UNEC Tələbə-rektor l Məlumat qrupu
312 subscribers
238 photos
12 videos
2 files
65 links
UNEC Tələbə-rektorunun rəsmi Telegram kanalı
Download Telegram
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “BİRİM2025” – Biznes, İnnovasiya, Rəqəmsal Marketinq, İnkubasiya və Müxtəliflik adlı innovativ forum keçirilib.

Tələbə rektor Nihad İsgəndərovun təşəbbüsü ilə təşkil olunan forumun məqsədi gənclərə müasir dövrdə biznesin modernləşməsi, süni intellekt texnologiyalarının inkişafı, startap ekosistemləri və intellektual əməkdaşlıq sahələrində yeni baxışlar qazandırmaq olub.

Tədbirdə “44 Group” şirkətinin rəhbəri Rüstəm Baxışəliyev süni intellekt dövründə gənc sahibkar olmağın yollarından danışıb.

Süni intellekt mütəxəssisi Ümid Salay bu texnologiyaların gündəlik həyat və yaradıcılığa təsirini izah edib.

Zinəddin Babayev innovasiyaların tətbiqi və rəqəmsal layihələrin idarə olunması üzrə praktiki biliklərini bölüşüb.

Rəqəmsal marketinq üzrə mütəxəssis Anar Rüstəmli data əsaslı marketinq, avtomatlaşdırma texnologiyalarının gələcəyini vurğulayıb.

Camal Ağayev süni intellektin startap mühitində rolu, innovativ əməkdaşlıqların əhəmiyyəti barədə çıxış edib.
👍1
“BIRIM2025” forumunda iştirak etmiş fəal könüllü tələbələrinin mükafatlandırılması baş tutub.

Təltifetmə zamanı UNEC-in Tələbə-rektoru Nihad İsgəndərov və fəal könüllülər iştirak etmişdir.

Tələbə-rektor könüllü olan tələbələri təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonda isə könüllülər TƏŞƏKKÜRNAMƏ ilə təltif olunub🩵
👍1
Media is too big
VIEW IN TELEGRAM
UNEC-də “BİRİM2025” - Biznes, İnnovasiya, Rəqəmsal Marketinq, İnkubasiya və Müxtəliflik Forumu keçirilib!

Tələbə rektor Nihad İsgəndərovun təşəbbüsü ilə təşkil olunan forum çərçivəsində iştirakçılar tanınmış mütəxəssislərin təqdimatlarında süni intellekt dövründə sahibkarlığın imkanları, yaradıcı AI texnologiyalarının gündəlik həyata təsiri, rəqəmsal layihələrdə innovativ yanaşmalar, data əsaslı marketinqin gələcəyi və süni intellektin biznesin yenidən qurulmasında rolu kimi mövzular ətrafında dəyərli biliklər əldə ediblər.

#UNEC #BİRİM #İnnovasiya #Süniİntellekt #UNEC95
Tələbə Rektor və Tələbə Təşkilatlarına Sədr Seçkiləri başlayıb!

UNEC-də tələbələrin təmsilçilik hüququnu həyata keçirməsi və universitet həyatında daha fəal rol oynaması üçün Tələbə Rektor və Tələbə Təşkilatlarının Sədrləri seçilir.

Unutma: Sənin səsin, sənin səsindir! Universitet həyatını dəyişəcək qərarlarda sənin də sözün olsun! Bütün UNEC tələbələrini seçkilərdə fəal iştirak etməyə çağırırıq!

Link : https://forms.office.com/r/dU1QnMsF4v
👍1
UNEC Tələbə-rektoru Nihad İsgəndərovun “UNEC – Gənclərin gələcəyini formalaşdıran universitet” başlıqlı məqaləsi Azərbaycan Dövlət İnformasiya Agentliyində (@azertac) yayımlanıb.

Məqalədə UNEC-in ali təhsil müəssisəsi kimi təkcə akademik bilik verməklə kifayətlənmədiyi, həm də gənclərin şəxsiyyət və lider kimi formalaşmasında mühüm rol oynadığı vurğulanır. Əlavə olaraq tələbə-rektor institutu, "Könüllülük Həftəsi" və “BİRİM2025” forumu kimi təşəbbüslərlə tələbələrin universitet həyatına fəal inteqrasiyası və sosial məsuliyyəti ön plana çəkilir. Məqalə, UNEC-in 95 illik tarixi fonunda bu dəyərləri davam etdirən və gələcəyə inamla addımlayan bir inkişaf modeli olduğunu təsdiqləyir.

🔗 Məqalənin tam versiyası: https://azertag.az/xeber/unec___genclerin_geleceyini_formalasdiran_universitet-3577923

UNEC tələbəsi olmaq mənim üçün təkcə təhsil almaq deyil, həm də cəmiyyətə faydalı, lider ruhlu bir şəxsiyyət kimi formalaşmaq deməkdir.
👍1
Hörmətli tələbələr!

UNEC Tələbə-rektorunun fəaliyyət dövrü ərzində tələbələrin razılıq səviyyəsini müəyyən etmək, görülən işlərin effektivliyini qiymətləndirmək və gələcək təkmilləşdirmələr üçün tələbə baxışlarını toplamaq məqsədilə sorğu təşkil olunmuşdur.

Nəzərinizə çatdırım ki, sorğu məxfidir. Sorğuda fəal şəkildə iştirak etməyinizi xahiş edirik.

Sorğunun linki:
https://forms.cloud.microsoft/Pages/ResponsePage.aspx?id=enZV3iIUx0OVg_Gygf0v_fsUJ2Vt1ptBhy2ZgGk3s31UNlNWVzVKMFpSWUxNVEhCOTJDOFI4WU5BOS4u&origin=Invitation&channel=0
Əziz tələbələr!

Sabahdan etibarən UNEC-də 2024/2025-ci tədris ilinin yaz semestri üzrə sessiya imtahanları başlayır.

İmtahanlar 02.06.2025 - 04.07.2025 tarixləri aralığında keçiriləcəkdir.

Hər birinizə sessiya imtahanlarında bol uğurlar arzu edirəm. Unutmayın ki, əzmkarlıq və düzgün hazırlıq sizi müvəffəqiyyətə çatdıracaq. Hər bir sual üzərində diqqətlə düşünün, vaxtınızı səmərəli istifadə edin və ən yaxşı nəticələrə nail olmaq üçün əzmlə çalışın.
Uğurlarınız hər zaman sizinlə olsun!
👍1
Hörmətli tələbələr!

Auditoriyalardan istifadə ilə bağlı qaydalar və elektron resurslara birdəfəlik keçid ilə bağlı QR kodları Sizə təqdim edirik.

Qeyd edim ki, bu məlumatlar sizin şəxsi kabinetlərinizədə göndərilmişdir.

Nəzərə almağınızı və bu qaydalara riayət etməyinizi xahiş edirik.
👍1
‼️ Tələbələrin nəzərinə!

Qayıb faizi 26.67% olan tələbələr test, yazılı və ya elektron-yazılı formada keçirilən sessiya imtahanlarına buraxılır.
👍1
*UNEC-də hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək.*

“Açıq qapı” günləri *14, 21, 28 iyun, saat 10:00-da UNEC-in əsas tədris binasında* təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.

“Açıq qapı”ya *“1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na* zəng edərək yazılmaq mümkündür.
👍1
Hörmətli tələbələr!

May ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənilmişdir. Gün ərzində kart hesabınıza köçəcəkdir.

Xeyirli olsun!💙
2👍1
Hörmətli tələbələr!

UNEC-in II və IV tədris binalarında XDİAK üzrə imtahanlarınızı öz binanızın imtahan zallarında verdikdən sonra SPEAKİNG imtahanlarını vermək üçün UNEC-in əsas binasına (İçərişəhər korpusu. İstiqlaliyyət küçəsi 6) gəlmək lazımdır.

Otaqların nömərələri yenilənmiş cədvəllərdə əks olunub. Nəzərə almağınızı xahiş edirik!

https://unec.edu.az/xdiak-fenleri-uzre-speaking-danisiq-bacarigi-imtahaninin-cedveli/
👍1
Hörmətli tələbələr!

“Xarici dildə işgüzar və akademik kommunikasiya” fənnindən keçirilən final imtahanlarında bir məqamı diqqətinizə çatdırım;
- dinləmə və oxuma bacarığı üzrə hər birindən minimum 1 bal
- ⁠danışıq və yazı bacarığı üzrə hər birindən minimum 5 bal toplamağınız şərtdir.
Bu minimal keçid balını toplaya bilməyən tələbənin həmin fənndən akademik borcu yaranır.
👍1
‼️ *İyun ayı üzrə qeyri-iş günləri:*

*Qurban bayramı ilə əlaqədar;*
- 6,7,8,9 iyun

*Milli Qurtuluş Günü ilə əlaqədar;*
- 15,16 iyun

*Yeni qərara əsasən;*
- 26,27,28,29 iyun
👍1
Hörmətli III kurs tələbələri!

“Tələbə+” kartları ilə əməliyyatların aparılmasına dair mövcud məhdudiyyət gün sonuna qədər həll ediləcəkdir.
👍1
‼️ *Tələbələrin nəzərinə*

‼️ *Qurban bayramı* ilə əlaqədar olaraq UNEC 24/7 Kitabxanası *5 iyun saat 23:59-dan* müvəqqəti olaraq fəaliyyətini dayandırır.

Kitabxana *8 iyun saat 8:00-dan* etibarən oxucular üçün açıq olacaqdır.


‼️ *Milli Qurtuluş Günü* ilə əlaqədar olaraq *14 iyun saat 23:59-dan* UNEC 24/7 kitabxana fəaliyyətini dayandırır.

*16 iyun saat 8:00-dan* kitabxana ənənəvi qaydada öz fəaliyyətini davam etdirəcəkdir.


‼️ *Silahlı Qüvvələr Günü* ilə əlaqədar olaraq UNEC 24/7 kitabxana *25 iyun saat 23:59-dan* fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Kitabxana *27 iyun saat 8:00-dan* etibarən ənənəvi qaydada öz fəaliyyətini davam etdirəcəkdir.
👍1
‼️ *UNEC Məzun Günü 27 iyun 2025-ci il tarixində saat 17:00 Crystal Hall* -da keçiriləcəkdir. Heç bir dəyişiklik nəzərdə tutulmamışdır.

*IV kurs tələbələri* nəzərə almağınızı xahiş edirik.
👍1
UNEC Məzun Günü 27 iyun saat 18:00-da Baku Crystal Hall’da keçiriləcək!

Bu unudulmaz gündə Murad Arif, DJ AX və bir-birindən maraqlı sürpriz qonaqlar çıxış edəcək!
👎1
Hörmətli tələbələr!

ABB iş təcrübəsi olmayan gənclər üçün əla bir fürsət təqdim edir. Şirkətimiz tələbə və yeni məzun olmuş şəxsləri "ABB Rəqəmsal Maarifləndirmə" təcrübə proqramına qoşulmağa dəvət edir. Proqram Bakı və bölgələrdə həyata keçiriləcəkdir.

Proqramın müddəti 3 aydır. Qarşılıqlı razılıq əsasında bu müddət 6 aya qədər uzadıla bilər. Təcrübə dövründə Filiallarla iş və satışa dəstək departamenti, eləcə də İnsan resurslarının idarə edilməsi departamenti tərəfindən müxtəlif təlimlər təşkil olunacaq.

Təcrübə proqramını uğurla başa vuran iştirakçılara 2 sertifikat və 1 tövsiyə məktubu təqdim ediləcək. Bundan əlavə, iştirakçıların CV-ləri ABB-nin məlumat bazasında saxlanılır və mövcud vakansiyalar üzrə müraciətləri qiymətləndirilə bilər.

Proqrama qoşulmaq istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://careers.abb-bank.az/tecrube-proqramlari


Qeydiyyat üçün son tarix: 16 iyun 2025-ci il.
1👎1
📢“UNEC Məzun 2025” üçün könüllü qeydiyyatı başladı!🎓

Böyük coşqu ilə keçiriləcək “UNEC Məzun 2025” tədbirində könüllü kimi iştirak etmək fürsətini qaçırmayın!

Əgər:
Komanda ruhuna sahibsinizsə,
Tədbir təşkilatçılığı sahəsində təcrübə qazanmaq istəyirsinizsə,
Yeni dostluqlar və unudulmaz xatirələr yaratmaq arzusundasınızsa,
bu fürsət sizin üçündür!

📅 Tarix: 27 iyun 2025
📍 Məkan: Bakı Kristal Zal
Qeydiyyat üçün son tarix: 15 iyun 2025, saat 18:00

🔗 Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfCtoRBn6eqWU34tQzUjCtcXr1DLhqKV8kmG7Jl67uH3cGBDQ/viewform

Siz də bu möhtəşəm tədbirin bir parçası olun və UNEC-in məzunlarını unudulmaz bir şəkildə yola salmağa dəstək verin!
👍2