UNEC
4.55K subscribers
2.59K photos
82 videos
712 links
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi telegram kanalı

🔗 Sosial media hesablarımız: https://linktr.ee/uneceduaz
Download Telegram
UNEC-də Biznes və İT sahəsində minlərlə e-kitaba limitsiz çıxış imkanı!

Fevral ayından etibarən #Pearson#EBSCO əməkdaşlığı ilə təqdim olunan Business və IT Professional eBook kolleksiyaları UNEC-in müəllim və tələbələri üçün açıqdır.

Kolleksiyalardan istifadə #UNEC daxilində IP ünvanlardan həyata keçirilir, məsafədən istifadə üçün istifadəçi adı və parolla şəxsi kabinetlərinizdə tanış ola bilərsiniz.

Ətraflı: https://search.ebscohost.com/
UNEC ali təhsil sistemində və məzunların əmək bazarına inteqrasiyasında mühüm yeniliyə imza atıb.

Universitetdə üç ildən artıq müddətdə üzərində çalışılan “Qeyri-akademik transkript” layihəsi uğurla tamamlanıb və bu təşəbbüs ölkəmizdə, eyni zamanda regionda ilk dəfə tətbiq ediləcək.

“Qeyri-akademik transkript” məzunların universitet həyatı boyunca qazandıqları qeyri-akademik bacarıqları rəsmi şəkildə təsdiqləyəcək. Aprel ayında layihənin test mərhələsinə, may ayından isə qeyri-akademik transkriptin əldə olunması üçün rəsmi imtahanlara start veriləcək.

Ətraflı: https://news.unec.edu.az/xeber/125-universitet/14721-bold-red-regionda-bir-ilk-unec-mezunlarina-geyri-akademik-transkript-verilecek-bold-red
Əziz UNEC ailəsi,

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik! Hər birinizə sağlamlıq, xoşbəxtlik və bol ruzi-bərəkət arzulayırıq! 🙏🌙

Allah orucunuzu və dualarınızı qəbul eləsin!

Bayramınız mübarək!

@uneceduaz
UNEC ilə bağlı ən son yenilikləri, təqaüd xəbərlərini və keçirilən tədbirlər haqqında məlumatları WhatsApp kanalımıza abunə olaraq ilk siz öyrənin!

https://whatsapp.com/channel/0029VaDhd4dAO7RNKDQVCp2M
Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edirik.

@uneceduaz
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən 10 il ötür. 🇦🇿

Bu şanlı yolda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edirik.

@uneceduaz
Tələbələrin nəzərinə!

APTIS imtahanları ilə bağlı info-sessiya və təlim proqramı təşkil olunacaq.

📍 İnfosessiyalar universitetin müxtəlif tədris binalarında keçiriləcək.

📚 Təlimlər Writing, Reading və Speaking bacarıqları üzrə təşkil olunacaq, həmçinin Conversation Club da keçiriləcək.

🔗 Ətraflı proqram və tarixlər:
https://drive.google.com/drive/folders/1uvzxqupIIszAQYUMjQP85BiJLxEXMajW?usp=sharing
VI “Yüksəliş” müsabiqəsində iştirak üçün ümumilikdə 17 651 nəfər müraciət edib. Müraciət edənlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdədir.

Bu barədə “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev aprelin 17-də keçirilən mətbuat konfransında məlumat verib.
📢 UNEC-də “Tələbə-dekan” seçkilərinə namizədlərin qeydiyyatı başlayır!

Seçki təqviminə əsasən:
• 17–27 aprel tarixlərində namizədlərin elektron qeydiyyatı həyata keçiriləcək
• 27 aprel – 4 may tarixlərində onlayn müsahibələr təşkil olunacaq
• 4–18 may tarixlərində isə namizədlərin təşviqat kampaniyası aparılacaq

ℹ️ Namizədlik üçün tələblər:
• UNEC-də əyani təhsil alan bakalavrlar
• ⁠Akademik borcu olmayan
• ⁠ÜOMG göstəricisi 71-dən yuxarı olan
• ⁠I-III kurs tələbələri

22 may 2026-cı il tarixində tələbələrin şəxsi kabinetləri vasitəsilə 10 saat davam edəcək onlayn səsvermə keçiriləcək.

🔗 Qeydiyyatdan keçmək üçün: http://bit.ly/3OvXjZo

UNEC tələbələrini seçkilərdə fəal iştirak etməyə və fakültələrinin inkişafında söz sahibi olmağa dəvət edirik.
Hesabından pulun necə çıxdığını anlamırsan? 🤔
Bu, akseptsiz tutulma ola bilər.

📌 Bəs bu nə zaman olur?
📌 Necə qarşısını almaq olar?
📌 Hansı hallarda risklidir?

Bütün bu sualların cavabını Rabitəbank ilə müzakirə edəcəyik 👇

🎤 Kreditlərin akseptsiz tutulması seminarı
📍 UNEC-in əsas tədris binası, ağ zal
🗓 Tarix: 29 Aprel
Saat: 11:00

🔗 Qeydiyyat üçün: https://biletli.az/event/event-2

🎁 Seminarda sual-cavabda aktiv iştirak edən tələbələrə Rabitəbankdan maraqlı hədiyyələr gözləyir.
UNEC-in əsas tədris binasının böyük akt zalında “Sərhədləri aşmaq” mövzusunda TEDxUNEC səhnəsi qurulur ⚡️

İlhamverici spikerlər, güclü ideyalar və fərqli baxış bucaqları ilə dolu bir gün sizi gözləyir.

Qeydiyyat artıq başladı! 🚀

❗️ Qeydiyyatla bağlı vacib məlumatlar:

Digər universitetlərin tələbələri qeydiyyat zamanı öz universitetlərinin adını qeyd etməlidir
Tələbə deyilsinizsə, statusunuzu (məktəbli, məzun və s.) müvafiq xanada qeyd edə bilərsiniz
Qeydiyyatı təsdiqlənən iştirakçılara elektron bilet göndəriləcək
Zala giriş yalnız e-bilet vasitəsilə mümkündür

🔗 Qeydiyyat üçün: https://biletli.az/event/tedx-unec

Gəlin, sərhədləri birlikdə aşaq! ⚡️
KVET-də təlim almaq sadəcə öyrənmək deyil - özünü real iş həyatına hazırlamaqdır. Burada əldə edəcəyin biliklər praktikdir, bazarın tələbinə uyğundur və səni birbaşa iş dünyasına çıxarır.

Təlimləri uğurla bitirdikdən sonra ECITB, AITT, IOSH və ISO standartlarına uyğun beynəlxalq sertifikatlar əldə edəcəksən ki, bu da sənin karyeranda ciddi üstünlük yaradacaq.

Bu sertifikatlar sənə nə qazandırır?

✔️ CV-ni gücləndirir
✔️ İşə qəbul zamanı səni ön plana çıxarır
✔️ Yerli və xarici şirkətlərdə işləmək şansını artırır
✔️ Bilik və bacarıqlarını rəsmi şəkildə təsdiqləyir
✔️ Daha yüksək maaşlı vəzifələrə yol açır

💡 Bu sadəcə sertifikat deyil — sənin karyeran üçün real üstünlükdür.

🚀 KVET məzunları:
✔️ Daha tez iş tapır
✔️ İşə daha hazır başlayır
✔️ Karyerada daha sürətli irəliləyir

Ətraflı: https://news.unec.edu.az/elan/89-taelim/15085-kvet-telimine-geydiyyat-bashladi
25 may saat 08:00-dan 18:00-dək UNEC-də tələbə rektor və tələbə təşkilatlarına sədr seçkiləri keçiriləcək!

Bütün tələbələri seçkilərdə aktiv iştirak etməyə və öz namizədlərinə dəstək göstərməyə dəvət edirik!

Qeyd edək ki, səsvermənin statistikası UNEC-in YouTube kanalında canlı yayımlanacaq: https://www.youtube.com/live/PM4-i4Az1mQ?si=BatA4so7OYUj8f15
UNEC-də tələbə rektor və tələbə təşkilatlarına sədr seçkiləri keçirilir.

Seçkilər saat 18:00-dək davam edəcək.

Statistikanı canlı izləyə bilərsiniz:
https://www.youtube.com/live/PM4-i4Az1mQ?si=aAv8jItHICOECRDo

Səsvermədə iştirak etmək üçün: https://bit.ly/secki2026
Əziz UNEC ailəsi,

Sizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Bu əziz bayramın hər evə ruzi-bərəkət, sevinc və sağlıq gətirməsini arzulayırıq!

Bayramınız Mübarək!

@uneceduaz
UNEC-də hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək.

İlk “Açıq qapı günü” 6 iyun, saat 10:00-da UNEC-in əsas tədris binasında təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.

“Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.

@uneceduaz
APTİS imtahanı verəcək tələbələrin nəzərinə!

İmtahanın gedişatı aşağıdakı kimi olacaq:

Saat 09:00-da (ikinci növbə üçün saat 14:00-da) cədvələ uyğun olaraq imtahanda iştirak edəcək tələbələr ilk öncə Danışıq və Dinləmə bölmələri üzrə imtahan verəcək, bu imtahan tamamladıqdan sonra zalı müvəqqəti tərk edəcəklər.

Saat 10:00-da (ikinci növbə üçün saat 15:00-da) cədvələ uyğun olaraq imtahanda iştirak edəcək növbəti qrup tələbələr də ilk öncə Danışıq və Dinləmə bölmələri üzrə imtahan verəcəklər.

Saat 11:00-da (ikinci növbə üçün saat 16:00-da) əvvəlcə zalı tərk etmiş tələbələr yenidən imtahan zalına qayıdacaqlar və bütün tələbələr birlikdə Qrammatika və lüğət tərkibi, Yazı və Oxu bölmələri üzrə imtahanlarını davam etdirəcəklər.

Hər birinizə uğurlar arzulayırıq!
Abituriyentlər üçün yeni rəqəmsal platforma: “SİZİN UNEC”! 🌟

Qəbul imtahanları ərəfəsində hər bir abituriyentin və valideynin cavab axtardığı vacib suallar var: "Niyə məhz UNEC?" və "Bu universitet mənə hansı üstünlükləri qazandıracaq?" 🤔

Məhz bu suallara ən rahat və dolğun şəkildə cavab tapmaq üçün “SİZİN UNEC” rəqəmsal platforması istifadəyə verildi!

💡 Platformanın müasir və interaktiv dizaynı sayəsində istiqamətlənmək olduqca asandır. Rənglərlə fərqləndirilmiş xüsusi bölmələr vasitəsilə sizi maraqlandıran mövzuya cəmi bir kliklə keçid edə bilərsiniz.

Beləliklə, UNEC-in təhsil və karyera imkanları, beynəlxalq proqramları, ikili diplom layihələri, daxili təqaüdlər, müasir kampus həyatı, eləcə də digər üstünlükərlə tam vizual formatda tanış olmaq mümkündür.

Universitet seçimini real faktlar əsasında etmək və gələcəyini beynəlxalq təhsil mühitində qurmaq istəyən abituriyentləri platformamıza dəvət edirik! 👋🚀

🔗 Platformaya keçid: https://sizin.unec.edu.az/
Yay istirahətinizi daha maraqlı keçirməyə hazırsınız? ☀️

UNEC-in III tədris binasının həyətində baş tutacaq, yay mövsümünə ən enerjili festivallarından biri olacaq UNECfest üçün qeydiyyat açıldı! 🚀

Festival boyunca sizi rəngarəng musiqilər, yaradıcı zonalar, maraqlı oyunlar, turnirlər və əyləncəli aktivliklər gözləyir.

Festivalda sizi nələr gözləyəcək? Bunu hissə-hissə paylaşacağıq! 🤫

Bu festivalda həm əylənəcək, həm də yeni dostluqlar qazanaraq şəbəkələşəcəksiniz. 🎨🎲

📍 Məkan: UNEC, III tədris binasının həyəti
Tarix: 6 avqust, saat 16:30

🎟️ Qeydiyyat üçün: https://biletli.az/event/unecfest

⚠️ Qeyd: Əraziyə giriş yalnız elektron bileti olan tələbələr üçün açıq olacaq. Bileti öncədən rezerv etməyi unutmayın. Qeydiyyatınız təsdiqləndiyi halda elektron bilet göndəriləcək.
Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində ”AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi elan olunur.
Müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələrin və innovativ həllərin, sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.
Beynəlxalq səviyyəli müsabiqə aşağıdakı 4 kateqoriya üzrə keçirilir: 
Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər - sosial xidmətlərin göstərilməsində və sosial rifahın idarə olunmasında süni intellekt və rəqəmsal texnologiyalara əsaslanan həllər üzrə layihələr;
Sosial könüllülük və vətəndaş təşəbbüsləri - könüllülük fəaliyyəti, icma əsaslı layihələr və həssas qruplara dəstək təşəbbüsləri;
Sosial sahənin inkişafına elmi töhfə – sosial siyasət, sosial xidmətlər və sosial idarəetmə sahəsində elmi tədqiqatlar və analitik yanaşmalar;
Regional sosial təşəbbüs – regionlarda sosial problemlərin həllinə yönəlmiş yerli və davamlı layihələr.
Müsabiqə çərçivəsində aşağıdakı fərdi nominasiyalar üzrə yerli müsabiqə də elan olunur:
İlin gənc sosial innovatoru
Sosial transformasiya lideri / təşəbbüskarı
Sosial sahənin inkişafına davamlı töhfəyə görə
Müsabiqədə iştirak üçün müraciətlər 2026-cı ilin 15 iyul – 1 sentyabr tarixləri arasında https://socgov.az saytı vasitəsi ilə qəbul olunacaq.
Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi SOCGOV 2026 forumu çərçivəsində keçiriləcək.