Qərbi Kaspi Universiteti/Western Caspian University
584 subscribers
431 photos
15 videos
4 files
145 links
İstiqlaliyyət 31, AZ1001 Bakı Azərbaycan

http://www.wcu.edu.az

E-mail: administration@wu.edu.az

Tel: +994 12 492 74 18
Download Telegram
Qərbi Kaspi Universiteti aşağıdakı vəzifələr üçün müsabiqə elan edir.

1. Siyasi və İctimai elmlər fakültəsi üzrə
Dekan – 1 ştat

2. “Tarix və Fəlsəfə” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə yalnız mövcud əsasnamənin tələblərinə uyğun olan namizədlər (ən azı elimi dərəcə və elmi ad, ingilis dili bilgisi) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

* Ərizə;
* Kadrlar uçotunun şəxsi vərəqəsi;
* Tərcümeyi-hal;
* Ali təhsil (baza təhsili), elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
* Elmi və elmi-metodiki işlərin siyahısı;
* Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı proqramı.
Sənədlərin qəbulu müddəti elan dərc edildikdən 1 ay keçənədəkdir.

Müsabiqədə iştirak etmək üçün sənədlər ərizə ilə birlikdə administration@wu.edu.az ünvanına göndərilməlidir.
Qərbi Kaspi Universiteti 2023/2024-cü tədris ili üçün aşağıdakı sahələr üzrə tədris aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edir.

Vakansiya istiqamətləri:
- İqtisadiyyat
- Kompüter elmləri
- Genetika
- Dizayn
- Psixologiya
- Sosial iş
- Hüquq
- Mülki müdafiə

📍 NAMİZƏDƏ TƏLƏBLƏR

- Əlaqədar sahədə ən azı fəlsəfə doktoru (PhD) dərəcəsinin olması;
- Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
- İngilis və ya rus dilində tədris apara bilməsi arzuolunandır.

📌 Qeyd: göstərilən sahələr üzrə həmçinin sırf ingilis dilində tədris apara bilən müəllimlərin işə qəbuluda aparılır.

🔹 Necə müraciət etmək lazımdır:

Müraciət etmək üçün CV-nizi və tədris etmək istədiyiniz sahənin adını administration@wu.edu.az e-mail ünvanına avqust ayının 31-ə qədər göndərə bilərsiniz.
Qərbi Kaspi Universiteti aşağıdakı vəzifələr üçün müsabiqə elan edir.

1. Siyasi və İctimai elmlər fakültəsi üzrə
Dekan – 1 ştat
2. “Tarix və Fəlsəfə” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə yalnız mövcud əsasnamənin tələblərinə uyğun olan namizədlər (ən azı elimi dərəcə və elmi ad, ingilis dili bilgisi) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
* Ərizə;
* Kadrlar uçotunun şəxsi vərəqəsi;
* Tərcümeyi-hal;
* Ali təhsil (baza təhsili), elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
* Elmi və elmi-metodiki işlərin siyahısı;
* Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı proqramı.

Sənədlərin qəbulu müddəti elan dərc edildikdən 1 ay keçənədəkdir.

Müsabiqədə iştirak etmək üçün sənədlər ərizə ilə birlikdə administration@wu.edu.az ünvanına göndərilməlidir.
Qərbi Kaspi Universitetinin Kolleci 2023/2024-cü tədris ili üçün aşağıdakı sahələr üzrə müəllimlərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edir.
Vakansiyada mövcud olan sahələrin siyahısı aşağıdakı kimidir:

- İqtisadiyyat (rus bölməsi üzrə)
- Turizm (Azərbaycan və rus bölməsi üzrə)
- Menecment
- Kimya
- Biologiya
- Sosial iş
- Əməyin mühafizəsi

NAMİZƏDƏ TƏLƏBLƏR

- Əlaqədar sahədə bakalavr və ya magistr dərəcəsinin olması;
- Minimum 2 il pedaqoji təcrübəyə malik olması;
- Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
- Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olması.

Müraciət etmək üçün CV-nizi mövzu başlığında Kollec və tədris etmək istədiyiniz sahənin adını qeyd edərək administration@wu.edu.az e-mail ünvanına göndərə bilərsiniz.
Qərbi Kaspi Universitetinə qəbul olmuş tələbələrin və ali məktəblərin boş qalmış yerlərinə seçim aparan abituriyentlərin nəzərinə!

🔹 Tələbələr qeydiyyatı tamamlamaq üçün mütləq Qərbi Kaspi Universitetinin Qəbul Komissiyasına yaxınlaşaraq müqavilə və sənədləşdirmələri həyata keçirməlidir.

🔹 İxtisas seçimi aparan abituriyentlər isə seçim və kodlaşdırmada dəstək üçün Qərbi Kaspi Universiteti və DİM-in birgə yaratdığı İxtisas Seçiminə Dəstək Mərkəzinə müraciət edə bilərlər.

📍 Qəbul Komissiyası və İxtisas Seçiminə Dəstək Mərkəzi şənbə və bazar günlərində də fəaliyyətini davam etdirəcək.

▶️ Bakı, İstiqlaliyyət küçəsi, 31, Tel:+994 12 492 74 18
Qərbi Kaspi Universitetinə qəbul olmuş tələbələrin nəzərinə!

Qeydiyyatı tamamlamaq üçün portaldan qeydiyyatdan keçməklə yanaşı universitetə yaxınlaşaraq müqavilə imzalanmalıdır.
Qəbul Komissiyası şənbə və bazar günləri də işləyir.

▶️ Bakı, İstiqlaliyyət küçəsi, 31, Tel:+994 12 492 74 18
ABŞ Universiteti Qərbi Kaspi Universitetinə təşəkkür məktubu göndərib

ABŞ-nin Mərkəzi Florida Universiteti Qərbi Kaspi Universitetinə təşəkkür məktubu ünvanlayıb. Məktubda Qərbi Kaspi Universitetində keçirilən və Mərkəzi Florida Universitetinin 7 tələbəsinin iştirak etdiyi Yay Məktəbinin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunur.

Məktubda deyilir: “Mərkəzi Florida Universitetinin (UCF) tələbələri Xaricdə Təhsil Proqramı ilə Azərbaycanın Bakı şəhərinə unudulmaz səfərdən gözəl xatirələrlə qayıtdılar. UCF komandası universitetinizə baş çəkməkdən və rus dili, tarixi və mədəniyyəti üzrə dərslərdə iştirak etməkdən, eləcə də gözəl ekskursiyalarda iştirak etməkdən məmnun oldu. Bu, UCF tələbələri üçün təkcə rus mədəniyyəti və ədəbiyyatı haqqında deyil, həm də yerli mədəniyyəti öyrənmək üçün əla fürsət olmuşdur. Eyni zamanda Azərbaycanın könüllüləri ilə tanış olmaq və onlardan bəhrələnmək əhəmiyyətli idi. Bu səfəri həqiqətən məhsuldar, xoş və yaddaqalan oldu. Biz gələcəkdə də universitetinizlə əməkdaşlığımızı davam etdirmək istərdik”.
Qərbi Kaspi Universitetinin Kolleci 2023/2024-cü tədris ili üçün aşağıdakı sahələr üzrə vakant yerlərə müəllimlərin işə qəbulu müsabiqəsini davam etdirir. Vakansiyada mövcud olan sahələrin siyahısı aşağıdakı kimidir:

- İqtisadiyyat (maliyyə, mühasibat uçotu, audit) (rus bölməsi üzrə)
- Korporativ və regional idarəetmə (rus bölməsi üzrə)
- Kompüter elmləri və proqramlaşdırma (rus bölməsi üzrə)
- Metrologiya, standartlaşdırma və sertifikasiya (Azərbaycan bölməsi)
- Sənaye cihazları (Azərbaycan bölməsi)

NAMİZƏDƏ TƏLƏBLƏR

- Əlaqədar sahədə bakalavr və ya magistr dərəcəsinin olması;
- Minimum 2 il pedaqoji təcrübəyə malik olması;
- Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
- Müasir informasiya - kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olması.

📌 Müraciət etmək üçün CV-nizi mövzu başlığında Kollec və tədris etmək istədiyiniz sahənin adını qeyd edərək administration@wu.edu.az e-mail ünvanına göndərə bilərsiniz.
Qərbi Kaspi Universitetində Əmək Yarmarkası keçirilib

Qərbi Kaspi Universitetində tələbə və məzunlar üçün növbəti Əmək Yarmarkası keçirilib. Ölkənin 20-dək aparıcı şirkəti müxtəlif vakansiya və təcrübə proqramları təqdim ediblər.
Açılış mərasimində çıxış edən universitetin professoru Hüseyn Bağırov Qərbi Kaspi Universitetinin tələbələrin əmək bazarına hazırlanması, təcrübi biliklərə yiyələnməsi ilə bağlı yanaşması barədə danışıb, bunun üçün həyata keçirilən layihələr, qurulan Texnopark və tədqiqat və təcrübə mərkəzləri barədə məlumat verib.
Digər çıxışçılar - Sumqayıt Texnologiyalar Parkının “Sabahın gücü" inkişaf layihəsinin rəhbəri, eyni zamanda Qərbi Kaspi Universiteti və ABŞ-ın UBİS Universitetinin ikili diplom proqramının tələbəsi Türkan Məmmədova, "PashpaPay" MMC-nin partnyorlarla əlaqə şöbəsinin baş mütəxəssisi Samirə Qasımova, "Narınc" Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, uzman-klinik psixoloq…
Qərbi Kaspi Universiteti kadr rezervi yaratmaq məqsədilə müxtəlif inzibati vəzifələr üzrə vakansiyalar elan edir.

Vakansiya istiqamətləri:
1. Keyfiyyətə nəzarət mərkəzi
2. ⁠Beynəlxalq əlaqələr departamenti
3. ⁠Əcnəbi tələbələrlə iş sektoru
4. ⁠Ömürboyu təhsil mərkəzi

Tələb olunan bilik və bacarıqlar:
1. Ali təhsil dərəcəsi (magistr və daha yüksək elmi dərəcəsinin olmasına üstünlük verilir)
2. Ən azı 5 illik professional iş təcrübəsi.
3. Azərbaycan, ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti (əlavə xarici dillərə üstünlük verilir)
4. Kompüter bacarıqları (MS Office, Outlook)
5. Peşəkar idarəçilik və ünsiyyət qabiliyyəti
6. Komanda ruhlu və prioritetlər üzrə işləmə bacarığı
7. Təşkilatçılıq və çevik qərar qəbuletmə bacarıqları
8. Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları
9. Universitetin etik kodeksinə hörmətlə yanaşmaq.

Müraciət üçün CV-nizi WCU Carrers mövzusu ilə emilya.sefereliyeva@wcu.edu.az elektron ünvanına göndərə bilərsiniz.

Son tarix: 10 fevral 2024-cü il