Xeberdarolun
21 subscribers
1.81K photos
399 videos
186 links
Sizin xeber kanaliniz
Download Telegram
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazi Sahil Həsənlini Sumqayıt Reabilitasiya Mərkəzində işlə təmin etdi.
Bu gün gecə saatlarında Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilərək saxlanılan erməni hərbçilərin adları açıqlanıb.

Saxlanılan 6 hərbçinin adları: A.N. Abqaryan, I.A. Sarkisyan, V.V. Sarkisyan, B.S. Ohanyan, A.Q. Budoyan, V.O. Rafaelyan.
🚨 Dünən təxribata cəhd edən və əsir götürülmüş ermənilər.
🇷🇺🇦🇲Rusiya və Ermənistan Müdafiə Nazirləri arasında görüş baş tutub.
ƏLA XƏBƏR❗️ "Sabah saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlarımıza yola düşəcək"
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Nazirlər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti, Qarabağdakı Rusiya sülhməramlılarının qarşıya qoyulan tapşırıqları icrası durumunu müzakirə ediblər.
Millət vəkili Naqif Həmzəyev: “Beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliyindən asılılığı aradan qaldırmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub. Məndə olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya nəticəsində gələn ildən “Aİ-95” və “Premium” markalı benzinlərin istehsalı mümkün olacaq. Bu da bizi beynəlxalq yanacaq bazarındakı asıllılıqdan azad edəcək və dövlət bu marka benzinlərin də tənzimlənməsini həyata keçirə biləcək”.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Jurnalistlərin minaya düşdüyü yerdən görüntülər
Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Qeyd edək ki, Rövşən Əkbərov barəsində bu il martın 15-də həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”.
🇮🇱 İsrailin önümüzdəki həftə baş naziri olması gözlənilən Bennett Qəzza və Livana hərbi hücumlar edəcəyini açıqladı.

O, Qüds üzərində nəzarətin də artırılmasını və İordan çayının qərb sahilinin 60%-nin İsrailə aid olmasını müdafiə edir.
⚠️ Fövqəladə Hallar Nazirliyi:

Yeni növ koronavirusdan qorunmaq məqsədilə:

- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!
- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

Həmçinin, qadağandır:

- nəzərdə tutulmamış ərazilərdə çimmək!
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- küləkli havada dənizə girmək!
- çimərlikdə gecələmək!
- sərxoş halda çimərlikdə olmaq!
- suda kobud hərəkətlər etmək!
- çimərlikdə balıq tutmaq!
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Ukraynada polis Bitcoin mədəninə əl qoydu
🇦🇿Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər.

✈️Dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
🇦🇿 Şəhid Xudayar Yusifzadənin “Son zəng” fotosu

Allah şəhidlərimizə rəhmət eləsin. 🤲🏻

Məzun olan bütün şagirdlərimizi təbrik edirik.
Hər birinizə Xudayar kimi mərdlik və Vətən sevgisi arzulayırıq.
Uğurlarınız bol olsun.
Bakıdan əsirlikdən qayıdan əsgər Ermənistanda həbs edilib.

Bu barədə vəkil Karmen Poqosyan SputnikArmenia-ya bildirib. O deyib ki, Ermənistanın Apellyasiya Məhkəməsi hərbçilərdən birinin N.Y.-nin həbsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Müdafiə tərəfi qərardan Kassasiya Məhkəməsinə şikayət etmək, habelə həbs qətimkan tədbirini girov müqabilində həbsə dəyişdirmək niyyətindədir.

Buna görə erməni əsirlər artıq Bakıdan qayıtmaq istəmirlər.