‡«آموزش ترکی آذربایجانی»‡
1.8K subscribers
114 photos
32 videos
8 files
173 links
آموزش ترکی آذری یا آذربایجانی ( داخل ایران و ج آذربایجان) با متد daylight
واژگان
گرامر
افعال پرکاربرد
آموزش ویدئویی و صوتی
شوخی و اصطلاحات روزمره
ضرب المثل ها و...

ما در جاهای دیگر👇👇
zil.ink/turkce_fa

نظر و هماهنگی برای کلاس مجازی: @zabanAZTR
Download Telegram
🛣 داستان «کوراوغلو koroğlu » از حماسه‌های مشهور و تحسین‌برانگیز مردم آذربایجان است که سینه به سینه نقل شده و بصورت مکتوب درآمده‌است.

سعی‌مون بر اینه که با خوانش و ترجمه همزمان کتاب «کوراوغلو» با یه تیر چند نشون بزنیم و
هم مطالعه متون ترکی رو براتون عادت کنیم
هم جملات ترکی بیشتری به گوشتون بخوره
هم از طریق این کتاب با باورها، آیین‌ها، عادات، رسوم، مراودات و مختصات مردم آذربایجان در طول تاریخ بیشتر آشنا شین
🔰
پستهای صوتی این کتاب رو میتونین از این به بعد با هشتگ #کوراوغلو دنبال کنین
🔅🔅🔅
امیدوارم این کار عظیم رو بتونیم بخوبی آغاز و ادامه بدیم و مقبول شما همراهان عزیز هم قرار بگیره

@turkce_fa
http://hc1.checker.in/file2link/voice/file_217628.oga/voice.oga
کتاب حماسه کوراوغلو
فصل ۱: داستان «آلی کیشی» بخش ۱
«نکته: معنای کلمات رو با نگه داشتن انگشتتون روی کلمه و اومدن ادرس لینک میتونین ببینین. برای کلمات ساده تر دیگه لینک نذاشتم »

#کوراوغلو
#کوراوغلو_آلی_کیشی

Alı kişi neçə illər Həsən xana ilxı otarıb ömrünü, gününü onun qapısında çürüdüb, saqqalını ağartmışdı. O, hər gün səhər dan yeri ağaranda ilxını haylar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. Tay dağlarda, daşlarda kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi. Yenə də bir gün Alı kişi ilxını sürüb dəniz(dərya) qırağına aparmışdı. Atlar dənizin qırağındakı otlaqda otlayırdılar. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Qoca ilxıçı bir də baxdı ki, budu dənizdən iki at çıxdı. Alı kişi dəniz atı olmağını eşitmişdi, amma heç görməmişdi. Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dənizə girdilər. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. Amma bununla ilgili(barədə) kimsəyə(heç kəsə) bir söz demədi. Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb, madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu, Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədi ki, axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi. Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin. Bəli, daylar böyüyüb iki yaşar oldular. Bir gün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi: – Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından mənə iki ayğırlıq at verəsən. Həsən xan o saat “baş üstə” deyib, Alı kişini yanına çağırıb tapşırdı: – Sabah ilxını çölə aparma, paşa üçün iki ayğırlıq at tutduracam

@turkce_fa
کتاب: حماسه #کوراوغلو
فصل ۱: «آلی کیشی» بخش ۲
....
«نکته: معنای کلمات رو با نگه داشتن انگشتتون روی کلمه و اومدن ادرس لینک میتونین ببینین. برای کلمات ساده تر دیگه لینک نذاشتم »
پست قبلی رو از این هشتگ #کوراوغلو_آلی_کیشی پیدا کنین
....
Həsən xan bu sözü deyən kimi daylar Alı kişinin yadına düşdü. O, xanın başını uca eləmək üçün səhər tezdən durdu, dayları tutub xalxala bağladı, ilxını sürüb çölə ötürdü. Bir az sonra Həsən xan, paşa da yanında, xalxala gəldi. Paşa baxdı ki, xalxalda iki uzunorta, arıq, çöpüklü day bağlanıb. Bildi ki, bu dayları ona vermək istəyirlər; gülüb dedi: – Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins ayğırlıq atların var. Bunlar nədir? İş belə ələngə-üləngəyə qalsa, bunlardan mənim özümdə də çoxdur. Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi: – Axmaq qoca, mən sənə deməmişdimmi at tutduracağam, ilxını saxla; niyə saxlamamışsan? Alı kişi dedi: – Xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə paşaya bunları ver. Alı kişinin yekə-yekə danışmağından Həsən xan daha da qəzəbləndi. Onun üstünə qışqırıb dedi: – Mənim ilxımda aləmdə söylənən cins ayğırlıq atlar var. Bu ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədir? Alı kişi dedi: – Xan sağ olsun, mənim məqsədim paşanın yadında sənin başını uca eləməkdi. Sənin ilxında bunlardan yaxşı at yoxdu. Bütün dünyanı gəzsən, genə də belə at tapa bilməzsən. Həsən xan qəzəblənib dedi: – Bilmirəm. Bir saata qədər yerdə də olsa, göydə də olsa, gərək paşaya layiq, mənim adıma layiq iki yaxşı ayğırlıq at seçəsən. Bu saat get, seç, gəti. Alı kişi dedi: – Xan, onda izn ver paşa üçün ayğır seçməyə başqa adam getsin. İlxıda bu daylardan yaxşı at yoxdu. Mən özüm başa düşə-düşə yaxşı atı qoyub pis at seçə bilmərəm. Bu mənim adıma layiq olmaz. Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü onu da dəli eləmişdi. Odu ki dedi: – Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük qiymət verir. Yəqin ki, elə o haqlıdır. Onda sən belə elə. Bu dayların hər birini onun bir gözünə qiymət elə. Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr etdi, cəllad Alı kişinin gözlərini çıxartdı. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə uf da eləmədi. Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi: – Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. Sən məni ondan binəsib elədin. Mən sənin qapında canımı çürütdüm, ilan kimi qabıq qoydum, saç, saqqal ağartdım, amma sən bunların heç birini bilmədin, qədir-qiymət vermədin. Bir paşanın xatırına məni kor elədin. indi heç olmazsa bu iki çöpüklü dayları mənə ver.

@turkce_fa
کتاب: حماسه #کوراوغلو
فصل ۱: «آلی کیشی» بخش 3
....
«نکته: معنای کلمات رو با نگه داشتن انگشتتون روی کلمه و اومدن ادرس لینک میتونین ببینین. برای کلمات ساده تر دیگه لینک نذاشتم »
پست قبلی رو از این هشتگ #کوراوغلو_آلی_کیشی پیدا کنین
....
Həsən xan dayları Alının yedəyinə verdirib yanından qovdu. Kor Alı kişinin Rövşən adında yeniyetmə, iyid bir oğlu var idi. Rövşən baxdı ki, atası qızıl al qana bulanmış, yedəyində iki day budu gəlir. Tez qaçıb onu qabaxladı. Alı kişi oğlunun səsini eşidib dedi: – Oğul, ömrümün əvvəlindən axırına qədər Həsən xana qulluq elədim, indi əvəzində məni dünya işığına həsrət qoydu. Bala, mənim gözlərim bu atların üstündə çıxıb. Al bu atları töyləyə çək, qapı-bacanı basdır. Yaxşı muğayat ol. Amma gözlə, bu atlar gərək qırx gün, qırx gecə gün işığı görməyələr. Rövşən atları dama çəkdi, atasının dediyi kimi onlara yaxşı qulaq asmağa başladı. Bəli, qırx gün tamam oldu. Alı kişi oğlu Rövşəni çağırdı ki: – Oğlum, Rövşən, məni atların yanına apar. Rövşən atasının əlindən tutub toyləyə gətirdi. Qoca ilxıçı uzun, caydaqçəkmə sağrılı, nazik ortalı Dürata yanaşdı, əli ilə üzünü, gözünü, yalını, sağrısını tumarladı. Sonra iri başlı, dolu gözlü, qara birçəkli, uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağrılı Qırata yanaşdı. Qırat fınxırıb dal ayaqları üstə göyə qalxdı, ağzını açıb Alıya yönəlmək istədi. Qoca Alı atın üstünə qışqırdı. At səsindən onu tanıyıb sakit oldu. Alı Qıratın da başını, üzünü, yalını, belini, sağrısını tumarladı. Amma bunun sağrısında balaca bir batıq olduğunu hiss elədi. Dedi: – Oğul, Rövşən, bax gör Qıratın üstünə işıq düşən yer yoxdu ki? Rövşən baxıb gördü ki, pərdənin arasından bir iynə boyda deşik var, dedi: – Qıratın üstündə bir iynə boyda deşik var. İlxıçı dedi: – Oğul, bir iynə boyda deşikdən bir kərən boyda soyuq gələr. Çıx, oranı ört. Rövşən çıxıb deşiyi örtdü, atlara bir az da yaxşı muğayat olmağa başladı. Bir gün yenə atası Rövşəndən soruşdu: – Oğul, atlar necədir, necə yeyirlər? Rövşən dedi: – Ata, Qırat dəyirman kimi yeyir, arpa, saman bilmir yetirmək olmur; Dürat da yaxşıdır, ancaq Qıratdan az yeyir. Qırat qızmış nər kimi oyur-oyur oynuyur.

@turkce_fa
کتاب : حماسه #کوراوغلو
فصل ۱: «آلی کیشی» بخش 4
....
«نکته: معنای کلمات رو با نگه داشتن انگشتتون روی کلمه و اومدن ادرس لینک میتونین ببینین. برای کلمات ساده تر دیگه لینک نذاشتم »
پستهای قبلی این کتاب صوتی رو از این هشتگ #کوراوغلو_آلی_کیشی پیدا کنین

Qoca ilxıçı gecə oğlu ilə bərabər toylaya gəldi, atları yoxladı, dedi: – Rövşən, oğul, atlar daha böyüyüb, minmək həddinə çatıblar. İndi atları bir-bir bərkə, boşa salıb, sınaqdan çıxartmaq lazımdı. Əzəl Qıratı, ondan Düratı min, təzəcə sulanmış şumda səyird, sonra qaratikanlığa sür, sonra da sıldırım daşlı dağa çap. Rövşən atasının öyrətdiyi kimi əzəl Qıratı mindi, yenicə sulanmış şumla səyirtdi, sonra qoca ilxıçının yanına qayıtdı. Təcrübəli qoca ilxıçı Qıratın burnunu tutdu, at öskürmədi. Sonra ürəyinə qulaq asdı, baxdı ki, atın ürəyi heç töyşümür. Ondan sonra dırnaqlarını yoxladı. Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də Düratı mindi, şuma sürdü, səyirdib yenə atasının yanına qaytardı. Alı kişi Düratın da ürəyini dinlədi, burnunu sıxdı, dırnağını yoxladı. Dürat da öskürmədi, ürəyi töyşümədi, ancaq dırnağının birindən bir qırıq palçıq tapıldı. Rövşən bu dəfə Qıratı minib qaratikanlığa vurdu. Qırat qaratikanlığı yarıb ildırım kimi süzüb ilxıçının yanında dayandı. Qoca ilxıçı onun baldırlarını, çəçiklərini yoxladı, bir yerində nə bir tikan izi tapa bilmədi, nə də bir yara. Dürat da sınaqdan pis çıxmadı. Ancaq dal ayağının birini tikan balaca cırmışdı. Rövşən axırıncı sınaq üçün Qıratı sıldırım daşlığa saldı. Qırat güllə kimi sıldırım daşlığı endi, qızıl quş kimi uçub qoca ilxıçının bərabərində dayandı. Qoca Alı Qıratın qabaq ayaqlarının üylərini bərk sıxdı. Qırat nə diksinmədi, nə də qırpınmadı. İndi Düratı minib sıldırım aşağı əldən qoydu. Dürat çeçiklərini daşlara çırpa-çırpa sıldırımı endi. Qoca Alı: – Oğul, Rövşən, Qırat sınaqdan çox yaxşı çıxdı. Düşündüyüm kimi, Dürat da yaxşı çıxdı. Əmək itirmədi. Ancaq Qırata tay ola bilməz. Qıratın tayı-bərabəri çərx altında tapılmaz. Həmişə qorxulu səfərlərə, düşmən üstünə, qəflə sındırmağa, qalalar almağa Qıratı minərsən. Qırat səni çox darlardan, çox ölümlərdən qurtarar. Qıratın qədrini yaxşı bil, onu candan əziz saxla. Sonra Alı kişi bir ah çəkib dedi: – Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan intiqam almaq vaxtı çatıbdır. Çək atları yəhərlə, gedib Həsən xanla haqqhesabımızı çəkək.

@turkce_fa