Qərbi Kaspi Universiteti/Western Caspian University
470 subscribers
431 photos
15 videos
4 files
145 links
İstiqlaliyyət 31, AZ1001 Bakı Azərbaycan

http://www.wcu.edu.az

E-mail: administration@wu.edu.az

Tel: +994 12 492 74 18
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Interview with our next guests😊🎥
🔹Dr. Elio Brancaforte, Chair and Associate Professor in the Department of Germanic and Slavic Studies at Tulane University.
🔹Dr. Irina Shingiray, historical and anthropological archaeologist. Dr. Shingiray is Associate Member of the Faculty of History at Oxford University
📢 Müsabiqədə iştirak hüququ qazanan bakalavrların nəzərinə:

📢 İki ilə iki MBA dərəcəsi qazanmaq şansı!

Qərbi Kaspi Universitetinin MBA dərəcəsini seçdikdə iki diplom əldə
etmək imkanı qazanırsınız (Qərbi Kaspi Universiteti və UBİS/Vaşinqton, ABŞ).

Proqramın üstünlükləri:
Beynəlxalq akreditə olunmuş ABŞ MBA dərəcəsi
Yeni karyera imkanları və biznes sahəsində yeni əlaqələr
Beynəxalq sertifikasiyalı xarici təlimçilər
Axşam saatlarında interaktiv dərslər
Münasib təhsil haqqı
Təqaüd imkanı

Qlobal MBA Proqramının məzunları həm Azərbaycan, həm də
xaricdə müxtəlif tanınmış şirkətlərdə aparıcı vəsifələrdə çalışırlar.

Əlaqə üçün:
mba@wu.edu.az
+994 50 461 86 74
Media is too big
VIEW IN TELEGRAM
Tələbələrimiz - ABŞ-dan olan Camille Gabriella Jackson və Şri-Lankadan olan Isuru Udara Abesinghe Mudiyanselage İTV-nin "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar.😊🎥
Ödənişsiz “Maliyyə Uçotu” kursu ❗️

“Maliyyə Uçotu” sertifikat kursu sizə mürəkkəb maliyyə prinsiplərini qısa zamanda sadə və aydın şəkildə öyrənmək imkanı qazandıracaq.
Bu kurs vasitasilə biznesin hər hansı sahəsində (HR, logistika, layihə menecmenti) çalışmanızdan asılı olmayaraq, işinizdə uğur qazanmaq üçün lazım olan əsas maliyyə biliklərinə yiyələnə biləcəksiniz.

Bu kursun sonunda siz:
• fundamental maliyyə anlayışlarını başa düşəcək;
• maliyyə hesabatlarını hazırlamaq və təhlil etməyi bacaracaq;
• F1 ACCA imtahanına hazır olacaqsınız.
📌 Kurs axşam saatlarında interaktiv Zoom vasitəsilə tədris olunacaq.
🔹Kurs Qlobal MBA məzunları, MBA-yə hazırlaşan namizədlər və WCU tələbələri üçün pulsuzdur.
📌Əlavə məlumat üçün:
050 461 86 74 (whatsapp aktivdir)
Mba@wu.edu.az
--------------------------------------------------------------------------
Join our free Financial Accounting certificate course that will teach complex financial concepts in a simple and clear way❗️
Even if you work in a non-finance profession (HR, Logistics, project management, data analysis), understanding basic financial concepts is important for you to succeed in any area of the business world.
📌 By the end of this course, you'll be able to
• understand fundamental financial concepts
• prepare and analyse financial statements.
• get ready for F1 ACCA exam
🔹This course will be taught via interactive Zoom classes in the evening time
📌This course is free for Global MBA alumni, MBA applicants and current WCU students.
For more information:
050 461 86 74
Mba@wu.edu.az
5-6 noyabr 2024-cü il tarixlərində Qərbi Kaspi Universitetinin və Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının (UIAA) birgə təşkilatçılığı ilə “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı II Beynəlxalq Konfransı keçiriləcək.

📌Konfransın məqsədi:
“Dağlar: Mədəniyyətlər, Landşaftlar, Biomüxtəliflik-2024” II Beynəlxalq Konfransı bilik mənbələri arasında əlaqələri gücləndirmək və davamlı gələcəyə dair fikirlər, yollar və təsəvvürləri inkişaf etdirmək üçün nəzərdə tutulmuş diqqətəlayiq tədbirdir.
🔹Konfrans hər biri müxtəlif müzakirə sessiyalarını təklif edən dörd əsas mövzunu əhatə edir.
1. Qlobal dağ bioloji müxtəlifliyin qiymətləndirilməsi:
Bu sessiya dağlıq bölgələrdə biomüxtəlifliyin hərtərəfli qiymətləndirilməsini araşdıraraq, bu unikal ekosistemlərin qorunmasının vacibliyini vurğulayacaq. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Qlobal Dağ Bioloji Müxtəlifliyin Qiymətləndirilməsi və Dağ Tədqiqatları Təşəbbüsünün ekspertləri müzakirələrə rəhbərlik edəcək və öz fikirlərini təqdim edəcəklər.
2. Qlobal ekoloji problemlər:
Ətraf mühitimiz bir sıra problemlərlə üzləşir və bunların bir çoxu zaman keçdikcə daha da pisləşərək bizi əsl ekoloji böhrana gətirib çıxarır. Buna görə də, bu problemlərin mövcudluğu, eləcə də onların mənfi təsirini azaltmaq üçün hansı tədbirlərin görülə biləcəyi barədə maarifləndirmənin artırılması getdikcə daha vacib əhəmiyyət daşıyır.
3. Dağ mədəniyyətləri
Dağ mədəniyyəti dağ bölgələrinin unikal landşaftları və ehtiyatları ilə formalaşan bəşər tarixinin zəngin və çoxşaxəli aspektidir. Musiqisi, mətbəxi, festivalları və ya mədəniyyətləri də daxil olmaqla dağ icmalarının adət-ənənələri onların unikal həyat tərzinə bir pəncərə təqdim edir.
4. Dağ turizmi və iqtisadi təsirlər
Dağlar bütün dünyada mühüm turizm məkanlarıdır və mənzərəli gözəlliyi, İdman attraksionları və zəngin mədəni irsi ilə ziyarətçiləri cəlb edir. Turizm ucqar kənd dağ icmaları üçün gəlir və iqtisadi imkanlar mənbəyidir. Bu sahə həmçinin yerli ənənələrin və qida sistemlərinin canlanmasına kömək edə bilər.
🔹 Eyni zamanda, dayanıqlı mədəniyyət və turizm dağlıq ərazilərdə sosial-iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsi kimi xidmət edə bilər. Yaxşı idarə olunan, icma əsaslı turizm ev təsərrüfatlarının gəlirlərini artıraraq, onları şaxələndirir, iş və dolanışıq imkanlarını inkişaf etdirir, ənənəvi sistemləri dəstəkləyir, həmçinin landşaftlar boyunca təbii və mədəni irsin qorunub saxlanmasına və təşviqinə kömək edən dözümlülük yaradır.
Təəssüf ki, dağ ekosistemində yaşayan əhali bütün dünyada müxtəlif səbəblər nəticəsində şəhərləşir. Belə vəziyyətdə sahibkarlar bu bölgələri icarəyə götürür və bəzən bio və geomüxtəlifliyi qorumadan istismar edirlər.
İnsanların və vəhşi təbiətin dinc şəkildə birgə yaşamasını inkişaf etdirmək üçün mümkün tədbirlərə yerli icmaların maarifləndirilməsi və öyrədilməsi, qapalı ərazi ilə sakinlərə məxsus torpaqlar arasında aydın sərhədin müəyyən edilməsi, yerli icmalar üçün qanun və qaydaların formalaşdırılması və mənfəətin ədalətli şəkildə bölüşdürülməsi daxil edilməlidir.
📌“Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” Beynəlxalq Konfransını təşkil etmək təcrübəmizi nəzərə alaraq, bu tədbirin şəxsən iştirakı nəzərdə tutduğunu və eyni zamanda virtual iştirakı da seçim kimi təqdim etdiyini bildirməkdən məmnunluq duyuruq.
Belə ki, 10-12 may 2019-cu il tarixlərində Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası və Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” mövzusunda I Beynəlxalq Konfransı keçirilmişdir.
📌Əlavə məlumat üçün:
Elm və İnnovasiyalar departamenti
Əlaqə: Tel: +99412 5653977 (121)
E-mail: mclb_conference2024@wcu.edu.az
🥇 Tennisçilərimiz 1-ci, voleybolçularımız 2-ci oldular

Azərbaycan Tibb Universitetinin və Bakı şəhəri Gənclər və idman idarəsinin təşkilatçılığı ilə birgə keçirilən Müstəqillik Gününə həsr olunmuş “Zəfər Festivalı-2" adlı idman festivalının mükafatlandırma mərasimi olub.
Qərbi Kaspi Universitetinin Stolüstü tennis komandası birinci, Volleybol komandası ikinci, yerə layiq görülüb.
Tələbələrimiz Xəzər dənizində tədqiqatlar aparırlar

📌 Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Biologiya” və “Su bioejtiyatları və akvakultura” ixtisasları üzrə təhsil alan üçüncü kurs tələbələri Təbiət elmləri kafedrasının müəllimləri – b.ü.f.d. M.Hümbətov və K.Əhmədova ilə birlikdə Universitetin Şirvan Milli Parkında yerləşən Xəzər Dənizi Problemləri Elmi-Tədqiqat Mərkəzinə ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi Xəzər dənizindən planktona və bentosa aid hidrobioloji materialların toplanması, Milli parkın ərazisində yayılmış həşəratların və ilbizlərin toplanması olub.

Hidrobioloji materiallar həm canlı halda, həm də spirtdə fiksə edilib, sonrakı işlənmələr üçün Qərbi Kaspi Universitetinin Hidrobiologiya laboratoriyasına gətirilib.
İlk müşahidələr zamanı nümunələrdə həşərat sürfələri, yanüzən xərçənglər, krevetka, yosunlar və plankton qeydə alınıb.
Qurban Bayramınız mübarək!
Qərbi Kaspi Universiteti 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir

🔹Daha ətraflı:
https://wcu.edu.az/az/news/qerbi-kaspi-universiteti-ci-tedris-ili-uchun-magistratura-se