Qərbi Kaspi Universiteti/Western Caspian University
563 subscribers
431 photos
15 videos
4 files
145 links
İstiqlaliyyət 31, AZ1001 Bakı Azərbaycan

http://www.wcu.edu.az

E-mail: administration@wu.edu.az

Tel: +994 12 492 74 18
Download Telegram
Tələbələrimiz Vətən müharibəsi şəhidi, Qərbi Kaspi Universiteti Kollecinin tələbəsi Cəlal İslamovun ailəsini və məzarını ziyarət ediblər (Xaçmaz rayonu, Çarxı kəndi).
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Do you want to get a job promotion and a higher salary but don’t have a Master’s degree?
Join our January 2022 intake and earn your accredited Swiss MBA degree with Western Caspian University!
Affordable tuition fee
Top-rated instructors
100% graduate employment rate.
Contact us today for more information.
mba@wu.edu.az or 050 461 86 74 (Whatsapp)
Qərbi Kaspi Universitetinin Tələbə və Məzunların Təcrübə və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ABŞ Səfirliyi tərəfindən Qərbi Kaspi Universitetində Məlumat Sessiyası keçirilib.
Sessiyada səfirlik nümayəndələri tərəfindən təcrübə proqramı haqqında məlumat verilib, eyni zamanda müraciət üçün tələb olunan sənədlərin siyahısı, yazılması qaydaları, anket formasının doldurulması izah olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qərbi Kaspi Universitetinin Dizayn ixtisasının tələbəsi Aminə Hüseynova təhsilini İspaniyanın Kastilyo Dizayn Universitetində davam etdirir.
Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzində “Psixologiya kitablarda” mövzusunda seminar keçirilib.
Seminarda Elmi Kitabxana Mərkəzinin direktor müavini Mehparə Əsədova psixologiya ədəbiyyatları barədə məlumat verib. Daha sonra f.ü.f.d. Natəvan Kərəmova psixologiya kitablarının insanın şəxsi və iş həyatında rolundan, insan sağlamlığına müsbət təsirlərindən danışıb.
Seminar diskussiya ilə davam etdirilib.
Qərbi Kaspi Universiteti beynəlxalq onlayn təhsil platforması olan Coursera ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün daha bir imkan yaradır.

Qərbi Kaspi Universitetində təhsil alan hər bir tələbə Coursera platformasında istədiyi bir kursu seçərək, ödənişsiz şəkldə dərslərdə iştirak edə və kursu başa çatdırmaqla sertifikat əldə edə bilər. Təqdim olunan kursların əksəriyyəti ingilis dilində olsa da, kurs materiallarının bir çoxunda türk və rus dillərində altyazılar mövcuddur.

Bu imkandan yararlanmaq üçün adınızı, soyadınızı və ixtisasınızı yazıb administration_iro@wcu.edu.az email ünvanına göndərə bilərsiniz.

Əlavə sualınız yarandığı təqdirdə administration_iro@wcu.edu.az email ünvanına yaza və ya universitetin beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşa bilərsiniz.
(Otaq 214, İstiqlaliyyət 31, Qərbi Kaspi Universitetinin İçərişəhər metrostansiyasının yaxınlığında yerləşən tədris binası)
Qərbi Kaspi Universiteti BİZNES İNGİLİS DİLİ kursuna qəbul elan edir

📍 Dərslər həftədə 2 dəfə olmaqla 10 həftə ərzində davam edəcək. İştirakçıların ingilis dili səviyyəsi minimum Pre-intermediate olmalıdır. Dərslər Onlayn formatda, Ms Teams üzərindən həyata keçirələcək.
Kurs Kanadada yaşayan Azərbaycanlı mütəxəssis, Qərbi Kaspi Universitetinin əməkdaşı Səidə Qasımova tərəfindən tədris ediləcək.

Kursda tələbələr işgüzar danışıq, yazı və təqdimat bacarıqlarını inkişaf etdirməyə və təkmilləşdirməyə yönəlmiş praktiki məşğələlərlə məşğul olacaqlar:

• İşgüzar Ünsiyyət nədir? Niyə ünsiyyətdə yanlışlıqlar baş verir?
• Mədəniyyətlərarası ünsiyyət. Başqa mədəniyyətlərdən olan insanlarla ünsiyyət
• Biznes mesajlarının növləri
• Yazı prosesi. Yazının 4 mərhələsi (MACJ üsulu).
• Biznes Mesajlarının Planlaşdırılması. Auditoriyanızı və məqsədinizi təhlil edin. Məlumatın toplanması.
• Biznes yazılarının 7C-si
• Korreksiya. Ümumi qrammatik səhvlər
• İşgüzar mesajların birbaşa və dolayı strukturu
• Danışıq tonu. Aktiv və passiv səs.
• Şikayət e-poçtlarına cavab vermək. Emosional İntellekt, Aktiv dinləmə. “Sizin münasibətiniz” və müsbət vurğu
• Rutin mesajların yazılması. Birbaşa quruluş.
• Mənfi xəbər mesajları yazmaq. Dolayı quruluş.
• İnandırıcı mesajlar yazmaq. AIDA modeli.
• İnandırma üsulları
• Şifahi təqdimatlar. Bədən dili.
• Resume yazmaq üçün məsləhətlər
• İş müsahibəsindən necə keçmək olar?

📲 WhatsApp: +994 70 731 12 14