Yuxu Yozmaları
286 subscribers
2 photos
2 links
Yuxular barədə maraqlı məlumatlar..

Yuxularınızı yaza bilərsiz

(Yozacağımıza söz vermirik, amma vaxt olarsa baxıb cavab verə bilərik)

#yuxu #yuxuyozma #yuxuyozmalar #yuxuyozmalari
#yuxu yozması
Download Telegram
Channel created
Yuxu insanı ən yaxşı tanıtdıran amildir. Yuxuda ikən nəfs xəyal qüvvəsinin vasitəsilə batində olan hər şeyi (surət və şəkilləri) aşkara çıxarır və müşahidə edir. Bunların hamsı insanın özünə aiddir. Hətta başqalarının surətlərini yuxuda pis görürsənsə, bu da sənə aiddir. Yəni bir nəfər yuxudan ayılıb kimisə canavar şəklində gördüyünü desə, özünü başqasının simasında canavar surətində görmüş olduğunu bilməlidir. Bəzən kimsə neçə ildən sonra bir yaxşı yuxu (mələsən dini yuxu) görüb onu başqalarına o qədər danışar ki, həmin yuxunun təsirini aradan aparar və qaranlığa salar. "Yaxşılıqları pisliklərə döndərər". Gördüyümüzü gizlətmədən başqalarına danışmaq əldə olunan yaxşılıq zəminini pozar və insanı təhlükəyə salar. Ondan sonra yenə nə qədər əziyyət çəkməlidir ki, ikinci belə bir yuxu görə bilsin.
(TƏHARƏT MƏRHƏLƏLƏRİNİN ŞƏRHİ adlı kitab, səhifə 136)
Rəvayət edilir ki, bir kişi İbn Sirinin yanına gəlib deyir: Yuxuda gördüm ki, bir ağacın yetmiş yarpağını sayaraq mənə verirlər. İbn Sirin onun yuxusunu belə yozur: Bu o deməkdir ki, sənə 70 çubuq zərbəsi təyin ediləcək.
Elə həmin həftə həmin şəxsə 70 çubuq vururlar. Növbəti il həmin şəxs yenə eyni yuxunu görür və bu dəfə də İbn Sirinin yanına gələrək ondan yuxusunu yozmasını istəyir. İbn Sirin deyir: Bu il ərzində 70min gümüş pul əldə edəcəksən. Yuxu sahibi təəccüblə soruşur: Axı mən bu yuxunu ötən il də görmüş və sizdən mənasını soruşmuşdum. Siz 70 çubuq cəzası alacağımı söyləmişdiniz. İndi isə eyni yuxunu 70min dirhəm pul əldə edəcəyimə yozursuz. Bu yozma nəyə əsaslanır?
İbn Sirin deyir: ötən il yuxunun yozmasını məndən soruşanda payız fəsli olduğundan ağaclar qurumuşdu və yarpaqları da tökülmüşdü. Beləliklə gördüyün yuxunun mənası səni agah etdiyim kimi idi. İndi isə bahar fəslidir və ağaclar çiçəklədiyinə görə yuxunun hökmü az öncə sənə açıqladığım şəkildədir..
Həmin şəxs o il ərzində həqiqətən 70min dirhəm pul qazandı..


Qeyd: İbn Sirin də Hz Yusif (ə) kimi yuxu yozma elmini birbaşa Allah tərəfindən almışdı. Ona görə belə mahir yuxu yozan idi.
Deyirlər o cavan ikən parça satardı. Bir qadın onu evinə dəvət edir ki, parçalara baxsın. Evə girdikdə qadın qapını bağlayır. Sən demə qadının fikri başqa imiş. Çünkü İbn Sirin görkəmcə də gözəl olub. Bu zaman İbn Sirin baxır ki heç bir şey edə bilməyəcək. O günaha düşmək istəmirdi. Qadından icazə alıb ayaqyoluna gedir. Orda özünü nəcasət ilə bulayıb çölə çıxır. Qadın ufunəti görüb iyrənir və qapını açır ki, gəl rədd ol get.. Fikir verin İbn Sirin razı oldu ki, cismi çirklənsin, amma qoymadı ruhu günahla çirklənsin..

İbn Sirinin bu hərəkətindən sonra Allah ona nəinki yuxu elmini, başqa lütflər də vermişdir, o öz əsrinin çox böyük şəxsiyyətlərindən, alimlərindən,filosoflarından, həkimlərindən biri olmuşdur..
İmam Sadiqin (ə) belə buyurduğu yazılıb:
Yuxu üç növə bölünür:
1) möhkəm (hökmü, yəni göstəriş və xəbərdarlığı aydın olan) yuxu,
2) mütəşabih (göstəriş və xəbərdarlığı aydın olmayan) yuxu
3) mənasız qarmaqarışıq yuxu.
Mənasız qarmaqarışıq yuxuları 4 növ insanlar görürlər:
1) təbiəti korlananlar
2) sərxoş halda yuxuya gedənlər
3) yuxudan əvvəl badımcan, duz, mərcimək və turşular kimi ağır qidalarla qidalananlar,
4) həddi-buluğa çatmayan azyaşlı uşaqlar.
Belə hekayət edilir:
Mehdi ibn Mənsur adlı Abbasi xəlifəsi bir gecə yuxusunda üzünün qaraldığını görür. Yuxudan ayıldıqdan sonra sarayındakı yuxu yozanları yanına çağırırb bu yuxunu yozmaqlarını istəyir. Onlar bu yuxunu yozmaqda çətinlik çəkərək yekdilliklə deyirlər: İbrahim ibn Abdullah Kirmani yuxu yozma elmində hamımızdan daha biliklidir. Xəlifənin göstərişi ilə İbrahim dərhal saraya gətirilir. O xəlifəyə tezliklə bir qız övladı olacağını söyləyir. Yuxuyozanlar təəccüblə bu yozumun səbəbini soruşurlar. O Qurandakı bu ayəyə istinad etdiyini açıqlayır:

"Onlardan birinə qız olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar (Nəhl surəsi, ayə 58).

Həmin gün xəlifənin bir qızı dünyaya gəlir. Xəlifə həmin yuxu yozanı (İbrahimi) çağırır. İlk dəfə verdiyi hədiyyə (10min dirhəm) qədər yenə hədiyyə verib onu mükafatlandırır..
Yuxu insanın natiqə (düşünən) nəfsinin "televizoru"-dur. Göz-qulağını bağlayıb, toxunma və qoxuma qüvvəsini azad buraxaraq yatdıqda xəyal qüvvəsi sənin batinin filmini yayımlamağa başlayır. Nə görsən, bil ki, özündə var. Həmin görüntülər gün ərzində bulaşdığın əməllərdir. Görürsən ki, neçə nəfər gəlib, sənin əl-ayağını bağlayır və belə deyirlər: "Səni bu dağdan aşağı atmaq istəyirik". Bu, sənin özünün düzəldib hazırladığın kəndirdir. Həmin adamları da, həmin dağı da sən özün yaratmısan. Deməli, öz əlinlə özünü aşağı atırsan. Hamısı sənin əməllərindir...

("Təharət mərhələlərinin şərhi" adlı kitab, səhifə 149)

Qeyd edim ki, bu kitab çox gözəldir. Çox tövsiyyədir ki, tapıb alıb oxuyub əməl edəsiz. ƏhliBeyt (dini) dükanlarda bəlkə taparsız..

➡️ T.me/yuxuyozmalar
1ci HiSSƏ:


Yuxunun nə olduğunu anlamaq üçün biz əvvəl gərək özümüzün nə olduğumuzu anlayaq. Heç hərdən özümüzə sual vermişikmi mən nəyəm, bu planetin üstündə nə gəzirəm? Bir bənzətmə ilə özümüzün nə olduğumuza diqqət edək, təsvir edin: əlinizdə telefon tutmusunuz. O telefonun içində oyun var və həmin oyunu oynayırsız. Siz düzdü o oyundakı qəhrəmanı irəli-geri, sağa-sola hərəkət etdirirsiz. Amma yenə də bilirsiz ki bu oyundur, çünkü əlinizdəki telfonun kənarlarını da görürsüz və s.
İndi təsvir edin siz telfonun ətrafını görmürsüz, tamamilə özünüzü oyunda qərq etmisiz...
Sizin ruhunuz oyundakı bədəni oynadır. Yəni həmin mücərrəd aləmdəki ruh əlaqələndirilib dünya adlı maddi aləmdəki (oyundakı) bu bədəninizlə..
Ruh özü mücərrəd bir şeydir, nə məkanı var, nə zamanı, tamam fərqli bir şeydir. Amma bu dünya və bu bədən maddi bir şeydir, burda məkan var, zaman var və s.. Bəs ruh ilə bu maddi bədən arasında əlaqə necədir? Normalda oyun oynayanda siz gözünüzlə ekrana baxıb ordakı məlumatı alırsız. Bəs bu dünya oyununda cisminiz ilə ruhunuz arasında məlumat necə ötürülür?
Əvvəl hiss üzvləri (məsələn göz, qulaq, toxunma, qoxuma, eşitmə) məlumatı alır və ötürür insanın "xəyal qüvvəsinə". "Xəyal qüvvəsi" məlumatı ötürür "vəhm qüvvəsinə", "vəhm qüvvəsi" isə ötürür "ağıla". Bununla da idrak baş verir.
Dünyəvi elmlər sizə sadəcə hiss üzvlərinizi deyir, bu sadaladığım digərlərini izah etmirlər.
Biz "vəhm" kimi xırdalıqa girməyək, bunu ayrıca ustad yanında öyrənmək lazımdır, amma birbaşa "xəyal" qüvvəsindən danışaq. Deyək ki xəyal qüvvəsi elə bir şeydir ki, onun bir tərəfi maddidir, yəni, maddi dünya olan tərəfə (hiss üzvlərinə) birləşir, digər tərəfi mücərrəddir, yəni maddi olmayan tərəfə (ağıl aləminə) birləşir.
Əsas məsələ bax məhz bu xəyal qüvvəsi üzərində baş verir.
Xəyal qüvvəsi gündüz vaxtı hiss üzvlərindən ağıla məlumat ötürürsə, yuxu zamanı isə ağıl aləmindən alır. Yəni yuxu görməyinizə səbəb olur.
İnsan xəyal qüvvəsini paklasa yuxuları "aydın" olar. Xəyal qüvvəsini paklamaq qısaca bunlardır:
1) batil inanclardan və rəzil xəyallardan paklanasan
2) sui zənn (insanlar barədə pis fikirləşmək)-dən paklanasan
3) uzun-uzadı arzulara yer verməyəsən
Və başqa məsələlər var ki, bu haqda yazılan kitablardan və ustadlardan öyrənmək olar.
Xəyal qüvvəsi bir it kimidir. Doğru tərbiyə etsəz sizə fayda verər.. İt 3 cürdür. Bir dəstə it sahibsizdir. Bu itlər bilmirlər kimə hürsünlər, kimə cumsunlar, kimə quyruq bulasınlar. Bəziləri öz xəyal qüvvəsini belə boş buraxır, onların xəyal qüvvəsi sahibsiz it kimidir, heç uzananda da yata bilmirlər, elə xəyal qüvvəsi hətta zehnində ona-buna hücum çəkir, savaşır və s.
İkinci dəstə it o itdir ki, onun sahibi var, əhilləşib, sahibini qoruyur.
Üçüncü dəstə it isə odur ki, sahibi var, əhilləşib, həm də sahibi onunla ov edir. Bax biz də xəyal qüvvəmizi "ov iti" etməliyik..
Unutmayaq ki, xəyal qüvvəsi heç zaman sakit durmur, biz yatanda da o fəaliyyətdədir. Əgər biz xəyal qüvvəmizi paklasaq artıq yuxu zamanı o "ov edib" bizə gətirər, hansısa həqiqətləri öyrənər, məsum imamları(ə) yuxuda görər, hansısa xəstəliyə əlac bilər və s.
Xəyal qüvvəsini paklamaq üçün bəzi alimlər 20illərini vermişlər. İnsanda ən çətin paklanan şey xəyal qüvvəsidir. Əgər o paklansa insan artıq "bəsirət"-ə sahib olur, yəni, insanların hələ ölməmişdən əməllərinə uyğun Axirətdəki sifətlərini (hansı heyvan şəklində olmasını) görür, biri ona qonaq gəldikdə qabaqcadan niyyətini bilir və s. Yolun əvvəlində "dini yuxular" görür, gələcəkdə isə oyaq ikən də (mükaşifə və s) görür..
Xəyal qüvvəsi ağıl aləmindəki həqiqətləri bizə yuxuda ötürəndə o aləmdəki "mənaları" alır və onları "sözlər" şəklinə salır, ordakı mücərrəd "varlıqları" isə çevirərək "insan" şəklinə salır.
Bu məsələ buna bənzəyir: sizin ağlınızda bir "məna" var, onu kiməsə ötürmək üçün qələm götürüb "yazı" yazırsız. Yəni "mənanı" yazıya çevirirsiz. Xəyal qüvvəsi də məhz belə bir iş görür. Mələklər "ağıl aləmindəndirlər", onlar maddi deyillər, onların şəkli yoxdur, məkan və zamana aid deyillər.
2Cİ HİSSƏ


Xəyal qüvvəmiz ağıl aləmindəki varlıqların (məsələn mələklərin) bizə ötürmək istədiyi "mənanı" "sözlərə" çevirir, onların özlərini isə çevirəndə onları bir insan şəklinə (məsələn sevdiyimiz alimin şəklinə) salır. Məsələn yuxuda o sözü o alimin diliylə sənə dediyini eşidirsən. Yəni yuxuda görürsən bir sevdiyin alim sənə filan sözü deyir..

Xəyal qüvvəsi paklananda onun yazdıqları "təmiz, aydın" olur, rahat nə yazdığını başa düşürsən. Amma xəyal qüvvəsi çirkli olanda elə qarmaqarışıq yuxular göstərir ki, mənasını başa düşmürsən. Sanki bir uşaq bir mətni yazmaq istəyib, xətti çox pis şəkildə yazıb və bəzi hərfləri səhv yazıb, bəzilərini isə heç yazmayıb. Belə bir yazı hətta Nizami Gəncəvinin şeiri də olsa yenə də adam oxuyanda yorulur.. Amma o pis gündə olan xətlə yazılan "yazını" da ağılı çox yüksək olan böyüklər (Allah tərəfindən yuxu yozma verilən alimlər) oxuyanda yenə də başa düşürlər ki, o nə yazmaq istəyirmiş..
Dində bəzi məsələlər var ki, zahirdir, yazmaq olar. Bəzi şeylər var ki, ümumidə danışmaq qadağandır. Onu artıq bir mərhələyə yetişərsən ki ustadın xəlvətdə sənə danışar, dərs keçər..
Çünkü insanlar əvvəl "hisslərini" paklamalalıdırlar. Yəni göz naməhrəmə baxmasın, qulaq harama qulaq asmasın, dil haram danışmasın və s.
Bundan sonra o adam keçir xəyal qüvvəsini paklamağa. Həmçinin ağıl qüvvəsini paklayır, sonra ruhun paklanması, axırda sirrin paklanması mərhələsi gəlir. Biri "hissi" paklamayıb, məsələn naməhrəmdən gözünü saxlaya bilmir, ona digər məsələlərdən necə danışılsın? Halbuki insan bu paklamaları yaşaya-yaşaya ruhi mücərrədliyə də çata bilir. Ruh mücərrədliyi nədir? Yəni insan sağ ikən "ölür". Ölmək nədir? Oynadığın (dünya oyunundakı) bu bədəninlə ruhun əlaqəsi "kəsilir" sanki, sırf özünü (ruh həqiqətini) dərk edib görürsən, anlayırsan. Ruh mücərrədliyi budur ki, hələ ölməmiş buna çatırsan, "ruhunu bədəndən çıxara bilirsən". Aləmi Allah boş yerə yaratmayıb, ulduzlar oddurlar, oranı gəzmək maddi bədənlə mümkün deyil, onlar oddur. Kosmik raket harda düşəcək, harda davam edəcək, neçə milyon illər gedəcək, insanın ömrü buna çatarmı? Amma ruhi mücərrədliyə çatmaqla sən aləmi seyr edə bilərsən. Buna islamda "seyri süluk" deyirlər.. Artıq sən aləmə məhrəm olursan, aləm sənə öz sirrlərini danışır, heyvanların dilini bilirsən. Biz elə bilirik ki Quranda Süleyman Peyğəmbərin(ə) heyvanların dilini bilməsi, İbrahim peyğəmbərə(ə) mələklər aləminin göstərilməsi elə sadəcə onlara aiddir, amma belə deyil. Hamsını biz yaşamalıyıq. Bunlara çatanlar bunu danışmaz, susarlar. Onlar namazda salamı verəndə cavabı Peyğəmbərdən(s.ə.s) eşidirlər.
Onların teyyül-ərz (bir anın içində anidən bir yerdən başqa yerə gedə bilmək) kimi qabiliyyətləri var..
Bəs biz ? Biz heç bilmirik "özümüz" nəyik. Ömürdə bəzən bir-iki dini yuxu görərik, ya heç onu da görmərik, bu yaşayışdı? Biz zahirdə ilişib qalmışıq, elə ancaq fikrimiz budur qarnımız doysun, şəhvətimiz təmin olsun. Əfsus, karvan getdi, biz qaldıq.. Bu yuxarıda yazdığım sirli mövzuları daha geniş şəkildə "Təharət Mərhələlərinin şərhi" adlı kitabdan alıb oxuyub, əməl edə bilərsiz. Dini (Əhlibeyt) dükanlarında bəlkə taparsız.. Allah müvəffəq etsin hamımıza.
Yuxu Yozmaları pinned «1ci HiSSƏ: Yuxunun nə olduğunu anlamaq üçün biz əvvəl gərək özümüzün nə olduğumuzu anlayaq. Heç hərdən özümüzə sual vermişikmi mən nəyəm, bu planetin üstündə nə gəzirəm? Bir bənzətmə ilə özümüzün nə olduğumuza diqqət edək, təsvir edin: əlinizdə telefon tutmusunuz.…»
📝 Kirmaninin yuxu haqda belə buyurduğu deyilir:

😴 Yuxu üç qisimdir:
1) ❤️İzzət və cəlal sahibi olan Allah tərəfindən müjdə mahiyyəti daşıyan yuxu;
2)👹şeytanın insanları vəsvəsəyə saldığı yuxu;
3) insanların özləri ilə danışıqlarını əks etdirən yuxu.
💡Doğru yuxuya gəlincə, onu müqərrəb mələklərdən biri lövhi-məhfuzdan əxz edərək (alaraq) insana gördüyü və ya görəcəyi (xeyirli) bir əməl barəsində müjdə ünvanı ilə, yaxud işlədiyi və ya işləyəcəyi bir günahla bağlı qorxutmaq məqsədilə göstərər ki, bəndə uca Allaha sığınaraq Ondan qorxsun və beləliklə, yuxuda gördüyü şərdən (xoşagəlməz hadisə və ya aqibətdən) uzaqlaşsın, yaxud gördüyü xeyirə tezliklə nail olsun..
❤️İmam Sadiqin❤️ (ə) belə buyurduğu yazılıb:
Yuxuların təbiri (yozumu) insanların mənsub olduları din, sahib olduqları peşə və görkəm kimi amillərdən asılı olaraq müxtəlif ola bilər.
Belə ki, eyni yuxu bir insan üçün ilahi rəhmət, digər insan üçün əzab-əziyyətə dəlalət edə (yozula) bilər.
Uca Allah buyurur: "Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın hər iki əli açıqdır. (O kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar"

(Maidə surəsi, 64cü ayə)