Ümumi Tarix
10.1K subscribers
2.54K photos
146 videos
19 files
148 links
📝Tarix– əsillərin az, surətlərinsə çox olduğu rəsm qalereyasıdır.

#sonxeberler

💫Tarixə dair hər şey bu kanalda:
https://t.me/umumitarix
Download Telegram
Forwarded from 🇦🇿Nigar🇦🇿
Ümumi Tarix
❗️❗️❗️Uzun müddət Azərbaycan tarixşünasılığında belə fikir formalaşıb ki, Azərbaycanın Güneyində türklər milli soyqırım siyasətinə yalnız 1924-cü ildə fars Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra üzləşməyə başlayıblar. Əslində isə belə deyil. Güney…
❗️❗️❗️Azərbaycanlıların qırğını Osmanlı türklərinin gəlişindən sonra da davam edir. 1918-ci ilin martın sonu, aprelin əvvəllərində türklər Güney Azərbaycan ərazisinə daxil olur və soydaşlarımızın kütləvi qətliamına son qoyurlar. Qəhrəman türk əsgərləri erməni-assuri birləşmələrinin Urmu gölü vasitəsilə Təbrizə girmələrinin qarşısını alır, erməni quldurlarının qayıqlarını göldə batırırlar. Dağlara qaçan erməni quldurları ta 1919-cu ilin fevralına qədər kəndələr enib türk əhalisinə divan tutmaqda davam edirlər.

Cilovluq vəşhətinə ən güclü müqavimət Xoyda baş verir. Şəhər əhalisi ermənilərin hiyləsinə baxmayaraq, şəhər qapılarını onların üzünə açmırlar. Bununla belə Urmu, Xoy və Salmasda birləşmiş koalisiya amansız qırğınlara törədə bilir. İran tarixçisi Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib. Urmiyalı tarixçi Ayrumlu bu rəqəmi bir az da artırır. Son araşdırmalardan sonra Ayrumlu bu nəticəyə gəlir ki, öldürülən, soyqırıma məruz qoyulan azərbaycanlıların sayı 300 min nəfər olub.

@Turan_Tim
Forwarded from Taclı Bəyim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güneyimizdə bayram şənliyi😇🇦🇿 🍃 🔥 🍃
Təvazö və sadəlikdə torpaq kimi ol' deyib Mövlana. Suyun olmadığı yerdə torpaq ilə qüsul alıb ibadət edənlər. Suyu da duruldan torpaq, özündən gələni özünə alan da torpaq. Ona nə əkəriksə bizə beş qatını verər. Ayaqlarımız toxunanda bütün negativləri alıb, yenidən güc qatar bizə. Torpaq çərşənbəniz mübarək! 🔥🙏
Forwarded from Səid.V
🔠🔠🔠🔠🔠🔠
🅱️🅰️🔠🔠🅰️🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠🔠
🔤🔤🔤🔤🔤❗️
🔥🔥🌱🌱🌱🌱
🌱🌱
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ümumi Tarix
#ForestDay
Bu gün #21Mart dünyada Beynəlxalq meşələr günüdür. BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq meşələr günü kimi qeyd olunur. Hər il dünyada orta hesabla 10 milyon hektar ağac qırılmaqdan, 70 milyon hektar ağac isə meşə yanğınlarından məhv olur. Təbii oksigen qaynağı olan meşələrin qorunması üçün dünyada ağac əkmə, təbii ağac məhsullarından istifadənin azaldılması, şəhərlərdə ağac sayının çoxaldılması kimi əsaslı işlər görülür.

2024-cü il Beynəlxalq Meşələr Gününün mövzusu Meşələr və İnnovasiya: "Daha Yaxşı Dünya üçün Yeni Həllər"dir. Yeni texnologiyalar vasitəsilə ölkələrin meşə xəritəsinin dəqiq çəkilməsi və izlənilməsi həyata keçirilir. İqlim dəyişikliyinin qarşısını qismən almaq üçün ən vacib meyarlardan olan ağacların artırılması və qorunması ölkəmiz üçün də çox mühüm məsələdir. Azərbaycanda dövlət qoruqlarında, meşələrdə ağaclar diqqət mərkəzindədir.

Lakin, ucqarlarda yaşayan əhali gərək istilik vasitəsi, gərəksə satmaq üçün ağacları qırmaq məcburiyyətində qalır. Neft və qaz ölkəsində son illərdə ucqar kəndlərə də qaz xətləri çəkilməyə başlanılıb. Ümid edirik ki, tezliklə "Yaşıl dünya naminə" sosial rifah yaxşılaşsın və meşələrimiz insanların əlindən rahat nəfəs alıb nəfəs verə bilsin☘️ #ForestDay
Forwarded from 𝙷𝚒𝚜𝚝𝚘𝚛𝚢 (ɌȺMȺŁ_ꝀᵾŁİɎɆVSꝀİ.㋡)
📝Bəzi uyğunluqlar:
📎 Azərbaycanın açarı;
🔹Təbriz (Teymurilərə görə)
🔸Gəncə (Rusiyaya görə xanlıqların işğalı üçün)
📎 Azərbaycanın qapısı;
🔹Qarabağ (Çar generallarına görə)
📎 Türkün qapısı;
🔸Naxçıvan
📎 Qarabağın qapısı; Şuşanın açarı
🔹Hadrut
📎 Qarabağın hava qapısı
🔸Füzuli
Forwarded from Pads bot
Jacob Field Dünyanın Kanlı Tarihi
Alişan Özkan
📌Müəllif:Jacob Field

📚Dünyanın Qanlı Tarixi

🎧Səsli tarix-Tr
Tahirə ("pak", "təmiz" deməkdir) Qürrətüleynin ("göz bəbəyi") əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə, künyəsi Ümmü Səlimə olmuşdur. Qürrətüleyn 1818-ci ildə Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır.

Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub.

O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib.
Reklam edən adminlər, bu gündən toplunu dayandırmağa qərar verdik. Bizi topludan çıxarın zəhmət olmasa. Haqqınızı halal edin🙏
Ümumi Tarix pinned «Reklam edən adminlər, bu gündən toplunu dayandırmağa qərar verdik. Bizi topludan çıxarın zəhmət olmasa. Haqqınızı halal edin🙏»
Forwarded from Taclı Bəyim
Təbriz ilklər şəhəridir. Güneydə ilk məktəb, ilk kitabxana, ilk çap evi, ilk uşaq baxçası, ilk lal və kar uşaqlar üçün məktəb burda açılıb, ilk telefon qovşağı, ilk asfalt yolu bu şəhərdə çəkilib. 

Təbriz Mövlana Cəlaləddin Rumiyə ustad olan Şəms Təbrizli, Şəhriyar kimi ustad şairlər, “Millət rəhbəri” kimi tanınan Səttərxan, “Xalq sərkərdəsi” Bağırxan, onların davamçıları olan Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi qəhrəman oğulllar yetişdirib.

Təbriz insanı dövrün bütün mərhələlərində öz mübarizliyi, millətçiliyi ilə seçilib. Doğma Təbrizin sakinləri də elə özü kimi doğma, gülərüz, mehribandır. Əhalinin 97%-ə qədəri doğma ana dilində, Azərbaycan türkcəsində danışır. Bu faktı görmək üçün onun bazarlarına getmək kifayət edər.
1789-cu il Fransa inqilabı və XIX yüzilliyin əvvəllərindəki milli azadlıq hərəkatları klassik musiqinin görkəmli nümayəndəsi Lüdviq van Bethovenin yaradıcılığına güclü təsir göstərmişdi.

O, “Üçüncü simfoniya”sını Avropaya demokratiya gətirdiyinə inandığı üçün əvvəlcə Napoleon Bonaparta həsr etmişdi. Lakin 1804-cü ildə Napoleon özünü imperator elan etdiyinə görə bəstəkar bu fikirdən daşınır.
#Nadir xan 1723-cü ildən sonra #Osmanlıların tutduğu əraziləri boşaltmağı tələb etdi. #Osmanlıların rədd cavabı müharibəyə səbəb oldu. 1733-cü ilin yanvarında Nadir xan #Bağdad yaxınlığında #Osmanlıları ağır məğlubiyyətə uğratdıqda #Osmanlı qoşun komandanı #Əhmədpaşa sülh müqaviləsi imzaladı. #Bağdad müqaviləsinə görə Osmanlı son on ildə (1723-1732) tutduğu əraziləri tərk etməli idi.
1734-cü ildə Şirvan da Osmanlılardan azad edildi. Osmanlıların #Şirvandakı vassalı #Surxay @xan @Qazıqumuğa qaçdı. Oradan #Gəncəyə gedən Nadir xan 4 aydan sonra onu da Osmanlılardın aldı.

Nadir xan rus ordusunun #Xəzəryanı bölgələrdən çıxarılmasını tələb etdi. Rusiya olnun tələbləri ilə razılaşdı. Bu zaman #Gəncəyə gələn rus çarının nümayəndəsi X.Qolitsin qızılbaşlar üçün əziz bir gündə – #martın21-i 1735 – ci ildə Nadir xanla müqavilə imzalandı.
İlber Ortaylı Osmanlı Toplumunda Aile
Mazlum Kiper
🔊Səsli kitab

📍Müəllif:Tarixçi və yazar-İlbər Ortaylı
📚Osmanlı Toplumunda Ailə
🎧Səsləndirdi:Mazlum Kipər

İlbər Ortaylının Osmanlı cəmiyyətində ailə strukturu ilə bağlı kitablarında, əsasən Osmanlı İmparatorluğunun müxtəlif dövrlərində ailə təşkilatının necə formalaşdığı, ailə daxilində münasibətlərin dinamikası və ailə strukturlarının cəmiyyət, iqtisadi və siyasi həyat üzərindəki təsirləri müzakirə olunur.Kitabında, evlilik, miras, cins fərqləri, ailə daxilində güc münasibətləri kimi mövzulara diqqət yetirilir və zaman-zaman ailə daxilində münaqişələr, cəmiyyətdə məşhur olan sərt və münasibətli mövzulara da toxunulur.Bundan başqa, Osmanlı cəmiyyətində ailə strukturlarının digər cəmiyyətlə müqayisəsi və bu strukturların Osmanlı İmparatorluğunun ümumi tarixinə olan təsiri də müzakirə olunur.
Bu gün #Lələtəpə yüksəkliyinin düşməndən azad edildiyi gündür.

Lələtəpə adlanan yüksəklik Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpədir.

I Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib.

2 aprel 2016-cı ildə Lələtəpə "Dördgünlük" müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
İbrahimxəlil xanın qızı Ağabəyim ağanın vətən dərdi Fətəli şahı da ciddi şəkildə düşündürüb, rahatsız edirdi.Ağabəyim ağanın təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə, yüksək ləyaqətinə də məftun olan, onu həddən artıq çox sevən Fətəli şah çalışırdı ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin.

Onun darıxmaması üçün əlindən gələni edən şah arvadının vətən həsrətini, dərdini azaltmaq üçün yollar axtarırdı. Buna görə Tehranda onun üçün Qarabağ üslubunda saray tikdirmişdi. Hətta bu sarayın ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları da Şuşadakı kimi düzəltdirmişdi. Ağabəyim ağa vətən xiffəti çəkməsin deyə çalışan şahın cəhdləri isə heç bir nəticə verməmişdi.

Ağabəyim ağa üçün heç bir dəbdəbə, sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə oxuduğu, indi dillər əzbəri olan məşhur bayatını Fətəli şah da eşidib, ürəyi riqqətə gəlmişdir:

Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...