanalı.
http://zikr.az/node/add/sual-cavab?
http://zikr.az/node/add/sual-cavab?
Kafirlər sorurşurlar ki, əgər hər şeyi Allah yaradıbsa, bəs Allahı kim yaradıb?
Sual:
salam aleykum.Eger bizden bir kafir sorussa ki Allah her seyi insanlari ,canlilari Yaradandir.BEs Allahi kim yardib ?Allah oz-ozunemi yaranib ?biz kafire ne cavab verek onu nece basa salaq eger dediklerimde gunah isletmisemse Allah meni bagislasin
Cavab:
Aleykum salam. Kafirlərin verdiyi bu sual məntiqsiz və özü-özünə zidd olan bir sualdır. Yaradan odur ki, Onu heç kim yaratmayıb, həmişə mövcud olub, hər kəsi o yaradıb. Verilən sual isə məntiqi cəhətdən "Yaradan" kəliməsinə ziddir. Əgər biz - arqument naminə - Allahı kimsə yaradıb deyə söyləsəydik, o zaman onlar sizdən soruşacaqdılar ki, yaxşı bəs yaradanın yaradanını kim yaradıb? Bu halda, onların məntiqi ilə belə bir silsilə yaranır: yaradanın yaradanının yaradanını kim yaratmışdır? Və ilə axır, sonsuza qədər. Bu isə mənasızdır.
Allahın Rəsulunun (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: "Şeytan sizlərdən birinə gələrək belə söyləyəcək: "Səmanı kim yaratmışdır? Yeri kim yaratmışdır? Həmin kəs cavabında: "Allah" deyə söyləyəcək. Daha sonra O söyləyəcək: yaxşı bəs Allahı kim yaratmışdır? Kim buna bənzər bir şey ilə rastlaşsa, onda bu cür söyləsin: "Əməntu billəəhi va Rusulihi (Allaha və Onun Rəsullarına iman etdim)".
Həmçinin əl-Buxari (rahiməhullahu) rəvayət edirik ki, bu cür hallarda üç dəfə sol tərəfə yüngülcə (quru şəkildə) tüpürmək və əl-İxlas surəsini oxumaq lazımdır. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) həmçinin demişdir: "Heç bir şey yox ikən Allah var idi". Digər bir rəvayətdə demişdir: "Ondan əvvəl heç bir şey yox idi". (əl-Buxari).
Uca Allah buyurur: "Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir". (əl-Hədid, 3).
Link:
http://zikr.az/node/2556

Ateistlər soruşurlar ki, "Allah elə bir daş yarada bilərmi ki, onu Özü qaldıra bilməsin"?
Cavab:
Bu sual ateistlərin məntiqsiz suallarından biridir. Yaradılmış bir şeyin hansısa xüsusiyyətinə görə Yaradandan üstün olması məntiqsizdir, çünki Allah ən üstün, ən uca, ən qüdrətlidir. Allahın belə bir daş yaratmaması ona qüvvəsinin çatmamasına görə deyil, belə bir şeyi təsəvvür etməyin məntiqsiz olmasına görədir. Buna ateistlərin başqa bir sualı üzərində baxaq:
Ateistlər soruşurlar ki, "Allah özü kimi ikinci bir ilah yarada bilərmi?" Bu sualı möminlərə verməkdə məqsədləri budur ki, əgər "hə" cavabı versək, deyəcəklər ki, "o zaman Allahdan başqa ilah ola bilər, Allah tək deyil və s.", əgər "yox" cavabı versək, deyəcəklər ki, "Allahın buna qüdrəti çatmır və s."
Əslində isə bu sual məntiqsiz sualdır və ona cavab vermək lazım deyil, çünki yaradılmış bir varlıq ilah ola bilməz. Allahı heç kim yaratmayıb və O, əbədi olaraq mövcuddur. Yaradılmış bir məxluq isə artıq Allah tərəfindən yaradılır. Həmçinin, adi bir insan kimi onun da yaradılma tarixi olur. Göründüyü kimi, istənilən bir yaradılmış varlığın yalnız Allaha məxsus olan, heç kim tərəfindən yaradılmamaq və əbədi mövcud olmaq sifətlərinə sahib olması mümkün deyil. Bu isə sualın məntiqsiz olmasının sübutudur. Bu sualı vermək, kiminsə bilikli bir riyaziyyatçı alimdən "2+2=7" olduğunu sübut etməsini tələb etməyinə bənzəyir. Riyaziyyaçı alimin bunu sübut edə bilməməsinin səbəbi onun elminin zəif olmasına görə deyil, sualın məntiqsiz olmasına görədir.
Sonda sizə nəsihət edirik ki, bu cür şübhələrə baş qoşmayaraq dünya və axirətiniz üçün faydalı işlərə vaxtınızı sərf edəsiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Şeytan sizdən birinizin yanına gəlib: "Filan şeyi kim yaradıb? Filan şeyi kim yaradıb?" - deyə (ayrı-ayrı suallar verməyə başlayır). Axırda da: "Rəbbini kim yaradıb?" - deyə (qəlbinizə şübhə salır). Belə olduqda qoy həmin adam Allaha sığınsın və bir daha bu haqda düşünməsin". (əl-Buxari, 3276).
Link:
http://zikr.az/node/8235

Murdar şeylərdən təmizlənməyin üsulları
Hər hansı bir şeyin murdar olması haqda yalnız Qurani-Kərim və Peyğəmbərin səhih hədisləri əsasında qərar vermək olar. İslam şəriəti (qayda-qanunu) bizə murdar olan şeyləri bəyan etməklə yanaşı ondan təmizlənməyin üsullarını da öyrətmişdir. Əgər şəriətdə nəyinsə təmizlənməsi üçün murdar şeyin yuyulması əmr olunursa, demək onun təmizlənməsi belə olmalıdır. Əgər nəyinsə təmizlənməsi üçün su tökmək, su çiləmək, qaşımaq, yerə sürtmək, yaxud təmiz torpağın üzərində gəzmək deyilibsə, demək təmizlənmə də belə olmalıdır.
Murdar şeylərin təmizlənməsi üçün əsas maddə olaraq sudan istifadə edilir. Çünki Peyğəmbərimiz - ona və ailəsinə Allahın salavatı və salamı olsun - suyu, "Allah suyu təmizləyici olaraq yaratmışdır" – sözləri ilə vəsf etmişdir. Əgər şəriətdə murdar şeyləri təmizləmək üçün sudan əlavə bir vasitə qeyd edilmirsə, onda yalnız su ilə təmizləmək lazımdır.
Murdarlığı isbat olunan şeylər və onlardan təmizlənməyin üsulları
1. İnsan sidiyi və nəcisi.
Peyğəmbər demişdir: "Sizlərdən birinizin ayaqqabısı pisliyə (nəcisə) batarsa, onu torpaq təmizləyər". (Əbu Davud, 385).
Həmçinin, ayaqqabının təmizlənməsi haqda o belə demişdir: "Sizdən biriniz məscidə gələndə ayaqqabısını çevirib altına baxsın. Əgər orada nəcis və ya bir pislik görərsə, ayaqqabını yerə sürtsün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılsın". (Əbu Davud, 650).
Sidiyə bulaşan yerin təmizlənməsi haqda isə rəvayət edilir ki, Ənəs demişdir: "Bir bədəvi məsciddə kiçik subaşıına çıxdı. Camaatdan bəziləri ona mane olmaq üçün ayağa qalxdı. Allah Elçisi onlara: “Onunla işiniz olmasın, ona mane olmayın” - deyə buyurdu. O, işini bitirdikdən sonra Peyğəmbərin göstərişi ilə bir vedrə su gətizdirib oraya tökdülər”. (ən-Nəsai, 53).
Bu hadisə zamanı Peyğəmbər məscidin dərhal təmizlənməsi üçün oraya su tökülməsini əmr etmişdi. Əgər həmin yer qalıb qurusaydı və nəcisdən əsər-əlamət qalmasaydı, həmin yer pak sayılardı.
Qadın paltarının yerlə sürünən hissəsinin təmizlənməsi. Rəvayət edilir ki, bir qadın Peyğəmbərin həyat yoldaşı Ummu Sələmədən soruşdu: "Mən uzun ətəkli paltarlar geyinən qadınam. Hərdən natəmiz yerlərdən keçirəm, mən necə edim?" Ummu Sələmə dedi: "Peyğəmbər demişdir: "Ondan sonra gələn (pak torpağı olan yer) onu təmizləyir". (İbn Macə, 531).
Paltarın südəmər uşağın sidiyindən təmizlənməsi. Peyğəmbər demişdir: "Qız uşağının sidiyi dəymiş paltar yuyulur, oğlan uşağının sidiyi dəymiş paltara isə su çiləmək kifayət edir". (ən-Nəsai, 304).
2. Məzi.
Məzi həm kişi, həm də qadınlarda şəhvət hissi nəticəsində ifraz olunan ağımtıl, duru və yapışqan mayedir. Bu maye şəhvətsiz və təzyiq olmadan da ifraz olunur. İfraz olunduqdan sonra halsızlıq gətirmir və onun ifraz olunması hiss olunmaya da bilər. Bu maye murdar sayılır və Peyğəmbər cinsiyyət üzvünün bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir. Əli ibn Əbu Talib rəvayət edir ki, məndən tez-tez məzi axırdı. Amma mən qızına (Fatimənin atası, mənim də qaynatam olduğuna) görə Peyğəmbərdən soruşmağa utanırdım. Mən bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə tapşırdım. O, Peyğəmbərdən soruşduqda bu cavabı aldı: “(Belə olduqda,) cinsiyyət üzvünü yusun, sonra dəstəmaz alsın!”(əl-Buxari, 132).
Paltarın məzidən təmizlənməsi haqda isə rəvayət edilir ki, Səhl ibn Huneyf demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Sonra bu haqda Peyğəmbərə xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: "Ey Allahın elçisi, bəs paltarıma dəyənini necə edim?" O dedi: "Paltarına bulaşdığını gördükdə bir ovuc su alıb onun üzərinə tökməyin kifayətdir". (İbn Macə, 506).
3. Əti yeyilməyən heyvanların ifrazatı.
Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər ayaqyoluna getmək istədi və dedi: "Mənə üç daş gətir!". Mən də ona iki daş və eşşək peyini tapdım. O, daşları götürdü, eşşək peyinini isə atdı və: “Bu murdardır”– dedi. (əl-Buxari, 156).

4. Heyz (aybaşı) qanı.
Əsma bint Əbu Bəkr rəvayət edir ki, bir qadın Peyğəmbərin yanına gəlib soruşdu: “Bizdən birimizin paltarına heyz qanı bulaşsa, o, nə etməlidir?” Peyğəmbər buyurdu: “Həmin yeri ovxalasın, sonra suya salıb yaxşıca yusun, sonra üstünə su çiləsin, sonra da onunla namaz qılsın”. (əl-Buxari, 227).
Paltarı təmizlədikdən sonra üzərində ləkə qalarsa, bunun heç bir zərəri olmaz.
5. İtin ağız suyu.
Peyğəmbər demişdir: “Sizdən birinizin qabını it yaladıqda, onu birincisi torpaq, qalanları da su ilə yeddi dəfə yuyaraq təmizləyə bilər”. (ən-Nəsai, 67).
6. Leş.
Leş kəsilmədən ölmüş heyvan bədəninə deyilir. Peyğəmbər demişdir: "Ölmüş heyvanın dərisi aşılanarsa, təmizlənmiş olar". (Muslim, 838).
Ölmüş heyvanın sümüyü, buynuzu, dırnağı, tükü, lələyi təmiz sayılır.
Link:
http://zikr.az/node/13943
Facebok:
facebook.com/www.zikr.az
Sual-cavab:
http://zikr.az/node/add/sual-cavab?
Telegram:
https://telegram.me/zikr_az
İnstagram:
https://instagram.com/zikr.az
Əsma bint Əbu Bəkr rəvayət edir ki, bir qadın Peyğəmbərin yanına gəlib soruşdu: “Bizdən birimizin paltarına heyz qanı bulaşsa, o, nə etməlidir?” Peyğəmbər buyurdu: “Həmin yeri ovxalasın, sonra suya salıb yaxşıca yusun, sonra üstünə su çiləsin, sonra da onunla namaz qılsın”. (əl-Buxari, 227).
Paltarı təmizlədikdən sonra üzərində ləkə qalarsa, bunun heç bir zərəri olmaz.
5. İtin ağız suyu.
Peyğəmbər demişdir: “Sizdən birinizin qabını it yaladıqda, onu birincisi torpaq, qalanları da su ilə yeddi dəfə yuyaraq təmizləyə bilər”. (ən-Nəsai, 67).
6. Leş.
Leş kəsilmədən ölmüş heyvan bədəninə deyilir. Peyğəmbər demişdir: "Ölmüş heyvanın dərisi aşılanarsa, təmizlənmiş olar". (Muslim, 838).
Ölmüş heyvanın sümüyü, buynuzu, dırnağı, tükü, lələyi təmiz sayılır.
Link:
http://zikr.az/node/13943
Facebok:
facebook.com/www.zikr.az
Sual-cavab:
http://zikr.az/node/add/sual-cavab?
Telegram:
https://telegram.me/zikr_az
İnstagram:
https://instagram.com/zikr.az
Telegram
Zikr.az
Bu kanal Allahı, İslamı və Peyğəmbəri olduğu kimi tanıdan sayt:www.zikr.az saytının rəsmi telegram kanalı.
http://zikr.az/node/add/sual-cavab?
http://zikr.az/node/add/sual-cavab?
Allahın "əl-Həyy" və "əl-Qayyum" adlarının mənası
Uca Allahın əl-Həyy adı Qurani-Kərimdə dörd dəfə, əl-Qəyyum adı isə üç dəfə zikr edilir. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır (əl-Həyy), bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum)” (əl-Bəqərə, 255).
əl-Həyy kamil həyata sahib olandır. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. Ondan başqa hər kəs ölümə məhkumdur. Uca Allah buyurur:
“Ölməz, əbədi Yaşayana (əl-Həyy) təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qularının günahlarından agah olması kifayətdir” (əl-Furqan, 58).
əl-Qayyum olan Allah həm Özünə, həm də bütün yaratdıqlarına qəyyumluq edəndir. Bütün məxluqlar Ona möhtacdır, O isə heç kəsə möhtac deyildir.
əl-Həyy və əl-Qayyum Uca Allahın əzəmətli adlarıdır. Bu adlarla Allaha dua edənin duası qəbul olunur. Rəvayət edilir ki, Ənəs ibn Məlik demişdir: “Bir gün Allah Elçisi - sallallahu aleyhi və səlləm - ilə oturduğum zaman bir kişi namaz qılarkən rukuda, səcdədə və təşəhhüddə belə dua etdi: “Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa həqiqi tanrı yoxdur, Sən lütfkar olan, göyləri və yeri icad edənsən! Ey ucalıq və kəramət Sahibi, ey əbədi Yaşayan (əl-Həyy), ey Qəyyum olan (əl-Qayyum), Sənə yalvarıram!”. (Bu sözləri eşitdikdə) Peyğəmbər səhabələrinə buyurdu: “Onun necə dua etdiyini bilirsinizmi?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər buyurdu: “Nəfsim əlində olan Allaha and olsun ki, o, Allahın elə bir əzəmətli adı ilə dua etdi ki, həmin adla dua etdikdə dua qəbul olunar və həmin adla istədikdə dilək yerinə yetirilər”. (ən-Nəsəi, 1300).
Link:
http://zikr.az/node/3246

Ərimi sevə bilmirəm, bu günahdırmı?
Cavab:
Əvvəlcə qeyd edək ki, ərlə olan münasibətdə qadın çox diqqətli olmalıdır, çünki bu, Uca Allahın razılığını, həmçinin Cənnəti və ya Cəhənnəmi qazanmağın əsas səbəblərindən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol – deyilər…". (İmam Əhməd, 1661). O (salləllahu aleyhi və səlləm), həmçinin bir qadına belə demişdir: "Sənin ərin varmı?" O dedi: "Bəli". (Peyğəmbər) (salləllahu aleyhi və səlləm) dedi: "Onunla necə dolanırsan?" O dedi: "Onun haqlarını yerinə yetirməkdə əlimdən gələni edirəm, sadəcə bacarmadığım şeylər bundan istisnadır". O dedi: "Onunla davranışına fikir ver, çünki o sənin cənnətin və cəhənnəmindir". (İmam Əhməd).
Qadının öz ərini sevməməsi bir çox səbəblərdən baş verə bilər, onlardan bəziləri:
Axirətə az inanmaq və şeytanın "romantika", "azad sevgi" adı altında təlqin etdiyi boş xülyalara uymaq. Halbuki bu cür şeylər reallıqda insanı rüsvayçılığa və ailənin dağılmasına, axirətdə isə Cəhənnəm əzabına aparır. "Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur". (Ğafir, 39).
Əgər qadın ərindən başqa birisini sevirsə, Allahdan kömək istəyərək onu mütləq unutmağa çalışmalıdır, çünki bu böyük günah olan zinaya aparan səbəblərdən biridir. Bunun üçün Allaha çox dua etmək, şeytanın vəsvəsəsindən uzaq olmaq üçün ibadətləri artırmaq, hər gün Quran oxunmasına qulaq asmaq, dini bilikləri artırmaq üçün kitablar oxumaq və ya dərslərə qulaq asmaq lazımdır. Həmçinin, həmin insanı yada salan bütün vasitələrdən -- telefon, internet və s. mümkün qədər uzaq olmaq lazımdır. Allahın izni ilə bir müddət sonra bu hiss keçib gedir. Daha ətraflı: Haram sevgini necə unutmaq olar?
Qadın ərini çirkin hesab edirsə, bunun səbəbi naməhrəmlərə baxmaq və ya haram şeylər izləmək ola bilər. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar...". (ən-Nur, 31). Kafirlərin müsəlman ailələrini dağıtmaq cəhdlərindən biri də, televizorda və internetdə yaraşıqlı, bəzənmiş kişi və qadınları təbliğ edərək ərin gözündə öz arvadını və ya arvadın gözündə öz ərini çirkin göstərməkdir. Belə şeylərə baxmamaq və öz ərinin pis xüsusiyyətlərinin üzərindən keçərək yaxşı xüsiyyətləri haqqında düşünmək lazımdır.
Cadu, sehr və s. nəticəsində şeytan kişini öz arvadının gözündə çirkin göstərə bilər. Bu halda aşağıdakıları etmək lazımdır: Cadudan necə qorunmaq olar?
Kişi öz arvadının haqlarını verməməsi -- onunla kobud davranması, zəruri şeyləri təmin etməməsi, onunla az vaxt keçirməsi, yaxınlıq etməməsi və s. Bu halda kişiyə mötəbər, əməlisaleh insanlar tərəfindən nəsihət edilməlidir.
Bu və digər səbəblərdən çəkinmək, dində sabit olmaq və şeytanın vəsvəsəsindən qorunmaq üçün Allaha çox dua etmək, imanı artırmaq lazımdır.
Link:
http://zikr.az/node/9764

"Təqiyyə" və "Tövriya" nə deməkdir?
Cavab:
Təqiyyə - yalandan qarşınızdakı adamla razılaşmaq deməkdir və bu yalan olduğu üçün qadağandır. Xüsusən də münafiqlərin əməlidir, çünki münafiqlər daxildə kafir, zahirdə isə özlərini müsəlman kimi göstərirlər. Təqiyyə yalan sayıldığına görə haramdır.
Tövriya - bir kəlmənin iki mənalı olup sənin birini qəsd edərək digəri ilə onu gizlətməyindir. Tövriyə isə yalan olmayıb istisna hallarında işlədilməsi icazəlidir.
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Məkkədən Mədinəyə hicrət edərkən yolda Bədir quyularına gəldikdə kimlərdən olduğunu soruşan adama vəziyyəti gizlətmək üçün "Sudan" cavabını vermişdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bununla sudan yaradıldıqlarını qəsd etmiş, soruşan adam isə Su qəbiləsindən olduqlarını anlamışdır. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) tövriya bir kəlmə istifadə etmiş, kim olduğunu bildirməmişdir. Burada hər iki məna da deyilən sözün həqiqi mənasıdır.
Həmçinin, Əbu Bəkr Peyğəmbərimizlə (ona Allahın salavatı və salamı olsun) hicrət edərkən tərkində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) olduğu halda bir nəfərin soruşmasına ki: "Bu kimdir, ey Əbu Bəkr?" - "Mənə yol göstərən bir adamdır" deyə cavab vermişdir. Müşriklərin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) zərər olmasından qorxan, həm də yalan danışmaq istəməyən Əbu Bəkr (Allah ondan razı olsun) İslamda yol göstərən olduğunu, sual verən adam isə bələdçi olmasını anlamışdır. (İbn Hiccə əl-Həməvi, "Xizənə" 2/ 40-41).
Link:
http://zikr.az/node/9336

Möminlərin ən üstünü kimdir?
Cavab:
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlılar arasında ən hörmətli kimsələr olacaqlar. Yalnız peyğəmbərlər və elçilər müstəsnadır". (ət-Tabərani: "Mu'cəmul-Kəbir", 257). Möminlərin ən fəzilətlisi Əbu Bəkr əs-Siddiq, sonra Ömər ibn əl-Xəttab, sonra Osman ibn Əffan, sonra Əli ibn Əbu Talibdir (Allah onların hamısından razı olsun). Amma ümumiyyətlə hansı möminin üstün olmağı haqda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "İslamda sizin ən xeyirliniz (şəriəti) başa düşüb əxlaqı ən gözəl olanınızdır". (İmam Əhməd, 2/467).
Bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Sizə ən xeyirliniz barədə xəbər verimmi?" (Səhabələr) (Allah onlardan razı olsun): "Bəli!" - deyə cavab verdilər. O dedi: "O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?" Onlar: "Bəli!" - deyə cavab verdilər. O dedi: "Söz gəzdirənlər, dostların arasını vuranlar, günahsız insanları çətinliyə salanlar". (əl-Buxari: "Ədəbul-Mufrad", 323).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "...Həqiqətən, insanların ən xeyirlisi borcunu ən yaxşı tərzdə qaytarandır". (Muslim, 4192).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Yer əhlindən Uca Allaha məxsus olan qablar vardır. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır". ("Sahih əl-Cəmi", 2163).
Link:
http://zikr.az/node/8791

Allahın "əl-Kərim" adının mənası
əl-Kərim sözü əliaçıq, səxavətli deməkdir. Ərəblər ümumi faydası olan və ya davamlı xeyir verən, çox asan əldə olunan bir şeyi “kərim” adlandırırlar. Məsələn, kitab kərimdir, yəni faydalıdır.
əl-Kərim olan Allah bütün tərifəlayiq sifətlərə sahibdir. O, mülayim, lütfkar, pak və xeyri bol olandır. Allahın əl-Kərim adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Ey insan! Səni öz Səxavətli (əl-Kərim) Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı” (əl-İnfitar, 6-8).
“Haqq Hökmdar Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir” (əl-Muminun, 116).
“Süleyman dedi: "Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun (Bilqeysin) taxtını mənə gətirə bilər?" Cinlərdən çox qüvvətli birisi dedi: "Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!" Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!" Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!" (ən-Nəml, 38-40).
əl-Kərim olan Allah bəndələrinə bol-bol xeyir verən, bəndələri layiq olmadığı halda belə onlara nemətlər bəxş edəndir. O, nemətlərini minnət qoymadan verir və yaxşı işlər görənlərin mükafatını heç vaxt puç etmir. Uca Allah buyurur: “İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik” (əl-Kəhf, 30).
Link:
http://zikr.az/node/14016