ARNOLD TOYNBİ – “Mədəniyyət mühakimə olunur”
"Sivilizasiyalar yaranarkən təbiətin təhdidi altında olur. Lakin yarandıqdan sonra bu təhdiddən qurtulur. Təbii şəraitə qarşı müqavimət göstərə bilməyən cəmiyyətlər yox olub getmişdir. Mədəniyyətlər təbiətin təhdidinə qarşı müqavimət göstərmiş cəmiyyətlərin məhsuludur... Tarix mədəniyyətlərin tarixidir."

Forwarded from Hüseyn Fərhadov
Noyan
“Noyan” sözü monqollarda, rəhbər, əmir, komandan, əfəndi mənalarında işlənmişdir. “Noyan” olan şəxslər, hər hansı bir qəbilənin böyüyü və rəisi olduqlarına görə deyil, qüvvətli, bacarıqlı, iradəli və s. bu cür xüsusiyyətlərə sahib olduqları üçün rəhbərliyi və komandanlığı əldə etmiş şəxslər olmuşdurlar. Buna görə mümkün idi ki, sıradan adi bir şəxs də öz qabiliyyətinə uyğun “noyan” ola bilsin.
Bəs “öz qabiliyyətinə uyğun noyan olmaq” nə deməkdir? Cavab budur ki, Çingiz xanın ordusu onlu təşkilat əsasında qurulmuşdu. “Onluq”, “yüzlük”, “minlik” və “tümən” – yəni “on minlik” ordu əsasında qurulmuş orduda müxtəlif rütbəli noyanlar var idi. Həmin noyanlar arasında, onbaşı - “harbanu noyan”, yüzbaşı - “caunu noyan”, minbaşı - “minxanu noyan” adlanır və bu rütbələrin hər birinə hər kəs öz qabiliyyətinə uyğun yiyələnirdi.
“Noyan” sözünün cəm şəkli “noyat”dır. “Noyat” sözünün mənası “noyanlar” deməkdir. Məsələn “tumedun noyat” – yəni, tümən komandanları (noyanları).
Noyanlar çox hörmətli və imtiyazlı şəxslər sayılırdılar. Onların qadınlarına “xatun” deyilirdi. Bu söz adlarla da işlənmişdir; məsələn, “Belgütay noyan” və ya “Baycu noyan”.
Çingiz xan zamanında bütün hərbi bəylər rütbə baxımından istər böyük, istər kiçik olsun, bir tək adla, yəni “noyan” adı ilə anılırdılar. Amma özlərinin kim olduqlarını göstərən müxtəlif ləqəblər də daşıyırdılar.
Monqol adətincə, noyan olan şəxs “beki”, yəni bir növ “şaman” olmaq haqqına da sahib idi. Bu məsələyə xülasə olaraq aydınlıq gətirməli olsaq belə deyə bilərik ki, noyan olan şəxs, tabeçiliyində olanların həm siyasət və həm də hidayət rəhbəri sayılırdı. Çünki noyan olan hər kəs, “kut almış” – yəni, bir növ metafizik aləmdən xüsusi nəzər olunmuş insan sayılırdı.
Seyyid Hüseyn Fərhadov
https://t.me/islam_tarixinden

Forwarded from 🇦🇿Nigar🇦🇿
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from 🇦🇿Nigar🇦🇿
Ümumi Tarix
❗️❗️❗️Trixdə qanlı çərşənbə kimi tanınan 17 Mart Cilovluq Soyqırımından 106 il ötür. @Turan_Tim
❗️❗️❗️Uzun müddət Azərbaycan tarixşünasılığında belə fikir formalaşıb ki, Azərbaycanın Güneyində türklər milli soyqırım siyasətinə yalnız 1924-cü ildə fars Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra üzləşməyə başlayıblar.
Əslində isə belə deyil. Güney türkləri təkcə 1946-cı ildə-Pişəvəri hökuməti devriləndən sonra kütləvi qırğına məruz qalmayıblar. Nə yazıqlar ki, soydaşlarımız türk Qacarlarına hakimiyyətdə olduğu illərdə də qırğınlara məruz qalıblar. Türkmənçay müqaviləsindən, Arazdan quzeydəki torpaqlar Rusiyaya birləşdikdən sonra Azərbaycan türklərinin, eləcə də Qacarlar sülaləsinin mövqeyi zəifləməyə başladı. Fars şovinistləri saraya ayaq açmağa, dövlət siyasətinə təsir etməyə başladılar. XX əsrin əvvələrində İranda baş vermiş inqilablardan sonra Qacarların mövqeyi bir az da zəiflədi. Artıq 1915-1924-cü illərdə fars şovinistləri hakimiyyət çevrilişinin əsasını qoymuş, bazasını yaratmışdılar. Hakimiyyətdə türk sülaləsi olsa da, Azərbaycan türkləri hakim xalq statusunu itirməyə başlamışdı. Tərslikdən həmin illərdə Birinci dünya müharibəsi gedirdi və nə yazıq ki, bu savaşda iqtirak edən yeganə türk dövləti-Osmanlı öz müttəfiqləri ilə birgə məğlub duruma düşmüşdü. Bölgə nəzarətdən çıxmış, ərazidə rus silahı ilə silahlanmış ermənilər at oynadırdılar. Onlar üçün türk hər yerdə türkdür və hər yerdə düşməndir. 1918-ci ildə Quzey Azərbaycan türklərinə divan tutmuş, Qarabağda, Qubada, Şamaxıda, Bakıda, Naxçıvanda, Lənkəranda qanlı qırğınlar töbətmiş erməni qaniçənləri bu əməlləri bir az əvvəl-1915-ci ildə Güney Azərbaycanda törətmişdilər. 1915-ci ildə Urmu və Salmasda Petros adlı erməni komandanı öz quldur dəstəsi ilə azərbaycanlılara basqın edir. Əsgərxan məhəlləsində qanlı döyüşlər başlayır. Ermənilər evlərə və məhəllələrə vəhşicəsinə basqınlar edərək dinc əhalinin qətlə yetirir, qoca və qadınlara, uşaqlara belə aman vermirdilər. 159 gün davam edən qanlı qırğınlar nəticəsində 150 min Azərbaycan türkü qətlə yetirilir. Salmasdan Urmiyaya qədər hər bir azərbaycanlı ailəsi şəhid verir. Xarici dairələrdən dəstək alan erməni daşnakları 1917-ci ildə 4 nəfərlik təpədən-dırnağa qədər silahlanmış quldurları Andronikin rəhbərliyi ilə Xoy şəhərinə göndərirlər.
Novruz bayramının sonuncu çərşənbəsi birləşmiş koalisiya Urmu şəhərinin türk əhalisinə 24 saat ərzində əldə olan silahları təhvil verməyi tələbini qoydu. Bu tələb yerinə yetirilməyincə gözünü qan örtmüş erməni-kürd-assuri hərbi birləşmələri şəhərə hücum edərək ev-ev gəzib silah axtarmağa başladılar. Əslində Urmu əhalisində o qədər də silah yox idi. Bu tələb əhalini soyqırıma məruz qoymaq üçün bəhanə idi. Birləşmiş koalisiya bu qırğınla türk əhalisin gözünə qorxutmaq, onları yurdlarından digərgin salıb bu ərazilərə sahiblənmək istəyirdi. Vəhşi koalisiyanın silahlı dəstələri evlərə doluşaraq əhalini qarət edir, qadınların zinət əşyalarını oğurlayır, insanların namusuna toxunur, min bir alçaqlıqlara əl atırdılar. Müqavimət göstərənlər kütləvi şəkildə güllələnir, kişilər əsir aparılırdı. Güneydə indi də qara çərşənbə kimi xatırlanan həmin müdhiş gündə Urmu əhalisi şəhərdə yerləşən karvansaraya dolduruldu və diri-diri yandırıldı. Cilovluq faciəsindən sonra qırğınlar bütün Urmu vilayətinin kəndlərini əhatə etdi. Birləşmiş koalisiyanın işini Naxçıvandan keçməklə Türkiyədən gələn erməni paşası Andronik asanlaşdırırdı. Yolu üstündəki türk kəndlərinin amansızlıqla talayan, əhalini qıran Andronik Urmuda birləşmiş koalisiya ilə birləşmək istəyirdi. Lakin bu zaman erməni-assur-kürd koalisiyası dağıldı. Smitko niyyətin xristian dövləti qurmaq olduğunu, müsəlman kürdlərin oyundan kənar qoyulduğunu görüb hiyləyə əl atdı. Koalisiyadan çıxan Smitko aldadılmağının acığını asuriləri başçısından çıxdı. Assurilərin başçısı Marşimonu Salmasa çağıran Smitko onu orada qətlə yetirdi, onunla gələn adamlarını isə qılıncdan keçirdi.
@Turan_Tim

❗️❗️❗️Uzun müddət Azərbaycan tarixşünasılığında belə fikir formalaşıb ki, Azərbaycanın Güneyində türklər milli soyqırım siyasətinə yalnız 1924-cü ildə fars Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra üzləşməyə başlayıblar. Əslində isə belə deyil. Güney…
❗️❗️❗️Azərbaycanlıların qırğını Osmanlı türklərinin gəlişindən sonra da davam edir. 1918-ci ilin martın sonu, aprelin əvvəllərində türklər Güney Azərbaycan ərazisinə daxil olur və soydaşlarımızın kütləvi qətliamına son qoyurlar. Qəhrəman türk əsgərləri erməni-assuri birləşmələrinin Urmu gölü vasitəsilə Təbrizə girmələrinin qarşısını alır, erməni quldurlarının qayıqlarını göldə batırırlar. Dağlara qaçan erməni quldurları ta 1919-cu ilin fevralına qədər kəndələr enib türk əhalisinə divan tutmaqda davam edirlər.
Cilovluq vəşhətinə ən güclü müqavimət Xoyda baş verir. Şəhər əhalisi ermənilərin hiyləsinə baxmayaraq, şəhər qapılarını onların üzünə açmırlar. Bununla belə Urmu, Xoy və Salmasda birləşmiş koalisiya amansız qırğınlara törədə bilir. İran tarixçisi Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib. Urmiyalı tarixçi Ayrumlu bu rəqəmi bir az da artırır. Son araşdırmalardan sonra Ayrumlu bu nəticəyə gəlir ki, öldürülən, soyqırıma məruz qoyulan azərbaycanlıların sayı 300 min nəfər olub.

Forwarded from Taclı Bəyim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güneyimizdə bayram şənliyi😇🇦🇿 🍃 🔥 🍃
Təvazö və sadəlikdə torpaq kimi ol' deyib Mövlana. Suyun olmadığı yerdə torpaq ilə qüsul alıb ibadət edənlər. Suyu da duruldan torpaq, özündən gələni özünə alan da torpaq. Ona nə əkəriksə bizə beş qatını verər. Ayaqlarımız toxunanda bütün negativləri alıb, yenidən güc qatar bizə. Torpaq çərşənbəniz mübarək! 🔥🙏
Forwarded from Səid.V
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ümumi Tarix
#ForestDay
Bu gün #21Mart dünyada Beynəlxalq meşələr günüdür. BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq meşələr günü kimi qeyd olunur. Hər il dünyada orta hesabla 10 milyon hektar ağac qırılmaqdan, 70 milyon hektar ağac isə meşə yanğınlarından məhv olur. Təbii oksigen qaynağı olan meşələrin qorunması üçün dünyada ağac əkmə, təbii ağac məhsullarından istifadənin azaldılması, şəhərlərdə ağac sayının çoxaldılması kimi əsaslı işlər görülür.
2024-cü il Beynəlxalq Meşələr Gününün mövzusu Meşələr və İnnovasiya: "Daha Yaxşı Dünya üçün Yeni Həllər"dir. Yeni texnologiyalar vasitəsilə ölkələrin meşə xəritəsinin dəqiq çəkilməsi və izlənilməsi həyata keçirilir. İqlim dəyişikliyinin qarşısını qismən almaq üçün ən vacib meyarlardan olan ağacların artırılması və qorunması ölkəmiz üçün də çox mühüm məsələdir. Azərbaycanda dövlət qoruqlarında, meşələrdə ağaclar diqqət mərkəzindədir.
Lakin, ucqarlarda yaşayan əhali gərək istilik vasitəsi, gərəksə satmaq üçün ağacları qırmaq məcburiyyətində qalır. Neft və qaz ölkəsində son illərdə ucqar kəndlərə də qaz xətləri çəkilməyə başlanılıb. Ümid edirik ki, tezliklə "Yaşıl dünya naminə" sosial rifah yaxşılaşsın və meşələrimiz insanların əlindən rahat nəfəs alıb nəfəs verə bilsin☘️ #ForestDay

Forwarded from 𝙷𝚒𝚜𝚝𝚘𝚛𝚢 (ɌȺMȺŁ_ꝀᵾŁİɎɆVSꝀİ.㋡)
📝Bəzi uyğunluqlar:
📎 Azərbaycanın açarı;
🔹Təbriz (Teymurilərə görə)
🔸Gəncə (Rusiyaya görə xanlıqların işğalı üçün)
📎 Azərbaycanın qapısı;
🔹Qarabağ (Çar generallarına görə)
📎 Türkün qapısı;
🔸Naxçıvan
📎 Qarabağın qapısı; Şuşanın açarı
🔹Hadrut
📎 Qarabağın hava qapısı
🔸Füzuli

Jacob Field Dünyanın Kanlı Tarihi
Alişan Özkan
📌Müəllif:Jacob Field
📚Dünyanın Qanlı Tarixi
🎧Səsli tarix-Tr
📚Dünyanın Qanlı Tarixi
🎧Səsli tarix-Tr
Tahirə ("pak", "təmiz" deməkdir) Qürrətüleynin ("göz bəbəyi") əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə, künyəsi Ümmü Səlimə olmuşdur. Qürrətüleyn 1818-ci ildə Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır.
Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub.
O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib.

Reklam edən adminlər, bu gündən toplunu dayandırmağa qərar verdik. Bizi topludan çıxarın zəhmət olmasa. Haqqınızı halal edin🙏
Ümumi Tarix pinned «Reklam edən adminlər, bu gündən toplunu dayandırmağa qərar verdik. Bizi topludan çıxarın zəhmət olmasa. Haqqınızı halal edin🙏»
Forwarded from Taclı Bəyim
Təbriz ilklər şəhəridir. Güneydə ilk məktəb, ilk kitabxana, ilk çap evi, ilk uşaq baxçası, ilk lal və kar uşaqlar üçün məktəb burda açılıb, ilk telefon qovşağı, ilk asfalt yolu bu şəhərdə çəkilib.
Təbriz Mövlana Cəlaləddin Rumiyə ustad olan Şəms Təbrizli, Şəhriyar kimi ustad şairlər, “Millət rəhbəri” kimi tanınan Səttərxan, “Xalq sərkərdəsi” Bağırxan, onların davamçıları olan Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi qəhrəman oğulllar yetişdirib.
Təbriz insanı dövrün bütün mərhələlərində öz mübarizliyi, millətçiliyi ilə seçilib. Doğma Təbrizin sakinləri də elə özü kimi doğma, gülərüz, mehribandır. Əhalinin 97%-ə qədəri doğma ana dilində, Azərbaycan türkcəsində danışır. Bu faktı görmək üçün onun bazarlarına getmək kifayət edər.