UNEC
3.45K subscribers
2.44K photos
80 videos
641 links
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi telegram kanalı

🔗 Sosial media hesablarımız: https://linktr.ee/uneceduaz
Download Telegram
💥2021-ci il üzrə ölkə universitetlərində bakalavr pilləsini ən yüksək balla (99.57) UNEC məzunu Aydan Hüseynova bitirdi!🎉

Aydan 2017-ci ildə 658 balla Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) Maliyə ixtisasına qəbul olub.

4 dəfə UNEC-in TOP 15 təqaüdünü qazanıb.

Mevlana mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində Biznesin idarəedilməsi ixtisası üzrə təhsil alıb.

Təbriklər Aydan, səninlə qürur duyuruq!
Uğurların davamlı olsun!❤️
#unec #ise #beynəlxalqiqtisadiyyatməktəbi #məzun
Kapital Bank UNEC məzunları ilə yeni bir karyera ayına start verir!

Kapital Bank və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) istedadlı məzunlar üçün birgə layihəyə start verir. İyul ayı ərzində UNEC tələbələri/məzunları Kapital Bankın peşəkar təcrübə proqramlarında iştirak edərək gələcəkdə müasir komandamıza qoşulmaq imkanı qazanırlar. Belə ki, tələbələr Bankın müxtəlif sahələri üzrə onlayn müsahibə günlərinə müraciət edib maraqlı seçim mərhələlərində iştirak edə bilərlər.
İyul ayı proqramına qoşulan iştirakçıları nə gözləyir:
1) Birinci bankla tanışlıq, təlimlər, “quiz”lər və maraqlı hədiyyələr
2) Peşəkar komandamızla təşkil edilən onayn müsahibə həftəsi
3) Bilik və bacarıqlarınızı case studylər-də tətbiq etmək imkanı
4) Təcrübə proqramının və müasir komandanın üzvü olmaq şanşı.

Mündəricat:
12 iyul
• 10:00 – Açılış mərasimi
• 10:20 – “Karyerada “Agile” düşünmək” mövzüsünda training
• 11:00 – “Kapital Bank” ilə tanışlıq
• 11:20 – Quiz və onun qalibləri
Birinci tur (Onlayn müsahibələr həftəsi)
• 12 iyul – Maliyyə günü
• 13 iyul – Agile günü
• 14 iyul – Müştəri xidmətləri günü
• 15 iyul – İT günü
• 16 iyul – İnzibati idarə edilməsi günü
İkinci tur (Case study həfətsi)
• 26 iyul – Case study (Maliyyə)
• 27 iyul – Case study (Agile)
• 28 iyul – Case study (Müştəri xidmətləri)
• 29 iyul – Case study (İT)
• 30 iyul – Case study (İnzibati)
UNEC məzunları və Magistr\MBA tələbələri müvafiq sahələr üzrə onlayn müsahibə günlərində iştirak etmək üçün aşağıda qeyd olunan linklərdən istifadə edərək Kapital Bankın işə qəbul portalında qeydiyyatdan keçməlidirlər. Keçid linkləri iyul ayının 9-dək aktiv olacaq.

12 iyul – Maliyyə günü
https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1327
13 iyul – Agile günü
https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1330
14 iyul – Müştəri xidmətləri günü
https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1329
15 iyul – İT günü
https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1328
16 iyul – İnzibati idarə etmə günü
https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1331

Hər birinizə uğurlar arzu edirik!
I və V ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərin nəzərinə!
“UNEC-i tanı” layihəsi çərçivəsində hər həftənin cümə axşamı, saat 10:00-17:00-dək UNEC-in 3-cü tədris binasında (Murtuza Muxtarov, 194) yolunuzu gözləyirik.
Sizə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat veriləcək. Eyni zamanda ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.
Abituriyent məlumat mərkəzinə yaxınlaşa bilərlər.
📞 Əlaqə: (012) 492 60 43
https://www.facebook.com/unecedu
🎓 UNEC Məzunu 2021
🎉 Yolunuz hər zaman açıq, uğur daim sizinlə olsun!
▶️
https://youtu.be/WN0zc7qUhNU

#UNEC #Mezun2021 #UNECGraduation
UNEC tələbəsinə dəstək olaq!

Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Hikmət Baloğlanov Böyük Britaniya höküməti tərəfindən keçirilən "Creative Spark 2021" yarışmasının finalına çıxıb. Layihənin əsas ideyası, beynəlxalq tibbi xidmətləri hər kəs üçün əlçatan etməkdir.
Qaliblər səsvermə yolu ilə seçilir.

Tələbəmizə səs verək, qalib olsun!

https://creativespark-bigidea.uk/vote-for-idea-20/

Səsvermə üçün linkə daxil olub, qırmızı rəngli xananın içində yazılmış "Vote for this idea" düyməsinin üzərinə klik etmək lazımdır.
UNEC-dən II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə dəstək!

Əziz abituriyentlər,
İxtisas seçimi öncəsi UNEC-i tanı layihəsi sizə dəstək olmağa davam edir.

Layihə çərçivəsində sizə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, xarici universitetlərlə ikili diplom və mübadilə proqramları, təhsil haqları, keçid balları və s. barədə ətraflı məlumat almaq veriləcək. Eləcə də ixtisas seçimi, seçmək istədiyiniz ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində sizə dəstək göstəriləcək.

Hər həftənin çərşənbə axşamı (2-ci gün) II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər 10:00-17:00-dək UNEC-in əsas tədris binasında (İstiqaliyyət, 6) Abituriyent məlumat mərkəzinə yaxınlaşa bilərlər.

Xəyallarınızdakı uğurlu gələcəyə UNEC-lə birlikdə addımlayın!
#unec #abituriyent #ixtisas #qəbul
BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Bonn şəhərində fəaliyyət göstərən İnvestisiyaların və Texnologiyaların Təşviqi Ofisinin təşəbbüsü ilə "təmiz" texnologiyalar və davamlı torpaq idarəetməsi sahəsində innovativ həllərin təqdim olunması üzra Qlobal Çağırışla bağlı müraciətlərin qəbulu prosesinə başlanılmışdır.

(https://www.unbonn.org/news/global-call-innovative-solutions-cleantech-and-sustainable-land-management).

BMT-nin iqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyası (UNCCD) ve "Future Cleantech Architects" şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan sözügedən təşəbbüsün məqsədi "təmiz" texnologiyalar və davamlı torpaq idarəetmesi sahesində fəaliyyət göstərən özəl müəssisələrin innovativ həllərinin müəyyənləşdirilərək təşviq olunmasından ibarətdir.

Müraciətlərin onlayn qaydada https://form.jotform.com/211453409471048 internet səhifesi vasitəsilə 2 avqust 2021-ci il tarixinədək təqdim olunmalıdır. İnnovativ həllərin nümayiş etdirilməsi üçün seçilmiş qaliblərin mükafatlandırılması mərasimi cari ilin 26 oktyabr tarixində Almaniyanın Ramşayd şəhərində keçiriləcəkdir.
🛑 l ixtisas qrupu üzrə UNEC-ə ötənilki keçid balları

🔺Mötərizədə müvafiq ixtisas üzrə dövlət sifarişi əsasında qəbulun keçid balı göstərilib.
🔺Mötərizə içərisində tire (-) işarəsi göstərir ki, müvafiq ixtisasda dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan abituriyent yoxdur.
🔺Təhsili yalnız ödənişli əsaslarla olan ixtisasların qarşısında belə mötərizə göstərilməyib.

Kompüter elmləri Ə 487.8 (487)
Ekologiya mühəndisliyi Ə 264.8 (264.)
Elektrik və elektronika mühəndisliyi Ə 290.4 (292)
İnformasiya təhlükəsizliyi Ə 491.9 (491.9)
İnformasiya texnologiyaları Ə 479.2 (479.2)
İnformasiya texnologiyaları Q 237.2 (335.9)
Kommunikasiya sistemləri mühəndisliyi Ə 406.6 (406.6)
Maşın mühəndisliyi Ə 206.2 (217.4)
Materiallar mühəndisliyi Ə 200.0 (221.6)
Subbakalavrlar üzrə 51.0 (63.5)
Qida mühəndisliyi Ə 358.4 (358.4)
Qida mühəndisliyi Q 200.0 (277.4)
🔹Subbakalavrlar üzrə 85.2 ( – )
Sənaye mühəndisliyi Ə 332.3 (332.3)
İnformasiya texnologiyaları (Zaqatala filialı) Ə 200.0 (330.3)
🔹Subbakalavrlar üzrə 68.0 ( – )
🔺UNEC haqqında abituriyentlər üçün maraqlı 17 fakt

1. UNEC-də I, II, III, IV və V ixtisas qrupları üzrə abituriyent qəbulu aparılır.

2. Texniki və texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr 12 ən müasir laboratoriya, auditoriya, mühazirə və linqafon otaqları, yeməkxana, idman zalı, kitabxana, konfrans zalları ilə təchiz edilən, modern memarlıq elementləri ilə zəngin kampusda təhsil alacaqlar.

3. UNEC-də tədris 4 dildə - azərbaycan, türk, rus və ingilis dillərində aparılır.

4. UNEC 600-dən yüksək bal toplayan abituriyent və beynəlxalq olimpiada qaliblərinə 100 AZN məbləğində xüsusi təqaüd verir.

5. Semestr ərzində imtahanlarda ən yüksək nəticə göstərən hər kurs üzrə 15 tələbə 100 AZN məbləğində ikinci əlaçı təqaüdü qazanır.

6. Beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan elmi məqaləyə görə tələbələr 4 min manatadək qonorar əldə edə bilirlər.

7. UNEC-də 4 ildə 2 müxtəlif diplom qazanmaq şansı yaradılıb. Tələbələr 4 il ərzində UNEC-lə yanaşı, Fransanın Montpellier Universiteti, Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin və Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin diplomunu əldə edirlər.

8. UNEC-də bir ixtisasa qəbul olub, iki ixtisasın diplomunu qazanmaq mümkündür. Universitet Daxili İki Diplom (UDİD) proqramı tələbələrə qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr dərəcəsi almaq şansı yaradır. Proqramın məzunları iki ixtisas üzrə ayrı diploma sahib olacaqlar.

• 700 bal toplayaraq UNEC-ə daxil olmuş abituriyentlər UDİD proqramına ödənişsiz qoşulacaq. 600 və daha yüksək bal toplayanlar isə proqram üzrə təhsil haqqının 50%-ini ödəyəcəklər.

9. Tələbələr İxtisas üzrə Minor təhsil proqramıma qoşularaq, əsas ixtisas proqramlarında olmayan, maraq göstərdikləri digər bir ixtisas üzrə müvafiq sertifikatlar əldə edə biləcəklər.

10. “Erasmus+” və “Mövlana” beynəlxalq proqramları çərçivəsində tələbələr Avropa və Türkiyənin nüfuzlu universitetlərində mübadilədə iştirak edirlər.

11. UNEC tələbələri innovativ və operativ xidmət olan “Bir pəncərə” sistemi vasitəsilə lazım olan arayışları onlayn şəkildə əldə edirlər.

12. UNEC-də tədris Amerika, Kanada və Avropanın ən nüfuzlu universitetlərinin məzunları olan gənc müəllimlər tərəfindən aparılır.

13. Elektron Universitet Modeli vasitəsilə tələbələr mühazirə, dərs materialları, dərs cədvəli, imtahan balı, dərsə davamiyyət barədə məlumatları şəxsi elektron kabinetindən əldə edirlər.

14. UNEC İnnovativ Biznes İnkubatoru tələbələrə kreativ ideyalarını şəxsi bizneslərinə çevirməyə dəstək olur.

15. UNEC-də fəaliyyət göstərən 24/7 kitabxanada tələbələr fasiləsiz olaraq dərs və imtahanlara rahatlıqla hazırlaşa bilirlər, eləcə də oxu zallarında və kitabxanalarda dünyanın aparıcı universitetlərinin elektron kitabxana bazalarından istifadə edirlər.

16. Elektron Kitabxana tələbələrə 1 mliyondan çox resursa çıxış imkanı yaradır.

17. UNEC Yaradıcılıq Mərkəzi istedadlı gənclərin yaradıcılıq potensiallarını daha inkişaf etdirməsinə dəstək olur.

#unec #abituriyent #ixtisas #udid #menor #təqaüd
📍UNEC-in Mühasibat uçotu və audit kafedrasının dosenti Hafis Hacıyev Maliyyə və mühasibat fakültəsinə dekan təyin edilib.

H.Hacıyev 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (UNEC) “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını fərqlənmə diplomu ilə bitirib. İnstitutu bitirdikdən sonra Mühasibat uçotu və audit kafedrasında laborant, böyük laborant işləyib. 2002-ci ilin fevral ayından həmin kafedrada müəllim, 2008-ci ilin iyun ayından isə baş müəllim vəzifəsində çalışır.

2006-cı ildə “Kəndli-fermer təsərrüfatlarında mühasibat uçotunun və istehsalın səmərəliliyinin təhlilinin təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

2006-cı ildən ABŞ Daxili Auditorlar İnstitutunun üzvüdür.

İqtisadiyyatın müxtəlif aktual problemlərinə, o cümlədən mühasibat uçotu, audit və iqtisadi təhlilə həsr edilmiş 80-nə yaxın elmi və tədris-metodiki əsəri dərc edilib
Azərbaycan Universitetlərinə bu gündən ixtisas seçimi başlayır.

Proses avqustun 30-dək davam edəcək.
Azərbaycan Dövlət İqtisad Universiteti yeni tələbələrini salamlayır!

Təbrik edirik!
📍UNEC-də bakalavr pilləsi üzrə (əyani) ixtisasların tədris olunacağı binaları təqdim edirik:
🔺Əsas bina, İstiqlaliyyət küçəsi 6, İçərişəhər metrosunun yanı
▫️Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE), tədrisi ingilis dilində olan bütün ixtisaslar;
▫️“Maliyyə” və “Mühasibat” ixtisasları, tədris Azərbaycan dilində.
🔺II tədris binası, Həsən Əliyev 135, Gənclik korpusu
▫️“İqtisadiyyat”, “Statistika”, “Ekologiya”, “Sosial iş”, tədris Azərbaycan dilində;
▫️Rus İqtisad Məktəbi – tədrisi rus dilində olan bütün ixtisaslar;
▫️Türk Düynası İqtisad Fakültəsi – tədrisi türk dilində olan bütün ixtisaslar.
🔺III tədris binası, Murtuza Muxtarov 194, yeni tədris binası:
▫️I və V qruplar üzrə bütün ixtisaslar
🔺IV tədris binası, Abbas Səhhət 45 A, Semaşko korpusu
▫️“Biznesin idarə edilməsi”, “Menecment”, “Beynəlxalq ticarət və logistika”, “Marketinq”, “Dövlət və bələdiyyə idarəetməsi” – tədrisi Azərbaycan dilində.
🔹Qiyabı tədris:
II tədris binası, Həsən Əliyev 135, Gənclik korpusu

UNEC barədə yeniliklərlə və məlumatlarla tanış olmaq üçün rəsmi Facebook, İnstaqram (uneceduaz), Teleqram (https://t.me/uneceduaz) səhifələrimizə abunə olun və izləyin.

Tələbə adını qazanan hər kəsi təbrik edirik!
Yalnız Azərbaycan bölməsi- Maliyyə və mühasibat ixtisasına daxil olan tələbələr daxil ola bilər.
https://chat.whatsapp.com/Ll8jVfaEbOT0XjyRytRyP7
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı qərar sabah açıqlanacaq.
‼️Təhsil naziri Emin Əmrullayevin brifinqi bu gün saat 14:00-da keçiriləcək.
Brifinq AzTV-də və Təhsil TV-də canlı yayımlanacaq.
#Rəsmi 29 sentyabrdan
Azərbaycan təhsili ənənəvi formaya, üz-üzə təhsilə qayıdır