Ustad Muhəmməd Şücai
86 subscribers
4 photos
3 videos
11 links
Bu kanalda Ustad Muhəmməd Şücainin çıxışları və kəlamları paylaşılır
Download Telegram
Channel photo updated
Adəm övladının qorxuları !

İstəyirdim namazın əvvəl vaxtda tətil edəm, Lakin dükan müştərilərlə dolmuşdu.
Onun sözləri ilə razı deyildim amma qorxurdum ki, pulumu verməyə.
Qızımı istəyirəm aparım parka amma qorxuram ayın axırında qazancım az olar.
Sənin də belə qorxuların var ?
Əgər cavabın müsbətdirsə gərək biləsən! Hər şeydən qorxmaq tövhidin zəif olduğuna işarədir.
İnsanlıq deyir bütün qorxularını insanlardan, şəraitlərdən və s... At kənara və vur, gir bu qorxunun içinə;
İnsanlar yalnız bir şeydən qorxurlar. O da Allahın əzəməti varlığı

Kanala abunə olun⬇️
https://t.me/ustadshucai
Batil zəifdir, və qüdrəti yoxdur. Böyüyüb inkişaf edə bilməz !
Hər yerdə görsək batil böyüyüb inkişaf etdi və haqqın üstünə kölgə saldı deməli orda haqq sükut etmiş, güzəştə getmiş və ya hüzuru yoxdur.

Bəyan cihadının əhəmiyyəti burda aydın olur;
"Haqqa dəvət"
Yalnız bəyan əhli haqqdır, və onlar xüsrana uğramayacaqlar

Kanala abunə olun⬇️
https://t.me/ustadshucai
Əgər İmam Hüseyn əleyhissəlamı çətin müharibənin qəhrəmanı bilirsinizsə, onda Xanım Zeynəb ( s.ə) -nı da yumşaq müharibənin qəhrəmanı bilin. Kafir Yezid o vaxt ki, İmam Səccad əleyhissəlamın, və Xanım Zeynəbin ( ə)-mın etirazları ilə üzləşdikdə azan oxunmasını əmr etdi ( vaxtsız azan). Yezid dedi ki, İbn Ziyad mənim icazəm olmadan bunu etmişdir. Bu an geriyə çəkildi və İbn Ziyadı satdı.
Gördüyünüz kimi zühur hələ baş verməyib. Əgər siz də İmam Hüseyn əleyhissəlamın vaxtında yaşasaydınız Yezidin qoşununda olardınız. Bizim soyuq müharibədə ziyifliyimiz var. Allah (c.c) buyurur: Mən sizə 11 məsum imam göndərdim siz onları ölümə tərk etdiniz. Bir insanın sonuncu qorxusu ölməyidir. Əgər yalnız Allah (c.c) imamların canını qorumalıydısa onda siz nəyə gərəksiniz ? İmam Mehdi (ə.f) Allahın yer üzündə olan son höccəti olacaqdır. Sizdən imtahan almamış imamı göndərməz. Son psixoloji hadisələrdə imanınızı əldən verdiniz.
O qədər axmaq və yalan danışırlar ki, elan etdilər filan gün filan qız məktəbdə öldürüldü. Halbuki həmin gün rəsmi tətil günü idi. Bunla sadəcə istəyirlər ki, öz ölkələrində insanlar televiziyaya baxmaq istəyən də gərək pul xərcləsinlər. Amma pulsuz bizim üçün proqramlar hazırlayırlar. Niyə ? Bizi çox sevirlər ? Niyə dərman vermirlər uşaqlar dərman çatışmazlığından ölür. Mallarımız müsadirə olunur, neftimizi çıxarmağa imkan vermirlər, ölkəmizə hücum olunur, xalqı öldürürlər. Nəyə görə ? Rəhbər buyurur: Kitab əhli (məsihilər) və müşriklər inkişaf etmiş bir İslam dövləti görməyə gözləri yoxdur Allah (c.c) Quranda buyurur: Kitab əhli və müşriklər həsədlərindən heç vaxt Allahın sizə olan rəhmətinə razı ola bilmir, və yaxud qəbul edə bilmirlər. Həsədlərinin şiddətindən istəyirlər ki, sizi kafir etsinlər. Düşmən aşkar şəkildə etiraf etmişdir ki, biz ailədə qadınları həyasızlığa tərəf çəkmək istəyirik. Mən başa düşə bilmirəm ki, niyə görə bəziləri hələ də bunu başa düşmək istəmirlər. Düşmənin siyasəti bunun üzərində planlaşdırılmışdır ki, gərək hicab, İmam Hüseyn əleyhissəlamın bayrağı, məhdəvi təfəkkür, sağlam ailə, iffətli qadınlar və s. aradan getsin. Necə ki, qədim "Andolos" (İspaniya) dövlətin də bunu etdilər. İslam Avropada İspaniyaya qədər gedib çatdı və İspaniya qüdrətli, inkişaf etmiş bir İslam dövləti oldu. Necə oldu ki, belə bir dövləti məhv etdilər ? Cavanları içkiyə, haram əlaqələrə, həyasızlığa və s sövq etdilər. Nəticədə müsəlman cavanların artıq düşmənin qarşısında dayanmağa imanı, təqvası və gücü qalmadı. Düşmən bunu dəfələrlə etiraf etmişdir lakin bir çox insanlar hələ də başa düşmək istəmirlər.
Hal hazırda düşmən medya və televiziya vasitəsilə ilə bizim əleyhimizə çox ciddi şəkildə çalışır. Eyni ilə məcburi müharibə kimi. O vaxt bizim qumbara atanımız belə yox idi, amma düşmənin cürbəcür silahları var idi. Lakin buna baxmayaraq biz qalib olduq. Bu gün də düşmənin bu medya təbliğatı qarşısında bizim əlimizdəki imkanlar eyni o zaman müharibədə olan imkanlar qədərdir. Bununla belə biz qalib gəlmişdik, bu gün də qalib gələcəyik !


https://t.me/ustadshucai
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir kitab hazırlamışıq adı " İslam inqilabı və Dünyanın gələcəyi" .
Bu kitab o, insanlar ki, onlarla dostsunuz, sevirsiniz, zəyiflik və süstlük halındadırlar, şəkdədirlər suallarına cavab tapmaq axtarışındadırlar və yaxud ayıq insanlardır, onların yəqinliyini daha artirmaq üçün hədiyyə edə bilərsiniz. Mən bu kitabı tövsiyə edirəm və bu kitab mənim siyasi vəsiyyət naməmdir. Oxuyun! və başqalarına da tövsiyə edin oxusunlar və ya bildiklərinizi onlara da çatdırın. İmkan verməyin İmam Zaman əleyhissəlamın şiyələri və cavanları bu axırzaman hadisələrindən, fitnələrindən zərər görsünlər.

https://t.me/ustadshucai
Sərvət qazanmaq üçün baş vurulan səhv yollar.

Sərvət sahibi olmaq üçün gərək xeyir və bərəkət qanunlarını, insanın nəfsinin quruluşunda tanıyasız.
Lazım deyil bütün malınızı yığıb saxlayasınız, lazım deyil gəzməyinizdən, ailə yaşayışınızdan əl götürüb özünüzü sərvət qazanmaq üçün işə-gücə həsr edəsiniz. Əgər qəlbinizin başqalarına xeyir toxundurmaq, və onları öz süfrənizdə qonaq etmək cürəti varsa, onda mütləq ilahi bərəkət sizi özünə cəzb edəcəkdir. Hər nə qədər başqalarının sizin maddi və can süfrənizdə payı çox olsa da bu nemətlər artaraq Allahın sizə olan rəhmətinə əlavə olub, sizə tərəf yönələcəkdir.

https://t.me/ustadshucai
🔸İnsan övladının xoşhallığı

Ən səmimi dostunla bir sinifdəsən, və sənin imtahan nəticələrin yaxşı olmasına baxmayaraq sonuncu imtahanda o qəbul oldu, sən isə imtahandan kəsildin. Bu halda bir nida sənə deyir: Axı niyə həmişə onun imtahan nəticələri məndən zəif olduğu halda sonuncu imtahandan o keçdi ? Mənim imtahandan kəsildiyimi gördüyü halda belə xoşhaldır. Əslində bu mənim haqqım idi. Əgər bu fikirlərimiz və rəftarlarımız dostumuzla aramızda olan əlaqəni korluyursa bu o demək olur ki, addım-addım şeytanın ardıyca gedirik və bu vəsvəsələr ki, bizim qəlbimizə olunur, Allahın Quranı Kərimdə buyurduğu kimi gərək şeytanın vəsvəsələrindən Allaha sığınaq. O insanların ki, qəlbləri həqiqətən saf və humanistdir, onlardan başqalarına zərər toxunmaz. Bəs bu cür bir bir qəlbə sahib olduğumuzu necə bilmək olar ? O zaman ki, başqalarının müvəffəqiyyətlərinə sevinirsən, hətta onların sevincindən daha çox.

https://t.me/ustadshucai
🔸Nə oldu ki, cavanlarımız küçələrə axışıb etirazçılara qoşuldular ?

Nə oldu ki, bəzi xanımlar fitnələrin lap əvvəl məqamlarında hicablarını başlarında açdılar ?

Rəhbər buyurur: O qadınlar ki, hicabsızdırlar, hicaba düzgün riayət etmirlər özümüzdəndirlər. Və həmin qadınlardır ki, küçələrə axışıb zibil qablarını yandırır və asayişi pozurlar sonda İmam Zaman (ə.c) ağanın yolunda şəhid olurlar. Bu cür qadınlar İslam inqilabından öncədə çox idi və indi də var. Həmin o, qadınlardır ki, rəhbərlərinin, şəhid Qasım Süleymaninin və başqa şəhidlərin şəkillərini iki əlli sinələrində saxlayıblar. Mən Allaha and içirəm, həmin qadınlar bu ölkənin gələcək şəhidləridir. Öz dinləri və ölkələri uğrunda dayanıblar.
Bu xalqdır ki, şah Pəhləvinin vaxtında şərab evləri məscidlərindən çox idi. Və belə bir halda İmama dəstək olub ayağa qalxıb inqilab etdilər. Bu millət 40 il İslamla maarifləniblər ki, ölkəsinin gücünü qüdrətini və İmam Zaman ağasını (ə.c) buraxıb əldən verələr ?
Bu xalqdır ki, bais olub İmam Zaman ağa (ə.c) get - gedə tənhalıqdan azad olub. Düşmən səhv zənnə qapıldı, və elə fikirləşirdi ki, İranda Pəhləvi rejimi hakimdir deməli hər şey qaydasındadır. Lakin bu xalq öz imamı uğrunda qalxıb İslam inqilabını gerçəkləşdirdi və dünya düzənini dəyişdirdi. Rəhbərin sözüylə desək dünyanın hegemon qüdrətlərini zillətə saldı və özü hegemon bir qüdrətə çevrildi. Bir qüdrət ki, ona tay olan başqa qüdrət yoxdur. Bir ölkə ki, şah zamanında geriyə qalmış idi. Hal-hazırda dünyanın 10 əsas qüdrətli dövlətlərindən biridir. Bu İslam inqilabının möcüzəsi və bərəkətidir. Əgər bir kəsin düzgün və sağlam düşüncə qabiliyyəti olsan başa düşəcəkdir ki, İslam inqilabı nələr edib. Dəfələrlə rəvayətlər də gəlmişdir ki, bu xalq məğlub olmayacaq ta bayrağını sahibinə təhvil versin. İslam inqilabının əleyhinə olan qərəzli təbliğatlar və hilələr həyata keçirənlər yalnız pula xatir və özlərini kimlərinsə yanında xoş göstərmək üçün və yaxud öz ayaqları üzərində qala bilmək üçün edirlər. Çünki gərək bir iş görsünlərki müzd alsınlar.
Xalqımızı sevib qədrini bilək. Bu hicabsız və ya bəd hicablı xanımlar da İmam Hüseyn (ə) aşiqləridirlər. Belə xanımların zəifliklərinin səbəbi bizim məsuliyyətsizliyimizin ucbatındandır. Zülm yalnız bununla kifayətlənmir ki, bir nəfər qəsdən öz dəstəsi üçün qərar qəbul edib qiymətli kağızlar bazarında hər şeyi əldən verib bədbəxt olsun. Dövlətlərin boynunda vəzifə olmuşdur ki, əməlli başlı insanların adət etdiyi mədəni işlərdə köməklik edib şərait yaratsınlar. Lakin bunu yerinə yetirmədilər. Bizimdə burda payımız vardır. Çünki məsuliyyətsizlik etdik. Buna baxmayaraq bu yaxşı və məzlum cavanlar hərəsi öz yerində və növbəsində İmam Zaman ağanın ordusunda (ə.c) bir vəzir, xidmətçi kimi fəaliyyət göstərir və göstərəcəkdir

https://t.me/ustadshucai
Ustad Muhəmməd Şücai
@Ostad_Shojae – خطر انفجار
🔹Partlayış təhlükəsi

Bir insan ki, anası, müəllimi, sinif yoldaşı, dostu, öz ailəsi onu rahat bir şəkildə əsəbləşdirib özündən çıxara bilir və tez inciyirsə, belə insanlar fərsiz və zəif insanlardır. Sanki benzin kimi tez od tutub yanan maddədir. Bu cür insan nə qədər zəhmət çəkib ibadət etsə, nə qədər xeyir əməl həyata keçirsə də onun üçün heç bir faydası yoxdur. İnsan gərək səbirli və həlim olsun.
İmam Əli (ə) - ma cahil insan söyüş söysəydi o, həzrət səbr və təmkinlə bəlkə başqa Əlidir deyib keçərdi və şeytanın hiyləsindən ustalıqla yan keçərdi.

https://t.me/ustadshucai
Ustad Muhəmməd Şücai
@Ostad_Shojae – بزرگ تدبیرکننده عالَم
🔹Aləmin böyük tədbir görəni

Pak və əzəmətli xanım Zəhra (s.ə) barəsində danışmağa bizim dilimiz naqis və acizdir. Qurani Kərim də və hədislərdə bu əzəmətli xanımın barəsində danışılıb. Məsum imamdan (ə)-dan rəvayət də buyurulur ki, zaman ki, peyğəmbər dünyasını dəyişdi, Cəbrayıl (ə) xanıma nazil 75 gün, hər gün davamlı olaraq nazil olurdu. Qeyd edək ki, bu deyilən rəvayət səhihdir. Söz burdadır ki, Cəbrayıl (ə) bu 75 gün ərzində xanıma hansı xəbərləri gətirmişdi və nəyin barəsində danışmışdır ?
İmam Sadiq (ə) buyurur: And içirəm Allaha Cəbrayıl (ə) nə din və nə də şəriət barəsində bir söz danışmamışdır. Yalnız xanım Zəhra (s.ə)-nı əhatə edən məsələlər, tədbir və idarə etmək barəsində. Cəbrayıl (ə) Xanıma İslam peyğəmbərinin dünyasını dəyişməsi ilə bağlı ona təsəlli verirdi və gələcəkdə baş verəcək hadisələr barəsində, məsum imamların (ə) başına gələcək hadisələr, Kərbəla hadisəsi, İmam Zaman (ə) (ruhuna fəda) barəsində və başqa hadisələrin haqqında xəbər vermişdir. Və ola bilsin, Cəbrayıl (ə)-mın İmam Mehdi (ə) barəsində verdiyi xəbərlərin içində İran haqqında da danışılıb, biz bilmirik ? Lakin bu ehtimal var.
Xanım Zəhra (s.ə) elə bir şəxsiyyətdir ki, İslam Peyğəmbəri onun haqqında buyurmuşdur: O zaman ki, göylər və yer xəlq olunacaqdı, əvvəl bu əzəmətli xanımın nuru yaradıldı.
Sual edən soruşur harda idi bu nur ?
Ərşin kölgəsində. Ərş elə bir yerdir ki, Allahın təqdiri orda baş tutur. Xanım Zəhra səlamulla ələyhanın məqamı ərşə ucalan bir məqamdır. Ərşdən yerə enmişdir ki, tədbirini həyata keçirsin.
İmam Hüseyn (ə) Xanım Zəhra (s.ə) haqqında, öz ziyarətnaməsin də belə buyurur: Allahın iradəsi və təqdiri sizin evinizə nazil olur sizi evinizdən çatdırılır. Görün anamız Xanım Zəhra (ə) necə böyük bir məqama sahibdir. Daha aydın desək, bir şəxs ki, artıq ondan sonra bir daha peyğəmbər gəlməyəcək və həm də bəşəriyyətin Allah qarşısında vəzifəsini müəyyən etmək üçün Ərəbistan da Allah tərəfindən peyğəmbərliyə seçilir, Allahın Quran'i Kərimini, şəriətini və gələcəkdə özündən sonra öz canişinini müəyyən edib dünyadan gedir. Özündən sonra bir xanım qalır, və bu əzəmətli xanımı atasının anası adlandırırlar. Ərəb kəlmələrinə bələd olanlar bilirlər "um" (الأم) böyüdən, boya başa çatdıran Yəni xanım Zəhra (s.ə) peyğəmbərin (ə) vəfatından sonra ağır məsuliyyəti öz üzərinə götürür.
Cəbrayıl (əleyhissəlam) da bu 75 gün çərçivəsində xanıma hər məsum imamın yerinə yetirəcək işləri xanımın pak ruhuna nazil etmiş, Əli (ə) da bu vəhyiləri qələmə alıb qeyd etmişdir ki, adı "Səhifəye Fatemiyyə"- dir. Və hal hazırda imam Mehdi (ə) əlindədir. Hər bir məsum imam bu səhifədən istifadə etmişlər. Və biz də gərək "Səhifəye Fatemiyyə"-yə uyğunlaşaq. İmam vəsiyyət naməsində (ə) buyurur: Fəxr edirik ki, "Səhifəye Fatemiyyə" bizdəndir. Gələcəkdə bu ümmət məsum imamların başına nə müsibətlər gətirəcəklərini bilmək xanım (ə) üçün olduqca acı idi. Cəbrayıl (ə) bununla yanaşı Xanım Zəhra (s.ə) təsəlli də verirdi.
Çox mühüm bir nöqtədir ki, Əli (əleyhissəlam) kimi bir şəxsiyyət ki, Allah tərəfindən peyğəmbər (ə)-dan sonra onun yerinə canişin olaraq təyin edilmişdir, lakin Cəbrayıl (ə) İmam Əli (ə) yox, Xanım Zəhraya(s.ə)-ya vəhy gətirirdi ?
Çünki, xanım Zəhra (s.ə) məqamı, idarəçilik və planlaşdırma məqamıdır.
İmam Rza (ə) buyurur: Biz məsum imamlar Allah çatmaq üçün bir vasitəyik, lakin xanım Zəhra (s.ə) Allahın bizim üçün olan höccətidir. Bizim üçün vasitədir. Baxın xanım Zəhra (s.ə) əzəməti, məqamı nə qədərdir !
Bütün bu xəbərlərin içində iki xoş xəbər Cəbrayıl (ə) tərəfindən nazil olan bütün bu xəbərlərin içərisində iki xoş xəbər vardır. Biri İran İslam inqilabı və İmam Zaman ağanın zühuru.
‌Peyğəmbər buyurmuşdur: İman və yəqin cəhətdən Fars əhli yəni İranlılar üstündür və dində payları çoxdur. Mən İranlıları görmək arzusundayam. Adəm (ə)-dan bu günə qədər heç kim bu qədər insan yetişdirə bilməmişdir. İslam inqilabı yüz milyonlarla insanı İmam Zaman (ə) ağanın əsgəri kimi tərbiyə etməyə nail oldu. Bu inqilabın hünəridir. İmam Baqir (ə) İslam inqilabı barəsində buyurur: Mən Əyər İslam inqilabını dərk edəm özümü zühur üçün qoruyub saxlayaram.
Ustad Muhəmməd Şücai
@Ostad_Shojae – بزرگ تدبیرکننده عالَم
özü sadə bilib yan keçməyək. Hamı İmam Baqir (ə) dediyi kimi olsaq, özümüzü zühur üçün qoruyub saxlasaq zühur tez baş tutar. Rəhbərin sözüylə desək: Biz gələcəyi qabağa salırıq. Biz hal hazırda zühur dövründə yaşayırıq, imama aid sənədləri görürük, eşidirik lakin hələ də tam qərara gələ bilmirik imamın xeyməsində bir xidmətçi olaq ya yox. Başımız öz dünya işlərimizə, yaşayışımıza qarışıb. Onlar ki, bu cür bir məhdəvi cəmiyyətin yaranmasında səy göstərirlər, Amerikada, Avropada, Afrikada, o cümlədən şəhidlərimiz. Onlar qərarlarını tez veriblər. Bizim kimi nadanlıq etmirlər. Əgər biz istəyiriksə ki, gələcəyi qabağa ataq, gərək imamın Baqir (ə) buyurduğu kimi əməl edək. İnqilab ruhiyyəsini özümüzdə yaşadaq, qoruyub saxlayaq. Bütün həyatı dəyər və ölçülərimiz zühura uyğun hazırlayaq. İmam Zaman (ə)-dan başqası üçün iş görməyək, ürəyimizi ondan başqasına verməyək, özümüz özümüzü ondan başqası üçün sərf etməyək.
Yalnız Xanım Zəhra (s.ə)-nın necə şəhadətə çatdırıldığından, bətnində ki, körpə Möhsünün düşməsi və hər il ağlamaqla danışmaqla iş həll olmuş sayılmaz. Əsas olaraq bunu bilməliyik ki, xanım Zəhra (s.ə) bizə nəyi gətirib və bizi hara, hansı uca mərtəbələr çatdırmaq istəyir. Xanım Zəhra (s.ə) imam Əli (ə) dan imam Zaman (ə) qədər bütün imamların müdiridir. İmam Mehdi (ə) bütün dünyaya elan edib deyəcəkdir:
Peyğəmbərin əziz qızının müqəddəs vücudu mənim üçün yaxşılıq nümunəsidir. Və mən bütün qurulacaq dövlət proqramlarımı ondan əldə etmişəm. "Səhifəye Fatemiyyə" -nin axır bölməsində imam Mehdi (ə) barəsindədir. Və orda imamın həyata keçirəcəyi bütün işlər yazılıb. Buna görə də hər kim ruhunu xanım Zəhra (s.ə) ruhuna bağlasa anlayar ki, zühur ərəfəsində və dövründə necə rəftar və əməl etsin. Belə olsa onda qəmdən, qüssədən، ümidsizlikdən, sərgərdanlıqdan amanda olar.
İslam inqilabının bünövrəsi ilə xanım Fatimə inqilabının bünövrəsi birdir!
Üç kəlmə söz:
İlahi bünövrə!
Vilayət mehvər
Cihadi çalışmaq


https://t.me/ustadshucai