UNEC
3.46K subscribers
2.43K photos
80 videos
638 links
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi telegram kanalı

🔗 Sosial media hesablarımız: https://linktr.ee/uneceduaz
Download Telegram
#UNEC Özbəkistanın Daşkənd şəhərində keçirilən 25-ci “Təhsil və Peşə 2024” Beynəlxalq sərgisində təmsil olunub.

UNEC stendini ziyarət edənlərə Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları Jalə Heydarova və Elgiz Camalzadə universitetin tədris proqramlar, qəbul şərtləri, beynəlxalq əlaqələri və s. barədə məlumat veriblər.

Ətrafl: https://news.unec.edu.az/xeber/125-universitet/11542-unec-beynelxalg-tehsil-sergisinde-temsil-olunub
UNEC-də Tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə start verilir!

Seçkidə aşağıda qeyd olunan tələbə təşkilatları iştirak edəcək:
- Tələbə-rektor
- Tələbə Elmi Cəmiyyəti
- İqtisadçı Vətənpərvərlər Təşkilatı
- UNEC Könüllüləri Təşkilatı
- Rəqəmsal Könüllülər Təşkilatı
- UNEC Future Club
- Cross-Cultural Club (“Beynəlxalq mədəniyyət klubu”)

🗓 Qeydiyyat tarixi: 26 aprel - 06 may

🔗Seçkilər və namizədlərə olan tələblər barədə ətraflı: https://news.unec.edu.az/xeber/105-telebe/11544-unec-de-telebe-rektor-ve-telebe-teshkilatlarina-sedr-sechkilerine-start-verilir-2-
Media is too big
VIEW IN TELEGRAM
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Prof.Dr. Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru prof. Ədalət Muradovla görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub, yeni doktorantura təhsili modelinin reallaşdırılmasına dair razılıq əldə edilib. Sonra hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində türkiyəli qonaqlar UNEC-in Şəhidlər Kompleksini də ziyarət ediblər.
#unec
#KahramanMaraşSütçüİmamÜniversitesi
10 yanvar 2024-cü ildə yerli TV kanallara müsahibəsində Prezident İlham Əliyev demişdir: "...bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır".

Bu çağırışa uyğun olaraq UNEC-də "Gələcək özümü gələcək?" başlıqlı ikinci müzakirə keçirilib. Müzakirənin bu dəfəki mövzusu "Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!" olub. Ən qısa zamanda müzakirənin videoyazısı ictimaiyyətə təqdim olunacaq.

@uneceduaz
Kitabxana İnformasiya Mərkəzi “UNEC alimlərindən kitab tövsiyələri” adlı layihəyə start verib.

Layihənin ilk sayında UNEC rektoru, professor Ədalət Muradovun tövsiyə etdiyi kitabları təqdim edirik:

1. “Elm haqqında elm”, S.Xəlilov. 2011.

2. “Həyat startap kimi” R. Hoffman, B. Casnocha, 2016.

3. “Ali təhsil rəqəmsal dövrdə”, William G. Bowen. 2018.

4. “Çinin rəqəmsal transformasiyası”, М. Хuaten, М.Çjaoli, Y.Deli, V.Xualey, 2019.

5. “Неприятие перемен. Как преодолеть сопротивление изменениям”, Роберт Киган, Лайза Лэскоу Лейхи, 2017.

#unec
#unecrektoru
#kitabtövsiyələri
UNEC-in lV kurs tələbələrinin nəzərinə!

"İqtisadiyyat və idarəetmə" ixtisas qrupu üzrə təhsil alan tələbələrin "istehsalat təcrübəsi və layihə işi" ilə bağlı 26 aprel, saat 13:00-da UNEC-in ll tədris binasının böyük akt zalında son məlumatlandırma görüşü keçiriləcək.
Görüş Təcrübənin təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutacaq.
Media is too big
VIEW IN TELEGRAM
UNEC-in “Qida texnologiyası laboratoriyası”nda “İxtisasa giriş" fənni üzrə laboratoriya dərsi👩🏻‍🔬🧑🏻‍🔬

Dos. Azər Hüseynov və müəllim Nərminə Ələsgərova nümunələr üzərində tədqiqat apararaq, 340-cı qrupun tələbələrinə dondurmanın alınmasının texnoloji prosesini öyrədirlər.🤩🍦

#unec
#qidalaboratoriyası
#icecream
UNEC-də Tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkiləri ilə bağlı qeydiyyatdan keçən tələbələrin nəzərinə!

Tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə qeydiyyatdan keçən namizədlərin bacarıqlarını qiymətləndirmək məqsədilə 10 may, saat 11:00-da "Gənc İdarəçilər" müsabiqəsi keçiriləcək.

Müsabiqə UNEC-in 2 saylı tədris binasının imtahan zalında (otaq 203) təşkil olunacaq.

QEYD: Cross-Cultural Club (“Beynəlxalq mədəniyyət klubu”) təşkilatına sədr üçün namizədliyi UNEC-də təhsil alan xarici ölkə vətəndaşları irəli sürə bilərlər.
#unec
#tələbə
#student
“Yeni dövrdə yeni ideyalarla” mövzusunda növbəti müzakirə təhsillə bağlı olub.

UNEC-lə yanaşı, digər ali təhsil müəssisələrinin müəllim, tələbə və tədqiqatçı heyətinin, təhsil ekspertlərinin, dövlət və özəl sektorların nümayəndələrinin iştirak etdiyi tədbirdə aşağıdakı mövzular müzakirə olunub və təkliflər səslənidirlib.

Ətraflı: https://news.unec.edu.az/xeber/100-elm/11595-tehsil-ekspertleri-unec-de-yeni-dovrun-yeni-tehsil-ideyalarini-seslendiribler-2
Əziz tələbələr, aprel ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənildi. Ən qısa zamanda kart hesabınıza yüklənəcək.

Xeyirli olsun!
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Dövlət İqtisad Universitetinin (#UNEC) 1974-cü il məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər.

Ətraflı: https://news.unec.edu.az/rubrika/10109-unec-mezunlari/11632-i-gtisad-universitetinin-mezunlari-50-illik-yubileylerini-unec-de-geyd-edibler

#unecməzunu
UNEC-də 2023/2024-cü tədris ilinin Yay semestrinə qeydiyyat başlayıb.

Tələbələr qeydiyyat üçün fakültə, mərkəz və məktəb tyutorlarına müraciət etməlidirlər.

Yay məktəbinə digər ali təhsil müəssisəsinin tələbələri də qoşula bilərlər.

🗓Qeydiyyat üçün son tarix: 15 iyul.

QEYD: Tələbələr siyahıda təqdim edilməmiş, lakin akademik borcları olduğu digər fənlər üzrə də qeydiyyat üçün müraciət edə bilərlər (fənn üzrə qrupların açılmasına kifayət edəcək sayda tələbə müraciəti formalaşdıqca həmin fənlərdən də qruplar yaradılacaq).

🔗Yay semestrinin fənləri barədə ətraflı: https://news.unec.edu.az/elan/10101-telebelerin-nezerine/11635-unec-de-2023-2024-cu-tedris-ilinin-yay-semestrine-geydiyyat-bashlayir
#unec
#yaysemestri