UNEC
3.45K subscribers
2.44K photos
80 videos
641 links
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi telegram kanalı

🔗 Sosial media hesablarımız: https://linktr.ee/uneceduaz
Download Telegram
UNEC Biznes Məktəbinin MBA Proqramı üzrə boş qalan plan yerlərə qəbul olanların NƏZƏRİNƏ!

Qəbul olunan şəxslər 28 avqust saat 11:00-dan 4 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

🔗Qeydiyyat barədə ətraflı: https://news.unec.edu.az/elan/138-gebul/10440-unec-de-magistraturaya-sened-gebulu-onlayn-aparilacag

#unec #mba #magistratura
Respublika fənn olimpiadasının qızıl medalını qazanan növbəti abituriyent UNEC-i seçdi🤩

Quba şəhər Mehrab Niftəliyev adına Texniki Təmayüllü liseyi qızıl attestat və qızıl döş nişanı ilə bitirən Polad Atayev #UNEC-in ingilis dilində “Maliyyə” ixtisasını seçir. O, qəbul imtahanlarında 640 bal toplayıb.

Poladı təbrik edirik, təhsilində uğurlar arzulayırıq!🎉

#abituriyent #olimpiadaqalibləriuneciseçir
"UNEC-i tanı" layihəsinin növbəti iştirakçısı🔻
Ağdaş rayonu 3 saylı məktəbi fərqlənmə attestatı ilə bitirən,
Respublika fənn olimpiadasının Coğrafiya fənni üzrə finalçısı,
Breyn Rinq verilişində “Ağdaş” komandasının ay finalçısı olan abituriyent Amin Əhmədov!

Qəbul imtahanlarında 610 bal toplayan Amin UNEC-in ingilis dilində “Maliyyə” ixtisasını seçir!🤩
📌QEYD: I-V qrupa hazırlaşan abituriyentlər həftə içi hər gün, saat 10:00-16:00-dək (13:00-14:00 nahar fasiləsi) UNEC-in əsas tədris binasına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, "UNEC-i tanı" layihəsində iştirak edə bilərlər.
Əlaqə: +994124926043
#unec #abituriyent #unecitanı
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub.

Qəbul olunan şəxslər 2023-cü il 28 avqust 11:00-dan 4 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün, https://portal.edu.az/ platformasında və https://kabinet.unec.edu.az/ saytından qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə qəbul olmuş bakalavrları təbrik edir, magistratura təhsillərində uğurlar arzulayırıq!
Gənc istedadlılar liseyini fərqlənmə attestatı ilə bitirən, “Sabahın alimləri” Respublika müsabiqəsinin II yerin sahibi, “Qızıl” nişanlı Nəzrin İsmayılova qəbul imtahanlarında 646.5 bal toplayaraq UNEC-in ingilis dilində “Maliyyə” ixtisasını seçir!🤩🥳
Uğurların bol olsun, Nəzrin!😍
#unec #abituriyent #unecitanı
Əziz Abituriyentlər!
UNEC tələbəsi adını qazanmaq sizə aşağıda qeyd olunan təqaüdlərdən istifadə etmək imkanı verir!
Tələbə təqaüdləri haqqında məlumat:
📌Bakalavrlar
Prezident təqaüdü-275 AZN
Əlaçı təqaüdü- 175 AZN
Həvəsləndirici təqaüd - 145 AZN
Adi təqaüd- 100 AZN
UNEC-in xüsusi təqaüdü-100 AZN (600 və daha yüksək bal toplayan abituriyentlər, eləcə də Beynəlxalq və respublika fənn olimpiada qalibləri üçün nəzərdə tutulur)
UNEC TOP 15 təqaüdü- 175 AZN (hər kurs üzrə ÜOMG-si ən yüksək olan 15 tələbəyə şamil olunur)
📌Magistrantlar
Əlaçı təqaüdü -195 AZN
Həvəsləndirici təqaüd- 160 AZN
Adi təqaüd – 110 AZN
🔺Qeyd. Ödənişli təhsil alan bakalavrlar 1-ci semestrin sonunda imtahan nəticələrinə əsasən 2-ci semestrdən təqaüd almaq, eləcə də UNEC-in TOP 15 təqaüdünü qazanmaq şansı əldə edə bilərlər.
✔️✔️✔️Təqaüdlər yalnız əyani təhsil alan tələbələrə şamil olunur.
#teqaüd #unec #unecitanı
Sinif yoldaşı idilər, indi isə qrup yoldaşı olacaqlar🤩
Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirən Rəvan Baxışov və Eltac Niftəliyevi birləşdirən bir çox cəhət var:
🔹Onlar Respublika Fənn Olimpiadasında Coğrafiya fənni üzrə II yerin sahibi olublar.
🔹Qəbul imtahanlarında Rəvan 641 bal, Eltac isə 645.2 bal toplayıb.
🔹Hər iki dost Beynəlxalq İqtisadiyyat Məktəbinin “Maliyyə” ixtisasını seçir!
Uğurlarınız bol olsun, dostlar! 😍🥳
#unec #abituriyent #maliyyə
2023/2024-cü tədris ilinin payız semestri üzrə SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində müvafiq ixtisaslar üzrə vakant yerlərə müsabiqə davam edir!

Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.

Son müraciət tarixi: 30.08.2023-cü il, saat 23:59.

Müsabiqədə magistr və daha yüksək elmi dərəcəyə malik, mükəmməl səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edən, eyni zamanda müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, dinamik və pozitiv namizədlər iştirak edə bilərlər.

Müraciət üçün qeydiyyat formu: (https://docs.google.com/forms/d/1_AUrFoA8ROrAhR2YXoQxyx3VHoW6Lr0uwbYxldSWXYs/edit)
Bakalavriat səviyyəsi üzrə ixtisas seçimlərinin nəticələri açıqlanıb!

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik, UNEC-ə qəbul olan gənclərə isə ailəmizə xoş gəldiniz deyirik!🤩🎉
Əziz tələbələr,

UNEC Dil Mərkəzi dil biliklərinizi artırmaqda dəstək olmaq üçün buradadır!

Böyük Britanyanın seçilən tədris qurumu olan British Council ilə IELTS imtahanları üzrə rəsmi tərəfdaşlıq edən mərkəzimizdə peşəkar müəllimlərimiz ilə uğur qazanacaqsınız!

UNEC Dil Mərkəzi tərəfindən təşkil olunan sınaq imtahanlarında ( IELTS Mock Exam) iştirak edib özünüzü yoxlaya bilərsiniz, həmçinin yeni kursumuz tərəfindən əməkdaşlıq əsasında həyata keçirilən rəsmi IELTS imtahanına daha inamlı şəkildə daxil ola bilərsiniz 💪🏻🎓

🎯 Hədəflərinizə çatmaq üçün Sizi gözləyən bir çox avantajımız var:

4 dil bacarığına (yazı, şifahi nitq, oxu və dinləmə) fokuslanan dərs proqramı
📄 Rəsmi IELTS sertifikatı əldə edərək xaricdə təhsil almaq fürsəti üçün intensiv hazırlıq ✍🏻
📢 Təşkil etdiyimiz təşəbbüslərdən yararlanmaq
👥 Yeni dostluqlar və kommunikasiya

🗣️ Elə isə dil biliklərinizi bizimlə möhkəmləndirin, həm tədrisə, həm də gələcəyə bir addım öndə başlayın! 🎓
Əlavə məlumat üçün əlaqə:
📞 (+994) 55 217 62 64 (Whatsapp)
🔈UNEC-ə sənəd qəbulu 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək elektron qaydada aparılacaq!

❗️Abituriyentlər həm portal.edu.az, həm də unec.edu.az portallarından qediyyatdan keçməlidirlər.

✔️unec.edu.az-dan qeydiyyatdan keçmək qaydası:
➡️https://unec.edu.az ➡️“Tələbə kabineti”➡️Qeydiyyat ➡️Sənəd qəbulu➡️ DİM yolu ilə universitet.
Qeydiyyatdan sonra emailə link göndəriləcək.
⚠️Link emailinizin “Spam” bölməsinə də düşə bilər.
🔗Tanışlıq linki: https://www.youtube.com/watch?v=LhtVllbcPM8
✔️Portal.edu.az-dan qeydiyyat qaydası:
➡️https://portal.edu.az/ ➡️“Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.
Portal üzərində qeydiyyat prosesi və Təhsil Tələbə Kredit Fonduna müraciət forması ilə tanışlıq:
🔗https://www.youtube.com/watch?v=pn-yMXbn-fE
UNEC-ə yeni qəbul olmuş abituriyentlərin sənəd qəbuluna köməklik göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal könüllü tələbələrindən ibarət "UNEC Abituriyentlərin Sənəd Qəbuluna Dəstək Mərkəzi" 5-14 sentyabr tarixlərində fəaliyyət göstərəcəkdir.


QEYD 1: Mərkəzin Qərargahı UNEC-in Əsas tədris binası (İstiqlaliyyət 6), 320-ci otaqdadır.
Əlaqə vasitələri:
1. +99450 636 34 94 Səbuhi bəy
2. +99477 631 41 42 Günay xanım

@unecthik @uneceduaz
Teleqram qrupu: https://t.me/+bcZkkONM0B02ZmY6

QEYD 2: Mərkəzlər saat 10:00-dan 17:00-a qədər əyani, online isə hər gün (qeyri iş günləri də) yeni qəbul olmuş abituriyentlər üçün fəaliyyət göstərəcəkdir.

Fakültələr üzrə suallarınızı aşağıda qeyd olunan əlaqə nömrələrinə ünvanlaya bilərsiniz:

Maliyyə və mühasibat fakültəsi – +99455 997 28 99
Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) – +99477 303 49 55
İqtisadiyyat və idarəetmə fakültəsi – +99470 745 27 99
Türk Dünyası İqtisad fakültəsi – +99451 951 00 33
Qiyabi və əlavə təhsil mərkəzi (QƏTM) – +99455 988 20 03
Rus İqtisad Məktəbİ (RİM) – +99470 494 42 82
Mühəndislik fakültəsi – +99455 295 25 18
UNEC Dizayn Məktəbi – +99470 865 67 60
Rəqəmsal İqtisadiyyat fakültəsi – +99470 896 06 24
Biznes və menecment fakültəsi – +99470 876 55 23
UNEC-ə köçürülən tələbələrin nəzərinə!

#UNEC-ə digər ali təhsil müəssisələrindən köçürülən (transfer olunan) tələbələr 5 sentyabrdan 11 sentyabr tarixinədək sənədlərini Tələbə İşləri Mərkəzinə təqdim etməlidirlər.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti
-Akademik transkriptin surəti.

Ünvan: UNEC, İstiqlaliyyət küçəsi 6, Əsas tədris binası, Tələbə İşləri Mərkəzi otaq 107.
Əlaqə: 012 492 52 45.
UNEC-də bu il də ən yüksək qəbul nəticəsi Rəqəmsal İqtisadiyyat fakültəsinin "İnformasiya təhlükəsizliyi" (ingilis dilində) ixtisası üzrə olub!

Rəqəmsal İqtisadiyyat fakültəsinə 94 nəfər 600+ bal toplayan abituriyent qəbul olub.

1. İnformasiya təhlükəsizliyi (ingilis dilində)- 25 nəfər
2. İnformasiya texnologiyaları (ingilis dilində) - 25 nəfər
3. İnformasiya təhlükəsizliyi (azərbaycan dilində) - 21 nəfər
4. İnformasiya texnologiyaları (azərbaycan dilində) - 5 nəfər
5. Kompüter mühəndisliyi - 16 nəfər
6. Kompüter elmləri (azərbaycan dilində) - 1 nəfər
7. Kompüter elmləri (rus dilində) - 1 nəfər

Tələbələrimizi təbrik edirik, hər birinə uğurlar arzulayırıq!🎉

#unec #rəqəmsaliqtisadiyyat #abituriyent #informasiyatəhlükəsizliyi #İnformasiyatexnologiyaları #Kompütermühəndisliyi #Kompüterelmləri
🔈“Ekonometrika” fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə UNEC-də ödənişsiz təlimlər təşkil olunacaq.

Təlim proqramı 42 saat olmaqla, 8-30 sentyabr tarixlərini əhatə edəcək.

⚠️Təlim proqramında digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər.

📍Proqramın təlimçiləri:

Prof.Yadulla Həsənli – UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru;

Xətai Alıyev – “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri.

🔗Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfB2ZiwO8jzVhwsxWhJfaT0AGfb1BTdPc2tiCOib4EhpFMUNQ/viewform

Proqram barədə ətraflı məlumat üçün link rəydə paylaşılıb.⬇️

#unec #ekonometrika #təlim
UNEC-də yeni təyinat!

Dosent Aysel Xəlilova UNEC-də yeni yaradılan Xarici Dillər Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Bu il UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə (ISE) (tədris ingilis dilində) 600 və daha yüksək bal toplayaraq qəbul olan abituriyent sayı 112 nəfərdir.
Həmin abituriyentlərin ixtisaslar üzrə sayı aşağıdakı kimidir:
▪️Maliyyə - 60
▪️İqtisadiyyat - 30
▪️Mühasibat - 14
▪️Biznesin idarəedilməsi - 4
▪️Beynəlxalq ticarət və logistika - 4

❗️Fakültədə ən yüksək nəticə "Maliyyə" ixtisası üzrədir - 666 bal!

#ISE-ni seçən bütün gəncləri təbrik edirik, təhsillərində uğurlar arzulayırıq!🎉

#unec
UNEC-in gənc əməkdaşı yeni vəzifəyə təyin olundu!

UNEC-də gənc kadrların işə cəlb olunması, eləcə də universitet idarəetməsində gənc mütəxəssislərin sayının artırılması istiqamətində yeni təyinatlar uğurla davam etdirilir.

Növbəti təyinat İnsan resursları şöbəsində olub. Şöbənin baş mütəxəssisi, gənc əməkdaş Ceyhun İsmayılov İnsan resursları şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Ceyhun İsmayılovu təbrik edirik, yeni vəzifəsində uğurlar arzulayırıq!