Qərbi Kaspi Universiteti/Western Caspian University
470 subscribers
431 photos
15 videos
4 files
145 links
İstiqlaliyyət 31, AZ1001 Bakı Azərbaycan

http://www.wcu.edu.az

E-mail: administration@wu.edu.az

Tel: +994 12 492 74 18
Download Telegram
Qərbi Kaspi Universitetində Əmək Yarmarkası keçirilib

Qərbi Kaspi Universitetində tələbə və məzunlar üçün növbəti Əmək Yarmarkası keçirilib. Ölkənin 20-dək aparıcı şirkəti müxtəlif vakansiya və təcrübə proqramları təqdim ediblər.
Açılış mərasimində çıxış edən universitetin professoru Hüseyn Bağırov Qərbi Kaspi Universitetinin tələbələrin əmək bazarına hazırlanması, təcrübi biliklərə yiyələnməsi ilə bağlı yanaşması barədə danışıb, bunun üçün həyata keçirilən layihələr, qurulan Texnopark və tədqiqat və təcrübə mərkəzləri barədə məlumat verib.
Digər çıxışçılar - Sumqayıt Texnologiyalar Parkının “Sabahın gücü" inkişaf layihəsinin rəhbəri, eyni zamanda Qərbi Kaspi Universiteti və ABŞ-ın UBİS Universitetinin ikili diplom proqramının tələbəsi Türkan Məmmədova, "PashpaPay" MMC-nin partnyorlarla əlaqə şöbəsinin baş mütəxəssisi Samirə Qasımova, "Narınc" Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, uzman-klinik psixoloq…
Qərbi Kaspi Universiteti kadr rezervi yaratmaq məqsədilə müxtəlif inzibati vəzifələr üzrə vakansiyalar elan edir.

Vakansiya istiqamətləri:
1. Keyfiyyətə nəzarət mərkəzi
2. ⁠Beynəlxalq əlaqələr departamenti
3. ⁠Əcnəbi tələbələrlə iş sektoru
4. ⁠Ömürboyu təhsil mərkəzi

Tələb olunan bilik və bacarıqlar:
1. Ali təhsil dərəcəsi (magistr və daha yüksək elmi dərəcəsinin olmasına üstünlük verilir)
2. Ən azı 5 illik professional iş təcrübəsi.
3. Azərbaycan, ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti (əlavə xarici dillərə üstünlük verilir)
4. Kompüter bacarıqları (MS Office, Outlook)
5. Peşəkar idarəçilik və ünsiyyət qabiliyyəti
6. Komanda ruhlu və prioritetlər üzrə işləmə bacarığı
7. Təşkilatçılıq və çevik qərar qəbuletmə bacarıqları
8. Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları
9. Universitetin etik kodeksinə hörmətlə yanaşmaq.

Müraciət üçün CV-nizi WCU Carrers mövzusu ilə emilya.sefereliyeva@wcu.edu.az elektron ünvanına göndərə bilərsiniz.

Son tarix: 10 fevral 2024-cü il
Qış imtahan sessiyası davam edir…

Hər yeri ağ örpəyə bürümüş qar isə yalnız xoş hisslər bəxş edir…
QƏRBİ KASPİ UNİVERSİTETİ aşağıdakı kafedralarda kafedra müdiri vəzifələrini tutmaq üçün MÜSABİQƏ ELAN EDİR:

🔹 Psixologiyavə sosial iş kafedrası
🔹 Tarix kafedrası
🔹 Fəlsəfə kafedrası

📌 Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə yalnız mövcud əsasnamənin tələblərinə uyğun olan namizədlər iştirak edə bilərlər.
Müvafiq kafedranın profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcə, (professor elmi adı və ya elmlər doktoru elmi dərəcəsi olanlara üstünlük verilir) lazımi elmi-pedaqoji idarəetmə təcrübəsinə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:
- icraçı prorektorun adına ərizə;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil haqqında diplomun notariat qaydasında təsdiq olunmuş surəti;
- elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;
- dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı;

🔹 Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.
Sənədlərin qəbulu elanın dərc edildiyi tarixdən 1 (bir) ay müddətinə aparılır.

Müsabiqədə iştirak etmək üçün sənədlər ərizə ilə birlikdə administration@wu.edu.az elektron ünvanına göndərilməlidir.

📌 Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A
Əlavə məlumat üçün: +994 12 565 39 77
"Tribuna" İnformasiya Agentliyi:

Millət vəkilləri və jurnalistlər imtahanda – FOTOLAR
https://tribunainfo.az/millet-vekilleri-ve-jurnalistler-imtahanda-fotolar/
Media is too big
VIEW IN TELEGRAM
🔹🎥 Tələbələrimizdən maraqlı fləşmob:
GƏNCLƏR GÜNÜNNÜZ MÜBARƏK, ƏZİZ GƏNCLƏR!
📢 İki ilə iki MBA dərəcəsi qazanmaq üçün bu şansı qaçırmayın!

DİM tərəfindən magistratura səviyyəsinə ərizələrin qəbulu 08.04.24 tarixinədək aparılır.

Qərbi Kaspi Universitetinin MBA dərəcəsini seçdikdə iki diplom əldə
etmək imkanı qazanırsınız (Qərbi Kaspi Universiteti və UBİS/Vaşinqton, ABŞ).

Proqramın üstünlükləri:

Beynəlxalq akreditə olunmuş ABŞ MBA dərəcəsi
Yeni karyera imkanları və biznes sahəsində yeni əlaqələr
Beynəxalq sertifikasiyalı xarici təlimçilər
Axşam saatlarında interaktiv dərslər
Münasib təhsil haqqı
Təqaüd imkanı

Qlobal MBA Proqramının məzunları həm Azərbaycan, həm də
xaricdə müxtəlif tanınmış şirkətlərdə aparıcı vəsifələrdə çalışırlar.

MBA dərəcəsi alaraq karyeranızda hər zaman bir pillə öndə
olacaqsınız!

Əlaqə üçün:

mba@wu.edu.az
+994 50 461 86 74
Ramazan Bayramınız mübarək!
Qərbi Kaspi Universiteti ikinci (təkrar) ali təhsilə qəbul elan edir

🔹Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2024/2025-ci tədris ili üçün aşağıda göstərilən ixtisaslara təkrar ali təhsil üzrə qəbul elan edir:

1. İqtisadiyyat
2. Maliyyə
3. Mühasibat
4. Turizm işinin təşkili
5. Marketinq
6. Biznesin idarə edilməsi
7. İnformasiya texnologiyaları
8. Kompüter mühəndisliyi
9. Cihaz mühəndisliyi
10. Ekologiya
11. Biologiya
12. Meşəçilik
13. Dövlət bələdiyyə idarəetməsi
14. Psixologiya
15. Tarix
16. Sosial iş
17. Təhsildə sosial psixoloji xidmət
18. Su bio ehtiyatları və akvakultura
19. Kompüter elmləri
20. İnformasiya təhlükəsizliyi
21. Turizm bələdçiliyi

📌Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarının əsasında aparılır.

📌Tələb olunan sənədlər:
• ərizə
• ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
• əmək kitabçasının surəti (işlədiyi halda);
• 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
• şəxsiyyət vəsiqəsinin surəti;
• Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti
• Sağlamlıq haqqında arayış

📌Qeyd: Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə təkrar ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər. Müraciət etmək istəyənlər https://www.portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim etməlidirlər.

📌Sənəd qəbulu prosesi 31 avqust 2024-cü il saat 18:00-da bitəcək.

🔹Təhsil əyani və qiyabi formalarda həyata keçirilir.
Təhsil Azərbaycan və Rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək.

📌Əlavə məlumatı göstərilən ünvandan əldə etmək olar:
İstiqlaliyyət 31 (İçərişəhər korpusu) və Əhməd Rəcəbli küçəsi, III paralel/21
Əlaqə nömrələri: (012) 492 61 63 (daxili-27); 565-39-76