Sələfdən hikmətli sözlər
308 subscribers
459 photos
47 videos
6 files
941 links
Sələflər deyərdilər:

Ən gözəl kəlam az olub faydası çox olan kəlamdır.
Download Telegram
🍂Tabiinlərdən Rabi İbn Xeysəm rahiməhullah belə demişdir :

"Əgər Muhəmmədin ﷺ səhabələri bizi görsəydilər, deyərdilər ki, bunlar hesab gününə iman etməyiblər."

📒Feydul Qadir,
🍃Səid ibn Museyyib rahiməhullah demişdir:

"Mən camaatla birlikdə namaz qılmağı 40 il tərk etmədim."

📗("Hilyətul-Əuliyə", 2/162)

🖌Şeyx Abdurrazzəq əl-Bədr (həfizahullah) şərh edərək buyurur:

İnsanlardan çoxusu camaatla birlikdə namaz qılmağı qaçırırlar. Gündə bir dəfə, həftədə bir dəfə (camaat namazında iştirak edir) və ya bundan daha artıq dəfə camaat namazını buraxırlar. Bəs sələflərin (halına) baxanda onlar haradadırlar?

💻Şeyxin rəsmi saytından götürülmüşdür
📎İbn Abidin (rahiməhullah) demişdir:

"Heç bir üzr olmadan salamı gec qaytarmaq təhrimən məkruhdur (haram olacaq qədər, çox məkruh). Bunun günahı salamı qaytarmaqla deyil, tövbə ilə aradan qalxır."

📒əl-Məvsuə əl-Fiqhiyyə, 39-cu cild, səh. 247
🍂Alləmə Muhəmməd ibn Saleh Useymin (rahiməhullah) demişdir :

"Cahil olan kimsələrin çoxları biri - birilərinə bilmədikləri şeylər barədə fətva verirlər. Sən onların “ bu halaldır, bu haramdır, bu vacibdir və ya bu vacib deyil”  dediklərini görərsən. Onlar bu barədə heç bir şey bilmirlər.

Məgər  onlar bilmirlərmi ki, Allah qiyamət günü onlardan dedikləri barədə soruşacaq ?!

Məgər onlar bilmirlərmi ki, onlar bir şəxsi azdırsalar və ona Allahın haram etdiyini halal və ya halal etdiyini haram etsələr artıq  həmin günaha düçar olacaqlar və verdikləri fətva səbəbi ilə onlar həmin insanların əməl etdikləri günahlar qədər günah daşıyacaqlar."

📚Kitabul İlm səh. 76
📎İbn Qeyyim (rahiməhullah) buyurur:

"Bir müsəlmanın bütün günahların (böyüyünü və kiçiyini) hammısını birdən işləməsi onun bir kafirin bayramını təbrik etməsindən daha yüngüldür."

📕(Əhkəmu Əhliz-Zimmə)
🍂İmam İbn Qeyyim (rahiməhullah) belə demişdir:

"Zikir şükrün başıdır. Uca Allahı zikir etməyən kəs Ona şükür etmiş olmaz."

📗Əl-Vəbilus Sayyib, səh. 16.
🍃Şeyxul İslam İbn Teymiyyə(rahiməhullah) buyurur

"Dini  başa  düşmək  nicat  tapmaq  üçün  şərtdir!"

📕(Safdiyyə,  365)
🍂İbn Useymin (rahiməhullah ) belə demişdir:

"Allahla öz aranda olanları islah et ki, Allah da səninlə insanlar arasında olanları islah etsin."

📕Əl-Aqidətul Vəsitiyyə, 244.
İbn Qeyyim {رحمه الله} demişdir:

"İnsanın öz nəfsinin istəklərinə qarşı gəlməsi qəlbdən və bədəndən dərdləri,  xəstəlikləri uzaqlaşdırır. Nəfsi istəklərin ardınca gedilməsi isə qəlbə də,  bədənə də dərdləri cəlb edir,  çağırır. Qəlb xəstəliklərinin tamamilə hamısı nəfsin dalınca getməkdəndir. Əgər bədənin xəstəliklərinə də nəzər salsaq,  mütləq görərik ki, onlar da əsasən tərk olunması lazım olan nəfsi istəklərin təsiri nəticəsindədir."

📚 Ravdatu Muhibbiin
Əbu-l Abbas, şeyxulislam ibn Teymiyyə (661-728 h) demişdir:

    «Hər kim, sadəcə şəhədəti deməklə Cənnətə girib Cəhənnəmə getməyəcəyinə etiqad edərsə, o şəxs azmışdır. Qurana, Sünnəyə və icmaya müxalifdir.»

✍🏼 مختصر الفتاوى المصرية للبعلي(١ / ١٩٣)، والدرر السنية (١١/ ٤٥١)في رسالة "الأدلة والبراهين" للشيخ عبد الرحمن بن حسن
🖇Əbu Bəkr əl-Bəği (rahiməhullah) deyərdi ki, Rəcəb ayı əkin ayıdır. Şaban ayı isə onu suvarmaq ayıdır. Ramazan ayı isə onu biçmək ayıdır. Kim ki, Rəcəb ayında əkməsə, Şaban ayında onu suvarmasa, Ramazanda məhsul götürməyə necə murad edə bilər?


📚Lətaiful-Məarif,121

@yusuf108
🍂Amr ibn Qeys əl-Mulləi (rahiməhullah) şaban ayı girəndə mağazasını bağlayıb Quran oxumağa çəkilib və belə deyərdi:

"Xoş o adamın halına ki, özünü ramazandan əvvəl islah etdi."

(📗İbn Racəb, Lətaiful-məarif 138)

@yusuf108
📍RAMAZAN FETVALARI

Soru : Ramazan'da oruç tutarken her gün niyet etmek gerekir mi, yoksa ayın tamamı için bir defa niyet etmek yeterli midir

Cevap (İbn Useymin rahimehullah) : Ramazan'ın başında edilen bir niyet, ayın tamamı için yeterlidir. Çünkü kişi, tutacağı oruç için her gün geceleyin niyet etmese dahi, onun ay başında yaptığı niyeti hâlâ geçerlidir. Ancak ay içinde orucuna yolculuk, hastalık veya benzeri sebeplerden dolayı ara verirse yeniden niyet etmesi gerekir. Çünkü o, sefer ve hastalık gibi sebeplerle orucunu terk ettiğinde niyetini kesmiş oldu.

📚 Mecmu el-Fetava 19/182



س - هل كل يوم يصام في رمضان يحتاج إلى نية أم تكفي نية صيام الشهر كله؟ قال ابن عثيمين رحمه الله : يكفي في رمضان نية واحدة من أوله، لأن الصائم وإن لم ينو كل يوم بيومه في ليلته فقد كان ذلك في نيته من أول الشهر، ولكن لو قطع الصوم في أثناء الشهر لسفر أو مرض أو نحوه وجب عليه استئناف النية، لأنه قطعها بترك الصيام للسفر والمرض ونحوهما. مجموع الفتاوى  : (19/ 182)
Forwarded from Sələfdən hikmətli sözlər (.....)
🌿Orucun fəziləti.

Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir:

Oruc qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya söysə, qoy iki dəfə:Mən oruc tutmuşam desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir.

(Allah buyurur:)

O, Mənə görə öz yemə-yindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçün dür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir.


📚(əl-Buxari, 1761, 1795, 1894.)


@yusuf108
📌Əbu Hureyradan rəvayət olunur ki, Rasulullah ﷺ  buyurdu:

"Ramazan ayı gəldi. Mübarək Ramazan ayı. Allah sizə bu ayın orucunu vacib etmişdir. Bu ayda səmanın qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanların böyükləri qandallanar.
Bu ayda Allahın min aydan da xeyirli olan bir gecəsi gecəsi vardır. Bu gecənin xeyrindən  məhrum olan kəs əsl məhrumdur."

📒(Mişkət əl-məsabih 1903) /şeyx Albani səhih saymışdır.
Forwarded from Sələfdən hikmətli sözlər (.....)
🍃Əbu Umamə (radıyallahu anhu) rəvayət edir ki,

Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir:

“Kim Allah yolunda bir gün oruc tutarsa, Allah yerlə göy arasında olduğu məsafə qədər onunla Cəhənnəm odu arasında bir xəndək meydana gətirər.”


(📚ət-Tirmizi, 1624, 1724. əl-Albani həsən səhih olduğunu bildirmişdir.)


@yusuf108
🌿Rəyyan (qapısı) oruc tutanlar üçündür.

Səhl (radıyallahu anhu) rəvayət edir ki,

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, (o gün):

“Oruc tutanlar haradadır?”– de­yi­­ləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapı­dan ke­çə bilməyəcək, onlar içəri daxil olduqdan sonra (qapılar) bağlanacaq və (bun­dan sonra) heç kəs o qapıdan (Cənnətə) daxil ola bilməyəcək.”


(📚əl-Buxari, 1896)

_

@yusuf108